ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə79/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   71   72   73   74   75   76   77   78   79

291
Daş y
ağan gün
– Əmi! Məni öldür! Qoyma bu vəhşilər aparsın!!!
Sevdimalı kişi gördü ki, artıq bıçaq sümüyə daya­
nıb.  Namus  əldən  gedir.  Cəld  yan  otağa  keçib  ov 
tüfəngini götürdü və onların ardınca yüyürdü. Polis 
işçiləri Sevdimalının əlində silah görüb tapançalarına 
əl atmaq istədilər. Sevdimalı da bir Sevdimalıdır! On­
lara aman vermədi. Qoca qartal əvvəlcə gəlini, sonra 
bir­bir polis işçilərini nişan aldı…
Baş  leytenant  Mirzoyan  yerindəcə  gəbərdi.  Ma­
nukyanla  Bədəlyan  ağır  yaralanmışdı.  Onlar  Sevdi­
malının əlindən qurtara bilməyəcəklərini görüb sürü­
cünü köməyə çağırdılar və meyitlə birlikdə birtəhər 
aradan çıxdılar…
Sevdimalı eyni cəldliklə yaralı gəlini, arvad­uşağı 
öz “Niva” maşınına yığıb, kəndini beləcə tərk etdi… 
Onun yüzillik xanimanı isə mənhus gecənin qatı qa­
ranlığında  məşum  alovlara  qərq  olub,  bir  ovuc  isti 
külə döndü.
Həmin  səhər  Gorus  şəhərinin  küçələrində  qapı­
qapı bir cənazə nümayiş etdirilirdi. Bu, baş leytenant 
A.Mirzoyanın cənazəsi idi. Ağır­ağır irəliləyən matəm 
dəstəsi ara bir dayanır, qabaqda gedən çalsaqqallı ke­
şiş hüznlü adamlara üz tutub ucadan deyirdi:
– Ey, Gorus camaatı! Eşidin, baxın, agah olun! Şahi­
di olun ki, tarixi düşmənlərimiz türklər bizim bu yazıq, 
məzlum, dinc ermənilərin başına nə müsibətlər açır…
Gorusdakı  qohumlarına,  dostlarına  baş  çəkməyə 
gələn bir neçə fransalı, amerikalı daşnak züytutanları­
nın  ssenarisi  ilə  hazırlanmış  tragik  səhnəni  seyr 
etdikcə kədərlənir və bir­birinin qulağına əyilərək:
–  Ah,  yazıq  ermənilər!  İnsafsız,  qəddar  türklər 
görəsən bu zavallı, dinc millətdən niyə əl çəkmirlər? 
– deyir və onların bəziləri göz yaşı tökürdülər.
1997-ci il


292
Ə
li 
İld
ırı
m

lu
ERMƏNİ XİSLƏTİ
Neçə il bundan əvvəlin söhbətidir. Onda Qarabağ 
zonasında xidmət edirdim. Bir payız çağı yaxın qon­
şum olan Suvarma Sistemləri İdarəsinin rəisi ilə onun 
maşınında  Şuşaya  gedirdik.  Fermalar  dağdan  arana 
qayıdır, köç əlindən tərpənmək olmurdu. Şuşanın do­
laylarında  yenə  qoyun  sürüləri  ilə  rastlaşdıq.  Aşağı 
sürətlə gedən maşınımız sürünü yarıb irəliləmək üçün 
aramsız siqnal verirdi. Qarakərə qoyun gözlənil mə dən 
dazıyıb özünü maşının qabaq fənərlərinə çırpdı, yıxıldı 
və tez də qalxıb sürüyə qarışdı. Əlbəttə, bu, bir təsadüf 
olsa da, peşmançılıq hissi keçirdik. Tez maşını saxla­
dıq, vəziyyəti öyrəndik. Qarakərə qoyunun ola bilsin 
ki, harasısa əzilsin, bir balaca zədələnsin, ancaq əsaslı 
bir zədə almamışdı. Arxayın düşüb yolumuza davam 
etmək istəyəndə sürünün arxasından, üz­gözü nü tük 
basmış, hündürboylu, cantaraq bir çoban çıxıb, əlində 
dəyənək kəsdi qabağımızı və qışqıra­qışqıra:
– Ara, Permanın qoyununa vurub hara qaçırsınız 
e, getməyə qoymuyacağam! Asma, getsəniz də, maşı­
nın nömrəsini bilirəm…
Rəis maşından enib ona yaxınlaşdı, ədəb­ərkanla 
salam verdi və soruşdu:
– Bağışlayın, a kirvə, adınız nədir?
Erməni  rəisin  salam­kalamını  vecinə  almadan, 
təkəbbürlə:
– Ara, adamı neynirsən e, – dedi. – Bu yolun içində 
mənə  angetimə  dolduracaqsan?!  Aşotam  ha!  Aşot 
Manukyan!  Demağına  sözün  nədi!  Qoymuyacağam 


293
Daş y
ağan gün
tərpənməyə, qoynuma şikəstə eləmisən, cavabını ver! 
Artığına, əysiyinə söz deməyə faydasına yoxdu!
Rəis xoş dillə:
–  Aşot  kirvə,  əvvəla  qoyuna  bir  şey  olmayıb,  – 
dedi.  –  İkinci  də,  əgər  şübhələnirsənsə  ki,  sonradan 
qoyun şikəst ola bilər və ya ölər, onda tut gətir bura, 
cəriməsini  çəkərik.  Neçəyə  deyirsən,  pulunu  verək, 
qoyun qalsın bizə. 
Erməni rəisin yumşaq danışığını, bizim də susdu­
ğumuzu görüb özünü qaldırıb qoydu dağın kəlləsinə 
və səsini bir az da qaldırdı:
– Ara, mənim başıma xarabdı, burada xata çıxar­
dacağam!  Ay  müsəlman,  bura  bazardı,  dükandı  ki, 
sizə qoyun satım? Bu, permanın heyvanıdı!
Rəis  çıxılmaz  vəziyyətdə  qaldı  və  yenə  də  Aşot 
Manukyanı sakitləşdirib, razı salmaqdan ötrü dil tök­
məyə başladı:
– A kirvə, yaxşı, – dedi, – onda gəl belə danışaq, 
heyvanın qiyməti neçəyədi, de, pulunu verək, qoyu­
nu da istəmirik, qalsın özünə.
– Ara, yox e, görürəm vəzifəniz də var, mən heç 
kimə  qorxmuram!  Permanın  qoynuna  vurmusunuz! 
Sizə qoymaram, bir addıma da gedəsiniz. Bu saat ma­
şına da azacağam. Siz qoynuma vurmusunuz, mən də 
maşınına sındıracağam.
Rəis dedi:
– Aşot kirvə, onda imkan ver, arxadan gələn fer­
malardan  sənin  ürəyinə  yatan  saz  bir  qoyun  alaq 
verək. Əl çək, ayıbdı, gəlib­gedən bizə baxır. Vurulan 
qoyunu da özün kəsib yeyərsən, halalın olsun. – Rəis 
ermənini sakitləşdirib, yola gətirməyə çalışdı.
– Ara, ayıba sizə olsun ki, qoynuma vurmusunuz! 
Mənə  aldatmağına  bacarmayacaqsınız.  Dağdan  sağ­


294
Ə
li 
İld
ırı
m

lu
salamatına  gətirdiyim  qoyuna  qıçına  qırmısınız,  ha 
yalvarın,  xeyrinə  yoxdur.  Mənə  də  Hadrutlu  Aşot 
deyərlər. Qabağımdan tərpənə bilməyəcaqsınız…
Rəis nə qədər çalışdı ki, erməni başa düşsün, müm­
kün olmadı. Aşot qan­qan deyib durmuşdu. Öz­özlü­
yümdə fikirləşirdim ki, belə bir adamın səviyyəsinə 
enib  ona  baş  qoşmağa  dəyməz.  Bir  də  ki,  axı,  onun 
erməni  toxunulmazlığı  var.  Bir  balaca  o  yan­bu  yan 
olsa, bir ucu gedib çıxacaq Moskvaya. “Yan”ların baş­
bilənləri  gözlərini  yumub,  ağızlarını  açıb,  aləmə  car 
çəkəcəklər  ki,  bax,  erməniləri  yola  vermirlər,  onları 
gözümçıxdıya salırlar. Zavallı çoban dinməzsöy ləməz 
qoyun  otardığı  yerdə,  gör  onun  başına  nə  müsibət 
açıblar. Onda da gəl cavab ver! Kimi başa salasan ki…
Maşınımızın sürücüsü Rəşid də bizdən keçib məsə­
ləyə müdaxilə eləmirdi. Onun xasiyyəti də başqaydı. 
İyirmi­iyirmi beş yaşı olan bu adamla iki gün yol get, 
dindirsən danışacaq, dindirməsən, kəlmə kəsən deyil. 
Necə deyərlər, qızdan­gəlindən həyalı adamdı. O da 
sükanın  arxasında  mat­məəttəl  quruyub  qalmışdı. 
Ancaq hiss edirdim ki, Rəşidin içərisində dişi bağırsa­
ğını kəsir.
Üç nəfər adam, bir maşın Aşotun çəngindən qurta­
ra  bilmirdik.  Bəs  nə  edək,  –  öz­özümə  düşündüm. 
Aşot Manukyan ipə­sapa yatmırdı. O, qovduqca, rəis 
qaçırdı, biz də dinmirdik.
Axır ki, sürücü özünü saxlaya bilmədi. Rəşid sü­
kanın arxasından çıxıb maşının açarını rəisin üstünə 
ataraq:
–  Yoldaş  Məmmədov,  –  dedi.  –  Bu  gündən  sizin 
işçi  deyiləm,  əmrimi  verin,  çıxarın!  Əşi,  ölmək 
ölməkdir, xırıldamaq nə deməkdir?! Bayaqdan qalmı­
sınız  bu  sırtıq,  həyasız  erməninin  əlində!  Siz  bəlkə 


295
Daş y
ağan gün
vəzifənizdən qorxursunuz, mənim itirəcəyim bir şey 
yoxdur!..
Rəşid hücum çəkdi erməninin üstünə:
– Ə, vicdansız oğlu, vicdansız, – dedi. – Bayaqdan 
bu kişilər abrına qısılıb, sənə baş qoşmaq istəmirlər, 
sən də həyasızlığına salıb, bizi girinc eləmisən, qoy­
mursan sakitcə yolumuzla gedək. Əvvəla, qoyununa 
heç nə olmayıb, olubsa da, ya pulunu al, ya da əvəzinə 
qoyun veririk. Ta bu nə həyasızlıqdı eləyirsən?!
Rəis  sürücüyə  təpindi  ki,  çoban  adamdı,  onnan 
işin  olmasın.  Həmişə  özündən  böyüyün  qarşısında 
“bəli, baş üstə”dən başqa kəlmə kəsməyən sürücü bu 
dəfə rəisi eşitmədi. Əlində maşından götürdüyü ya­
rım  metrlik  dəmirlə  Aşotu  yaxalamaq  istəyəndə, 
erməni arada heç bir şey olmayıbmış kimi, şaqqanaq 
çəkib güldü və yüz ilin dostu, qardaşı kimi sürücü­
nün boynuna sarıldı:
– Va! Ara! Bu dalıdı­nadı! Ara, məssəb haqqı, zara­
pat eləyirəm eli! Ara, nə danışırsan?! Sizi kimi kepinə 
kök  adamlara  bir  qoyun  nədi  ki?!  Mənim  sürümün 
hamısı sizə qurbandı. A kibrə, mən burda nə dedim 
ki,  kepinizə  dəydi  ki,  mənim  bir  səpim  olub,  onda 
gərək günahıma bağışlayasınız…
Sürücünün  əl­qolu  yanına  düşdü.  O,  xarakterinə 
xas olmayan hərəkət etdiyinə görə xəcalət çəkə­çəkə 
geri dönüb sükanın arxasına keçdi və bayaqdan bəri 
qan­qan deyib qarşımızda meydan sulayan Aşot Ma­
nukyanın arsız, yaltaq baxışlarının müşayiətilə yolu­
muza davam etdik…
1997-ci il
 


TƏNHALIQ 
ANLARI


297
Daş y
ağan gün
Gecələr tənha oluram. Qələmimin meydanı geniş-
lənir. Sətirlər biri-birini əvəz edir. Yorulanda dördün-
cü mərtəbədəki mənzilimin eyvanına çıxıram. Özüm-
özümlə həmsöhbət oluram. Xəyalım səmanın ənginlik-
lərində, zülmət gecənin dərinliklərində, sükuta dalmış 
haylı-küylü,  çilçıraqlı  şəhərin  sakitliyində  dolaşır. 
Belə anlarda bəzən özümdən asılı olmayaraq qəlbimdə 
qafiyəli, qafiyəsiz şeirlər də misralanır. Tez iş otağı-
ma keçib yazı masamın arxasında əyləşirəm… Lakin 
yazdığım  şeirləri  car  çəkmirəm.  Düşünürəm  ki, 
ürəyimi boşaltdığım kifayətdi. Məqamı gələndə yaz-
dığım şeirlər arxiv kağızlarımın arasında qalsa yax-
şıdır. Ancaq məlum və naməlum bir qüvvə məni həmin 
şeirlərdən  ikisini  bu  kitabın  son  səhifələrinə  çıxart-
mağa vadar etdi…


298
Ə
li 
İld
ırı
m

lu
Səksənimin  son  payızı.  Zülmət  qaranlığın  dərin­
lik lərində donub­qalan lal baxışlar. Ahıllıq dünyamın 
fikir  karvanı.  Yorğun  qələmimi  sınağa  çəkən  ilham 
pərisi. Qəlbimin həssaslığında sətirlənən kövrək mis­
ralar. İthaf nəğməsinin həzinliyi. Etiraf himni…
ƏHLİ KAMALA
Dərd şair edərmiş, demə, insanı,
Yoxsa şeir yazmağa o hünər hanı?!
Doğmalardan deyildim gileyli,
Saldı qeyrilərə onlar da meyli.
İtən gəncliyimtək üzləri döndü,
Odur ki, gecəmin şamları söndü.
* * *
Ola bilmədilər, olduğum kimi,
Könül rübabımın qırıldı simi.
Məcrasın dəyişdi məhəbbətləri,
Hərdən qulağıma gəlir səsləri.
Simsiz telefonlar verir sorağı,
Saralır didəmin qarası, ağı.
* * *
Başqa səmtə döndü gələn yolları.
Yayıldı çöhrəmə xiffət xalları.
* * *
Ata ocağına salanda güzar,
Qəfəsdə sanırlar özlərin onlar. 


299
Daş y
ağan gün
* * *
Olmadım həyatda əsla bəxti kəm,
Vəfa gördüm, cəfasın çəkmədiklərimdən.
Qəlbə görə verir, Yaradan, inan,
Həyatda qalmadım, heç vaxt nagüman.
Ümid ulduzumun sönsə birisi,
Günəştək nur saçar, o dəm qeyrisi.
Bir yandan bağlayan, bir yandan açar,
Tanrı yaratdığın, qoyarmı naçar?!
Qoy bu sirri də mən edim bəyan,
Ahıllığıma həyan, o bəni insan
İlk nəticəmlə adaşdı o kəs,
Qələmə almağım deyildir əbəs.
Ömrün qürub çağı gərdi qanadın,
Möhtacı olmadım yağının, yadın.
Müxalif küləklər əssə də hərdən,
Zər ucuz tutulmaz paslı dəmirdən.
Dumanlı zirvədən aşanda yolum, 
Bilmədim haradır sağımla solum.
O ulu göylərdən gəldi bir səda,
Rəncbərin
1
 ruhuydu, yetişdi dada.
O gündən qeyb oldu qəmim, möhnətim,
Bağçamda gül açdı arzum, niyyətim.
Ömür­gün sirdaşı o lətif qadın.
Tanrı qismətidi, çəkmirəm adın.
Nə Haca gedibdi, nə Kərbəlaya,
Ədəbdə çəkibdi Fatima­Zəhraya.
O xatın layiqdi əhli­kamala,
Heç biri gəlməsin gözə, zavala.
Nəzakət elmində yoxdur tayları,
Qəlbimdən silinməz haqqı­sayları.
1
  Müəllif atasını nəzərdə tutur


300
Ə
li 
İld
ırı
m

lu
GECƏ ANLARI
Ömrün səksəninci qışı
Çala çuxurlarda donub­qalan,
   
Durulan,
   
Buzlaşan,
   
Büllurlaşan
Ötən payızın son yağışı.
   
Qələm əhlinin
   
Soyuq gecənin
Zülmətinə qərq olan
   
Nəmli, nisgilli
   
 
baxışı.
Əsrin qanlı döngələrindən keçən
Və hara isə baş alıb gedən
   
Dolaşıq fikirlərin ağır karvanı,
Qəlbimin kövrəkliyindən asılan,
Günbəgün ağırlaşan
Yuxularıma qənim
Ağ günlərin qara daşı.
   
Lakin…
   
Qolda qüvvət,
   
Dizdə taqət,
Tükənmək bilməyən
Yazıb­yaratmaq həvəsi,
Yolumun toranlığında sətirlənən
   
Gecikmiş, gileyli misralar
   
Qafiyəli, qafiyəsiz şeirlər.
Fəqət!
Olmaq istəməzdim!
İstedadı bir çərək,
İddiası göylərdə gəzən şairlərtək
Nizami, Füzuli qınağı,


301
Daş y
ağan gün
   
Çoxu bir bezin qırağı.
   
Matahları ucuz,
   
Şamları nursuz,
   
Nəfəsləri buz,
   
Məddahlıqda tuz,
   
Yazdıqları duzsuz.
Düşüncələr girdabında üzərkən
Gecənin zülmətindən
Gəldi bir səda:
– Nəbada!
Qəlbə yük olanları
Salasan yada.
Ömrü verərsən bada!
Qalsan da
Dünyanın dərd­sərinə,
Çox da getmə dərinə.
Uyma
Astarına, üzünə,
Üzərində qərar tutduğumuz
   
Yer adlı məkan,
Başımızın üzərində cilvələnən
   
Çilçıraqlı göy qübbəsi,
Sirri insan zəkasına sığmayan
Dərin­dərin mətləblərdən xəbər verən
Qədimdən qədim ehramlar.
   
Yaranan,
   
Qeyb olan,
   
Qılınc vuran,
   
Qalxan tutan
   
Fironlar!
Əvvəlini, axırını
Dərk etmək fəhmindən
Xali insanlar.


302
Ə
li 
İld
ırı
m

lu
   
Ağlamalı, gülməli oyunlar,
   
Qoca uşaqların aldandığı
   
Oyuncaqlar,
Bahalı mərmərlər bitirən,
Karlısı, kasıbı bilinən
   
Məzarlıqlar,
Qara torpaq altında
   
Ağ bürüncəklər,
Xoş və bəd əməllər,
Daha nələr, nələr…
Hamısı bir qiymətdə,
   
Çürüməkdə,
   
Yox olmaqda
Təzəli, köhnəli kəfənlər.
Hüznlü dodaqlarda dolaşan
   
Xəfif kəlmələr.
Rəhmət və lənət pıçıltıları,
   
Heyhat!
   
Belədir həyat.
Haqq və nahaqq dünyanın məchulluğu
Cəmi məxluqatın əbədi sonluğu. 
15 may 2009-cu il-
02 mart 2010-cu il,
Şüvəlan-Bakı 


MÜNDƏRİCAT
Fəryad… və Vicdan.........................................................3
Müəllifdən ......................................................................33
Daş yağan gün ...............................................................35
Yaxın keçmişin real həqiqətləri
Məşum alov və göz yaşları. .......................................282
Erməni xisləti ...............................................................292
Tənhalıq anları
Əhli Kamala .................................................................298
Gecə anları ....................................................................300


“Şərq­Qərb” Nəşriyyat evində çapa hazırlanmışdır
Buraxılışa məsul:  
Sevil İsmayılova
Kompüter səhifələnməsi:  
Allahverdi Kərimov
Üz qabığının dizaynı:  
Elşən Qurbanov
Korrektor: 
Pərinaz Səmədova
Nəşriyyat direktoru:  
Rasim Müzəffərli
Çapa imzalanmışdır 23.05.2012
Formatı 84×108 
1
/
32
. Fiziki çap vərəqi 9.5
Sifariş N12069. Tiraj 500
“Şərq­Qərb” Nəşriyyat evinin mətbəəsində çap 
olunmuşdur
AZ 1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17
Tel.:   (+99412) 370 68 03; 374 83 43
Faks: (+99412) 370 68 03; 370 18 49
www.eastwest.az

Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə