ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə17/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   13   14   15   16   17   18   19   20   ...   79

58
Əli İldırımoğlu


59
Daş y
ağan gün
Nəci bu sözləri deyib mükəddər baxışları ilə Köhnə 
Həsənli tərəfdəki dağların seyrinə daldı və dərindən 
ah çəkərək:
– Allah erməni mərdimazarlarının cəzasını versin, 
– dedi. – Nə vaxtacan əmi qoltuğuna sığınmaq olar?!
Balaca olsam da, Nəci məni özünə ümid yeri bilir­
di. Bu sözləri deyəndə elə bil yekə kişi ilə danışırdı. 
Lakin uşaq olduğumdan dediklərinin qabağında bir 
söz tapıb, ona yol göstərməkdə aciz idim. – Nəci, mən 
hələ  tifiləm,  məktəbə  də  getməmişəm.  Əlimdən  nə 
gəlir?!  –  demək  mənasında  çiynimi  çəkib  boynumu 
yana əyirdim.
Nəci  ilə  aramızda  bu  cür  qanqaraldıcı  söhbətlər 
çox  olurdu.  Nəci  məndən  heç  də  hər  hansı  kömək 
gözləmirdi.  Yalnız  dərdini  deyib  ürəyini  boşaldırdı. 
Elə  ki,  qoyunlardan  biri  doğdu,  kefimiz  durulurdu. 
Nəci  quzunu  əmizdirib  mayaladıqdan  sonra  qoyu­
nun ətənəsinə bitişik olan, salafan naziklikdə kisəciyi 
ustalıqla ayırıb, içindəki suyu boşaldır və yerinə süd 
sağırdı. Sonra dolu kisəciyin ağzına, özündən düyün 
vurub  sönməkdə  olan  ocağın  qoruna  basdırırdı. 
Körpə quzunun boğazından kəsdiyi süd dələmə pen­
dir kimi bişib bərkiyirdi... Nəcinin suluq qonaqlığın­
dan olmazdı. Biz çöl­biyabanda, rəngbərəng çiçəklər­
dən  naxışı  olan  yamyaşıl  süfrənin  başında  qabaq­
qənşər bardaş qurub, qorda bişən suluqdan ləzzətlə 
yeyirdik.
İştahamızı öldürdükdən sonra ayağa qalxdıq. Başı­
mız yeməyə qarışdığından sürünün yarısı kol basmış 
təpənin o üzünə aşmışdı. Nəci tez­tələsik sürüdən ayrı­
lan qoyunların qabağına bir tolamazdı atıb, həmişə qa­
baqda gedən qoşabuynuz erkəclə birlikdə geri qaytar­
dı və dedi ki, kol­kos qoyunun yununu didir. Qırxım 
vaxtı ələ bir şey gəlmir. Onda əmim üzümə itin sözünü 


60
Ə
li 
İld
ırı
m

lu
deyib, məni danlayır. Deyir ki, biryolluq başa düş ki, 
qoyunun yunu özündən gəlirlidir. Gərək onu pıtrağa 
salmayasan. Pıtraq da ki, yunun qənimidir, zay eləyib 
qoyur  orda.  İnsafüçünə,  əmim  düz  deyir.  Mən  siftə 
belə  şeyləri  başa  düşməzdim.  Əmimin  sözləri  məni 
ayıltdı. İndi qoyunçuluğun dilini az­çox öyrənmişəm. 
Bilirəm  ki,  hansı  örüşün  otu  yağlıdı.  Ona  görə  də 
əmimin  qoyunları  gümrah  olur,  çoxlu  yun  verir, 
əksəriyyəti əkiz doğur. Hətta üç quzu verəni də olur. 
Elə bilirsən çölçülük asandır?! Hər adam qoyunçuluq­
dan  baş  çıxara  bilməz.  Ona  görə  də  əmim  məndən 
ikiəlli yapışıb. Deyir ki, əvvəllər xamlıq eləyirdin, məni 
yarıtmırdın.  İndi  maşallah,  işin  çəmini  tapmısan,  qo­
yun­quzunun dilini məndən yaxşı bilirsən. Əmim onu 
da deyir ki, yekəlib bığ­saqqal çıxardanda bir qırmızı­
tuman qızla evləndirərəm, ev­eşik sahibi olarsan. Onda 
ermənilərin  gülləsinə  tuş  gələn  qardaşımın  da  ruhu 
şad olar. Mən də o dünyaya üzüqara getmərəm. İndi 
çox cavansan, arvad saxlayan vaxtın deyil. – Əmim bu 
sözləri  deyib,  sonra  bic­bic  güldü.  Dedi  ki,  ə  Nəci, 
ürəyini sıxıb eləmə. Səndən xəbərsiz Cümşüd əminin 
qızını gözaltı eləmişəm. Əsli­nəsli olan adamdır. Cüm­
şüdün ağzını aramışam. Əvvəlcə bir balaca nəm­nüm 
eləyirdi. Dedim, Cümşüd, yox ey, qız mənimdir, vəs­
salam. Gedib yad axtarınca daşımız da var, divarımız 
da.  Nəcəf  də  pis  oğlan  deyil.  Yaşları  çatanda  xeyir 
işlərini eləyərik. Əmimin deməsinə görə zarafata salıb 
Cümşüdə bir balaca sataşıb da. Deyib ki, ə, Cümşüd, 
çox yuxarıdan gedib məni təbdən çıxartma, əyən­bəyən 
eləsən,  özündən  küs.  Çox  nala­mıxa  vursan,  ona  da 
Nəcəf  deyərlər,  bir  balaca  göz  eləsəm,  qızı  gecəynən 
götürüb qaçar. Sən də el içində biabır olarsan. Cümşüd 
gülüb deyib ki, Mikayıl, səndən nə desən çıxar. Bir hal­
da ki, ayağını dirəmisən, sən deyən olsun. Bu gündən 


61
Daş y
ağan gün
qız Nəcəfindir. Ancaq indidən məsələni açıb­ağartmaq 
tezdir.  Uşaqları  dilə­dişə  salmayaq,  yaxşı  düşməz. 
Hələlik bu söhbət öz aramızda qalsın, vaxtı gələndə, nə 
deyirəm, qismətdən qaçmaq olmaz. Əvvəl­axır bir qız 
bir oğlanındır.
Nəci üzümə baxmadan:
– Əmimdən bu sözləri eşidəndə elə utandım ki! – 
dedi. – Başımı yuxarı qaldıra bilmədim, – əlavə etdi. 
– Evlənmək məsələsi yatsam yuxuma girməz. Bir də, 
arvad harama yaraşır! Heç özümə şalvar ala bilmirəm. 
Buynuzlu qoçdan başqa nəyim var?
Nəcinin oynaq gözlərinə sanki qara bulud çökdü 
və üzünü Köhnə Həsənliyə tərəf tutdu. Tutqun baxış­
ları  Köhnə  Həsənlinin  xarabalıqlarına  keşik  çəkən 
dağların əzəmətində donub qaldı. Və özü­özü ilə da­
nışırmış kimi:
–  Erməniləri  görüm  Allahın  qəzəbinə  gəlsin!  Ata­
anamı  görsəydim,  o  qədər  də  dərd  çəkməzdim.  Bacı­
qardaşlarımdan bircəciyi sağ qalsaydı, mənə həyan olar­
dı. Ermənilərin tifağı dağılsın. Ata­anamın günahı nə idi, 
ilahi! Evlərində sakitcə oturduqları yerdə hamısını qırıb 
məni yetim qoydular. Günüm qara, üzüm danlaqlı, öm­
rüm də bu çöllərdə, dağlarda, daşlarda keçir.
Nəcinin gözləri yaşla doldu. O, ala­bəzək tütəyi çı­
xartdı. Deyə bilmədiklərini ala­bəzək tütəyin dili ilə 
yal­yamaca  car  çəkməyə  başladı.  Sanki  erməni  qan­
içən lərinə lənət yağdırır, dağlardan­daşlardan imdad 
diləyirdi.
Hər dəfə Nəci ilə görüşəndə keçirdiyi iztirabların 
şahidi olurdum və əlimdən gələni edirdim ki, Nəcinin 
fikrini dağıdım, könlünü alıb şənləndirim və erməni 
zülmündən əzab çəkən sınıq qəlbini sağalmaz yara­
lardan xilas edim. Nəciyə əzbərlədiyim şeirləri oxu­
yurdum, öyrəndiyim hekayələri danışırdım.


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə