ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə16/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   12   13   14   15   16   17   18   19   ...   79

54
Ə
li 
İld
ırı
m

lu
Bu kəlamların nə demək olduğunu az da olsa anla­
yırdım. Ona görə də mənə nə qədər “evimin dirəyi, 
gözümün işığı” deyib əzizləsələr də, valideynlərimin 
xoşuna gəlməyən hərəkətlərdən çəkinirdim.
* * *
Kənddən  çox  da  aralı  olmayan  dağların  ətəklə­
rindən həmişə yanıqlı tütək səsi gəlirdi. Əlimi alnıma 
qoyub həmin səmtə baxanda qoyun­quzu sürüsü gö­
rünürdü. Və bilirdim ki, Nəcinin otardığı qoyunlar­
dır.  Kənddə  ondan  başqa  heç  kimin  tütəyi  yoxudu. 
Onun əsl adı Nəcəf idi. Lakin hamı onu Nəci deyə ça­
ğırırdı. Ermənilər Köhnə Həsənlini yandırıb­dağıdan­
da  ata­anası,  bacı­qardaşı  faciə  ilə  həlak  olmuşdu. 
Nəcinin ipi Allahdan üzülmədiyindən sağ qalmışdı. 
Ağlagəlməz  bir  təsadüf  nəticəsində  əmisi  Mikayıl 
qundaqda olan Nəcəfi qoltuğuna alıb ölümün ağzın­
dan qurtarmışdı. Nəci, ayağı yer tutandan sonra ona 
himayə duran əmisinə çobanlıq eləyib, qoyun otarır­
dı.  Nəcəfin  oynaq,  qara  gözləri,  şivərək  boyu,  dolu 
sifəti, mərcan kimi ağappaq dişləri vardı. Çaldığı ala­
bəzək tütəyi Köhnə Həsənlinin qabağındakı bataqlıq­
da  bitən  qarğıdan  düzəltmişdi.  Aramızda  xeyli  yaş 
fərqi olsa da, bizimki tuturdu. Qocam onu da deyirdi 
ki, Nəcəf yetim olsa da, gözü­könlü tox, halal uşaqdır. 
Heyləsindən  adama  zərər  gəlməz.  Qocamdan  icazə 
alıb tez­tez Nəcinin yanına gedirdim. Məni görəndə 
elə sevinirdi ki! Deyirdi ki, sən yanımda olanda darıx­
mıram. Birinci dəfə Nəcinin yanına gedəndə sürünün 
itləri kənardan qaraltımı alıb hürə­hürə üstümə cum­
dular. Nəci duyuq düşənəcən, itlər məni haqladılar. 
Elə  qorxdum  ki!  İncəvara,  itlər  yaxınlaşanda  nəyə 


55
Daş y
ağan gün
görəsə  mənə  dəymədilər  və  peşman  olubmuş  kimi 
quyruqlarını bulayıb kənarda şöngüdülər. 
Nəci “Qorxma! Qorxma!” – deyə­deyə yamacaşağı 
yüyürüb, özünü mənə yetirdi. Əvvəlcə itlərə təpindi, 
sonra  mənə  ürək­dirək  verib  dedi  ki,  arxayın  ol, 
mənim itlərim heç vaxt arvad­uşağa dəyib toxunmaz. 
Nəinki mənimki, kənddəki itlər də arvad­uşağı qap­
mır. Qapsa, heyləsini bircə gün də qapıda saxlamaz­
lar, aparıb azdırarlar.
İtlərin bu xasiyyətini bilmirdim. Nəci: “Əsl it qadı­
na, bir də uşağa dəyməz” deyəndə, təəccüb məni gö­
türdü. İlahi, it itliyi ilə qadına­uşağa dəymir, amma 
erməni  quldurları  Köhnə  Həsənlidə  insafsızcasına 
bütün arvadları, uşaqları, qundaqdakı körpələri belə 
qırıb, qılıncdan keçiriblər. Ha fikirləşdim, bu sualıma 
cavab  tapa  bilmədim.  Və  erməni  vəhşilərinə  olan 
nifrət hissim daha da gücləndi.
Nəci tez­tez ata­anasının, altı bacısının, iki qarda­
şının  ermənilər  tərəfindən  işgəncə  ilə  necə  öldürül­
düyündən  ürəkağrısı  ilə  danışıb  kövrəlirdi.  Nəciyə 
həmin qanlı hadisələri əmisi Mikayıl danışmışdı. Nəci 
əmisinin dediklərini dilə gətirdikdən sonra ala­bəzək 
tütəyə dəm verirdi. O, ermənilərin Köhnə Həsənlilərin 
başına gətirdiyi müsibətləri ala­bəzək tütəyin dili ilə 
car çəkib, dağları­daşları lərzəyə gətirirdi. Həmişə də 
tütəyi çalanda yönünü Köhnə Həsənliyə tərəf tutur­
du.  Hərdən  tütəyinə  ara  verib  deyirdi  ki,  neçə  dəfə 
qoyunları  Köhnə  Həsənli  tərəfdəki  yamaclara  verib, 
ata­anamın,  bacı­qardaşlarımın  qəbrini  axtarmışam, 
amma tapa bilməmişəm. Əmim bunu eşidib biləndə 
dedi ki, nahaq yerə özünü yorma. Dava vaxtı ermənilər 
uşaqdan­böyüyədək hamısını ucdantutma qırırdılar. 


56
Ə
li 
İld
ırı
m

lu
Sonra  da  meyitlərini  ya  yandırır,  ya  da  ki,  dərin 
xəndəklər qazıb basdırırdılar. Ona görə də dörd­beş 
min adamdan birinin də qəbir yeri bilinmir. Nəci bu 
sözləri deyəndə, oynaq qara gözlərindən qopan yaş, 
çöl havasında qızarıb qaralan dolu sifətindən süzülüb 
yaxasını  isladırdı.  Nəcinin  nələr  çəkdiyini  təsəvvür 
etdikcə ürəyimin başına od düşürdü.
Quyruğu  yerlə  sürünən  buynuzlu  qara  qoç  ala­
bəzək tütəyin yanıqlı səsini eşidəndə sürüdən təklənib, 
Nəciyə tərəf gəlirdi və sahibinə yanaşıb onun söy kən­
diyi dəyənəyə sürtünürdü. Nəcinin əynindəki nimdaş 
pencəyin ətəyini yalayırdı. Buynuzlu qara qoç Nəcinin 
özününküydü. Əmisi bu qoçu ona quzu vaxtında ba­
ğışlamışdı. O da belə olmuşdu: İki payız bundan əvvəl 
əbrəş qoyun üç quzu doğmuşdu. Əmisi həmin quzu­
lardan  birini  Nəciyə  peşkəş  eləyib  demişdi  ki,  bu, 
səninkidir. Nəci də həmin vaxtdan buynuzlu qoçu ələ 
öyrətmişdi. Buynuzlu qara qoç da Nəcidən əl çəkmirdi, 
mehrini ona salmışdı. Tez­tez sürüdən ayrılıb Nəciyə 
sürtüşürdü. Hərdən sahibinə buynuz da atırdı, ancaq 
bərkdən vurmurdu, Nəci ilə oynamaq istəyirdi. Buy­
nuzlu qara qoçun bu cür şıltaqlığından Nəcinin xoşu 
gəlirdi, eyni açılırdı və çiynindəki çantadan çörək qır­
qırıntısı çıxardıb buynuzlu qoça yedizdirirdi. Buynuz­
lu  qara  qoç  Nəcinin  üzünə  baxa­baxa  çörəyi  ləzzətlə 
göyşüyürdü.  Ancaq  buynuzlu  qoç  kənar  adam  kimi 
mənə məhəl qoymurdu. Və bə zən də geri çəkilib üstü­
mə cumur, məni vurmaq istə yirdi. 
Buynuzlu qara qoç həddini aşıb cızığından çıxan­
da Nəci ona təpinirdi. Buynuzlu qara qoç da səhvini 
başa düşürmüş kimi qabaq ayaqlarını qaldırıb Nəcinin 
çiyinlərinə  qoyur,  onun  boyun­boğazını,  sir­sifətini, 


57
Daş y
ağan gün
ala­bəzək tütəyini qoxulayıb yalayır və sanki qəlbisınıq 
olan yetim sahibinin könlünü almaq istəyirdi. Nəci də 
buynuzlu  qara  qoçun  bu  hərəkətindən  xoşhal  olub, 
onun yanlara əyilmiş buruq­buruq buynuzlarına, qaş­
qa alnına, boğazından sallanan qoşa qotazlara, qəşəng 
gözlərinə sığal çəkirdi. Mən isə belə bir mənzərənin 
şahidi  olmaqdan  məmnunluq  duyurdum.  Nəci  ilə 
buynuzlu  qoçun  rəftarına  heyranlıqla  tamaşa  edib, 
onların  mehribanlığına  həsəd  aparırdım.  Buynuzlu 
qara qoç elə bil ala­bəzək tütəyin səsində Nəcinin ke­
çirdiyi iztirabları hiss edir və arxasız sahibinin acı ta­
leyini anlayıb, ona həmdərd olmaq istəyirdi.
Ucu­bucağı görünməyən qoyun sürüsünün içində 
bircə  buynuzlu  qoç  Nəcininki  idi.  Neçə  dəfə  əmisi 
qəssab  çağırıb  buynuzlu  qara  qoçu  kəsdirmək  istə­
mişdi. Nəci yalvarıb­yaxarıb birtəhər əmisini bu niy­
yə tindən  çəkindirmişdi.  Mikayıl  kişi  də:  “Yetimin 
nəfəsi ağır olar, buynuzlu qoçu kəssəm, Nəcinin qəl­
binə dəyər, sonra ziyan çəkərəm” – mülahizəsi ilə fik­
rini dəyişmişdi.
Nəci buynuzlu qara qoçu ilə fəxr edirdi və ona elə 
gəlirdi  ki,  dünyanın  ən  dövlətli  adamıdır.  Hərdən 
kədərli köks ötürüb deyirdi ki, qoyunun ömrü uzun 
olmur. Buynuzlu qoç tez­gec kəsilməlidir. Ona görə 
də fikirləşdim ki, bir gün əmimin saqqızını oğurlayıb 
ona deyim ki, buynuzlu qoç qocalıb ətini tökməmiş 
altıbalalı doğar qoyuna dəyişsin. Ana qoyunu artırıb 
ayrıca  sürü  düzəldərəm,  var­dövlətim  aşıb­daşar. 
Əmim məni evləndirər. Özümə ayrıca ailə quraram, 
gün­güzəran düzəldərəm, kənddə beş kişinin biri ola­
ram. 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə