ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə12/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   8   9   10   11   12   13   14   15   ...   79

38
Ə
li 
İld
ırı
m

lu
* * *
Dayım  mühasibat  məktəbini  bitirmişdi.  Kəndin 
oxumuş,  savadlı,  bilikli  adamı  sayılırdı  və  qonşu 
kənddə  hesabdar  işləyirdi.  Babam  hər  gün  sübh 
tezdən atını palanlayıb əkin­biçin, bağ­bağat işlərinə 
yollanırdı. Qoca nənəm ev işlərini yerbəyer eləyəndən 
sonra,  çatma  qurub  nehrə  çalxalamağa  başlayırdı. 
Belə məqamlarda təhnədən para fətir götürüb, cibimə 
yumurta boyda kəllə qənd qoyub xəlvətcə evdən çı­
xırdım. Çünki evin böyükləri məni təkbaşına ora­bu­
ra getməyə qoymurdular. Deyirdilər ki, yal­yamacda 
azıb eləyər və ya başına bir iş gələr, arada peşmançılıq 
olar.  Ona  görə  də  məni  hələm­hələm  gözdən  uzağa 
buraxmırdılar. Ona görə də çox vaxt bir yerə getmək 
istəyəndə  evdəkilərə  bildirmirdim.  Bu  gün  bəxtim 
gətirmişdi.  Kişilər  işə  getmişdi,  qoca  nənəmin  başı 
nehrə çalxalamağa qarışmışdı.
Ayaqlarımın ucunda, səksəkəli addımlarla sıpıxıb 
həyətdən çıxdım və kəndin yuxarısındakı Qarğı bula­
ğına tərəf dolaylandım. Dərənin boğazında baş­başa 
verən qayaların arasından sısqa axınla süzülüb gələn 
bulağa çatanda pencəyimi soyunub qaragilə ağacın­
dan asdım. Dizlərimi yerə dirəyib, bulağın dumduru 
suyundan  doyunca  içib  bir­iki  ovuc  da  üzümə  vur­
dum. Bulaq sərt qayalarla, qalın kollarla əhatə olun­
duğundan  buraya  çoban­çoluqdan  başqa  heç  kimin 
ayağı dəymirdi. Bulağın başında minbir oyundan çı­
xırdım.  Birdən  başıma  qəribə  bir  fikir  gəldi,  düşün­
düm ki, burada qara palçıqdan Köhnə Həsənliyə ox­
şayan kənd salım. Elə bir kənd ki, məscidi, mədrəsəsi, 
bir sözlə, bütün binaları palçıqdan olsa da, babaları­
mızın yaşadığı Köhnə Həsənliyə oxşasın. Bu ağır işin 
öhdəsindən gəlsəm, təsəlli taparam. Elə hesab edərəm 


39
Daş y
ağan gün
ki,  ermənilərin  acığına  onların  yandırıb  dağıtdığı 
Köhnə  Həsənlini  yenidən  tikib  qurmuşam.  Əvvəlcə 
bu fikir mənə baş tutmayan xam xəyal kimi gəldi və 
özüm özümə güldüm. Lakin arzum tərəddüdlərimə 
üstün  gəldi.  Qərarım  qətiləşdi.  Qolumu  çırmayıb 
təkbaşına “tikinti” işlərinə başladım. Həm də fikir lə­
şir dim ki, ermənilərə etibar yoxdur. Andranikin başı­
nın  qurdu  bir  də  tərpənsə,  mənim  kəndimin  yerini 
tapa bilməz. Babam erməni daşnaklarının müsəlman­
lara necə divan tutduğu, qaniçən olduğu barədə çox 
danışmışdı.  Onun  dediyi  sözlər  yadımdan  çıxmırdı. 
Andraniki  görüb  tanımasam  da,  onun  ordusunun 
Köhnə Həsənliyə tutduğu divanı, babamın ürəkağrısı 
ilə  dediklərini  gözümün  qabağına  gətirib,  onlara 
nifrət edirdim. Erməni cəlladlarının acığına Qarğı bu­
lağının  aşağısındakı  bataqlıqdan  üfunət  saçan  qara 
palçıq götürüb tikintiyə başladım. Əvvəlcə kəndimin 
ətrafına hasar çəkdim ki, Andranikin qoşunları içəri 
soxula bilməsin. Sonra çör­çöp yığıb dəyirman tikdim 
ki, dən üyütmək üçün camaat ora­bura getməsin. İş 
öküzlərini nallamaq üçün kəndin ortasında ayrıca yer 
düzəltdim.  İtləri  zəncirləyib  elə  yerdə  bağladım  ki, 
erməni  qoşunu  gecə  vaxtı  hücum  eləsə,  tez  görüb 
hürüşsünlər  və  kəndin  adamlarını  duyuq  salsınlar. 
Tikdiyim evlər elə xoşuma gəlirdi ki, hamısına çöpdən 
çəpər  çəkmişdim,  yolağa  qoymuşdum.  Evdəkilərin 
mənə acığı tutmasaydı, elə burada da gecələyərdim. 
Bircə orası vardı ki, otaqlar çox balaca idi. Ora siçan 
da girə bilməzdi.
Əllərim qapqara palçıq olmuşdu. Gördüm yorul­
muşam,  əlimin  arxası  ilə  alnımın  tərini  silib,  ayağa 
qalxdım.  Kəsif  qoxusu  gələn  palçıqdan  düzəltdiyim 
evlərə, dəyirmana, dəvələrə, atlara, öküzlərə, zəncir­
lədiyim qıllı köpəklərə baxmaqdan zövq alırdım.


40
Əli İldırımoğlu


41
Daş y
ağan gün
Günün batmasına az qalırdı. Başım tikinti işlərinə 
qarışdığından günorta yeməyim yadımdan çıxmışdı. 
Bulağın gözündə yuyunub təmizləndikdən sonra yas­
tı  bir  daşın  balaca  çalasını  su  ilə  doldurdum.  Daş 
stəkanıma qənd saldım. Ancaq bu nəhəng stəkanı qal­
dırıb  başıma  çəkməyə  gücüm  çatmazdı.  Ona  görə 
gətirdiyim fətiri tikə­tikə doğrayıb, şirin­şərbətə salıb 
ləzzətlə yeyirdim. Qayışımın altını bərkidəndən son­
ra  kənara  çəkilib  əllərimlə  tikdiyim  balaca­balaca 
evlərə bir də baxdım. Kənd kiçik olduğundan, Köhnə 
Həsənlidən daha çox Təzə Həsənliyə oxşayırdı.
Artıq gün əyilmişdi. Evə dönmək istəyəndə saldı­
ğım kəndi dağıtmaq istədim. Ancaq əlim gəlmədi. Ba­
bamın  dedikləri  yadıma  düşəndə  bədənim  əsdi.  Bir 
dəfə Köhnə Həsənlinin xarabalıqlarından keçəndə ba­
bamın qanı qaraldı. O, uçuq evlərə kədərli nəzər salıb, 
təəssüflə  başını  buladı  və  Andranikin  qarasına  o  ki 
var söyüb­söyləndi:
– O gorbagorun fitvasıynan süfrəmizin başına ke­
çirdiyimiz namərd ermənilər minillik kəndi bu kökə 
salıb, – dedi. – Nə millət olursa olsun, insan ki Allah­
dan qorxmadı, ondan nə pis əməl desən çıxar, – əlavə 
edib tüpürdü.
Babam harfa danışan adam deyildi. Ancaq ermə ni­
lərin törətdiklərinə baxanda təbdən çıxdı, onların ar­
xasınca söyüb­söyləndi. Mən isə bir kəlmə də dillən­
mədim. Babamın qırımını görüb, səsimi içəri saldım. 
Ancaq  onun  dedikləri  qulağımdan  getmirdi.  Ona 
görə də səhərdən axşamacan, qan­tərə bata­bata tikdi­
yim evlərə, saldığım kəndə qıymadım. Babamın hə­
min sözlərini xatırlayıb öz­özümə düşündüm: “Əgər 
bu  evlərin  birini  uçursam,  onda  elə  mən  özüm  də 
erməni  daşnakları  kimi  allahsız,  mürvətsiz  olaram. 
Hamı məni lənətləyər”.


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə