ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə67/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   63   64   65   66   67   68   69   70   ...   79

248
Ə
li 
İld
ırı
m

lu
düzlər  uzağa  getməyin,  qaranlıq  düşməmiş  evdə 
olun. Gündə­günaşırı qonşu kəndlərdən gəlib atamı 
ata­qatıra  mindirib  xəstə  üstünə  aparırdılar.  Xəstə 
sahibləri heç vaxt atamı əliboş yola salmırdılar. Hər 
dəfə atam dolu xurcunla qayıdırdı. Evdə yağı, pendi­
ri, əti, düyünü qoymağa yer tapmırdıq. Atam çarho­
vuzluların gəlmə adamlara, xüsusilə bir həkim kimi 
onun özünə göstərdiyi qonaqpərvərliyindən yerdən­
göyəcən razıydı. Anamın qorxuya düşməsinə baxma­
yaraq, kənddə bizə dəyib­dolaşan olmurdu. Əksinə, 
qərib, həm də həkim uşaqları kimi qocalı­cavanlı hamı 
hörmətimizi  saxlayırdı.  Kəndə  isinişdikcə,  qəlbi mi­
zdəki qorxu xofu, camaatın bizə olan rəğbəti qarşı sın­
da əriyib, günbəgün yox olurdu. Yaz girəndə hər çər­
şənbə  axşamı  bütün  həyətlərdə  tonqal  alovlanırdı. 
Atam bizi başa saldı ki, müsəlmanların Novruz bay­
ramıdır. Həmin əziz gecələrdə qapımız tez­tez döyü­
lürdü. Hamısı da əli pay­püşlə. Həyətdə qoyun­quzu­
nun, çolpanın, toyuğun əlindən tərpənmək olmurdu. 
Anam bizə göndərilən bayram sovqatını yığıb­yığış­
dıra bilmirdi. Hamımız çarhovuzluların insanpər vər­
liyinə məəttəl qalmışdıq. Nə gizlədim, bizlərdə qonşu 
qonşuya acı bibəri də qıymır. Elə bil cənnətə düşmüş­
dük. Sevindiyimiz qədər də bu mərd insanların qarşı­
sında vicdan əzabı çəkirdik. Babalarımızın vaxtilə bu 
kənddə törətdiklərini xatırladıqca özümüz­özümüzə 
nifrət edirdik. Anamın əvvəlki qara fikirləri alt­üst ol­
muşdu. O, indi ayrı cür danışırdı. Deyirdi ki, müsəl­
man ların belə açıq qəlbli olduğunu bilməzdim. Onla­
rın  bu  cür  insanpərvərliyinin  şahidi  olduqca,  əriyib 
yerə girirdik. Atam bir gün kolxozun çobanını çağırıb 
iti  ona  bağışladı.  Dedi  ki,  yaxşı  itdir.  Ancaq  həyət­
bacanı  korlayır.  Arvad  zir­zibilini  təmizləyə  bilmir. 


249
Daş y
ağan gün
Yolağamız da gecə­gündüz açıq qalırdı. Bizə qoruq­
qadağa  yoxuydu.  İstədiyimiz  vaxt,  istədiyimiz  yerə 
gedirdik. Az vaxt ərzində Azərbaycan dilini tərtəmiz 
öyrəndik.  Ailəmizdə  azərbaycanca  danışırdıq.  Ana­
mın Gorus şəhərində, yüksək vəzifədə işləyən yaxın 
qohumu  bir  gün  atama  sifariş  göndərdi  ki,  burada 
yeni xəstəxana açılıb, həkim axtarırlar. Sənin üçün yer 
saxlamışam, təcili gəl, yaxşı da maaşı var. Nə atam, nə 
də anam buna razı olmadı. Çünki Çarhovuzluda gün­
lərimiz olduqca xoş keçirdi. Atam bizi Çarhovuzluda 
Azərbaycan  məktəbində  oxutdurdu.  Atamla  anam 
həmişə öz aralarında müsəlman camaatının alicənab­
lığından danışırdılar. Atam iyirmi ilə yaxın Çarhovuz­
luda  işlədi.  Artıq  kənd  camaatına  qaynayıb­qovuş­
muşduq. Bir çətinə düşəndə Məhəmməd pey ğəmbəri 
imdada çağırırdıq. Qış düşəndə odun­ocaqdan çətinli­
yimiz olmurdu. Hamısını kənd camaatı verirdi. Çar­
hovuzluda yaşadığımız müddətdə bir dəfə də olsun, 
yağ­yavanlıq  üçün  dükan­bazara  getməmişik.  Buna 
ehtiyacımız  da  olmurdu...  Qəribədir,  Çarhovuzlular 
ermənilərin  bu  kənddə  törətdiklərini  əsla  dillərinə 
gətirib  üzümüzə  vurmurdular.  Halbuki  yandırılan 
onlarla evin uçuqları hələ də dururdu. Çarhovuzlular 
olub­keçənləri artıq közərtmirdi. Bu, bizi təəccüb lən­
dirirdi.
Arsen Manukyan həyəcanlandığından sifətini tər 
basmışdı.  O,  cib  dəsmalını  çıxarıb  üzünü  silərək 
sözünə davam etdi: 
– Başına gələnləri Rövzətə danışanda Çarhovuzlu­
dakı günlərimi xatırladım. Orda kəsdiyim çörək, ata­
mın camaatla olan haqq­salamı gəldi durdu gözümün 
qabağında. Qəlbimdə millətimin nanəcib millətçilərinə 
nifrət  etdim.  Bir  insan  kimi  sizdən  eşitdiklərimə 


250
Ə
li 
İld
ırı
m

lu
ürəyim  tab  gətirmədi.  Əhvalım  korlandı,  halım  pis­
ləşdi.  Oturduğum  stuldan  aşdım.  Güclə  özümü 
düzəldib ayağa qalxdım. Və hiss etdim ki, düşdüyüm 
vəziyyət Rövzətlə səni də narahat etdi. Yəqin fikirləş­
misiniz  ki,  ermənilər  barədə  dediklərinizi  başa  düş­
mü şəm. Və tez­gec bunun hayfını sizdən çıxa bilərəm. 
Ona görə belə qərara gəldim ki, bu bazar günü heç 
yana  getməyim,  sizinlə  ayrılıqda  görüşüb,  əvvəlcə 
dərindən tanış olum. Sonra təklikdə açıq­saçıq danı­
şaq,  heç  birimizin  qəlbində  qaraltı  qalmasın.  Bir­
birimizdən şübhəli gəzib dolanmayaq. Həm də mil­
lətimi  erməni  daşnakları  ilə,  nə  bilim,  andraniklərlə 
qarışıq  salmayasan.  Çarhovuzluda  eşidib  gördüklə­
rim dən  sonra  ermənilərlə  azərbaycanlılar  arasında 
ayrı­seçkilik qoysam, müsəlmanların çörəyi bizə qənim 
olar. Onu heç Allah da qəbul etməz.
Komandirin bu sözlərindən sonra əsgərin qırışığı 
açılsa da, sinəsinə çəkilmiş çalın­çarpaz dağların sızıl­
tısı  getməmişdi.  Onlar  bir­birini  başa  düşdüklərini 
etiraf  edirmiş  kimi,  hər  ikisi  məmnun  halda  ayağa 
qalxdı. Nəcəf müsahibinə əl uzadıb xudahafizləşmək 
istəyəndə Arsen divardakı saata baxdı və:
– Kakras, günorta yeməyinin vaxtıdır, hələ bir az 
da keçib. Bayaq ərz etdiyim kimi, mən azərbaycanlıların 
çörəyini  çox  kəsmişəm.  Ona  görə  də  evdən  çıxanda 
yoldaşıma  demişəm  ki,  günorta  qonağımız  olacaq. 
Qreta xanım yolumuzu gözləyir. Qreta xanım qona­
ğın kimliyini soruşanda sizin adınızı çəkdim, çox xoş­
hal  oldu.  Çünki  o,  sizi  kənardan­kənara  tanıyır.  Bir 
dəfə də söhbət əsnasında mənə dedi ki, o Nəcəf adlı 
türk balasından xoşum gəlir. Oturuşundan, duruşun­
dan,  davranışından  nəzakətli,  həm  də  qoçaq  oğlana 
oxşayır. Yəqin ki, sizi görsə, şad olar. Həyat yoldaşım 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə