ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə3/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   2   3   4   5   6   7   8   9   ...   79

9
Daş y
ağan gün
getdikcə  coşqun  yazıçı  təxəyyülünə  çevrilərək  bədii 
əsərlərdə təzahür etməyə başlayıb. Əli İldırımoğlu bu 
əsərlərdə həm də öz taleyini yazır, erməni vəhşiliyinə 
tuş gəlmiş, zərbələr almış taleyini. Erməni vandalizmi 
onun şəxsi həyatında, qeyd etdiyimiz kimi, çox ağrılı­
acılı  izlər  buraxıb.  Qohum­əqrəbaları,  yaxınları  er­
məni terrorizminin qurbanı olub. Əmisi Əmrah yüz­
başı Zəngəzur dağlarını özünə səngər edərək erməni 
qəsbkarlarına  qarşı  uzun  müddət  vuruşub,  zaman­
zaman  onların  Qarabağa  yolunu  kəsib,  ən  nəhayət, 
qanlı döyüşlərin birində qəhrəmancasına həlak olub. 
Bu  və  ya  digər  faktlar  yazıçının  həyatında  silinməz 
izlər qoyub və bədii tədqiqat obyektinə çevrilib.
Yazıçı nədən yazırsa yazsın, əslində özünü, öz da­
xili  dünyasını  təqdim  edir,  müəyyən  mənəvi­əxlaqi 
çabalardan söz açdıqca öz varlığını, estetik mövqeyini 
ortaya  qoyur.  Bu  dolaylardan  keçməyən  ədəbiyyat 
oxucuya yad olduğu kimi, elə yazıçının özünü də isit­
mir. Mövzu yazıçının bətnində yaranmalı, ağrısından, 
sevinc  və  kədərindən  formalaşmalıdır.  Ədəbiyyat 
inanc və səmimiyyətdir. Bunu qorumaq üçün bütün 
məqamlarda yazıçı səmimi, təbii olmalıdır. Əli İldırı­
moğlu yaradıcılığı boyu özünü yazan, daim yaşantıla­
rını, duyğu və düşüncələrini qələmə alan səmimi ya­
zıçıdır. Hadisə və xarakterləri özündən keçirməyi ba­
caran ədib mövcud dünya çərçivəsində öz dünyasını 
yaxşı  yarada  bilir.  Əsərləri  sanki  onun  yaddaş  və 
xatirələrinin yaşıdıdır. O cümlədən “Daş yağan gün” 
romanı...
Əsərlərin,  ədəbi  nümunələrin  müəyyən  yaranma 
texnologiyası  olur.  Yazıçı  ilk  növbədə  müəyyən  bir 
problemi  –  fəlsəfi,  siyasi­ictimai,  yaxud  əxlaqi  xətti 
önə  çəkir.  Deyək  ki,  konkret  bir  hadisənin,  müha­


10
Ə
li 
İld
ırı
m

lu
ribənin, döyüş səhnəsinin, ailə­məişət münaqişəsinin, 
tarixi hadisənin özünü, zahiri görüntüsünü yox, onun 
içində,  mahiyyətində,  mayasında  yaşayan  problemi 
leytmotivə  çevirir. Adamlar,  onların  həyatı,  məişəti, 
bir­birinə  münasibətləri,  xarakterləri,  predmet  və 
əşyalar, təbiət təsvirləri problemin çözümündə ədəbi 
material  rolu  oynayır.  Bəzi  əsərlərdə  fərqli  olaraq 
problem  hadisələrin  içindən  boy  göstərir  və  sair... 
Formaların  hər  biri,  əslində  ədəbi  nümunə  üçün 
məqbul qəlibdir. Əsas meyar bu qəlib çərçivəsində is­
tedadla yazılmış bədii əsər təqdim etməkdir.
“Daş yağan gün” daha çox fəlsəfi­əxlaqi problem 
üzərində  qurulmuş  romandır.  Bu  fonda  ədəbi  qəlib 
kimi  seçilən  Nəcəfin  taleyi  işığında  ədib  məsələnin 
təkcə  fəlsəfi­əxlaqi  qaynaqlarını  araşdırmır,  eyni  za­
manda qneseoloji köklərinə qədər gedir. Əsərdə baş 
verən  hadisələr,  insan  taleləri,  təbiət  təsvirləri, 
cəmiyyətin  fərqli  həbs­halı  həmin  məqsədə  xidmət 
edir.  Əslində  problem  erməni  vəhşiliyinin,  erməni 
vandalizminin,  kökdən,  genetikadan  və  pozulmuş 
əxlaqdan süzülüb gələn erməni millətçiliyinin ifşası­
dır. Bu məqsədlə ədəbi qəlib kimi seçilmiş bir gəncin 
nakam taleyi bütün məsələlərə işıq salmaqda, prob­
lemə  müxtəlif  rakurslardan  yanaşmaqda  yazıçıya 
kömək  edir,  onun  bədii­estetik  manevr  imkanlarını 
artırır. Əli müəllim problemin açılmasında şaxələnmiş 
süjetin bir məcraya yönəldilməsində daha çox insan 
talelərinə  güvənir,  onların  fərdi  cizgilərini,  məişət 
gizlinlərini,  həyat  fəlsəfəsini,  yaşam  tərzini,  sosial 
münasibətlərini  bu  istiqamətə  yönəldərək  toplum 
şəklində  təqdim  edir.  Şübhəsiz,  əsərdəki  təbiət 
təsvirləri, etnoqrafik etüdlər, simvollar, yuxugörmələr, 
mistik təxəyyüllər də qarşıya qoyulan yazıçı amalının 


11
Daş y
ağan gün
şərhində az rol oynamır. Bir sözlə, faktdan, hadisədən, 
həyat  həqiqətlərindən  tutmuş  ədəbi­bədii  vasitələrə 
qədər hər şey mobil bir ahəngdarlıqla problemin açı­
lımına  səfərbər  edilir,  sanki  işıq  bir  nöqtəyə  istiqa­
mətləndirilir.
Ədəbiyyatın missiyası səmimiyyət və xeyirxahlıq­
dır.  Ədəbiyyat  humanizmdir.  U.Folkner  müsahibə­
lərinin  birində:  “Sizə  nə  ad  verməmişlər:  naturalist, 
ənənəçi,  simvolist  və  s.  Maraqlıdır,  bəs  siz,  öz  fik­
rinizcə,  hansı  məktəbə  mənsubsunuz?”  –  sualına, 
“Mənsub  olduğum  və  ya  mənsub  olmaq  istədiyim 
məktəb  humanistlər  məktəbidir”  –  deyir.  Səmimiy­
yət lə  deyə  bilərik  ki,  Əli  İldırımoğlu  da  öz  yazıçı 
məziy yətlərilə bu humanistlər nəslinin davamçıların­
dandır. Humanizm, xeyirxahlıq, canıyananlıq və digər 
yüksək  əxlaqi  məziyyətlər  onun  əsərlərində  ədəbi­
estetik bir sistem kimi özünü göstərir. Bu estetik har­
moniya onun hər bir əsərində özünəməxsus ahəngdə 
təzahür  edir.  “Daş  yağan  gün”  əsəri  bu  mənada 
özünəxas ştrixlərlə zəngindir. Buradakı hadisələr və 
insan tale ləri humanizm və əxlaqa tabe etdirilib, yazı­
çı hima yəsinə bürünüb...
Əsər belə başlayır: “İlıq yaz axşamı. Bağlı­bağatlı 
kənd  alma,  gilənar,  gilas  çiçəklərinə  bürünmüşdü. 
Naxır  örüşdən  təzəcə  qayıdırdı.  Çiyni  sənəkli  qız­
gəlin  şən  əhvali­ruhiyyə  ilə  bulaq  başına  tələsirdi. 
Məscidlərin minarələrindən azan səsi gəlirdi. Mömin­
lər  axşam  namazına  hazırlaşırdılar.  Güney  məhəl­
lədəki  həyətlərin  birində  toy  məclisi  qurulmuşdu. 
Çal­çağır səsi kəndi başına götürmüşdü. Aşıqların sa­
zı­sözü  qəlbləri  ehtizaza  gətirirdi.  Bir  neçə  saatdan 
sonra gəlin atlanıb təntənə ilə bəy evinə yola salınma­
lıydı. Bu əsnada ara vermədən atılan top mərmilərinin 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə