ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə77/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   71   72   73   74   75   76   77   78   79

284
Ə
li 
İld
ırı
m

lu
qısılıb  yaşayardım  bu  tək­tənha  komamda… Amma 
gavur  qoymur,  bunu  da  mənə  çox  görür.  Namərd 
ermənilər gündə bir hədə­qorxu gəlirlər: ­ Sevdimalı, 
köç! Yoxsa… Bu yaşımda hara köçüm?! Hara gedim?!
Sevdimalının gecənin dərinliklərinə yayılan lal ha­
rayına cavab verib, qahmar çıxan olmadı. Kim qalmış­
dı  ki,  kənddə?!  Doğmaları  getmişdi,  qonşularının 
səsi­sorağı uzaq­uzaq diyarlardan gəlirdi. Sevdimalı­
nın  qulağına  ikicə  tanış  səs  dəyirdi.  Bir  İsaq­Musaq 
quşunun hənirtisi, bir də ki, Bərgüşad çayının həzin 
zümzüməsi, vəssalam…
Sübhəcən ilan vuran yatdı, Sevdimalı yatmadı. Elə 
bil  qor  dolmuşdu  Sevdimalının  yorğan­döşəyinə. 
Səhəri beləcə açıldı Sevdimalının. Ömür­gün yoldaşı 
Sərmayə xala səhər süfrəsi açanda Sevdimalı təmkinlə, 
həm də ürəkağrısı ilə:
– Sərmayə, Allahdan gizli deyil, bəndədən nə gizli, 
– dedi. – Ermənilər əl çəkmir. Bizə tələ qurmaq istə­
yirlər. Yavaş­yavaş yır­yığış eylə, baş alaq çıxaq gedək. 
Ermənilər  sifariş  göndərmişdi,  deyirlər  gedin,  inad 
eləməyin axırı yoxdur. Bu millətə yaxşı bələdəm, qal­
saq, sonrası yaxşı olmaz. Ev­eşiyə xəsarət yetirərlər, 
uşaqların başına bir iş gətirərlər…
Sərmayə ərinin dilindən bu sözləri eşidəndə yerin­
dəcə donub­qaldı. Elə bil başından ildırım çaxdı. Xey­
li hərəkətsiz qaldı. Haçandan­haçana özünə gələrək:
– Neylək, ay kişi, – dilləndi. – Yəqin qismət beləy miş.
Göydən nə yağıb ki, yer onu qəbul eləməsin. Köç 
deyirlər, köçərik! Elnən gələn qara gün, toy­bayramdır, 
gedənlərimizdən artıq deyilik ha! Onlar necə, biz də 
heylə. Gedib kənar bir yerdə özümüzə yurd­yuva qu­
rub başımızı birtəhər dolandırarıq…
Sevdimalı  fikirli­fikirli  dəhrəsini  götürüb  bağa 
endi. Qəlbində əkib­becərdiyi ağaclara – salamat qa­


285
Daş y
ağan gün
lın  –  demək  istədi. Ancaq  bacarmadı,  dili  dönmədi. 
Əlli­altmış il bundan qabaq əkdiyi tut ağaclarının iri 
qanadları altındakı çəmənlikdə ayaq saxladı. Yay vax­
tı on bir oğul­qız, qırxdan artıq nəvə­nəticə, bax, bura­
daca Sevdimalının başına toplaşardı. Nəvə­nəticənin 
gəlişi toy­bayram olardı babaya. Sevdimalı indi onla­
rın  qurduğu  evcik  yerlərinə,  oyuncaqlarına,  palçıq­
dan düzəltdikləri dəyirmancıqlarına, neçə­neçə silin­
məz  izlərinə  nəzər  saldıqca  həm  fərəhlənir,  həm  də 
riqqətlənirdi. Sevdimalının yaşı doxsanı haqlamışdı. 
Ancaq  indiyə  qədər  belə  ağır  dərdə  tuş  olmamışdı: 
kənd dərdinə, torpaq dərdinə, el­oba dərdinə, yurd­
yuva  dərdinə.  Doğma  yurdu  əldən  vermək  onun 
aləmində ölümdən betər idi. Nə qədər çətin olsa da, 
bu günəcən namərd ermənilərin əhatəsində tək­tənha 
qalıb  yaşaması,  onun  dünyaya  göz  açdığı  Şahverdi 
torpağına,  qurub­tikdiyi  isti  yuvasına  bağlılığı  idi. 
Sevdimalını  yaxından  tanıyanlar  deyir  ki,  dözümlü 
adamdır.  Ömründə  ağlamamışdı  Sevdimalı.  Əziz­
lərini  itirəndə  də  Sevdimalı  yaş  axıtmazdı.  Qohum­
əqrəbasına sözü o olardı ki, Allahın payıdı, vermişdi, 
indi də aldı. Ağlayıb­sıtqamağın nə mənası…
Bu gün ayrılıq məqamı Sevdimalını yaman çaşdır­
mışdı,  qəddi  əyilmişdi  dağ  cüssəli  kişinin.  O,  nəvə­
nəticəsinin,  oğul­uşağının  şənləndiyi  yerlərə,  əli  ilə 
əkib­becərdiyi ağaclara, bağın içində pıçıldaşan bulağa 
nisgilli nəzər salıb qəhərləndi. Çuxura düşmüş qəmli 
gözlərində iki damcı yaş gilələnib onun sifətindəki ça­
lın­çarpaz qırışlarda donub­qaldı.
İxtiyar qoca bir qədər yuxarıdakı dikə qalxıb ətrafa 
gözüdolusu nəzər saldı. Burada kolxoz sədri, meşə­
bəyi  işlədiyi  gənclik  çağlarını  xatırladı.  Daxilən  çox 
götür­qoy elədi. Ancaq onu bu doğma diyara bağla­
yan  telləri  qıra  bilmədi.  Qarşı­qarşıya  dayanan  ulu 


286
Ə
li 
İld
ırı
m

lu
dağlar,  bu  torpaqda  uyuyan  babaların  müqəddəs 
ruhu, əsrarəngiz meşələr, gecə­gündüz Şahverdi kən­
dinə nəğmə qoşan Bərgüşad çayı sanki canlı məxluq 
kimi dil açıb Sevdimalını qınadı. Neçə­neçə səmtdən 
qulağına  səslər  gəldi:  –  Güvəndiyimiz  dağ,  sənə  də 
qar yağarmış?! Bizi nakəs, nanəcib ermənilərin əlində 
qoyub hara gedirsən, Sevdimalı?!
Sevdimalı diksinən kimi oldu, daxili fikirlərindən 
ayrıldı, bükülmüş qəddini düzəltdi, məğrur görkəm 
aldı, ağlamasından özünün də özündən xoşu gəlmədi. 
– Axı,  sən  Sevdimalısan,  bərkə­boşa  çox  düşmüsən. 
İndi  niyə  cəsarətsiz  olmusan?!  Qaçmaq  fikrinə  düş­
müsən?!  Kişi  də  dar  ayaqda  kəndini­kəsəyini  atıb 
gedərmi?!  Beş­on  dığanın  qabağından  qaçmaq  heç 
kişi likdəndir?!  Bəs  sonra  nəvə­nəticələrin  sənin 
barəndə nə düşünər?!
Sevdimalı qəlbində özü­özünü imtahana çəkdi, it­
tiham  elədi…  Evə  dönüb  taxta  pilləkənlərlə  ikinci 
mərtəbəyə qalxanda onu qarşılayan həyat yoldaşına 
nikbin əhvali­ruhiyyə ilə:
– Sərmayə, – dedi. – Heç qəlbini sıxma, öldü var, 
döndü  yoxdur!  Yüz  qarğaya  bir  sapand  daşı.  Qoy 
ermə nilər nə qələt eləyir eləsin, burdan heç yerə tər­
pənən deyiləm. Harda incələr, orda üzülər!
Sərmayənin  baxışları  duruldu,  Sevdimalının  bu 
sözündən sonra elə bil ev­eşik işıqlandı, həyət­bacaya 
nur çiləndi.
– Samovara od sal, yaxşı bir çay dəmlə, kəklikotusu, 
qan təpəri də olsun. Köhnə kötüklərin üstündə çoxlu 
çır­çırpılar  doğranıb…  nə  qədər  ki  sağam,  kefinizi 
pozmayın,  qoy  ermənilər  nə  deyir,  desin.  İt  hürər, 
karvan keçər! Bircəciyinin hünəri var yaxın gəlsin, – 
Sevdimalı  əlavə  edib,  ağ  saçlı  ömür­gün  yoldaşına, 
övladlarına ürək­dirək verdi.


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə