ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə8/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   4   5   6   7   8   9   10   11   ...   79

24
Ə
li 
İld
ırı
m

lu
təzadlı  insan  xarakterləri  üzərində  qurulub.  Müəllif 
problemin  həlli  yollarını  da  xarakterlərin  işığında 
çözələyir. Bu insanların bəzisi haqda artıq söhbət aç­
mışıq, onların tərzi­halını sərf­nəzər etmişik. Bunları 
böyük  ciddi  bir  qalereya  da  adlandırmaq  olar.  Hər 
biri  ciddi  bir  romanın  baş  qəhrəmanı  ola  biləcək 
mərtəbədə  dayanan  bu  insanlar  qoyulan  problemi 
araşdırmaq üçün xüsusi açar rolu oynayır. Gürcü Çe­
burdanidze  və  yəhudi  Betker  bu  qalereyanı  əlvan­
laşdırır  və  tamamlayır.  Onların  hər  ikisi  alimdir, 
hadisələrə real və vicdanlı münasibətləri var. Müəyyən 
rakursdan  yanaşanda  əsər  bu  obrazlarsız  da  keçinə 
bilərdi, yəni onlar olmasaydı belə, əsərə ciddi xələl to­
xunmazdı. Lakin bir məqamı unutmamalıyıq. Qarşı­
ya qoyulan yazıçı niyyətinin həlli üçün, bu obrazlar 
həm  də  kifayət  qədər  mühümdür.  Onların  hər  biri 
müəllifin  diliylə  danışır  və  bədii  mətləbin  açılışına 
xidmət  edir.  Başqa  sözlə,  yazıçı  erməni  xislətinin  iç 
üzünü açmaq məqsədilə təsvir etdiyi real hadisələri, 
həyati detalları alim sözü, ziyalı mövqeyilə təsdiqləyir. 
Üstəlik,  onlar  kənar  şəxslərdir,  qeyri  millətdən  olan 
müstəqil, neytral arbitrlərdir. Müəllif onların simasın­
da  tarixə  ekskurs  edir,  onların  elmi  dəlil  və  nəzəri 
qənaətləri  ilə  təsvir  etdiyi  hadisələrə  möhür  vurur. 
Beləliklə  də,  öz  ədəbi  mövqeyini  alim­ziyalı  rəyilə 
əsaslandırır. Çeburdanidze və Betkerin açıqladığı ta­
rixi  faktlar  müəllif  dilində  də  tutarlı,  fundamental 
səslənə  bilərdi.  Lakin  bu  obrazların  əsərə  daxil 
edilməsi bir neçə yöndən müəllif mövqeyinə obyektiv 
tutalğa, əsərə isə müəyyən rakurslarda bədii təravət 
verir.
Üç  millət  –  azərbaycanlı,  erməni  və  gürcü  uzun 
müddətdir  ki,  qonşuluqda  yaşamağa  məhkum  ol­


25
Daş y
ağan gün
muşlar.  Müəllif  bura  dördüncü  tərəfi,  yəhudiləri  də 
əlavə  edir.  İnsafən,  yəhudilər  əsrlər  boyu  azərbay­
canlıların içində yaşamış və daim səmimi münasibətlər 
sərgiləmişlər. Odur ki, kənar arbitr kimi yəhudi xalqı­
nın  nümayəndəsinin  də  məsələyə  münasibət  bil dir­
məsi müəllifin qələbəsidir.
Qatarda, bir kupedə yol gedərkən Çeburdanidze 
Andranik  Poqosyanın  məkrli  xislətini  ilk  baxışdan 
duyur və ona qarşı sərt mövqe tutur. Ermənilərin illər 
boyu Azərbaycana və azərbaycanlılara, ümumiyyətlə, 
türklərə  qarşı  xəyanətkar  mövqeyini  tarixi  faktlarla 
bir­bir  sadaladıqdan  sonra  Çeburdanidze,  sanki  itti­
hamnamə irəli sürərək deyir: “...Heyvanların başına 
bıçaq çəkənlərə qəssab, insanları qətlə yetirənlərə cəl­
lad deyirlər. Qulağını aç, yaxşı eşit. Dinindən, dilin­
dən, milliyyətindən asılı olmayaraq, Tanrının xəlq et­
diyi bəndələrə göz yaşı yox, sevinc bəxş etməyi özünə 
şərəf bilənlər tarixin qızıl səhifələrində əbədiləşir, bü­
tün  məxluqatın  qəlbində  heykəlləşirlər.  Fitnə­fəsad 
törədənlərin yalnız bir mükafatı var – o da nifrət və 
lənətdir!”
Hadisələr  bir­birini  izlədikcə  ictimai­siyasi  mən­
zərələr  məqbul  atributlara  çevrilir.  Təkcə  romanın 
əhatə elədiyi dövr, hadisələrin cərəyan etdiyi konkret 
lokal zaman və məkan deyil, bütövlükdə problemə ta­
rixi  yanaşma  və  siyasi  baxış,  yazıçı  mövqeyi  son 
dərəcə professional, bədii məntiq və fəlsəfi yanaşma 
mövqeyindən üzə çıxır. Ermənilərin xalqımıza qarşı 
məkrli  siyasətinin  tarixi  köklərini  araşdıran  müəllif, 
onların vəhşi təbiətini, millətçi psixologiyasını bütün 
çılpaqlığıyla açıb göstərsə də, yenə öz estetik idealına, 
humanizminə,  bəşəri  mövqeyinə  sadiq  qalır,  bütöv­


26
Ə
li 
İld
ırı
m

lu
lükdə erməni millətini qaralamır, onun radikal qana­
dını,  qana­qadaya  həris  millətçi­şovinist  zümrəsini 
bədii hədəf seçir. Nəcəfin diliylə öz mövqeyini bəyan 
edir: “Vallah­billah, dünyanı qarışdıran, ədavət salan 
elə o bəylərdir. Bax, elə erməniləri də fittiyib üstümüzə 
salan, kənd­kəsəyi yandırıb viran edən o xaçpərəstlərin 
bəyləridir.  Hansı  millət  olursa  olsun,  kasıb­kusuba 
qalsa, heç vaxt bir­birinə dəyib­dolaşmaz...”
Hər  bir  əsərin  uğurlu  bədii  həlli  üçün  ən  vacib 
bədii  komponentlərdən  biri  əxlaq  və  mənəviyyat 
ünsür ləridir.  Burada  ailə­məişət  münasibətlərindən 
tutmuş dini inanclara qədər hər şey çox vacib mənəvi­
əxlaqi atributlar kimi üzə çıxır. Məsələn, uşaq olmağı­
na  baxmayaraq,  balaca  qəhrəmanın  babası  onun  ən 
adi şıltaqlığına belə dözmür, bunu əxlaq və tərbiyədən 
kənar  sayır:  “Ağacın  əyrisini  şiv  vaxtı  düzəltmədin, 
yoğunlayandan sonra ha çalışsan, xeyri yoxdur. Gərək 
uşağı bələkdə, küçüyü dəməkdə öyrədəsən... Uşaq nə 
qədər əziz olsa da, tərbiyəsi ondan əzizdir”.
Bu əxlaqın bir nümunəsi də Nəcəfin əmisi Mikayıl 
qarşısında itaətidir. Bəlkə mütilik həddində olan tabe­
çilik  oxucunu  heç  də  qane  etməsin. Amma  müəllifə 
görə bu, ağsaqqal qarşısında əsl azərbaycanlının ədəb 
və ərkan nümunəsidir.
Əli İldırımoğlu öz əxlaq və mənəviyyat platforma­
sında ardıcıl və bəzi hallarda sərtdir. O kəndin təmiz­
liyini,  bakirəliyini,  əxlaqi  mükəmməlliyini  bu  gün 
deqradasiya uçurumunda olan dünya sivilizasiyasına 
qarşı qoyur: “Kürsək vaxtı köpəklə qancıq kənd ara­
sında,  adamların  gözü  qarşısında  bir­birinə  səmti­
məzdi, dalda bir yerə çəkilərdi... İndi sivilizasiyanın 
“fontan” vurduğu bəzi­bəzi dəbdəbəli şəhərlərdə gü­


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə