ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə74/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   71   72   73   74   75   76   77   78   79

272
Ə
li 
İld
ırı
m

lu
Adamlara  tamamilə  inanmaqdansa,  tamamilə  inan­
mamaq yaxşıdır. 
Aralıdan  maşın  siqnalı  gəldi.  Rövzətlə  Nəcəf  çö­
nüb  həmin  tərəfə  baxdılar.  Tozhatozla  gələn  minik 
maşını  idi.  Arsen  sürücünün  yanında  oturmuşdu. 
Nəcəflə Rövzətə çatanda sürücüyə tərəf çönüb:
– Maşını yavaş sür, – dedi və kabinədən başını çı­
xarıb  dostyana:  –  Nədi  yenə,  qulaq­qulağa  vermisi­
niz? – əlavə etdi. – İndi söhbət vaxtı deyil. Yeyib­yat­
dığınız  bəsdir.  Hazırlaşın,  müharibəyə  getməliyik. 
Başım bərk qarışıqdır. Ona görə də sizinlə əməlli­başlı 
danışmağa  vaxtım  yoxdur.  Bu  müharibə  məsələsini 
də hələlik ona­buna deyib camaatı təşvişə salmayın. 
Ancaq işinizi bilin. Cəbhədə də bir yerdə olmalıyıq. 
Hamısını qurub­qoşmuşam. Sizi gözdən qoymaram. 
Di xudahafiz, tələsirəm, məni üzrlü hesab edin. 
Avtomaşın irəlidəki döngədən sağa burulub göz­
dən itdi.
Düşərgəyə  yavaş­yavaş  qaranlıq  çökürdü.  Hərbi 
hissə təşviş içində idi. Müharibə xəbəri onsuz da ya­
yılmışdı.  Adamlar  həyəcanlı  idi.  Sübhə  yaxın  qıs­
qıvraq geyinmiş komandirlər hərəsi öz sahəsində, gur 
bir  səslə  xüsusi  əmrlər  verirdilər.  Nizamla  hərəkət 
edən ağır tankların nərəsi, uzaqvuran topların qoşul­
duğu maşınların səsi hərbi hissəni əhatə edən dağları, 
təpələri  titrədirdi.  Baxışlarına  kədər  çökən  zabit  ar­
vadlarının  nəmli  yanaqları  avazımışdı.  Üstüörtülü 
yük  maşınlarına  doldurulmuş  piyadalar  dəstə­dəstə 
düşərgəni tərk edirdi. Arxada gedən yük maşını bir 
qədər  köhnə  olduğundan  çala­çuxur  yollarda  atılıb­
düşdükcə kuzada ayaq üstə dayananlar müvazinətini 
saxlamaq üçün bir­birindən bərk­bərk yapışmışdılar. 


273
Daş y
ağan gün
Nəcəf Rövzətlə arxa­arxaya vermişdi. Arsen Manuk­
yan isə kabinədə əyləşmişdi.
Yolda Rövzət xəlvətə salıb, Nəcəfə bir zərf uzatdı. 
Nəcəf  gizlincə  zərfi  açıb  diqqətlə  oxumağa  başladı: 
“Əziz Nəcəf, nə qədər çalışdım, imkan tapıb sizinlə 
söhbət edəm, mümkün olmadı. Gözlənilmədən mü­
haribəyə getdiyinizi eşidəndə təsəvvür edə bilməzsiniz 
ki, necə sarsıldım. Bu məktubu da tələm­tələsik yazıb 
dostunuz  Rövzətə  verdim  ki,  sizə  çatdırsın.  Həmin 
axşam  bizdən  gedəndən  sonra  Arsen  havasını 
dəyişmək  üçün  şən  əhvali­ruhiyyə  ilə  həyətə  çıxdı. 
Nə sirdisə, evə qayıdanda sanki çönüb başqa bir adam 
olmuşdu. Onun sifəti qaralmışdı, bədəni əsirdi. Arsen 
mənnən heç bir kəlmə kəsmədən divardakı şəkillərin 
qarşısında dayandı. Babası Manukla danışırmış kimi 
onun dodaqları pıçıldayırdı. Ancaq Arsenin dedik lə­
rini  anlaya  bilmədim.  Mənə  qəribə  gələn  odur  ki, 
sənin adını çəkdi. – Nəcəf kəlməsini qulağımla eşit­
dim. Bu, məni çox çaşdırdı. Arsen fikirli­fikirli divana 
sərilib, məni görmək istəmirmiş kimi təzə aldığı jur­
nalı üzünə tutdu. Sənin necə gəlib­getdiyindən söhbət 
salmaq  istəyəndə  yanı  üstə  çönüb  üzünü  əks  tərəfə 
çevirdi.  Onun  belə  bir  müəmmalı  hərəkəti  məni 
şübhələndirdi.  Əlbəttə,  bu,  bizim  bir  yerdə  qaldığı­
mızdan  irəli  gələn  qısqanclıq  şübhəsinə  oxşamırdı. 
Bizim öz aramızda gedən söz­söhbət, yaranan ünsiy yət 
və rəğbət onun ağlına belə gəlməzdi. Arsenin birdən­
birə dəyişməsinin yəqin ki, başqa bir səbəbi var. An­
caq onun məkrli sir­sifətində sizə qarşı gizlin bir kin, 
xəyanət hiss edirdim. Bu barədə bəlkə də yanılıram. 
Ancaq  bu  məktubu  tələsik  yazıb  sizə  çatdırmaqda 
məqsədim  odur  ki,  hər  bir  ehtimala  qarşı  ehtiyatlı 
olun. Özünüzü vuruşacağınız düşməndən yox, Arsen­


274
Ə
li 
İld
ırı
m

lu
dən gözləyin. Çünki necə olsa, onda babası Manukun 
qanı var. Ona görə də Arsendən hər an xəyanət göz­
ləmək olar. Təkrar­təkrar deyirəm, özünüzü Arsendən 
gözləyin.  Cəbhədən  sağ­salamat  qayıdın.  Biz  özü­
müzə, dediyim kimi, yeni həyat qurmalıyıq. Bu barədə 
fikrimi  dəyişə  biləcəyimi  ağlınıza  belə  gətirməyin. 
Onsuz da Arsenlə müvəqqəti yaşayıram. Səbəbini də 
sizə ətraflı danışmışam. Mən hər gün, hər an sizə qo­
vuşmaq barədə düşünürəm.
Məktubu  yenə  də  bu  sözlərlə  bitirirəm:  Arsenin 
sizə qarşı xəyanət edə biləcəyini heç vaxt unutmayın. 
Manukların  törəməsindən  hər  cür  namərdlik  göz­
ləmək olar. İmza: Yolunuzu gecə­gündüz səbirsizliklə 
gözləyən Qreta. Tanrı sizə yar olsun”.
Nəcəf  xeyli  fikrə  getdi.  Onun  qəlbində  yenidən 
cürbəcür qara fikirlər baş qaldırdı və Qretanın məktu­
bunu cırıb kənar atdı...
“N.”  hərbi  hissəsi  gecəni  gündüzə  qatıb,  deyilən 
vaxt döyüş xəttinə çatdı. Baş qərargahın göstərişi ilə 
onlar bir­iki sutkalığa istirahət edib, döyüş texnikası­
nı nəzərdən keçirib, sonra müəyyən olunmuş istiqa­
mətdə hərəkətə keçdilər... Bu yerlərin coğrafi şəraitinə 
yaxşı bələd olmayan “N.” hərbi hissəsi ilk günlər xey­
li  itki  verdi.  Bir  tərəfdən  də  ordunun  ərzağı  vaxtlı­
vaxtında çatdırılmadığından əsgərlər aclıqdan korluq 
çəkirdi.  Arsenin  ixtiyarında  olan  əsgərlərin  yarıdan 
çoxu həlak olmuş, itkin düşmüş və ya düşmən tərə­
findən ələ keçirilmişdi. Sağ qalanlar geri çəkilib Sovet 
ordusunun  işğal  etdiyi,  çox  da  böyük  olmayan  dağ 
kəndinin yaxınlığında gecələməli oldular. Arsen Ma­
nukyan  Nəcəflə  Rövzəti  gözdən  qoymurdu,  həmişə 
onları arxasınca aparırdı. Nəcəflə Rövzət bunu koman­
dirlərinin  onlara  etibar  edib  qayğı  göstərməsi  kimi 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə