ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə2/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   2   3   4   5   6   7   8   9   ...   79

6
Ə
li 
İld
ırı
m

lu
dani hissdən və mərhəmətdən məhrum erməni mil­
lətçiləri tərəfindən zülmə, zillətə, basqıya, soyqırıma 
məruz  qalmışıq.  Bu  gün  də  həmin  ağrı­acıyla  baş­
başayıq. Ermənilər, xüsusən onların millətçi qanadı, 
bəlkə də yer üzündə yeganə məxluqdur ki, nə öz qöv­
mü, nə bəşəriyyət və insanlıq qarşısında heç bir məsu­
liyyət daşımadan yaşayır. Bununla da həm öz milləti­
nin, həm də başqa xalqların inkişafına ciddi əngəllər 
törədir.  Onların  bu  xisləti  son  anda  da  bumeranqa 
dönüb özlərinə dəyir.
Azərbaycana  qarşı  məkrli  erməni  siyasəti  əsrlər 
boyu davam edib və müxtəlif dövrlərdə fərqli çalar­
larla  üzə  çıxıb.  Onların  müxtəlif  səpkili  bu  “incə” 
siyasətinin  son  anda  kobud  bir  məntiqi  olmuşdur: 
erməni millətçiliyi. Tarix kitablarında, elmi­metodiki 
dərgilərdə,  publisistik  nümunələrdə,  ədəbi­bədii 
əsər lərdə erməni millətçiliyi, erməni vandalizmi fakt­
larla,  real,  həyati  detallarla  göstərilmiş,  dünya  icti­
maiy yəti qarşısında ifşa edilmişdir. Yazıçı Əli İldırı­
moğlu  öz  yaradıcılığında  bu  məsələyə  dönə­dönə 
müraciət etmişdir. “Daş yağan gün” romanı bu möv­
zuda fundamental ədəbi nümunədir.
Əli  İldırımoğlu  geniş  profilli,  dərin  məzmunlu, 
fəlsəfi mündəricəli əsərləri ilə ədəbi ictimaiyyətə yax­
şı  tanışdır.  Onun  əsərlərini  Azərbaycan  həyatının, 
azərbaycanlı  taleyinin  ensiklopediyası  adlandırsaq, 
səhv eləmərik. Təqdimata ehtiyacı olmasa da, söhbə­
timizin ruhuna uyğunluğunu nəzərə alıb onun insan 
taleləri  ilə  zəngin  əsərlərini  bir  daha  yada  salaq: 
“Həmin adam”, “Zorən jurnalist”, “Közərən sətirlər”, 
“Dərd”,  “Qarlı  gecələr”,  “Mənim  rəncbər  atam”, 
“Aqibət”  və  insan  talelərinə,  milli,  sosial,  əxlaq 
məsələlərini  fərqli  rakurslarda  əks  etdirən  digər 


7
Daş y
ağan gün
əsərlərində erməni probleminə, xalqımız üçün daim 
başağrısına çevrilmiş ermənilik məsələsinə bu və ya 
digər  yöndən  toxunulmuş,  fəlsəfi,  estetik  və  əxlaqi 
təhlilə,  təşrihə  cəlb  edilmişdir.  Ən  nəhayət,  birbaşa 
erməni  məsələsinə,  ermənizmin  vəhşi  təbiətinə  həsr 
olunmuş  “Daş  yağan  gün”  romanı...  Fabulası  son 
dərəcə həyati, real ictimai lövhələr, canlı xarakterlər 
üzərində qurulmuş romanda insan mənzərələri, təbiət 
və cəmiyyətin harmoniyası zərif ədəbi dillə, səmimi 
bir təhkiyə ilə təqdim edilir. Ədib, xalqımıza həmişə 
qənim kəsilmiş erməni şovinizminin, erməni vəh şi li­
yi nin kökdən, dibdən gələn səbəblərini göstərir, düş­
mənçiliyi ənənəyə çevirmiş xəbis erməni psixologiya­
sının heyrətamiz dərəcədə real və obrazlı şərhini ve­
rir. Son anda ağsaqqal, ağırtaxtalı yazıçı mətləbləri, məs­
ləhətləri, təhkiyənin yekunu kimi müdrik nəsi hət lər, 
atalar sözü mərtəbəsində ədəbi­estetik nəticələr...
Əsərin bədii mətləbi onu deyir ki, bu roman bizim 
ata  kitabımız  olmağa,  ömrümüzün,  taleyimizin 
bələdçisi rolunu oynamağa layiqdir. Axı, biz həm də 
unutqanıq...  Belə  kitabları  yaddaşımızı  təzələmək 
üçün hər an, hər zaman, bəlkə də özümüzlə daşımalı­
yıq.  Evimizdə  göz  önündə  saxlamalıyıq,  işdə  stolu­
muzun  üstündə  ən  görümlü  yerdə  olmalıdır,  yol 
gedərkən belə, qoltuğumuzda gəzdirməliyik. Müba­
liğə hesab etməyin, hissə qapılmaq kimi də qiy mət­
ləndirməyin...  Bu  kitab  hər  cür  tərifə,  hətta  pafoslu 
qiymətə  layiqdir.  Çünki  buradakı  hadisələr,  qələmə 
alınmış mövzu, ictimai kolliziyalar bizim taleyimizlə, 
milli  mövcudluğumuzla  birbaşa  bağlıdır.  Bir  daha 
vurğulamaq istəyirəm ki, belə kitablar bizim mənəvi­
əxlaqi  dərsliyimizdir.  Sayıqlığımızı  itirəndə  belə  ki­
tabları  vərəqləməliyik,  bərkliyimizi,  iradi  möhkəm­


8
Ə
li 
İld
ırı
m

lu
liyimizi  saf­çürük  eləmək,  siyasi  səbatlığımızı  bir 
daha yoxlamaq, ayıq­sayıq, sərvaxt olmaq üçün belə 
kitablara  dönə­dönə  müraciət  etməliyik.  Bir  balaca 
laqeydləşəndə,  iradəmizin  yayı  boşalanda  yenə  bu 
ünvana üz tutmalıyıq. Axı, biz unutqanıq... Belə kitab­
lar mənəvi dayağımız, dumanlı və əzablı yollarımıza 
tutulan bir işıq, məşəldir, zamanın qapalı suallarına 
cavabdır. Biz kimik, hardan gəlib hara gedirik? Necə 
gedirik, nə üçün gedirik? Bu ziqzaqlar içərisində bir 
xalq  kimi  mövcudluğumuzu  necə  qorumalıyıq? 
Əbədiyyət qarşısında hansı sınaqlara hazır olmalıyıq? 
Başımıza  yağan  daşları  yığıb  saxlamalıyıqmı,  yoxsa 
onların  üstündən  laqeydcəsinə  adlayıb  keçməliyik? 
Özünüdərk,  özünütəsdiq  nədir:  Allah  vergisidirmi, 
xarakterdimi,  xarizmadırmı,  milli  mentalitetdirmi?.. 
Ağsaqqal, müdrik yazıçımız “Daş yağan gün” roma­
nında bu mətləblərə incə bir işıq salır, bu qapalı sual­
lara müəyyən açıq cavablar verir. Və Köhnə Həsənlinin 
ağsaqqallarından biri, Babanın diliylə estetik qənaətini 
bəyan edir: “Nə millət olursa olsun, insan ki Allahdan 
qorxmadı, ondan nə pis əməl desən çıxar...”
Tale  işidir.  Belə  gətirib  ki,  yazıçının  uşaqlıq  və 
gəncliyi  uzun  illər  ermənilərlə  ünsiyyətdə,  başqa 
sözlə, qonşuluqda keçib. Ədibin ata yurdu Qubadlı­
nın  Əliquluuşağı  kəndi  haqdanmı,  nahaqdanmı 
erməni kəndlərinin qonşuluğunda yerləşib, anasının 
kəndi Həsənli isə erməni vandalları tərəfindən yandı­
rılıb,  yerlə  yeksan  edilib.  Həm  əmin­amanlıq  dönə­
mində,  həm  ara  qarışanda  müəllif  ermənilərin  əsl 
sifətini,  iç  üzünü  yaxşı  görüb.  Sakitlikdə,  əmin­
amanlıqda  quzu  kimi  davranan  ən  fağır  erməninin 
ara qarışanda əqrəb kimi quyruğu üstdə necə durdu­
ğunun çox şahidi olub. Odur ki, kövrək uşaq yaddaşı 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə