ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə7/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   2   3   4   5   6   7   8   9   10   ...   79

21
Daş y
ağan gün
əhalini  qılıncdan  keçirən  vandallardandır.  Belə  vü­
cuddan  nə  gözləyəsən?..  Müəllif  onu  öz  hərəkət  və 
davranışları, fikir və düşüncələri ilə ifşa edir. Budur, 
Andranik Poqosyan: “Türklərin kökünü yer üzündən 
kəsmək  lazımdır!..  Bu  türkləri  mənim  kimi  tanıyan 
yoxdur.  Başımın  tükü  qədər  türk  qırmışam.  Yenə 
ürəyim  soyumur...”  Bu  əbləhə  öz  millətindən  olan 
sadə çobanlar da nifrət edir. Akop Armenaka göz vu­
rub Andraniki işarə verir: “Dağbəyi gəlir. Başımızın 
ağasına bax! Andranikdir! İt oğlu, it” – deyə nifrətini 
bəyan edir. Öz üzdəniraq sələfi, adını fəxrlə daşıdığı 
Andranik  Ozanyanın  mənfur  əməllərinin  davamçısı 
olan bu tipin Həsənli qətliamı zamanı qənimət kimi 
götürdüyü  qoşalülə  tüfəng  və  alapaça  madyan  son 
anda onun qəniminə çevrilir, bu qaniçən ermənidən 
nakam Həsənlinin intiqamını alır.
Nəcəflə Andranikin təkbətək qarşılaşdığı, Andra­
nikin cəhənnəmlik olduğu səhnədə yazıçı humanizmi 
zirvə  həddindədir.  Nəcəf,  sədəfli  tüfəngi  (sonradan 
məlum olacaq ki, tüfəng elə onun atası Cəbrayılınmış) 
ələ keçirib at üstdə olan Andranikə atəş açır, lakin qır­
ma tutmur. Şahə qalxmış at Andraniki yerə çırpır. Bir 
ayağı üzəngidə ilişib qalmış Andraniki alapaça sürü­
yüb daşdan­daşa vurur və bu murdar cəmdək selin 
ağzında lilə, çamıra qarışıb yox olur. Bəli, o, ən mur­
dar, ən iyrənc ermənini belə, azərbaycanlı gəncin əlilə 
öldürmək  istəmir,  Nəcəfin  təmizliyini,  ləyaqətini  və 
digər üstün məziyyətlərini sonadək qoruyub saxlayır. 
Ədib bu hadisəni qəzavü­qədər, taleyin intiqamı kimi 
təqdim  edir.  Bəli,  hər  kəs,  son  anda  öz  əməllərinin 
cəzasına  məhkumdur.  Tüfəngin  və  alapaçanın  son 
anda əsl sahibinə qismət olmasında da müəllif bəşəri 
məntiq axtarır. Və Mikayılın dili ilə etiraf edir: “Görü­


22
Ə
li 
İld
ırı
m

lu
nür, qoşalülə haçansa açılıb sahibinin qanını almalıy­
mış.  Nahaq  qan  yerdə  qalmaz.  Alapaça  madyanla 
Cəbrayılın  qoşalüləsinin  hərlənib­fırlanıb  gəlib  bura 
çıxması o göydəki gözəgörünməzin işidir...”
Əli  İldırımoğlu  bədii  məqsəd  naminə  mürəkkəb, 
mistik simvollardan da kifayət qədər yararlanmışdır. 
Xüsusən yuxu və qarabasmalardan... Nəcəfin yuxula­
rı,  üzünü  görmədiyi  valideynləri  ilə  xəyali  həbs­
halları, mənfur, qaniçən əcdadlarının Arsenin gözünə 
görünən  ruhları,  qarabasmaları  və  s.  Bunlar  heç  də 
real, təbii yuxular deyil, daha çox ədəbi yuxulardır, 
məqsədə, ideyaya, yazıçı amalına xidmət edən ədəbi 
vasitələrdir. Bu mistikada daha çox Xeyirlə Şərin sa­
vaş  ahəngi  var.  Arsen  Nəcəfə  isinişmək  istəyəndə 
gecənin  dərinliyindən  babası  Manukun  bədheybət 
səsi eşidilir və Arsenə hədə­qorxu gəlir, yaxud qaniçən 
Andranikin,  Nijdehin,  Hamazasın,  Dronun  ruhları 
qarabasma kimi onun gözünə görünüb qana­qadaya 
sövq edir.
Nəcəfin  yuxusu  da  özü  kimi  sadə  və  səmimidir. 
Onun yuxusuna daha çox anası girir – isti, mehriban 
anası.  O,  öz  yuxusunu  dostu  Rövzətə  nəql  edir: 
“Arsenlə söhbət etdiyim günün gecəsi anam yuxuma 
girdi.  Mənə  dedi  ki,  oğul,  o  erməni  dığasının  şirin 
sözünə  əsla  aldanma.  Çünki  ixtiyarı  özündə  deyil. 
Ona  başqa  cür  dil  verənlər  var...  Onlardan  etibar 
gözləmək ağılsızlıqdır”.
Bəli,  bu  da  bir  paradoksdur.  Arsenin  yuxusuna 
girən  cin­şəyatin  sifətli  daşnakların  qan  püskürən 
təhrikləri və nəcib bir azərbaycanlı ananın isti, səmimi 
məsləhətləri...  Heyhat,  Nəcəf  bu  məsləhət  və 
nəsihətlərə də qulaq asmadı, öz acı taleyinin məşum 
sonluğuna  tələsdi.  Arsen  isə  qanlı  fitvalara  uyub 


23
Daş y
ağan gün
köhnə düşmənçiliyi təzələdi, bir erməni olaraq erməni 
kimi hərəkət edib erməni kimi də yaddaşlarda qaldı. 
Heç  vaxt  köhnəlməyən  erməni  vəhşiliyi  də  bax,  elə 
budur.
Əsərdə məhəbbətə layiq obrazlardan biri Qretadır. 
Anası erməni olsa da, atası azərbaycanlıdır. Görünür, 
ona müəllif sayğısı da buradan qaynaqlanır. Ötəri, epi­
zodik olsa da, bu obraz sonsuz müəllif sevgisilə yadda 
qalır. Bu da müəllifin yenə humanizmindən, daim işıq­
lı insanlar sorağında olmasından irəli gəlir. Qreta Arse­
nin həyat yoldaşı olsa da, ondan çox uzaq və ona son 
dərəcə yad adamdır. Damarlarında daşnak qanı axma­
sın deyə, hətta Arsendən uşaq doğmaq istəmir. Nəcəfə 
səmimi  münasibətlərində  reallıq  və  təbiilik  var.  Bu 
əlaqələr epizodik olsa belə, hər halda onların arasında­
kı səmimi hisslərə yazıçı oxucunu inandıra bilir. Son 
anda bu münasibətlər yazıçı təxəyyülündə müqəddəs 
bir  simvola  çevrilir. Arsen  Nəcəfi  arxadan  vuran  za­
man sanki köməyə can atan Qretanın simvolik silueti 
canlanır.  Müəllif  təsvirində  bu,  çox  lirik  və  hüznlü 
səslənir: “Qreta qaranquş kimi ərinə tərəf uça­uça özü­
nü Nəcəfə tuşlanan güllənin qabağına atmaq istəyirdi...” 
Necə də kədərli, kədərli olduğu qədər də romantik bir 
səhnə... Əsərdə sevgi­məhəbbət macərası, demək olar 
ki, yoxdur. Lakin bu kiçik səhnə və Nəcəflə Qretanın 
ötəri münasibətləri istənilən məhəbbət romanının bədii 
effektini verə bilir.
Romanda  dərin,  bitkin,  real,  bəzən  də  romantik 
mən zərələr toplusuna rast gəlirik. Bunlar insan mən­
zərələridir,  təbiət,  ictimai,  siyasi,  etnoqrafik,  əxlaq, 
mənəviyyat mənzərələridir.
İnsan  mənzərələri  xüsusi  diqqətçəkəndir.  Əsərin 
fabulası da bir­birindən fərqli, bir­birindən zəngin və 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə