ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə4/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   2   3   4   5   6   7   8   9   ...   79

12
Ə
li 
İld
ırı
m

lu
qulaqbatırıcı uğultusu kəndi təlatümə gətirdi. Təpə­
dən  dırnağa  qədər  silahlanmış  ermənilər  dörd  bir 
tərəfdən  qara  qarışqa  kimi  kəndi  mühasirəyə  aldı... 
Toy yasa döndü. Top mərmiləri evlərin külünü göyə 
sovurdu. Güllü­çiçəkli bağ­bağçaların xoş rayihəsi ya­
yılan həyət­bacaları barıt qoxusu bürüdü. Məscidlər, 
mədrəsələr  yerlə  yeksan  edildi.  Qadınların  məşum 
naləsi, uşaqların tükürpərdici çığırtısı, mal­heyvanın 
mələrtisi, itlərin ulartısı ərşə qalxdı. Minlərlə insan bir 
gecənin  içində  ev­eşikli  odlara  qalandı.  Kəsilən  toy 
qoyunlarının qanı insan qanına qarışıb, balaca­balaca 
yumru daşları diyirlədirdi”.
Əli müəllimin yaradıcılığına xas dəqiq, real, obraz­
lı təhkiyə... Sözlə çəkilən tablo... Sadəlikdə mürəkkəb 
bədii təxəyyül... Romana proloq təsiri bağışlayan bu 
giriş özlüyündə, sanki manifestdir. Əsərin bütöv ru­
hunu özündə yaşadan bu parça, insan qəlbini riqqətə 
gətirən bu təzadlı təsvirlər yazıçı ideya və məqsədinin 
bəyannaməsidir. Sanki göylə yer arasındasan, reallıq­
la  məchulluğun  sərhədlərindəsən.  Xeyirlə  Şərin  çıl­
ğın,  ehtiraslı  mübarizəsinin  içindəsən...  Sevincin­
xoşbəxtliyin, yaxud qanın­qadanın, bədbəxtliyin har­
dan başladığını, harda qurtardığını kəsdirə bilmirsən. 
Bəlkə onlar eləcə bir­birinin bətnində yetişir, bir­birini 
formalaşdırır?.. Bəlkə Xeyirlə Şər yaranışdan bir­birini 
izləyir, bir­birini şərtləndirir, biri digəri olmadan ya­
şaya bilmir? Maraqlıdır ki, bu ədəbi temp, bədii ritm, 
intonasiya bizi əsər boyu izləyir.
Əli  İldırımoğlu  humanizmi  bu  parçada  bütün 
əlvanlığı ilə boy göstərir. Təsvirin dəqiqliyi, dilin şi­
rinliyi, hadisələrin yaşatdığı həyəcan bu humanizmin 
təsir gücünü daha da artırır. Xoşbəxtlik, əmin­amanlıq 
və qan­qada, ölüm, qırğın... Bir tərəfdə adi, sadə və 


13
Daş y
ağan gün
sakit  həyatın  səadəti,  digər  tərəfdə  müharibənin, 
vəhşiliyin  məşum  faciəsi...  Həyatın  məntiqi  budur­
mu?..  İnsan  buna  görəmi  dünyaya  gəlib?..  Gələcək 
bunun üstündəmi qurulub?.. Əli İldırımoğlu bir yazı­
çı kimi belə eybəcərliklərə üsyan edir, erməni van da­
lizminə,  ümumiyyətlə,  insanlığa  edilən  hər  cür 
vəhşiliyə  qarşı  xeyirxahlığı,  insanpərvərliyi,  huma­
nizmi qoyur...
Fakt və hadisələri, gündəlik, real yaşantıları bədii 
materiala  çevirmək  üçün  yazıçılar  müxtəlif  ədəbi 
vasitələrə əl atırlar. Bədii əsər hər hansı bir müstəvidə 
qərar tutur, başqa sözlə, real faktla hansısa bir forma 
birləşərək  bazis  rolunu  oynayır,  ədəbiyyat  onun 
üzərində qurulur. Müəyyən şərtilikləri nəzərə almaq­
la deyə bilərik ki, söz ədəbiyyatı da var, hadisə ədə­
biyyatı  da,  xarakterlər  üzərində  qurulan  ədəbiyyat 
da...  Bu  cəhətlərin  hər  biri  Əli  müəllimin  yaradıcılı­
ğında kifayət qədər öndədir. Bir çox hallarda bu ədəbi 
priyomlar  birləşərək  kompleks  halında  sintez  təşkil 
edir.  Lakin  Əli  İldırımoğlu  ədəbiyyatı  daha  çox 
xarakterlər  üzərində  qurulur,  insan  taleləri  fonunda 
boy göstərir. “Daş yağan gün” əsəri, qeyd etdiyimiz 
kimi,  problem  ədəbiyyatıdır,  erməni  probleminə, 
Azərbaycana  və  azərbaycanlılara  qarşı  yönəlmiş 
erməni vəhşiliyinin ifşasına həsr olunmuş romandır. 
Problemin  şərhi  üçün  ədəbi  vasitə  kimi  xarakterlər, 
canlı insan taleləri seçilmişdir. Əsasən Nəcəfin, bir in­
sanın nakam taleyindən maya tutan roman son anda 
canlı xarakterlər toplusu kimi yadda qalır. Bu insanlar 
– Nəcəf, Mikayıl, Nəcəfin alaçıq qonşuları Armenak, 
Akop, erməni qaniçənləri – Andranik Poqosyan, Ar­
sen, Qreta, Fərman, onun ailə üzvləri və başqalarının 
canlı həyat tarixçəsi, Andranik Ozanyan, Nijdeh, Ha­


14
Ə
li 
İld
ırı
m

lu
mazas, Dro və bu kimi millətçilərin xəyali obrazları­
nın  yaratdığı  bədii  mənzərə  problemin  köklərinə 
qədər getməkdə yazıçıya kömək edir. 
Əsərin süjeti Nəcəfin həyat tarixçəsi üzərində qu­
rulub. Erməni quldurları tərəfindən yandırılmış, yer 
üzündən silinmiş, əhalisi, demək olar ki, başdan­başa 
qırılmış, müəllifin öz diliylə desək, pərgarı pozulmuş 
Həsənlinin yadigarlarından biri Nəcəfin... Qundaqda 
ikən  əmisi  Mikayıl  tərəfindən  xilas  edilən  Nəcəfin... 
Və beləcə bir zülmdən qurtarıb digər zülmə tuş gələn, 
erməni  əsirliyindən  xilas  olub  əmisinin  əsirliyinə 
düşən Nəcəfin...
Köhnə Həsənlidən nə qaldı?.. Kimsəsiz kalafalıq­
lar, beş­üç adam, taleyi kəm gəlmiş başıbəlalı Nəcəf 
və acı xatirələr. Salamat qalmış beş­üç nəfər yeni kənd, 
Təzə Həsənli saldı, yaraları sağaltdı və eyni zamanda 
erməni məkrini də unutmağa başladı... Təsadüfi deyil 
ki,  yazıçı  özünün  protoobrazı  balaca  qəhrəmanın 
diliylə etiraf edir: “Uşaq olsam da, açıq­aydın görür­
düm ki, kəndə gələn pəncərə şüşələyən, at, qatır, öküz 
nallayan,  palan  tikən,  divar  hörən  ermənilərə  necə 
inanıb,  məhrəm  münasibət  göstərirlər.  Təzə  Həsən­
linin  adamları  erməniləri  yuxarı  başa  keçirib,  neçə 
gün  evlərində  qonaq  saxlayıb,  qabaqlarına  yağlı 
xörək lər qoyub, sonra da gördükləri işin müqabilində 
ciblərini  doldurub,  arpadan,  buğdadan,  darıdan, 
pərincdən yüklərini tutub, hörmətlə yola salırdılar”.
“Həyat əzabdır”, – Budda belə söyləyir. “İnsan do­
ğulur, əzab çəkir və ölür”, – belə bir Şərq formulu da 
var. Ümumiyyətlə, insan yaranışdan ömrü boyu müx­
təlif  əzablarla  üzləşir.  Və  insan  yaşadıqca  da  dərdə, 
kədərə vərdiş edir. Bu azmış kimi, insanlar özləri də 
bir­birinin  həyatını  cəhənnəmə  döndərir  və  sanki 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə