ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə72/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   68   69   70   71   72   73   74   75   ...   79

265
Daş y
ağan gün
qana batmış ata­babalarının şəkillərini əziz­əziz başı­
nın üstünə vuran bir adam, heç vəchlə xislətini dəyişə 
bilməz. Necə deyərlər, üfunət saçan bataqlıqda ətirli 
gül­çiçək bitirmək çətindir. 
Qreta  danışdıqca  onun  zahiri  gözəlliyi  qədər  də, 
daxili gözəlliyi Nəcəfi ovsunlamışdı. Lakin Nəcəf ke­
çirdiyi gizli hisslərini öz dəmir iradəsi ilə pərdələyib 
büruzə vermirdi. O, Qretanı dinlədikcə sanki qəlbində 
düçar olduğu müsibətlərin yazılmamış tarixçəsini və­
rəq ləyirdi. Ancaq dillənmirdi, sükuta dalmışdı. Onlar 
açıq danışmasalar da, gizli bir arzu hər ikisinin yaxa­
sından yapışıb hara isə çəkib aparırdı.
Qretanın gözlərində iki damcı yaş gilələnib onun 
məsum  yanaqlarında  büllur  zərrəciklər  kimi  donub 
qaldı. Və Nəcəfin üzünə baxaraq:
–  Nəcəf,  bildiyin  kimi,  daha  ətraflı  söhbət  üçün 
vaxtımız çox məhduddur, – dedi. – Arsen yəqin ki, bu 
dəqiqələrdə gələr. Ona görə də tələsik olsa da, sizinlə 
əlaqədar  fikrimi  bir  qədər  açıq  deməliyəm.  Şübhə 
etmirəm ki, sizə qarşı keçirdiyim hissləri başa düşür­
sünüz.  Sizdən  ötrü  hər  şeyə  hazıram.  İxtiyarımı 
əlimdən  aldığınız  üçün  elə  bu  dəqiqələrdə  hər  bir 
təklifinizi məmnuniyyətlə qəbul edərdim. Hələ Arsen 
evdən  çıxanda  mən  belə  bir  niyyətə  düşmüşdüm. 
Yəqin ki, bu, sizin də könlünüzdən keçməmiş olmaz­
dı. Lakin siz öz dininizə, əxlaqınıza xilaf çıxmadınız... 
Dediniz ki, ehtirasımın quluna çevrilib qədəm qoyub 
çörəyini kəsdiyim evə xəyanət edə bilmərəm. Belə bir 
kəlamınız  sizi  mənim  gözümdə  ucadan  uca  göylərə 
qaldırdı.  Buna  görə  də  sizin  kimi  mərd,  məğrur  bir 
oğlanı yetirən millətin qarşısında baş əyirəm. Və bunu 
demək bir qədər tez olsa da və ya yerinə düşməsə də, 
bildirməliyəm  ki,  müəyyən  yaş  fərqimiz  olmasına 


266
Ə
li 
İld
ırı
m

lu
baxmayaraq, nə yolla olursa olsun, sizinlə birgə ailə 
həyatı  qurmalıyam.  Belə  bir  arzuya  çatsaydım,  özü­
mü  xoşbəxtlərin  xoşbəxti  hesab  edərdim.  Çünki  siz 
olmasanız  da  belə,  mən  Arsendən  ayrılmalıyam. 
Əvvəla, ona görə ki, ana olmaq arzusu məni daim təh­
did  edir.  Lakin  istəmirəm  ki,  manukyanların  nəvəsi 
olsun, insanlığa qənim kəsilsin, şəhər və kəndləri vi­
ran qoyub bayquş yuvasına çevirsin. Bu barədə artıq 
qəti qərara gəlmişəm. Əsgərliyin bitəndən sonra Ar­
seni tərk edib, Azərbaycanın rayonlarının birinə kö­
çüb, orada həkim işləməliyəm. Harada olsam sizinlə 
əlaqə  saxlayıb,  görüşüb  ailə  qurarıq.  Siz  ömrünüzü 
dağda­daşda, çöllü­biyabanda keçirmək, mən də ma­
nukyanların əhatəsində yaşamaq əzabından xilas ola­
rıq.  Arsen  hərbi  tapşırıqları  yerinə  yetirmək  üçün 
bəzən həftələrlə evdə olmur, mən tək qalıram. Onda 
gələrsən  bütün  bu  dediklərimi  təfsilatı  ilə  danışıb 
götür­qoy edərik... Xoşbəxtlik dükanda­bazarda satıl­
mır. Tanrının köməyilə biz özümüz onu axtarıb tap­
mağa cəhd etməliyik.
Nəcəf ağzını açıb nəsə demək istəyirdi ki, Arsenin 
hənirtisi gəldi. Qreta özünü düzəldib təmkinini poz­
madan həmişəki kimi onu qapının ağzında qarşıladı. 
Arsenin Qretaya ilk sualı bu oldu:
– Nəcəfi buraxmamısan?!
– Xeyr, gec gəldiyiniz üçün getmək istəyirdi, qoy­
madım, sizi gözləyir.
Arsen süfrə arxasına keçib yorğun­yorğun başını 
bulayaraq:
– Əşşi, gecə də evdə dinclik tapmaq olmur! – dedi. 
–  Hərbi  iş  belədi  də.  Elə  ki,  paqon  taxdın,  olursan 
kəbinli arvad.


267
Daş y
ağan gün
–  Nədən  ötrü  çağırmışdılar,  xeyirdimi?  –  Qreta 
ərindən soruşdu. 
Arsen istehza ilə gülümsünüb: 
– Bu, hərbi sirdir, demək olmaz. Qədəhləri doldu­
run, görək başımıza nə gəlir. – Aralığa söz qatdı.
Gecədən  xeyli  keçdiyindən  məclis  çox  da  uzun 
çəkmədi. Arsenin sifəti tutqun kimi görünürdü. O, sa­
atına baxıb, Nəcəfə tərəf döndü:
– Bəlkə bu gecə bizdə qalasan. – O, bu sözü könül­
süz dedi.
Arsen  bərkini  tutsaydı  belə,  Nəcəf  onlarda 
gecələməzdi. Odur ki, ev sahibinə təşəkkür edib, Qre­
taya mənalı nəzər yetirib onlarla xudahafizləşdi. 
Nəcəf qəlbini Qretanın yanında qoyub getdi. Qre­
tanın qəlbini isə özü ilə apardı.
* * *
Gecədən  xeyli  keçmişdi.  Hərbi  hissənin  yataq 
otaqlarında işıqların çoxu sönmüşdü. Arsen Manuk­
yan  bayaqdan  bəri  oxuduğu  jurnalı  qatlayıb  kənara 
qoydu.  Və  havasını  dəyişmək  üçün  fikirli­fikirli  hə­
yətə çıxıb bir siqaret yandırdı. Kənardan görünməsin 
deyə  yaşadığı  binanın  arxa  tərəfinə  keçib,  qaranlıq 
döngədə  var­gəl  etməyə  başladı.  Divar  boyu  cərgə­
lənən ağacların arasından qəfil peyda olan qaraltı onu 
diksindirib daxili düşüncələrindən ayırdı. Qaraltı ona 
tərəf  irəliləyib  ağacların  arxasına  keçdi.  Və  xəstəhal 
adamlar kimi öskürüb xırıltılı bir səslə: 
– Arsen, – onu çağırdı.
Arsen xoflandığından, səsini çıxara bilmədi, bədə ni 
key kimi oldu. Sanki birdən­birə onu ildırım vurdu.
Niyə dillənmirsən, Arsen, babanı tanımadın?!
Arsen özünü güclə ələ alıb:


268
Ə
li 
İld
ırı
m

lu
– Bir deyin görüm, axı siz kimsiniz?! Gecənin bu 
vaxtı kimi axtarırsınız?! – Dili dolaşa­dolaşa naməlum 
şəxsə çətinliklə cavab verdi.
– Unutmusan məni, Arsen. Baban Manuku nə tez 
yaddan çıxartdın?! Mən Manukam, Manuk. Bağdasa­
rın atası. Sənin baban Manuk!
Arsenin bədəni əsdiyindən heç nə deyə bilmədi. – 
Yəqin məni qara basır! Yox, ola bilməz, babam Manuk 
çoxdan dünyasını dəyişib. İndi onun sümükləri də çü­
rüyüb. Bəlkə məni izləyən, yaxud nə isə demək istəyən 
onun ruhudu, yoxsa cindi, şeytandı?!
– Arsen! Əqidəmizdən dönmüsən! Səndə erməni­
lik dən əsər­əlamət qalmayıb. Müsəlmanlara yıxılmı­
san! Nəcəf adlı müsəlman gədəsi ilə olan söhbətinizdən 
ruhum halıdır. Həmin andan səni biryolluq itirdim. 
Nəslindən­kökündən ayrı düşmüsən, Arsen! Eşit, agah 
ol ki, artıq sənə nifrət edirəm. Baban Manukun ruhu 
sənə qənim olsun, Arsen! Qoyduğum yoldan uzaqlaş­
mısan... Bir türk çobanının qarşısında aciz qalmısan. 
Onun ağzını yummaq əvəzinə bircə o qalmışdı ki, bizi 
Osmanlı torpağında qırıb­çatan türk törəmə sinin ba­
şına  sığal  çəkəsən.  Yəqin  ki,  ixtiyar  sahibi  olsaydın, 
onun  sinəsindən  medal  asardın.  Amma  unutma  ki, 
vaxtilə Çarhovuzlunu dağıdanların qabağında gedən­
lərdən biri də mən idim. Səfiyarın başını bu əllərimlə 
kəsdim. Bax, bu əllərimlə! Arvadını, yeddi uşağını öl­
dürüb, meyitlərini yandıran da mən olmuşam, mən! 
Baban  Manuk!  Əli  türk  qanına  batmayan  erməniyə, 
Andranikin uyuduğu cənnətdə yer yoxdur. Ona görə 
də daşnakların yatdığı cənnətin bütün qapıları baban 
Manukun  üzünə  açıqdır.  Mən  burda  özümü  yaxşı 
hiss  edirəm,  Arsen!  Tökdüyüm  müsəlman  qanının 
ləkələri  saxladığınız  soyxamdan  getməyib.  İnanmır­


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə