ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə15/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   11   12   13   14   15   16   17   18   ...   79

50
Ə
li 
İld
ırı
m

lu
nalə çəkirdi. Malların böyürtüsü alaçıqları başına gö­
türmüşdü.  Dəhşətli  hadisə  baş  veribmiş  kimi,  orda­
burda alaçıqların yanına qısılmış itlər ağız­ağıza verib 
ulaşırdılar.  Uşaqlı­böyüklü  hamı  alaçıqdan  çıxıb  bu 
müdhiş  mənzərəni  təəccüblə  seyr  edirdi.  Çobanlar 
dəyənəklərini işə salıb burada yas tutub, ağlaşma qu­
ran malların hərəsini bir tərəfə qovdular. Mən yaxın­
lıqda  dayanan  yaşlı  kişiyə  yanaşıb,  şahidi  olduğum 
bu həngamə barədə ona cürbəcür suallar verirdim. Bu 
cür hadisələrə öyrəşmiş yaşlı kişi təmkinlə:
– Qaramalın adətidir, – dedi. – Qan qoxusunu hiss 
edəndə  baş­başa  verib  böyürür,  haray­həşir  salırlar. 
Bu da onların yas tutub ağlaşmasıdır. Gərək cöngəni 
kəsəndən sonra qanını basdırıb izini itirəydik. 
Yaşlı kişi bu sözləri deyib xəyallandı və əlini gözü­
mün üstünə tökülən qalın saçlarımda gəzdirərək:
– Bacıoğlu, qan tökmək pis şeydir, – dedi. – Görür­
sən, heyvan heyvanlığıynan qan görəndə üsyan qaldı­
rır.  Ona  görə  də  həmişə  kənddə  öküz,  inək,  cöngə 
kəsəndə  dərhal  çala  qazıb  qanı  basdırırlar  ki,  yeri 
bilinməsin. Bilinəndə, bax, bu cür şivən qoparırlar.
Bu sözləri eşidəndə məyus oldum. Fikir məni gö­
türdü.  Erməni  daşnaklarının  qoşun  çəkib  Köhnə 
Həsənlidə minlərlə insanı qana boyaması gəlib durdu 
gözümün qabağında. – Heyvanlar qan görəndə dəh­
şətə  gəlib  üsyan  eləyir,  ağlayıb  haray­həşir  salırlar. 
Bəs insanlar necə?! Görəsən Andranik, onun əlisilah­
lıları bu cür şüursuz, dilsiz­ağızsız heyvanlardan niyə 
ibrət götürmür?! Qan tökməyi özlərinə rəva bilib, bu 
cür  qəddar  hərəkətləri  ilə  hələ  bir  qürrələnib,  fəxr 
edirlər?!
Ona  görə  də  Tağyurd  yaylağından  qayıdandan 
sonra  Qarğı  bulağı  tərəfdə  saldığım  kəndin  aqibəti 


51
Daş y
ağan gün
barədə hey düşünürdüm. Və fürsət düşdükcə balaca 
kəndimə baş çəkib, səngərlərdəki gözətçilərin qulağı­
na  pıçıldayıb,  onları  başa  salırdım  ki,  ayıq­sayıq  ol­
sunlar. Erməni başkəsənləri harda olsa, yenə də diri­
lib gələcək...
* * *
Təzə  Həsənlinin  kinosu  yox,  teatrı  yox,  məktəbə 
gedən  vaxtım  da  deyildi.  Evdə  qalanda  darıxırdım. 
Qocam  da  ki,  gecə­gündüz  üstümdə  yarpaq  kimi 
əsirdi. Məni gözündən kənara buraxmırdı. Deyirdi ki, 
təkbaşına bu yal­yamacı az ölç. Həftədə bir çarıq yır­
tırsan. Evdə gön də qalmayıb. Gönə görə demirəm ey, 
baban hardan olsa tapıb gətirəcək, dilim­ağzım quru­
sun,  gedib  yal­yamacda  azarsan,  başına  bir  iş  gələr, 
qabağına qurd­quş çıxar, ilan çalar, daşdan­qayadan 
yıxılarsan... Evdə oturanda arxayın oluram. Gördün 
darıxırsan,  hərdən  çıx  kəndin  arasına,  tay­tuşlarınla 
oyna.
Qocamın sözüynən çox vaxt evdən bayıra çıxmır­
dım.  İkilikdə  olanda  əyirib  boyadığı  rəngbərəng 
iplərin kələfini aça­aça mənə cürbəcür nağıllar danı­
şır, öyüd­nəsihət verirdi. Deyirdi ki, oturanda­duran­
da, camaat arasına çıxanda elə hərəkət et ki, hamı saa 
bəh­bəh  desin.  Həmişə  danışığını  bil,  yersiz  deyib­
gülmə. Fikir vermişəm, hərdən qaşıqla umac, əriştə, 
süddü  şorba,  dovğa  yeyəndə  hortdadırsan.  O,  pis 
adətdir.  Qıraqdan  baxanlar  üzünə  deməsə  də,  ürə­
yində səni qınayar. Nəbadə yalan söz danışasan. Son­
ra beüzm olarsan. Arxanca söyüb deyərlər: buna öyüd 
verən belə­belə olsun. Öyüd verənin də kimdir?! Mən, 
baban, dayın, atan... Yaxşı oğul ata­anasını söydürməz. 
Pis  söz  danışanın  dilinə  ziyil  çıxar.  Süfrəyə  çörək 


52
Ə
li 
İld
ırı
m

lu
gələndə acgözlük eləmə. Onda adama qarınqulu de­
yər lər. Xörəyi də çox yemə. Elə elə ki, həmişə gözün 
çörəyin dalınca qalsın. Çox yemək adamı az yeməkdən 
də qoyar. Yad yerə düşsən, çox yeyəndə dili dinc dur­
mayanlardan  biri  qıpqırmızı  üzünə  vurub  deyər  ki, 
balam, saman sənin deyil, samanlıq da sənin deyil?..
Qocam bir dəfə üzünü bozardıb:
– Yaxşı yadıma düşdü, – dedi. – O nə ədəbsizlikdir 
eləmisən?! Ötən cümə axşamı hüzür yerindən gələndə 
qapıbir qonşumuz Gülgəz xalan səndən giley­güzar 
elədi. Dedi ki, cücəli toyuğumuz çəpərin deşiyindən 
sizin qapıya keçmişdi. İtin qorxusundan o tərəfə ad­
daya bilmədim. Nəvən də kənarda durub baxırdı. Nə 
qədər  yalvarıb,  ilan  dili  çıxartdım  ki,  xalan  qurban, 
o toyuğun qabağına bir daş at geri qayıtsın, elə bil sö­
zümü daşa deyirdim. Gədə yerindən də tərpənmədi... 
Gülgəz xalan heylə deyəndə xəcalətimdən ölüb yerə 
girdim. O cür xasiyyətini tərgit. Adam üzüyola olar, 
yeri deyəndə yüyürər. Böyüyün sözünü yerə salmaz. 
Hər  şey  o  tərəfə  qalsın,  Gülgəzlə  od  qonşusuyuq. 
Nənən yerində də arvaddır. İnsafüçünə, səndən ötəri 
özünü öldürür, hər dəfə inəyi doğanda bulamasını bi­
rinci saa gətirir. İndi de görüm, bütün bunların qaba­
ğında saa yaraşarmı ki, onun dediyini yerə salasan?! 
Gərək Gülgəz xalanın ağzından söz çıxan kimi toyu­
ğu da, cücələri ilə bir yerdə çəpərdən addadıb hin lə­
rinə salaydın. O da saa bir bərəkallah deyərdi. Yadın­
da saxla ki, sözə baxmaq ədəbdəndir. Qoy deməsinlər 
ki, filankəsin nəvəsində qanacaq deyilən şey yoxdur. 
Özümüzə görə adımız­sanımız var. Ocağımıza töhmət 
gətirmə...
Qəlbi sınıq nəvə kimi ailədə mənə nə qədər nəvaziş 
göstərib, nazımı çəksələr də, kiçik bir qəbahətimi ba­


53
Daş y
ağan gün
ğışlamırdılar. Ona görə də çalışırdım ki, hər bir dav­
ranışım  böyüklərin  ürəyincə  olsun.  Özümü  çox  da 
ərköyün aparıb, şıltaqlıq eləmirdim. Valideynlərimin 
məndən  iynənin  ucu  qədər  incidiyini  hiss  edəndə 
xəcalət  çəkirdim  və  başımı  qaldırıb  onların  üzünə 
baxa bilmirdim.
Bir dəfə babam həyətimizdəki iydə ağacının kölgə­
sində,  özündən  bir  neçə  yaş  kiçik  olan  əmisi  oğlu 
İsfəndiyarla qabaq­qənşər dayanıb nə barədəsə söhbət 
edirdilər. Mən isə öz aləmimdəydim. Dəhlizdəki tax­
tın üstündə arxası üstə uzanıb, ayaqlarımı da bir­biri­
nin üstünə aşırmışdım. Babam gözucu mənə baxanda 
qırımından hiss etdim ki, bu saymazyana hərəkə tim­
dən xoşu gəlmir. Və o, nurani sifətinə sərt ifadə verərək:
– Dur düz otur! – dedi. – Ədəbsiz! O mıxdakı qısır 
əmən dananın da qabağına bir çəngə ot at!
İsfəndiyar əmi gülümsəyərək:
– Məşədi, keçmə sənin bu xasiyyətindən. Hər xır­
da  şeyə  fikir  verirsən.  Uşağın  xətrinə  dəymə.  Hələ 
onun  nə  vaxtıdır,  yekələndə  oturuşunu­duruşunu 
sən dən, məndən yaxşı biləcək. Biz uşaq olmamışıq?!
Babam onunla razılaşmadı:
– Yox, İsfəndiyar, səhvin var, – dedi. – Ağacın əyri­
sini şiv vaxtı düzəltmədin, yoğunlayandan sonra ha 
çalışasan, xeyri yoxdur. Gərək uşağı bələkdə, küçüyü 
dəməkdə öyrədəsən...
Bu  söz­söhbətdən  hesabımı  götürdüm.  Babamın 
iradı mənə ibrət dərsi oldu. Ondan sonra böyüklərin 
yanında uzanmaq nədir, yastığa belə söykənmirdim.
Beləcə, hələ məktəbin qapısını açmamışdan əvvəl 
mömin  valideynlərim  mənə  ədəb  dərsi  keçirdi.  Yeri 
düşəndə babam deyirdi ki, uşaq nə qədər əziz olsa da, 
tərbiyəsi ondan əzizdir.


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə