ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə11/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   7   8   9   10   11   12   13   14   ...   79

34
Ə
li 
İld
ırı
m

lu
da,  qatı  millətçilik  xəstəliyi  günbəgün  onların  da 
əmin­amanlığına sirayət etməkdədir. Elə bir xəstəlik 
ki, dünyanın əsrarəngiz guşəsi olan qoca Qafqaz neçə 
illərdir onun əziyyətini çəkir. Elə bir xəstəlik ki, okea­
nın  o  tayında  cəm  olan  yüzlərlə,  minlərlə  millətin 
sayılıb­seçilən siyasətçiləri, diplomatları ona çarə tap­
maqda acizdir.
Belə bir xəstəliyin kökünü kəsməyə qadir olan bəzi 
superdövlətlər  sinəsini  irəli  verib  üzdə­sözdə  “mər­
həmət”  göstərib  bu  dərd­bəlaya  çarə  qılmağa  cəhd 
etdik lərini car çəksələr də, əməldə… kəndimizin dili 
ilə desək, gah nala vururlar, gah mıxa. Dovşana qaç 
deyirlər, tazıya tut. Odur ki, saf ab­havalı qoca Qafqa­
zın əzəmətli dağları və onun zavallı bəndələri zinhara 
gəlib.  Və  bir  ovuc  qatı  millətçinin  törətdiyi  fitnə­
fəsaddan yaxa qurtara bilmir ki, bilmir!!
Ey oxucu! Bu əsər kin­küdurət, qisasçılıq yolu tu­
tan bədnam qonşuların iyirminci əsrdə viran qoydu­
ğu  şəhər  və  kəndlərin,  əsirlik  əzabına  məruz  qalan 
Əliquluuşağı  torpağının,  Həsənli  kimi  qələmə  aldı­
ğım  Köhnə  və  Təzə  Balahəsənli  xarabalıqlarının, 
müsi bətli günlərə düçar olan yüzlərlə, minlərlə Nəcə­
fin və Nəcəflərin ərşə qalxan fəryadıdır! 


35
Daş y
ağan gün
Ömür-gün yoldaşım Şəfiqə xanıma 
ithaf edirəm!
D
yağan gün
İlıq yaz axşamı... Bağlı­bağatlı kənd alma, gilənar, 
gilas çiçəklərinə bürünmüşdü. Naxır örüşdən təzəcə 
qayıdırdı. Adamlar mal­qarasını yerbəyer edirdi. Çiy­
ni sənəkli qız­gəlin şən əhvali­ruhiyyə ilə bulaq başı­
na  tələsirdi.  Məscidlərin  minarələrindən  azan  səsi 
gəlirdi.  Möminlər  axşam  namazına  hazırlaşırdılar. 
Güney məhəllədəki həyətlərin birində toy məclisi qu­
rulmuşdu.  Çal­çağır  səsi  kəndi  başına  götürmüşdü. 
Aşıqların sazı­sözü qəlbləri ehtizaza gətirirdi. Bir neçə 
saatdan sonra gəlin atlanıb təntənə ilə bəy evinə yola 
salınmalıydı. Bu əsnada, aravermədən atılan top mər­
mi lərinin  qulaqbatırıcı  uğultusu  kəndi  təlatümə  gə­
tirdi.  Təpədən  dırnağa  qədər  silahlanmış  ermənilər 
dörd bir tərəfdən qara qarışqa kimi kəndi mühasirəyə 
aldı... Toy yasa döndü. Top mərmiləri evlərin külünü 
göyə sovurdu. Güllü­çiçəkli bağ­bağçaların xoş rayi­
həsi yayılan həyət­bacaları barıt qoxusu bürüdü. Məs­
cidlər,  mədrəsələr  yerlə  yeksan  edildi.  Qadınların 
məşum  naləsi,  uşaqların  tükürpərdici  çığırtısı,  mal­
heyvanın mələrtisi, itlərin ulartısı ərşə qalxdı. Minlərlə 
insan  bir  gecənin  içində  evli­eşikli  odlara  qalandı. 
Kəsilən  toy  qoyunlarının  qanı  insan  qanına  qarışıb, 
balaca­balaca yumru daşları diyirlədirdi.


36
Ə
li 
İld
ırı
m

lu
Çiynində  tüfəng,  əlində  dəyənək  olan  bir  neçə 
erməni kəndin mal­qarasını, ətrafdakı at ilxılarını qa­
baqlarına qatıb hara isə aparırdı. 
Coşqun dağ çayının sahilində, yaşıllıqlara bürün­
müş  alçaq  təpələrin  arasında  minillərdən  bəri  dinc 
həyat sürən və üç yüzdən artıq evi olan Həsənli kəndi, 
XX əsrin əvvəllərində bax, beləcə görünməmiş müsi­
bətlərlə üzləşdi.
* * *
...Silahlı erməni quldurları neçə­neçə Azərbaycan 
kəndini viran qoyub, geri çəkiləndən bir neçə ay son­
ra ara səngidi. Təsadüfən qaçıb canını qurtaran on bir 
ailə pərgarı pozulmuş yurd­yuvasına qayıtdı. Cəmi­
cümlətanı on bir ailə... Xarabazarlığa çevrilmiş kənddə 
daş üstə daş qalmamışdı. 
Ölümün ağzından qurtaran bir neçə Həsənli əvvəl­
əvvəl məsləhət­məşvərət eləyib belə bir qərara gəldilər 
ki,  bu  viranəlikləri  tərk  edib,  uzaq­yaxın  kəndlərin 
birində məskunlaşsınlar. Lakin dor­dolanışığın ucba­
tından ata­baba yurdunu atıb unutmaq azlıqda qalan 
Həsənlilərin  böyük  qəlbli  insanlarına  ağır  gəldi, 
Həsənli adlı kəndin yer üzündən silinməsini qürurla­
rına  sığışdırmadılar.  Namərd  qonşuların  haçansa 
yenə də girəvə tapıb bu yerlərə basqın edə biləcəyini 
nəzərə alıb, bir­iki verst aralıda olan dağların arasın­
da  özlərinə  yeni  yurd­yuva  saldılar...  Təzə  Həsənli 
ünvanlı.
* * *
Ana babamın dörddirəkli damı və sonradan tikilən 
birotaqlı evi kəndin qurtaracağındakı dağın ətəyində 
idi. Dama söykək olan daş kahadan tövlə kimi istifadə 


37
Daş y
ağan gün
edilirdi. Qışda bu tövlə hamam kimi isti olur və qabaq 
tərəfdə  hörülmüş  pəncərələrindən  buğ  qalxırdı. 
Tövlənin  tavanı,  döşəməsi  sal  daşdan  olduğu  kimi, 
axurlar da kahanın öz daşından yonulub düzəldilmişdi. 
Bir neçə iydə, tut, şam ağacı əkilmiş kiçik həyətə qara­
tikan kolundan çəpər çəkilmişdi. 
Sübh tezdən, bir də ki, günəşin qürub çağı qənşər 
bir yerə çıxıb uşaq heyranlığı ilə uzaq­yaxın dağları, 
dərələri,  meşələri,  göylərə  dirənən  uca­uca  ağ,  sarı, 
qonur,  qara,  çopur  qayaları,  dərin­dərin  uçurumları 
seyr etmək məndə adətə çevrilmişdi. Bir güllə mən­
zilindəki  qayalıqlarda  xınalı  kəkliklər  səs­səsə  verib 
hey qaqqıldaşırdılar. Gəvən, dovşanalması, yemişan, 
qaratikan,  tubulqa...  kolları  ilə  örtülmüş  yal­yamac­
larda quşlar vəcdlə oxuyurdular. Kəndi yarıya bölən 
ağappaq daşın üstündən, köpüklənə­köpüklənə axan, 
bir dəyirmanlıq suyun qıjıltısı ətrafa çökən qərib sü­
kutu pozub, on bir evli Təzə Həsənliyə xoş ovqat ya­
yırdı.  Kəndin  sığındığı  dağların  ətəklərindən  axan 
çayın gümüşü suları və onun sahillərində zəncirvarı 
çəltik ləkləri görünürdü. Təzə dən tutan çəltik zəmi­
lərinin  həndəvərində  turaclar  yorulmaq  bil mədən 
səhərdən­axşamacan dəcəl­xata uşaqların yamsıladı­
ğı  “Xanım  taxçada­boğçada”  mahnısını  oxuyurdu. 
Dördbir tərəfdən süzülüb gələn bu səs­səda bəlkə də 
radionun nə olduğunu bilməyən Təzə Həsənliyə Tan­
rının bəxş etdiyi və təbiətin qüdrəti ilə bəstələnən mu­
siqi töhfəsi idi. Bu saysız­hesabsız quşlar sanki dilbir 
olub, öz nəğmələri ilə pərgarı pozulmuş Köhnə Hə­
sən lilərin varislərinə təsəlli verib həyan olur, onların 
sınıq qəlbini ovudaraq, ağır nisgildən xilas edirdilər. 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə