ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə5/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   2   3   4   5   6   7   8   9   ...   79

15
Daş y
ağan gün
bundan  gizli  zövq  alırlar.  Bu  mənada  ermənilərin 
qəri nələrdən  bəri  azərbaycanlı  qonşularının  başına 
açdığı  oyunlar  bunun  bariz  nümunəsidir.  Müəllif 
Nəcəfin acı taleyi timsalında bunun əyani mənzərəsini 
yaradır.  Nəcəfin  əzab­əziyyətdən  yoğrulmuş  acına­
caqlı həyatı, həm də son anda uğursuzdur. Bu, kiməsə 
qəzavü­qədər,  fatalizm  kimi  görünə  bilər...  Lakin 
müəllif üçün bu, hadisələrin təbii davamı və məntiqi 
yekunudur.  Ermənilərin  əzab­əziyyətə  düçar  etdiyi 
Nəcəf,  son  anda  erməni  əliylə  qətlə  yetirilir.  Nəcəfə 
atılan güllə həyəcan təbili kimi səslənir. Bu həyəcan 
təbiliylə müdrik yazıçı erməni məkrinə, erməni hiy­
ləsinə uymamağa çağırış edir... Amma bəzən yazıçı öz 
harayına belə, özü başqa cür əks­səda verir. O, erməni 
vandalizmindən haray vura­vura “kasıb­kusuba qal­
sa, araya qan düşməz”, – qənaətinə gəlir. “Siçandan 
olan  dağarcıq  dələr”,  –  fikri  ilə  hadisələrə  qiymət 
verən ədib, belə çıxır ki, tarixi yaddaşı unudub Andra­
niklərlə  yanaşı Armenaklar, Akoplar  da  yaradır,  bu 
sadə  çobanların  insanlığından,  səmimi  duyğuların­
dan, Nəcəfə isti münasibətlərindən söz aça­aça özü də 
onlara inanır?.. Ədibin bu tip sadə ermənilərə müna­
sibəti tam səmimidir, hətta bəzi məqamlarda bu ob­
razlar isti yazıçı himayəsindədir. Əli İldırımoğlu, yəni 
bu qədər sadəlövh yazıçıdır?.. Erməni xislətinə yaxın­
dan bələd olan və onu sonadək ifşa etməyi bacaran, 
erməni hiyləsinə uymamağı bütün əyaniliyi ilə təbliğ 
edən yazıçı birdən­birə özü də erməni hiyləsinə uy­
dumu?..  Əli  İldırımoğlunu  yazıçıların  humanist 
nəslinin nümayəndəsi kimi təqdim etdik. Bu tip yazı­
çılar, adətən ən sərt həyat həqiqətlərində, ən çamurlu 
insan xislətində belə, gözəllik, insanpərvərlik, ideallıq 
axtarır. Ermənidə işıqlı cəhət axtarmaq, artıq huma­


16
Ə
li 
İld
ırı
m

lu
nist  yaradıcılığın  bədii­estetik  qayəsidir.  Humanist 
yaradıcılığın kredosu budur: erməni olsa belə, insan­
dan  sonadək  necə  imtina  etmək  olar?..  “Daş  yağan 
gün” əsərində ermənizmin ifşası leytmotivdir. Estetik 
qayə isə humanizmdir, insanpərvərlik və bəşəri ideal­
lardır. Yazıçı öz estetik məqsədi üçün, hətta ermənidə 
belə (təbii ki, daha sadə, məkrsiz, millətçilik ideyala­
rıyla zəhərlənməmiş) işıqlı cəhətlər axtarır. Bu, Əli İl­
dırımoğlunun yazıçı kimi, bəlkə də ən böyük uğuru­
dur. Yazıçı bütün vasitələrlə sonadək öz idealını qa­
bardır, insanpərvərliyin tərəfində dayanır. 
O, öz yazıçı eksperimentlərini Arsen obrazında in­
kişaf etdirir, onda Akop və Armenakdan daha fərqli 
cizgilər axtarır. Xarakterləri kənd­kəsəyin, dağın­da­
şın təmizliyindən, saf təbiətdən qaynaqlanan sadə ço­
banlarda  müsbət  ideallar  tapmağa  nə  var  ki?..  Əsas 
odur ki, savadlı, sivilizasiya havalı ermənidə bunların 
axtarışına çıxasan... Bu mənada Əli İldırımoğlunun öz 
yazıçı  fəhmi  onu  daha  uzaqlara  aparır.  Erməninin 
oxumuş,  təhsil  görmüş,  zabit  rütbəsi  almış,  orduda 
komandir  vəzifəsinə  qalxmış  Arsen  kimi  nüma yən­
dələri üzərində bu eksperimentləri aparmaq daha sir­
li və möcüzəlidir. Əli İldırımoğlu humanizminin çıl­
ğınlığı və inadkarlığı da bu məqamlardadır. O, insana 
inanır  (erməni  olsa  belə),  onun  bəşəri  məzmununu 
duyub qiymətləndirməyi bacarır. O, bu anlarda ermə­
nidən  daha  çox  insandan, Allahın  yaratdığı  ən  mü­
kəm məl  varlıqdan  yazır.  Sadə  çobanı  yazıçı  məq sə­
dinə tabe etmək, başqa sözlə, onda işıqlı cəhətlər tap­
maq, ondan vicdanlı, saf, təmiz məxluq yaratmaq nə 
qədər  asandırsa,  Arsen  kimi  təhsilli,  siyasətdən  baş 
çıxaran,  erməni­azərbaycanlı  münaqişələrinin  tarixi 
köklərindən xəbəri olan bir ermənidə müsbət məziy­


17
Daş y
ağan gün
yətlər tapmaq daha çətindir. Bu anlarda ehtiraslı ədə­
bi coşqunluq, sonsuz yazıçı marağı daha da kükrəyir. 
Yazıçı nə yolla olursa olsun, Arsenin tərəfində durub 
işıqlı bir erməni tipi yaratmaq istəyir. Heyhat!..
Ədib bu səhnələrdə də paradoksal effektlərlə ədəbi 
həqiqəti  əyaniliyi  ilə  çatdırır.  Bir  tərəfdə  müdrik 
Azərbaycan  yazıçısı,  digər  tərəfdə  əli  yüzlərlə  azər­
baycanlının qanına batmış Arsenin babası Manuk. Və 
mənən deqradasiyaya məruz qalan, uçuruma yuvar­
lanan, son anda qatilə çevrilən Arsen... İki millət, iki 
ağsaqqal... Biri Xeyrin təmsilçisi, digəri Şərin... Arsen 
hər dəfə, xeyirxah Azərbaycan yazıçısı Əli İldırımoğ­
lunun  ədəbi  öyüd­nəsihətləri,  mənəvi­əxlaqi  təlqin­
lərilə təmizlənmək, saflaşmaq, düz yola qayıdıb tövbə 
qapısını döymək istəyəndə Manukun fitnəkar xəyali 
görüntülərilə,  cin,  şeytan  siqlətli  siluetiylə  üzləşir, 
onun qan qoxulu, vəhşi ehtiraslı “nəsihətlərini” din­
ləməli olur: “Arsen! Əqidəmizdən dönmüsən. Səndə 
ermənilikdən  əsər­əlamət  qalmayıb.  Müsəl manlara 
yıxılmısan!  Nəcəf  adlı  müsəlman  gədəsi  ilə  söhbət­
lərinizdən ruhum halidir. Həmin andan səni biryol­
luq itirdim. Nəslindən, kökündən ayrı düş müsən, Ar­
sen! Qoyduğum yoldan uzaqlaşmısan... Amma unut­
ma ki, vaxtilə Çarhovuzlunu dağıdanların qabağında 
gedənlərdən  biri  də  mən  idim.  Səfiyarın  başını  bu 
əllərimlə  kəsdim  (bu,  o  Səfiyardır  ki,  Arsenin  atası 
Bağdasar tibb işçisi kimi Çarhovuzluya təyinat alan­
da, uzun illər onun sahibsiz qalmış evində yaşamış, 
Arsen  də  daxil  olmaqla  övladları  bu  kəndin  azər­
baycanlı  camaatının  çörəyilə  böyümüşdür).  Bax,  bu 
əllərimlə! Arvadını, yeddi uşağını öldürüb meyitlərini 
yandıran da mən olmuşam, mən!”


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə