ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə6/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   2   3   4   5   6   7   8   9   ...   79

18
Ə
li 
İld
ırı
m

lu
Bu çılğın, ehtiraslı ədəbi mükalimələr bir daha sü­
but edir ki, zatıqırıq insanlardan heç nə gözləmək ol­
maz. Belələrindən nəinki real, müsbət insan, heç ədəbi 
qəhrəman da yaratmaq mümkün deyil. Savad, təhsil 
adamın intellektini inkişaf etdirə bilər, zahiri görün­
tü lərini  dəyişə bilər,  amma  onun  daxilinə,  zərif  his­
slərinə,  ürəyinə  toxuna  bilməz,  onun  zatını,  genetik 
kodunu,  mənəviyyatını,  əxlaqını  dəyişə  bilməz.  Bu 
səhnələr,  sanki  yazıçının  özünün  özü  ilə  amansız 
mübarizəsidir.  Hadisələr  onun  arzulamadığı  səmtə 
yön aldıqca, yazıçı, sanki Arsenin tərəfində daha çıl­
ğınlıqla dayanır, onu xilas etmək istəyir, onu Manuk­
lardan qorumağa çalışır. Bu ədəbi məqamlar yazıçı­
nın  ikiləşmə  anıdır.  Zaman  humanizmlə  realizmin 
mübarizəsi  zamanıdır...  Əli  İldırımoğlu  humanizmi 
Arseni  nə  qədər  ciddi­cəhdlə  qoruyub  saxlamaq, 
onun daxilində insani duyğuları oyatmağa çalışırsa, 
əlahəzrət  realizm,  həyat  hadisələrinin  real  inkişafı 
başqa şeylər diktə edir. Son anda Arsen Nəcəfi arxa­
dan güllələyib qətlə yetirdikdən sonra (düzdür, qisas 
qiyamətə qalmır, Nəcəfin dostu Rövzət də Arseni öl­
dürür)  realizm  humanizmə  qalib  gəlir.  Müəllif  son 
anda həyatın real məntiqi ilə barışmağa məcbur olur. 
Amma bu, heç də onun humanizminə xələl gətirmir. 
Əsərin  bütöv  ruhuna  hopmuş  bu  humanizmin 
döyüşkən  ruhu  oxucunu  əbədiyyətə  səsləyir,  bəşəri 
duyğuları qorumağa çağırır.
Qeyd  etdik  ki,  “Daş  yağan  gün”  problem  ədə­
biyyatıdır. Bu problemi çözmək üçün müəllif müxtəlif 
ədəbi­bədii vasitələrdən istifadə edir. Bunlardan biri 
və ən çox müraciət olunanı simvoldur. Əsərdə hadi­
sələrə  simvolik  yanaşma  tərzindən,  simvolik  təsvir 
vasitələrindən,  simvolik  təxəyyüldən  geniş  istifadə 


19
Daş y
ağan gün
edilib.  Ədib,  əsasən  real  substansiyaları  simvolun 
subyektinə  çevirir.  Burada  təxəyyül,  təhtəlşüur,  ya­
xud yuxu timsallı simvollara da rast gəlirik. Bu, real 
və mistik simvollar əsər boyu bir­birini tamamlayıb 
harmoniya yaradır.
Yazıçının protoobrazı kimi canlanan və əsər boyu 
hadisələrin  əlaqələndiricisi,  koordinatoru  kimi  çıxış 
eləyən balaca uşağın düşüncələri son anda simvolik 
yaddaşa çevrilir. Onun məhv edilmiş Köhnə Həsənli 
kəndi barəsindəki düşüncələri, öz yetkin ağlı və bala­
ca əllərilə bu kəndin oxşarını, maketini yaratması özü 
simvolik  təxəyyülün  məhsuludur.  Balaca  qəhrəman 
xəyal dünyasını ələk­vələk eləyərək öz aləmində daha 
mükəmməl  bir  kənd  salır:  “Həm  də  fikirləşdim  ki, 
ermənilərə etibar yoxdur, Andranikin başının qurdu 
bir də tərpənsə, mənim kəndimin yerini tapa bilməz... 
Əvvəlcə kəndin ətrafına hasar çəkdim ki, Andranikin 
qoşunları  içəri  soxula  bilməsin.  Sonra  çör­çöp  yığıb 
dəyirman tikdim ki, dən üyütmək üçün camaat ora­
bura  getməsin.  İş  öküzlərini  nallamaq  üçün  kəndin 
ortasında ayrıca yer düzəltdim, itləri zəncirləyib elə 
yerdə bağladım ki, erməni qoşunu gecə vaxtı hücum 
eləsə,  tez  görüb  hürüşsünlər  və  kəndin  adamlarını 
duyuq  salsınlar...”  Bu,  bəsit  uşaq  düşüncələrindən 
daha  çox  müəllif  arzularıdır.  Bu  parçada  digər  bir 
simvolik detal da diqqəti cəlb edir. Balaca qəhrəmanın 
yeni saldığı “kənddə” əqrəb­kərtənkələ, başqa həşə­
ratlar yaşasa da, buraya heç bir xətər toxundurmurlar. 
Məntiq  budur  ki,  erməni  zəhərli  həşəratlardan  da 
qorxuludur. O, daxil olduğu şəhər və kəndləri vəhşi­
cəsinə çapıb­talayır, yandırır, viran qoyur...
Əsərdə  Nəcəfin  qarğı  tütəyindən,  buynuzlu  qara 
qoçundan, qaramalın ala cöngənin kəsildiyi yerə yığı­


20
Ə
li 
İld
ırı
m

lu
şıb nalə çəkməsindən, çoban itlərinin qadın xeylağına 
və uşağa toxunmamasından tutmuş alapaça madya­
na, sədəfli tüfəngə qədər hər şey özündə simvolik yük 
daşıyır.  Nəcəfin  tütəyi  hər  dəfə  səsləndikcə  Köhnə 
Həsənlinin  əbədi  qövr  edən  dərdini  dünyaya  car 
çəkir, erməni vəhşiliyindən hüznlü bir hekayət danı­
şır...
Nəcəf həyatda çox şeyini itirib. Canını qurtarsa da, 
həyatının  mənasını,  sevincini,  arzu  və  ümidlərini, 
sanki Köhnə Həsənli ilə birgə dəfn edib. Məşəqqətli 
bir ömrə boyun əyən Nəcəfin təsəllisi balaca dostu ilə 
oxuduğu kitablar, qarğı tütək və bir də mehrini saldı­
ğı  buynuzlu  qara  qoçdur.  (Qara  qoç  həm  də  onun 
gələcək arzularının simvoludur. Axı o, qara qoçun sa­
yını artırıb özünə ayrıca sürü düzəltmək, əmisindən 
ayrılıb müstəqil yaşamaq arzusundaydı.). O, tədricən 
bu sevinclərini də itirməyə başlayır. Qara qoç qonşu 
kənddən  gəlmiş  nalbənd  Mıkırtıç  üçün  kəsilir.  Bəli, 
Nəcəfin  ata­anası,  bacı­qardaşı,  kənd­kəsəyi,  taleyi, 
gələcəyi, arzu və ümidləri kimi qara qoçu da erməni 
qurbanı olur. Bundan sonra Həsənlidə məktəb olma­
dığından balaca dostu onu tərk edib atasının kəndinə 
gedir.  Bundan  sonra  Nəcəf  yenə  dəm  verir  qarğı 
tütəyə... Demək, Nəcəf təkliyə, tənhalığa məhkumdur.
Əsərdə  ən  təsirli  simvollardan  biri  alapaça  mad­
yan  və  qundağı  sədəfli  qoşalülədir.  Ən  dramatik 
hadisələr məhz bu adların fonunda cərəyan edir. Qatı 
şovinist,  qəddar,  qaniçən  dağbəyi  Andranik  Poqos­
yan  hər  bir  ermənidən  daha  çox  ermənidir  və 
azərbaycanlılara  qarşı  nifrətinin  də  həddi­hüdudu 
yoxdur. Başqa cür ola da bilməz. Onun ata­babası za­
man­zaman  azərbaycanlıların  soyqırımında  iştirak 
etmişdir. Özü isə Həsənli kəndini dağıdıb yandıran, 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə