ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə68/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   64   65   66   67   68   69   70   71   ...   79

251
Daş y
ağan gün
olduğuna görə tərifləmirəm, bizim Qreta ümumiyyətlə, 
qonaqpərvər qadındır. O barədə lap azərbaycanlılara 
çəkib. – Axı, onun özü də əslən sizin tərəflərdəndir. 
Gəncliyi Bakıda keçib. – Arsen bu sözləri zarafatyana 
dedi. 
Nəcəfin  dolu  yanaqlarına  utancaq  bir  təbəssüm 
çökdü. Əlbəttə, sıravi əsgərin öz komandirinin evində 
onunla qabaq­qənşər əyləşib xörək yeməsi Nəcəfə çö­
çün gəlirdi. Ona görə də Arsenə təşəkkürünü bildirib, 
onun təklifindən boyun qaçırmaq istədi. Və Arsenin 
evinə getməkdən imtina etməsini əsaslandırmaq üçün 
cürbəcür bəhanələr gətirdi.
Arsen  rəsmi  görkəm  alıb,  sərt  baxışları  ilə  onu 
təqib edərək:
–  Biz  əvvəlcədən  şərtləşdik  ki,  komandir­əsgər 
məsə ləsini bir kənara qoyub adi insan, vətəndaş, dost 
kimi söhbət edək, – dedi. – Mən də sizi evimə köhnə 
Çarhovuzlu  kimi  dəvət  edirəm.  Bir  halda  ki,  inad 
edirsiniz,  indi  məcburam  komandir  kimi  danışım. 
Mənimlə  getməlisən!  Vəssalam!  –  Arsen  bu  sözü 
deyəndə Nəcəfin qəlbinə toxuna biləcəyini nəzərə alıb 
qımışdı. 
Nəcəf gördü ki, Arsenin təklifi qətidir, həm də səmi­
midir, komandirlə razılaşmalı oldu. Onlar söhbətləşə­
söhbətləşə bir neçə yüz metr aralıdakı binanın ikinci 
mərtəbəsinə qalxıb, Arsen Manukyanın sağ tərəfdəki 
mənzilinə daxil oldular. Evdə Arsenin həyat yoldaşı 
Qretadan  başqa  heç  kəs  yox  idi.  Bəstə  boyu,  incə 
bədəni, cazibədar baxışları, sadə geyimi, səliqə ilə da­
ranıb çiyinlərinə tökülmüş qara saçları, yarıaçıq qolla­
rı, brilyant qaşlı qızıl üzük taxılmış zərif barmaqları 
olan Qreta xanım onları gülərüzlə qarşıladı. Füsunkar 
bir təbəssüm onun incə dodaqlarını araladıqca Qreta­


252
Ə
li 
İld
ırı
m

lu
nın  sədəf  dişləri  görünürdü.  Elə  ilk  baxışdan  Qreta 
qənirsiz gözəl təsiri bağışlayırdı. Və onun hiss olun­
madan qonağın məğrur görkəmində donub qalan oğ­
run baxışları Nəcəfin diqqətindən yayınmadı. Və bu 
anlarda  Nəcəf  möcüzəli  bir  aləmə  düşübmüş  kimi, 
daha da sıxılır, Arsenlə söhbətində səsi titrəyir, söz­
lərinin  rabitəsi  pozulurdu.  Arsen  isə  bütün  bunları 
Nəcəfin komandirinin evinə ilk dəfə gəlməsi, özünü 
sərbəst hiss etməməsi və onun utancaqlığı kimi başa 
düşürdü.  Arsen  yaranmış  gərginliyi  aradan  qaldır­
maq üçün Nəcəfə, həm də Qretaya zarafatyana bir­iki 
söz atdı. Hər üçü gülüşdü. Nəcəfin qırışığı bir balaca 
açılsa  da,  Qretanın  cazibədar  görkəminin  təsirindən 
xilas ola bilmirdi. Və düşdüyü mühit ona yuxu kimi 
gəlirdi.  İlk  görüşdə  bir­birinin  qəlbini  fəth  edən 
Nəcəflə Qreta sanki yeni bir aləmə düşmüşdülər. 
Qreta süfrəni düzəltdikcə özündən asılı olmayaraq, 
nəzərlərini  Nəcəfin  ötkəm  görkəmindən,  oynaq  qara 
gözlərindən, pəhləvan cüssəsindən yayındıra bil mirdi. 
Arsen isə Nəcəfi divardan asılmış fotoşə killərlə bir­bir 
tanış  edirdi.  Ata­anasının,  ulu  babalarının  səliqə  ilə 
çərçivəyə salınmış şəkilləri barədə qonağa vəcdlə danı­
şırdı. Başqa bir tabloda Arsenin ata­anası ilə birlikdə 
Çarhovuzlunun fonunda çəkdirdiyi şəkillərə baxdılar. 
Vaxtilə ermənilərin Çarhovuzluda yandırıb dağıtdıqla­
rı  bəzi  evlərin  xarabalıqları  aydınca  nəzərə  çarpırdı. 
Nəcəf otağın divarından asılmış fotoşəkillərə baxdıqca, 
onun qəlbində Qretanın füsun kar gözəlliyinin yaratdı­
ğı  heyranlıqla  ermənilərin  Çar ho vuzluların  başına 
gətirdikləri  müsibətlər  qarşı­qarşıya  dayanır,  lakin 
daxilən keçirdiyi bu təzadlı hissləri büruzə verməməyə 
çalışırdı.


253
Daş y
ağan gün
Qreta yemək stolunu hazırlayıb onları süfrə başına 
dəvət etdi. Arsen baş tərəfdə, Qreta ilə Nəcəf üzbəüz 
əyləşdilər. Arsen qədəhləri doldurub, əvvəlcə Nəcəfə 
“xoş  gəlmisən”  deyib,  sonra  onun  sağlığına  tərifli 
sözlər  işlətdi.  Qreta  başının  incə  hərəkəti  ilə  ərinin 
dediklərini təsdiq etdi. Nəcəf isə qədəhə əl vurmadı. 
Əvvəlcə  “Bismillah”  deyib  çörəyə  əl  uzatdı.  Arsen 
üzünü Nəcəfə tutaraq: 
– İç, – dedi, – belə araq ələ düşməz. Təmiz Mos­
kovskidir. 
Nəcəfin çöhrəsinə qızartı çökdü və:
–  Məni  bağışlayın,  hələ  bu  yaşıma  qədər  dilimə 
içki  dəyməyib.  –  Komandirinə  çəkinə­çəkinə  cavab 
verdi.
– Nə danışırsan, canım?! İçməsən, mən heç, Qreta 
xanım sizin barənizdə nə düşünər?! Qretanın xatirinə 
zəhər də olsa, gərək içəsən.
Komandirin  töhmət­tənəsindən  qurtarmaq,  həm 
də  Qretanın  xatiri  xoş  olsun  deyə,  Nəcəf  araq  dolu 
qədəhi başına çəkdi. Və üzünü ev sahiblərinə tutaraq:
– Birinci dəfədi içirəm. Çox acıdır. Peyğəmbərimiz 
haqlı  olaraq,  içkini  haram  buyurub,  –  dedi.  – Allah 
güna hımdan keçsin.
Arsen  gülümsəyib  Nəcəfə  tərəf  döndü  və  əlini 
onun enli kürəyinə çəkərək:
– Malades, – dedi. – Peyğəmbəriniz o sözü çoxdan 
deyib.  Süfrənin  yaraşığı  araq­çaxırdır. Adamı  iştaha 
gətirir, həm də əhvali­ruhiyyəsini yaxşılaşdırır, dərd­
qəmi unutdurur. 
Onlar  üçüncü  qədəhi  qaldıranda  qapının  zəngi 
cingildədi. Arsen tez ayağa qalxdı. Qapının ağzında 
iki nəfər hərbçi dayanmışdı. Onlar nə dedisə, Arsen 
həyəcanlandı və:


254
Ə
li 
İld
ırı
m

lu
– Bu dəqiqə gəlirəm, – deyib geri döndü. Qretaya 
üzünü tutub:
– Moskvadan bir neçə general gəlib, – dedi. – Məni 
çağırırlar. Yəqin vacib məsələ var. Təcili getməliyəm. 
Nəcəf  bu  sözü  eşidən  kimi  stulundan  dikəlib 
Arsenlə birlikdə evdən çıxmaq istədi. Arsen onun qo­
lundan tutub yerində oturtdu:
– Siz tərpənməyin, – dedi. – Çörəyinizi yeyin. Mən 
də çox olsa, beş­on dəqiqəyə qayıdıram. – Qreta, mən 
gələnə qədər Nəcəfi buraxma – əlavə etdi.
Qreta qapını arxadan bağlayıb, yataq otağına keç­
di  və  aynanın  qabağında  dayanıb  qaş­gözünə  sığal 
vurduqdan, əynindəki ipək paltarı səliqəyə saldıqdan 
sonra  qayıdıb  bayaqkı  kimi  Nəcəflə  üzbəüz  əyləşdi. 
Və nitqi tutulubmuş kimi, gözlərini məchul bir nöq­
təyə zilləyib bir neçə dəqiqə dillənmədi. Sonra üzünü 
Nəcəfə tutub:
– Darıxmırsız ki?! – nəvazişlə soruşdu.
Nəcəf titrək bir səslə:
– Xeyr, – dedi. – Ancaq icazə versəydiniz gedərdim, 
– əlavə etdi.
– Məni tək qoymaq istəyirsiniz?! 
Nəcəf  bilmədi  nə  cavab  versin.  O,  tutulan  kimi 
oldu. Və sıxıla­sıxıla:
–  Hərbi  işi  bilmək  olmaz.  Bəlkə Arsen  gec  gəldi. 
Ona görə sizə əziyyət vermək istəmirəm. Bir də ki...
Nəcəf nə demək istəyirdisə, sözünün ardını gətirə 
bilmədi. Və çıxılmaz vəziyyətə düşübmüş kimi sus­
du. O, belə bir gənc qadınla tək qaldığından bədəni 
əsirdi. Və sərt yoxuş çıxırmış kimi ürəyi çırpınırdı. İç­
kinin təsirindən Qretanın da sifəti allanmışdı. Nəcəf 
onun ehtiraslı baxışları qarşısında özünü itirən kimi 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə