ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə9/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   5   6   7   8   9   10   11   12   ...   79

27
Daş y
ağan gün
nün günorta çağı intim hisslərin əsirinə çevrilən açıq­
saçıq geyimli nazlı­qəmzəli qızların, elə dulların da, 
kişi qiyafəli gədə­güdələrin, ədəb normalarına sığma­
yan və ikrah hissi doğuran davranışlarının şahidi ol­
duqca on bir evli Təzə Həsənlidə gördüklərimi xatır­
layıb təəssüf hissi keçirirəm”. Budur Əli İldırımoğlu­
nun kəndi­kəsəyi, eli­elatı. O, bu əxlaq və mənəviyyatı 
bayraq edir və çəkinmədən dünyanın psevdosiviliza­
siyasına alternativ kimi qoyur. Haqlı da edir. Bu, eyni 
zamanda bir görkdür. Ədib, sanki erməni vandalları­
na üzünü tutub deyir ki, buyurun, bir daha tanış olun, 
qənim  kəsildiyiniz,  qanına  susadığınız  Azərbaycan 
xalqı, böyük türk qövmü budur! Hətta itləri belə əxlaq 
və mənəviyyatda dünyanın əksər insanlarına nümunə 
olan alicənab xalq budur! Bir daha tanıyın!..
Əsərin  bədii  məziyyətlərinə  gəldikdə  burada  da 
Əli İldırımoğlu yaradıcılığına xas şirin təhkiyə, obraz­
lı dil, zəngin təəssüratlar, təbii və etnoqrafik mənzə­
rələr  öndədir.  Dil  faktoru  başqa  əsərlərində  olduğu 
kimi burada da ədəbi hadisə səviyyəsindədir, çoxqat­
lı, çoxlaylı, obrazlı və fəlsəfidir.
Bədii əsərin gücü təsvir vasitələrinin reallığında və 
zənginliyindədir.  Bu  mənada  yaddaş,  daha  dəqiqi, 
yazıçı  yaddaşı,  qəlbin,  ürəyin,  qanın,  genin  yaddaşı 
çox kara gəlir. Yazıçı yaddaşı universal və professio­
nal yaddaşdır. Universal yaddaş – qar necə xışıldayır, 
mətbəxdən hansı iy gəlir, qapı hansı intonasiyayla cı­
rıldayır,  yaxud  yağış  damcıları  nə  pıçıldayır,  sərin 
meh altında xışıldayan otların səsindəki ahəng necə­
dir, uşaq çağının intonasiyası hansı səslərin harmoni­
yasından yaranır və sair və ilaxır. Əli İldırımoğluda 
bütün bunlar bədii bir sistem halındadır. Ümumi har­


28
Ə
li 
İld
ırı
m

lu
moniya  onun  bütün  yaradıcılığı  boyu  təbii  bir  ritm 
kimi səslənir. Dil, üslub, qeyd etdiyimiz kimi, təbii bir 
hadisə, estetik substansiya kimi görünür. Sanki bu dil 
canlıdır,  nəfəs  alır,  ürək  kimi  döyünür...  Əli  İldırı­
moğluna xas yazı tərzi, canlı təsvirlər, səlis dil, afo­
rizmlər, idiomlar bu əsərdə də oxucunun yol yoldaşı­
dır. Kəndin koloritini, ovqatını yaxşı bilən yazıçı bu 
qüdrətli  vasitədən  məharətlə,  qədərincə  bəhrələnir, 
zəngin ədəbi dilin vasitəsilə oxucu üçün bədahətən, 
gözlənilməz mənzərələr yaradır. Sözügedən romanda 
da solub getməkdə, itib­batmaqda olan kənd mənzə­
rələrini,  ata  sözlərini  ciddi­cəhdlə  qoruyub  saxlayır, 
yaşadır və beləliklə də oxucu yaddaşını xeyli qidalan­
dırmış olur. Əsərdə dil faktı, söz, intonasiya, ifadələr 
özü canlı hadisə kimi təzahür edir.
Əsərdə sözlə etnoqrafik mənzərələrin ahəngdarlığı 
yeni bədii məziyyət yaradır. Söz hadisələrin daha çox 
daxilindən, məğzindən maya tutur. Şübhəsiz, dəqiq, 
canlı təsvirlər, real təhkiyə, hadisələrin real görüntü­
sü,  konturları  daxili  mahiyyətin  açılmasına  xidmət 
edir. Amma əsas bədii­estetik substansiya dərindədir, 
içdədir. Bu parçaları oxuduqca sevinirsən, qürur du­
yursan və düşünürsən ki, nə yaxşı ki, belə müdrik ya­
zıçılarımız var, onlar bizim qan yaddaşımızı əbədiy­
yətə daşıyıb aparır, milli mənliyimizi daim yadımıza 
salır...  Əli  müəllim  bu  məqamlarda,  sanki  şairdir. 
Doğrudan da bu parçalar sənə gözəl, həzin, lirik bir 
şeir parçası qədər estetik həzz verir.
El, elat, tərəkəmə həyatının dəqiq, canlı və zəngin 
təsvirləri,  bədii­etnoqrafik  yaddaş  təkcə  nostalji  his­
slər kimi boy göstərmir, yazıçının estetik idealına çev­
rilir.  Bir  parçaya  diqqət  edək.  El  yaylağa  hazırlaşır. 


29
Daş y
ağan gün
Burada  köç  ovqatı,  yır­yığış  anı  o  qədər  zərgər 
dəqiqliyi ilə təsvir edilir ki, elə bil canlı tablo yaradılır: 
“...Axşam  fərməşlər  qabqarıldı.  Alaçıq  çubuqlarını, 
keçəni,  paltar­palazı,  qab­qaşığı  yükləmək  üçün  iki 
öküz,  bir  qatır,  iki  ulaq  ayrıldı.  Qönçə  xala  axta  ata 
yüklənmiş qoşa fərməşin arasında oturdu... Oğlanla­
rından biri atın yedəyini çəkir, o biriləri də əllərində 
çubuq yüklü ulaqları sürürdülər. Nəcəf arxada, itlər 
də ləhləyə­ləhləyə yan­yörədə gedirdi...” Bədii füsun­
karlıq təkcə dəqiq, yerli­yataqlı təsvirlərdə deyil, eyni 
zamanda etnoqrafik mənzərədə, ruhumuzu tərpədən 
milli ovqatdadır. Obrazlı, koloritli dil və təhkiyə bunu 
bir daha tamamlayır.
Köç yaylağa qalxarkən baş verən bəzi hadisələr, bu 
olayların  yaratdığı  əhvali­ruhiyyə  də  eyni  məntiqin 
tərkib  hissəsidir:  “Həsənli  dərəsindən  düzə  çıxanda 
hava işıqlandı. Artıq it qurddan seçilirdi. Ətraf aydın 
görünürdü. Köç yolunda mal­heyvan əlindən tərpən­
mək olmurdu. Qucağı uşaqlı bir qadın altındakı kəhər 
atı  sağa­sola  səyirdib,  qarışığa  düşüb,  itən  balalı 
inəyini  soraqlayırdı.  İrəlidəki  aşırımda,  kövşən  qo­
ruqçuları ilə tərəkəmə çobanları arasında dava­dalaş 
qalxmışdı.  Qarovulçular  qollarına  bəlgə  dolamışdı. 
Tərəkəmə  çobanları  çomaqlarını  başlarının  üstünə 
qal dırıb  mənəm­mənəm  deyirdilər.  Onlar  bir­birinə 
hərbə­zorba gəlsə də, hökumətin qorxusundan cəsarət 
eləyib  dəyənəklərini  işə  salmırdılar...”  Necə  də  təbii, 
gözəl səhnədir. Bu gözəlliyin mayasında isə yazıçının 
qüdrətli realizmi, həyat hadisələrinə sadiqliyi dayanır. 
Burada da ədib, əxlaq məsələlərini qabardır, xalqı­
mızın ömrü boyu tapındığı və özünün də daim ehti­
ram  göstərdiyi  ağsaqqallıq  institutunu,  ağsaqqallıq 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə