ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə10/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   6   7   8   9   10   11   12   13   ...   79

30
Ə
li 
İld
ırı
m

lu
kultunu önə çəkir. Allaha bəndəlik eləməyən çoban­
lar  və  qarovulçular  ağsaqqal  sözü,  ağsaqqal  təpgisi 
qarşısında  tab  gətirməyib  geriləyirlər.  Əsərdə  belə 
görüntülər kifayət qədərdir. Oxuduqca, sanki maraqlı 
bir ekran əsərinə baxırsan. Nəcinin balaca dostu üçün 
suluq  düzəltmə  mərasiminin  təsviri,  Qönçə  xalanın 
keçini  bəyənməyənlərə  cavabı  belə  səhnələrdəndir. 
Qönçə xala keçini belə öyür: “Dərisini aşa qoyub da­
ğar, cılğı düzəldirəm. Dağara yığılan yuxa çörək pilə 
kimi yumşaq qalır. Həm də həftələrlə qalsın, nə quru­
yur, nə də ki, kif atır. Dəyirmana ağnağaz eləyəndə 
içinə  dən  yığıram.  Tuluq  düzəldib  nehrə  yerinə 
işlədirəm.  Dağa­arana  gedəndə  cılğısına  ağartı  yığı­
ram, qəzilindən çul, palaz toxuyuram, sicim hörürəm. 
Ətini demirəm, pendirinə gələndə qoyununku onun 
yanında yalandı...” Budur, əsl elat mədəniyyəti, kənd 
yaddaşı... İtib getməkdə olan bu ənənələr, unudulan 
bu ifadələr, onların məna tutumu müəllif tərəfindən 
elə  belə,  gəlişi  gözəl  xatırlanmır.  O  bizi  bir  daha 
tərpədir, soy kökümüzə qaytarır, milli varlığımızı qo­
rumağa çağırır.
Romanda  etnoqrafik  mənzərələr,  folklor  yaddaşı 
koloritli dil və təhkiyə ilə üzvi şəkildə qovuşub ma­
raqlı  ahəngdarlıq  yaradır.  Yenə  misallara  müraciət 
edək: “Qoca nənəm... süd dolu qazanı ətəyinin ucu ilə 
sacayağının üstündən götürüb dəhlizin küncünə qoy­
du...”; “Qoca nənəm yer hanası qurmuşdu...”; “Ağlım 
artdıqca  dərdim  də  artır”;  “Qısır  qoyunun  südü  ələ 
düşməz”; “Sonra əsgər gedərəm. Onacan da (əmim) 
özünə bir çoban pəsənd eləyər”; “Qoca nənəm saplı­
cada əyirdək qızartdı. Sonra sacarası bişirdi...”; “Vaxt­
sız yağan qar əriyib yox olmuşdu. Əkin­biçin adamla­


31
Daş y
ağan gün
rı  bunu  yaxşı  əlamət  saymırdılar.  Deyirdilər  ki,  qış 
qulun  saldı”;  “Hamı  yatmışdı.  Tək­tək  evlərin 
pəncərəsindən işıq gəlirdi. Çoban itləri peyin komala­
rının üstündə yumurlanıb nəfəsləri ilə özlərini isidir 
və səslərini çıxartmırdılar”; “Nəcəf özündə xeyli yün­
güllük hiss edib qoyun damının ağzında civirdən hö­
rüb  düzəltdiyi  yöndəmsiz  çarpayısına  uzandı”; 
“Nəcəf  tövlədən  çıxanda  orda­burda  domuşan  itlər 
sahibini  görən  kimi  gərnəşib  ayağa  qalxdılar”.  Belə 
misalların sayını istənilən qədər artırmaq olar.
Adətən, belədir, əsəri müəyyən zaman çərçivəsində 
oxuyub  başa  vurursan.  Təəssürat  isə  uzun  sürür. 
Şübhəsiz, yaxşı əsər yaddaşın oyaq xatirələrində səni 
uzun müddət tərk etmir, ilk sevgi kimi qəlbində həzin 
bir iz buraxır. Biz “Daş yağan gün” romanından da 
eynən bu təəssüratları aldıq. Əsər bizə nə verdi?.. Es­
tetik zövq verdi, əxlaqi kamillik, mükəmməllik aşıla­
dı... Bir az bizi tarixə apardı, yaddaşımızın alt qatları­
nı tərpətdi, mürgülü duyğularımızı oyatdı, bir az da 
ruhumuzu diksindirib özümüzü özümüzə qaytardı... 
Başqa  sözlə,  yaddaşımızı  təzələdi,  unutqanlığımızı 
unutmamağa çağırdı...
Qədim  Şərq  filosoflarından,  yunan  estetlərindən 
üzü  bəri,  müasir  nəzəriyyəçilərədək  işıqlı  adamlar 
dünyanın  gələcək  taleyi  barədə  qayğı  və  çabalarını, 
adətən  belə  bir  fraza  ilə  ifadə  edirlər:  “Dünyanı 
gözəllik xilas edəcək”. Bəzən bunun paradoksunu da 
eşidirik:  “Gözəlliyin  özünü  xilas  etmək  lazımdır”. 
Bəlkə  doğrudan  da  belədir?..  Belədə,  xilasa  ehtiyacı 
olan xilaskar ola bilərmi?.. Etiraf etməliyik ki, günü­
gündən  çirklənən,  sifətini  itirən  dünyamızın  xilası 
qarşısında gözəllik də acizdir. İş o yerə gəlib çatıb ki, 


32
Ə
li 
İld
ırı
m

lu
hər bir gözəllik özü öz bətnində potensial çirkab, riya, 
əclaflıq  bəsləyib  yaradır.  Eləsə,  bəşəriyyətin  xilası 
naminə alternativlər axtarışı zorunda qalmaq təbii de­
yilmi?.. Ən optimal, zəruri və real alternativ bu gün 
vicdandır.  Bütün  eybəcərliklərə  qarşı  bir  sipər  kimi 
vicdanı qoymalıyıq. Qoy bu, lap adicə qarışqa vicdanı 
olsun. Hər halda, mən belə düşünürəm... Hər halda, 
Əli İldırımoğlunun “Daş yağan gün” əsərinin bədii­
estetik qayəsi bunu deməyə əsas verir.
L.Rəşidzadə
yazıçı-publisist


33
Daş y
ağan gün
MÜƏLLİFDƏN
Əsrə yaxın ömür sürdüm. Elləri­obaları dolaşdım. 
Dini­dili,  mətləbi,  məsləki  müxtəlif  olan  insanlarla 
təmasda  oldum.  Çöllərindən,  çəmənlərindən,  yolla­
rından,  yamaclarından,  dağlarından,  daşlarından, 
bağ­bağçalarından qan izi silinməyən Laçının, Kəlbə­
cərin, Qubadlının, Zəngilanın, Cəbrayılın, Füzulinin, 
Ağdamın,  Pənahabadın,  Xocalının,  isti  yuvam  Əli­
qulu uşağının çilik­çilik olmuş aynasında, qələmimdən 
süzülən mürəkkəbin rəngində Hayastan adlı məkan 
və orada məskunlaşmış dini­dili eyni olan iki millət 
gördüm.  Əməlləri  xoş  xatirələrdə  yaşayan  Hovanes 
Tumanyanların, Qrant Matevosyanların, Sayat Nova­
ların, Armen  Cigərxanyanların,  dinc  əməyi  ilə  sakit 
gün­güzəran keçirən akopların, armenakların mənsub 
olduğu millət. Bir də ki… Bir də ki, qatı millətçiliyi 
özünə  şərəf  bilib,  qonşular  arasında  kin­küdurət, 
ədavət,  qisasçılıq  toxumu  səpməkdən  usanmayan 
andraniklərin, Robert Köçaryanların, Zori Balayanla­
rın, Silva Kaptukyanların, Serj Sarkisyanların… təmsil 
etdiyi millət. 
Məkanı, dini, dili eyni – ədəbi, əqidəsi fərqli olan 
iki millət!!
Təəssüf ki, fitnəkarlığı ilə öyünən haylar tutduqla­
rı şər yolun faciəli sonluğa getdiyini anlamaq fəhmin­
dən xalidirlər. Ona görə də Nəcəfin, Akopun, Arme­
nakın alaçıqları bir­birinə nə qədər söykək, həyan olsa 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə