ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə70/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   66   67   68   69   70   71   72   73   ...   79

259
Daş y
ağan gün
dantutma günahkar hesab etmək ədalətsizlik olardı. 
Bunu  mənə  təmiz  vicdanım  diktə  edir.  Mən  doğma 
yuvam Həsənlini viranəliyə çevirən vəhşiləri nəzərdə 
tuturam.  Ancaq  şübhə  etmirəm  ki,  erməni  kəlməsi 
işlədəndə qəlbinizdə mənə qarşı az da olsa, etiraz, ik­
rah  hissi  yaranır.  Əgər  belədirsə,  sizdən  –  məni  ov­
sunlayan  gözəlliyinizdən  dönə­dönə  üzr  istəyirəm. 
Mənim qəbir evinə qədər əzabını çəkəcəyim Həsənli 
adlı sağalmaz yaram var. Hər dəfə ona toxunanda sı­
zıltıları  artır,  müvazinətim  pozulur,  bəlkə  də  ağlımı 
itirib dəli olmaq dərəcəsinə çatıram. Özümü sanki bir 
xanımın  hüzurunda  yox,  nifrət  etdiyim  erməni  cəl­
ladları ilə üzbəüz dayanıram!! 
Qreta açıq sinəsinə tökülən qara qıvrım saçlarını 
nəvazişlə çiynindən geri aşırıb, ağır bir etirafa hazırla­
şırmış kimi, əvvəlcə ərinin valideynlərinin divardan 
asılmış şəkillərinə ikrahla nəzər saldı. Nəcəfin dediyi 
sözlərin təsirindən dodaqlarındakı xoş təbəssüm yox 
oldu. Və asta­asta:
– Nəcəf, – dedi. – Heç də güman etməyin ki, bu 
dedik lərinizlə məni təəccübləndirirsiniz. Əslində bu­
rada yeni bir söz də demədiniz. Bəzi məqamları nəzərə 
almasaq, bu barədə eşitdiklərimin, gördük lərimin az­
çox  şahidi  olduqlarımın  bir  qismini  təsdiq  etdiniz. 
Bax, siz bir neçə saatdı buradasınız. Lakin uşaq səsi 
eşitmirsiniz. Arsenlə neçə ildir ki, evlənib ailə həyatı 
qurmuşuq. Lakin xoşbəxtlikdən övladımız olmur. Ol­
mur,  deyəndə,  siz  də  məni  bağışlayın,  buna  mən 
özüm imkan vermirəm. Arsen isə elə başa düşür ki, 
övladımızın olmamasına səbəb ya mənəm, ya da onun 
özünün  cinsi  qüsuru.  Xeyr.  Düzünü  bilmək  istəyir­
sinizsə, buna mən özüm imkan vermirəm. Ancaq elə 
bir qadın təsəvvür etmirəm ki, o, ana olmaq istəməsin, 


260
Ə
li 
İld
ırı
m

lu
körpə  qığıltısına  ehtiyac  duymasın.  Lakin  mən  istə­
mirəm ki, doqquz ay bətnimdə gəzdirib, sonra həyata 
gətirəcəyim övlad böyüyəndə quldur, cəllad, qaniçən, 
şəhər  və  kəndləri  xarabazarlığa  çevirən  vəhşi  bir 
məxluq  olsun.  İstəmirəm  ki,  döşümdən  süd  əmib 
mənə ana deyən bir övlad yüzillik, minillik şəhər və 
kəndləri oda qalayıb onun məşum alovundan həzz al­
sın!  Allahın  yaratdığı  bəndələri  milliyyətindən  asılı 
olmayaraq,  qəddarlıqla  qətlə  yetirib  və  qeyri­insani 
hərəkəti  ilə  fəxr  edib  qürrələnənlər  tarixin  lənətinə 
məh kumdurlar. İstəmirəm ki, döşümdən axan südlə 
ərsəyə  yetən  övlad,  ürəkağrısı  ilə  adını  çəkdiyiniz 
Həsənli kəndinin al­qana boyanmasına bais olsun. 
Qretanın  dedikləri  Nəcəfə  o  qədər  də  inandırıcı 
görünmürdü. Buna baxmayaraq, onu diqqətlə dinlə­
yirdi. Bunu Qreta da hiss edirdi. Ona görə də Qreta­
nın baxışları qətiyyətli ifadə aldı:
– Bilirəm, sözlərimə şübhə ilə yanaşırsınız, – dedi. 
– Ancaq nahaq yerə. Mənə axıra qədər diqqətlə qulaq 
assanız, sizə hər şey aydın olar, – sözünə davam etdi. 
– Bizim erməni ailələrində uşağı tifillikdən başa salıb 
inandırırlar  ki,  ata­babalarınızı  türklər  qırıb.  Birinci 
düşməniniz türklərdir. Əli türk qanına batmayan əsl 
erməni ola bilməz. Bax, beləcə ermənilər övladlarını 
uşaqlıqdan  türklərə  qarşı  nifrət,  qəzəb  ruhunda  tər­
biyə edirlər. Hansı erməni daha çox türk və ya azər­
bay canlı qırıbsa, ona Andranik kimi xüsusi heykəllər 
ucaldılır, ehtiram göstərilir. Bax, o Manuku görürsən?! 
–  Qreta  evin  baş  tərəfində  divardan  asılmış  şəkli 
göstərdi. – Bizim Arsenın babasıdır. Saysız­hesabsız 
azərbaycanlını qətlə yetirib. Bilirsən, neçə azərbaycanlı 
kəndini xaraba qoyub?! Bax, mənim da həyata gəti­
rəcəyim  övladın  o  cəlladın  yolu  ilə  gedəcəyinə  əsla 


261
Daş y
ağan gün
şübhə etmirəm. Çünki siçandan olan dağarcıq kəsər. 
Odur  ki,  istəmirəm  ermənidən  övladım  olsun.  Ma­
nukyanlardansa,  həyatımı  sonsuz  başa  vurmağı  üs­
tün tuturam.
Qreta Nəcəfin əlindən yüngülcə yapışaraq, müəm­
malı bir təbəssümlə:
– Bu barədə başqa fikrim var. Hələlik onu demək 
istəmirəm. Bu, daha çox sizin istəyinizdən asılıdır. O 
haqda danışmaq hələ tezdir. Ya qismət! Qoy sözümü 
qurtarım, o barədə ikimiz bir qərara gələrik. 
Qreta gülərək:
– Nəcəf, doğrudanmı, nə fikirləşdiyimi başa düş­
mürsən, yoxsa qəsdən özünü bilməzliyə vurursan?! – 
deyib  dolaşıq  düşmüş  saçlarını  dəstələyib  kürəyinə 
aşırdı. Nəcəf bir balaca gülümsündü. Qreta bayaqkı 
söhbətinə yenə davam etdi: 
–  Düzünü  bilmək  istəyirsənsə,  mən  əslən  bakılı­
yam.  Şəhərin  Ermənikənd  məhəlləsində  yaşayırdıq. 
Anam  Jenya  boylu­buxunlu,  nəcib,  nəzakətli  qadın 
olub. Məhəllədəki oğlanlar ondan ötəri sinov gedər­
miş.  Beş­altı  yerdən  ona  elçi  düşüblər. Ancaq  anam 
heç birinə könül verməyib. Tibb institutunda müəllim 
iş ləyən  Əjdər  adlı  nəsilli­nəcabətli,  boylu­buxunlu 
mərd bir oğlanı sevib ona ərə gedib. Bəli, biləsən ki, 
atam azərbaycanlıdır. Belə bir gözəl­göyçək qadının 
erməni gədələrini rədd edib azərbaycanlıya ərə get­
məsi öz qohumlarımızı belə təbdən çıxarıb. Ən çox öz 
millətimizdən olanlar anamı hörmətdən salmaq, onun 
ailəsini  dağıtmaq  üçün  cürbəcür  çirkin  vasitələrə  əl 
atıblar.  Nəhayət,  vaxtilə  anamdan  ötəri  dəli­divanə 
olanlardan  biri  atamı  al­dillə  tovlayıb  evinə  qonaq 
apa rıb və atam Əjdəri oradaca namərdcəsinə zəhər­
ləyib öldürüblər. Atam dünyasını dəyişəndə ermənilər 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə