ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə13/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   9   10   11   12   13   14   15   16   ...   79

42
Ə
li 
İld
ırı
m

lu
Qulağıma  gələn  ayaq  səsi  məni  daxili  düşüncə­
lərimdən  ayırdı.  Bulağın  yuxarısından  keçən  yola 
tərəf boylandım. Yan­yörəsinə baxmadan, başını aşa­
ğı salıb asta addımlarla irəliləyən dayımı görəndə se­
vindim. Həm də ehtiyat etdim ki, məni danlayacaq. 
Ancaq sevincim qorxuya qalib gəldi. Əzab­əziyyətlə 
Qarğı bulağında saldığım kənddən aralanıb dayımın 
qabağına yüyürdüm. O, Qarğı bulağından xeyli yuxa­
rıdakı düzənlikdə atı buxovlayıb geri qayıdırdı. Məni 
görəndə sifəti duruldu və şıltaqlığımı üzümə vurma­
dı. Əlini saçlarımda gəzdirib gülümsündü: 
– Ə, qırışmal, tək­tənha bu xəlvətxanada nə veyl­
lənirsən? – dedi. – İlan­çayandan qorxmursan? Nənən 
də evdə nigarandı. Harda olduğunu məndən soruş­
du.  Dedi  ki,  xəbərsiz­ətərsiz  hara  gedibsə,  mənə  də 
deməyib. Bir də belə qələt eləmə. Evdən çıxanda yeri­
ni de, bilsinlər hardasan... 
Dayım bundan artıq söz demədi. Əlimdən tutub 
addımlarını  yeyinlətdi.  Dayım  xeyli  susdu.  Heç  nə 
danışmadı. Nə isə fikrə getdi. Yəqin məni fikirləşirdi. 
Düşünürdü  ki,  anası  olsaydı,  bu  cür  dağa­daşa 
düşməzdi. Yetimliyin üzü qara olsun. Nənə də ki qoca 
arvaddır,  ev  işlərindən  başı  açılır  ki?  Uşağın  çayın­
çörəyini  verməklə  iş  bitmir.  Onun  yüz  cür  əndişəsi 
var.  Anası  dursaydı,  gözü  üstündə  olardı,  öyüd 
verərdi, bu cür başlı­başına buraxmazdı.
O,  daxili  düşüncələrindən  ayrılıb  əlini  çəlimsiz 
çiynimə qoydu. Mənə olan məhəbbətini büruzə verir­
miş kimi yüngülcə silkələdi və:
– Tez yekəlsəydin, kara gələrdin, – dedi. – Baban 
da həmişəki adam deyil, yaş haqlayıb. Mən də iş ada­
mıyam. Səhər evdən çıxıb, axşam qayıdıram. Bu gün 
tez  gəldim  ki,  mərəyin  bir  mili  əyilib,  onu  düzəlt­


43
Daş y
ağan gün
məliyəm. Yekə olsaydın, heç olmasa atı örüşə aparıb­
gətirərdin,  ayağına  buxov  vurardın.  Gecələr  mal­
heyvanı  yaylıma  çıxarardın.  Odun  yarardın,  gərmə 
kəsərdin.
Dayımın dediklərini təsdiq etdim. Həm də lovğa­
landım:
–  Atın  buxovunu  babamdan  yaxşı  açıb­bağlayı­
ram, – dedim. – Gərmə kəsməyi də bacarıram, ancaq 
odun yarmağa gücüm çatmır. Onu da bacararam ey, 
bircə baltanı qaldıra bilmirəm. 
Dayım gülüb əlini kürəyimdə gəzdirdi və:
– Səni sınayırdım, – dedi. – Razı olmaram ki, mən 
dura­dura sən ağır iş görəsən. Heç babanla qocan da 
qıymaz  ki,  çətin  işlərin  altına  girəsən.  Bir  də  ki, 
yekələndə məktəbə getməlisən. Tərs kimi də burada 
məktəb  yoxdur.  Gərək  atangilə  qayıdasan.  Ondan 
sonra da ayda bir dəfə görüşək, ya görüşməyək.
Dayım beş­altı verst aralıda olan kənddə hesabdar 
işləyirdi.  Yaxşı  da  qazanırdı.  Əməkhaqqına  düşən 
çəltiyi  yığıb­yığışdırmaq  olmurdu.  Babam  mərəyin 
qabağında ding düzəltmişdi. Qış boyu çəltik döyür­
dü.  Çuvalları  ağzınacan  düyü  ilə  doldurub,  siçan 
girməsin deyə ağzını da motal ipi ilə bərk­bərk bağla­
yırdı. Yeyilən yeyilirdi, artıq qalanı da bazarda satılır­
dı. Meşə kəndlərinin adamları atla, qatırla gəlib dü­
yünü  elə  qapımızda  alırdılar.  Qapıda  satılan  düyü 
bazardakından ucuz gedirdi.
Bir dəfə nəyə görə isə babam hövsələdən çıxdı və 
dayıma acığı tutdu. Üzünü bozardıb:
– Köpək qaya kölgəsində yatır, elə bilir öz kölgə­
sidir! – dedi. 
Dayım  başını  yuxarı  qaldırmadı.  Onun  qırımını 
görüb, dinməz­söyləməz dəhlizdən otağa keçdi.


44
Ə
li 
İld
ırı
m

lu
Gecə  yatanda  qəlbimdə  cürbəcür  nigarançılıqlar 
baş  qaldırırdı.  Fikrim­zikrim  Qarğı  bulağında  tikdi­
yim  evlərdə  qalmışdı.  Yorğun  olduğuma  baxmaya­
raq, gözlərimə yuxu getmirdi. Elə bil yorğan­döşəyimə 
qor  dolmuşdu.  Düşünürdüm  ki,  kəndi  qalın  hasara 
almamışam.  Andranikin  qoşunları  təzədən  qayıdıb 
davaya  başlasa,  mənim  o  balaca  kəndim  əclafların 
top­tüfənginin qabağında duruş gətirə bilməz. Həmin 
gecə rahat yata bilmədim. Ona görə də səhər açılan 
kimi  çay­çörəyimi  yeyib­içib  bir  bəhanə  ilə  aradan 
çıxdım.  Və  birbaşa  Qarğı  bulağına  tərəf  yollandım. 
Tələm­tələsik palçıq qarışdırıb kəndimin ətrafına iki­
qat hasar çəkdim. Ermənilərin hücumunun qarşısını 
almaq üçün əlavə olaraq kəndin həndəvərində boylu­
buxunlu, tüfəngli­tapançalı əsgərlər düzəltdim və on­
lar üçün dərin səngərlər qazdım. Sonra kənara çəkilib, 
yenə  də  kəndimə  baxdım.  O  Andranikin  qoşunları 
qarınlarını  yırtsalar  da,  mənim  kəndimə  səmt  düşə 
bilməz.  Bənd­bərələri  elə  möhkəm  bağlamışdım  ki, 
daha heç bir qorxusu yoxdu. – Öz­özümə düşündüm 
və sakit nəfəs aldım.
Təzə  Həsənlinin  başı  daşdan­daşa  dəyən  köhnə 
kişilərindən  eşitmişdim  ki,  erməniyə  etibar  yoxdur. 
Sabah Andranik olmasa da, bir başqa Andranik peyda 
olub, başının dəstəsi ilə müsəlman kəndlərinə hücum 
çəkəcək  və  bizi  köhnə  Həsənlinin  gününə  salacaq. 
Mən bu barədə işimi etibarlı tutmuşdum. Qarğı bula­
ğın yanında saldığım kənddən arxayın idim. Bilirdim 
ki,  Andranikin  qoşunu  cürət  eləyib  mənim  balaca 
kəndimə  basqın  edə  bilməz.  Andranikin  atdığı  top 
çəkdiyim ikiqat hasarı uçura bilsə, qulağımı kəsərəm. 
Köhnə Həsənlinin camaatı da bax, mənim kimi işlərini 
vaxtında etibarlı tutsaydılar, Andranik yox ey, onun 


45
Daş y
ağan gün
dədəsi də gəlsəydi, bizə dişi batmazdı. Onun ordusu­
nun burnuna vurub geri qaytarardılar.
Köhnə  Həsənlinin  başına  gələnlərdən  söhbət 
düşəndə kəndimizin bəzi ağsaqqalları ayrı cür hava 
çalırdılar. Deyirdilər, qoyunu qoyun ayağından asar­
lar, keçini keçi. Bu dava­dalaşda erməniləri ucdantut­
ma günahlandırmaq olmaz. Kasıb­kusuba qalsa, ara­
ya qan düşməz. Müharibə onların nəyinə lazımdır?! 
Erməni camaatını başdan çıxarıb bu qan­qadaya qo­
şan  o  haramzadə  Andranik,  Nijdeh,  Hamazas  kimi 
dəyyuslardı.
Uşaq  olsam  da,  bu  deyilənlər  beynimə  batmırdı. 
Çünki  göz  gördüyünə  inanar,  qulaq  eşitdiyinə  – 
deyiblər. Köhnə Həsənlinin tar­mar olmuş yurdunu 
görəndə tüklərim biz­biz olurdu. Məni vahimə götü­
rürdü. Və ağlıma gəlirdi ki, erməniyə etibar edib arxa 
çevirmək ağılsızlıqdı. Tez­gec, haçansa yenə də And­
ranikin,  Nijdehin,  Hamazasın  törəmələri  top­tüfəng 
götürüb bu yerlərə hücum çəkəcəklər.
Bu  qorxunc  hisslər  məni  əsla  tərk  etmirdi  və 
gecələr  yatanda  bəzən  dəhşətli  yuxular  görürdüm. 
Görürdüm  ki,  iri  buynuzu,  zəhmli  gözləri,  uzun  və 
seyrək  dişləri,  iti  caynaqları  olan  insanabənzər 
bədheybət  bir  dəstə,  silahlı  erməninin  qabağına  dü­
şüb üstümüzə hücum çəkirlər. O dəqiqə bilirdim ki, 
qabaqda gedən o qorxunc adamlar Andranik, Hama­
zas, Nijdeh, Drodu. Məni araya almaq istəyəndə quş 
olub havaya qalxdım və uçmağa başladım. Evdəkiləri 
haraya çağırmaq istəyəndə nitqim tutuldu. Səksənib 
yuxudan ayıldım. Gözlərimi açanda elə sevindim ki! 
Qorxudan üz­gözümü tər basmışdı. İnsan qiyafəsinə 
girib  məni  yaxalamaq  istəyən  bu  dörd  nəfər  əcaib 
məxluqun  caynağından  xilas  olduğum  üçün  kəndi­


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə