ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə73/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   69   70   71   72   73   74   75   76   ...   79

269
Daş y
ağan gün
sansa, get o soyxamın qanlı ləkələrinə bir də diqqətlə 
bax. Ona görə də özümü xoşbəxtlərin xoşbəxti hesab 
edirəm. Sənsə... Türk gədəsi ilə dostluq əlaqəsi yarat­
maq  niyyətinə  düşmüsən!  Niyə  belə  satqın,  dönük 
çıxdın, Arsen?! Axı, sənə belə tərbiyə verməmişik. Az 
qala erməniliyini də danmaq istəyirsən, Arsen! Çar­
hovuzluların atan Bağdasara, bacı­qardaşlarına etdiyi 
yaxşılıqlara görə, mən özüm də gec də olsa, azərbay­
canlılara divan tutmağımdan peşman olmaq, o millətə 
qarşı rəğbət bəsləmək niyyətinə düşmüşdüm. Ancaq 
Andranikin, Nijdehin, Hamazasın, Dronun... ruhları 
sən Arsenlə, mən Manukun belə bir fikrə gəlmə yi miz­
dən agah olandan bəri günüm qaradır. Ətimi şişə ta­
xırlar. Mənə rahatlıq vermirlər. Yatdıqları cənnətdən 
qovub, cəhənnəmin oduna, alovuna atmaq istəyirlər. 
Nəcəflə  yaxınlıq  eləyəndən  bəri  mənə,  təsəvvürə 
gəlməz  zülmlər  eləyirlər,  Arsen!  Baban  Manukun 
ruhu xatirinə azərbaycanlılara inanıb, onlara yaxınlıq 
etmək fikrini bu gündən, lap elə bu axşamdan başın­
dan çıxart! Nə qədər o millətdən uzaq gəzib­dolaşsan, 
yatdığım  torpağın  altında  bir  o  qədər  rahat  olaram. 
Baban  Manuka  rəhmin  gəlsin,  Arsen!  Bacarsan,  o 
Nəcəfi məhv et, getsin. Qoy bu əbədiyyət dünyasında 
dilim  uzun,  başım  uca  olsun.  Cənnətdən  qovulub, 
cəhənnəmin əzablarına düçar olmayım. Qarşında diz 
çöküb yalvarıram sənə, Arsen! Yalvarıram!
Arsen  ağzını  açıb  nə  demək  istəyirdisə,  kölgə 
qeybə çəkildi. Azərbaycanlılara qarşı qəddar hərəkət­
lə rinə görə ad çıxaran Manukun ruhu gecənin dərin­
liyinə  çəkilib  yox  olandan  sonra, Arseni  əhatə  edən 
binalar, arx boyu cərgələnən ağaclar insan qiyafəsində 
onun  üstünə  hücum  çəkdilər.  –  Mən  Andranikəm! 
Mən Nijdehəm! Mən Hamazasam! Mən Droyam!... – 


270
Ə
li 
İld
ırı
m

lu
Onlar  da  ağız­ağıza  verib  Arsenin  üstünə  hücuma 
keçdilər. Arsen vahimələnib instinktiv olaraq qışqır­
maq istədi. Lakin kənardan eşitməsinlər deyə birtəhər 
özünü ələ aldı. Onlardan yaxa qurtarmaq üçün iti ad­
dımlarla mənzilinə tərəf yönəldi. Qapını açıb içəri da­
xil oldu. Onun bədəni hələ də əsirdi. Ürəyi qəfəsdəki 
quş  kimi  çırpınırdı.  Bir  qurtum  su  içib  çarpayısına 
uzandı.  Gözlərini  otağın  tavanına  zilləyib  fikrə  get­
di... – Yəqin babalarımın ruhu, Nəcəflə bugünkü da­
nışığımızı duyub, düşündü. Sübhə qədər onu təhdid 
edən bu qorxudan necə xilas olacağı barədə düşündü.
...Səhər  komandirlə  Nəcəf  rastlaşanda Arsen  ona 
həmişəki kimi xoş üz göstərmədi. Nəcəflə rəsmi qay­
dada salamlaşıb ayaq saxlamadan ötüb­keçdi. Nəcəf 
arxadan  ona  təəccüblə  baxıb  başını  buladı:  –  Bir 
gecənin  içində  buna  nə  oldu  belə?  Dünənki Arsenə 
oxşamır. Ondan çıxmayan iş. Mənə tərəf baxmaq belə 
istəmirdi. – Düşündü. Nəcəf yerindəcə donub qalmış­
dı. Rövzəti görəndə gülümsündü və Arsenlə dünənki 
səmimi görüşü ilə, bugünkü laqeyd hərəkəti arasında 
çaş qaldığını dostundan gizlətmədi. Rövzət isə:
–  Məsələ  sən  düşündüyün  kimi  deyil,  –  dedi.  – 
Vəziyyət başqadır. Moskvadan gələn general geri qa­
yıdandan  sonra  komandirlərin  hamısının  kürkünə 
birə düşüb. Bəd xəbər olmasın, söhbət var ki, bizim 
hərbi  hissə  Fin  müharibəsinə  getməlidir.  Danışılana 
görə orada vəziyyət ağırdır. Bizim hərbi hissənin baş 
komandirinin  deməsinə  görə  Sovet  qoşunları  Man­
narheym səddində ciddi müqavimətə rast gəlib. Ora­
da  şiddətli  döyüşlər  gedir.  Baş  komandirin  arvadı 
mənə yaxın olan bir adama danışırmış ki, bizimkilərdən 
150  min,  finlərdən  19  min  376  nəfər  döyüşçü  həlak 
olub. O boyda Sovet ordusu finlərdən beş­on dəfə çox 


271
Daş y
ağan gün
itki verib. Nəhəng bir dövlət cırtdan ölkə ilə bacarmır. 
Xülasə, komandirlər arasında çaxnaşma düşüb. Söh­
bət var ki, bu gün­sabah müharibəyə getməliyik. Ar­
sen  Manukyanın  da  yəqin  ona  görə  qanı  qaraymış. 
Müharibə də ki bilirsən də nə deməkdir? Sən də baş­
lamısan ki, Arsen mənnən sərin görüşdü. Qəlbinə ayrı 
şey gəlməsin. Dünən onunla olan söhbətini mənə da­
nışandan sonra inanmıram ki, Arsen bizə qarşı başqa 
cür hərəkət etsin.
– Ola bilər. – Nəcəf dostunun dedikləri ilə razılaş­
dı. – Amma mən müharibədən qorxmuram, – əlavə 
etdi. – Elə buralarda ölüb qalsam yaxşıdır. Heç olma­
sa deyərlər ki, yetim Nəcəf canını vətən yolunda qoy­
du. Geri qayıtmağımın nə mənası var? Əmim ürəyimə 
yatmayan  ifritə  bir  qızı  yaxama  calayıb,  əlimə  də 
dəyənək verib deyəcək ki, get qoyunları otar. Bir də 
ki, dalda qalanım var?! Ölsəm, məni kim ağlayacaq?! 
Erməni  qatilləri  lənətə  gəlsin.  Sinəmə  elə  bir  dağ 
çəkiblər ki, qiyamətə qədər sağalmaz. – Nəcəf dostun­
dan bir siqaret alıb tüstülətdi və sözünə davam etdi: 
– Rövzət, – dedi. – Bilirsən ki, səndən gizli heç bir 
sirrim yoxdur. Arsenlə söhbət elədiyim günün gecəsi 
anam yuxuma girdi. Mənə dedi ki, oğul, o erməni dı­
ğasının  şirin  sözünə  əsla  aldanma.  Çünki  ixtiyarı 
özündə deyil. Ona başqa cür dil verənlər var... Onlar­
dan etibar gözləmək ağılsızlıqdır. 
Rövzət:
– Ananıza Allah rəhmət eləsin. Yuxu olsa da, onun 
sözündə bir həqiqət var, – dedi. – Arsen azərbaycan­
lıların çörəyi ilə böyüsə də, onun damarından daşnak 
qanı axır. Buna baxmayaraq komandirimizdir. Onun­
la münasibəti saxla. Ancaq tam inanma. Bir də ki, istər 
erməni  olsun,  istər  müsəlman,  insan  çiy  süd  əmib. 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə