ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə14/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   10   11   12   13   14   15   16   17   ...   79

46
Ə
li 
İld
ırı
m

lu
mizin möminləri kimi əlimi üzümə çəkib salavat çe­
virdim və dönə­dönə yaradanıma şükür elədim.
Yorğanı başıma çəkəndə ağlıma gəldi ki, Qarğı bu­
lağında tikdiyim evlərin bünövrəsini qoyanda bir va­
cib məsələni unutmuşam. Ona görə də səhərisi vaxt 
tapıb kəndimə baş çəkdim. Qolumu çırmayıb burax­
dığım səhvləri düzəltməyə başladım. Boylu­buxunlu, 
çiyni tüfəngli əsgərlər düzəltdim. Onları kəndin yu­
xarısındakı qayaların başına qaldırdım və dönə­dönə 
tapşırdım ki, gecə­gündüz ayıq­sayıq olsunlar. And­
ranikin qoşunu hücum çəksə, iri­iri daşları, qayaları 
diyirlədib düşmənin yolunu kəssinlər. Və cəlladlara 
kəndimə soxulmağa imkan verməsinlər.
Erməni  vəhşilərinin  törədə  biləcəyi  qırğınların 
qarşısını almaq üçün xəlvətə salıb altdan­altdan gör­
düyüm bu işləri, yaratdığım müdafiə istehkamlarını 
özümdən başqa heç kəs bilmirdi. Düşünürdüm ki, bu 
sirri  açıb­ağartsam,  hamı  mənə  güləcək.  Babam  da, 
dayım da, illaf məni can­ciyəri bilib əzizləyən qocam 
da qınayacaqlar. Deyəcəklər ki, hələ ağzından süd iyi 
gəlir. Belə səfeh işləri başından çıxart getsin. Ocağın 
gözünə qoymaq üçün bir şələ quru çırpı gətirə bilmir, 
Andranikin,  Nijdehin,  Hamazasın  döşünə  çıxana 
bax?!! Həm də rəhmdilliklə dəlil­dəlalət edəcəklər ki, 
olan olub, keçən keçib. Nikolay hökumətinin vaxtına 
baxma.  İndi  hər  yerdə  əmin­amanlıqdı.  İstər 
azərbaycanlı olsun, istər erməni, kimin nə həddi var 
bir­birinə dəyib­dolaşsın. Bir də ki, qanı qanla yumaz­
lar. İndi Andranik, Nijdeh, Hamazas kimi ara qarışdı­
rıb, qan tökən adamların meydanı deyil. Onların kita­
bı çoxdan bağlanıb. 
Uşaq  olsam  da,  açıq­aydın  görürdüm  ki,  kəndə 
gələn pəncərə şüşələyən, at, qatır, öküz nallayan, pa­


47
Daş y
ağan gün
lan tikən, divar hörən ermənilərə necə inanıb, məhrəm 
münasibət  göstərirlər.  Təzə  Həsənlinin  adamları 
erməniləri yuxarı başa keçirib, neçə gün evlərində qo­
naq saxlayıb, qabaqlarına yağlı xörəklər qoyub, sonra 
da  gördürdükləri  işin  müqabilində  ciblərini  doldu­
rub, arpadan, buğdadan, darıdan, pərincdən yüklərini 
tutub, hörmətlə yola salırdılar.
Mən  isə  ayrı  cür  düşünürdüm.  Fikirləşirdim  ki, 
andraniklər  bağımızdakı  çayır  otu  kimi  bir  şeydir. 
Düsərlə, bellə, külünglə nə qədər qazıb kökündən çı­
xartsan da, yenə də orda­burda cücərib baş qaldırır. 
Daşnakların  törəmələri  nə  qədər  sağdır,  yenə  də 
girəvə düşən kimi hücum çəkib kəndlərimizi Köhnə 
Həsənlinin gününə salacaqlar.
Böyüklər nə deyir desin, erməni millətçilərinin ipi­
nin üstünə odun yığmaq olmaz. Onlara etibar yoxdur. 
Xain  ermənilərin  qəlbimdə  yaratdığı  nifrət,  kin­
küdurət  hisslərindən  xilas  ola  bilmirdim.  Neçə­neçə 
kəndin  yolu  Köhnə  Həsənlinin  xarabalıqları  arasın­
dan keçir. Buradakı məscidlərin, mədrəsələrin, min­
bir əzab­əziyyətlə tikilmiş yüzillik, minillik binaların 
bir  göz  qırpımında  yerlə  yeksan  olduğunu  görəndə 
qəlbim qan ağlayırdı.
* * *
Yaz ki açıldı, camaat mal­heyvanı da götürüb itli­
pişikli  uzaq­uzaq  dağlara  köçür,  payıza  dönəndə 
geriyə qayıdırdılar. Hər ailədən bir nəfər aranda qalıb 
bağ­bağatla,  əkin­biçinlə  məşğul  olurdu.  Hər  dəfə 
məni də dağa aparırdılar. Gecəli­gündüzlü neçə gün 
yol  gedirdik.  Tağyurd  yaylağına  köçəndə  beş  yaşım 
vardı. Burada rəngbərəng çiçəklərlə naxışlanmış göy 
çəmənliklərdən,  orda­burda  nəzərə  çarpan  mamırlı 


48
Ə
li 
İld
ırı
m

lu
daşlardan, balaca­balaca quşların sığındığı gəvən kol­
larından, qarlı təpələrdən başqa heç nə gözə dəymirdi. 
Yurd yerinə çatan kimi əvvəlcə alaçıq qurub, üstünə 
yağış keçirməyən boz rəngli qalın keçə salınır, yanla­
rına sıx toxunmuş çətən çəkilirdi. Sonra köhnə ağılla­
rın  daş  hasarları  qaydaya  salınırdı.  Mən  isə  öz  alə­
mim də  idim.  Bir  kənara  çəkilib  tərtəmiz  göy  qüb­
bəsinin  maviliklərinə,  dağlara,  düzlərə,  yaşıllıqlara 
baxır, hey baxırdım. Heç bir dərdim yox idi. Ortada 
yeyib  qıraqda  gəzirdim.  Ömrümün  xoş,  bəxtəvər, 
qayğısız  anlarını  yaşayırdım.  Bircə  Qarğı  bulağının 
yanında saldığım kəndimdən nigaran idim. Bir də ki, 
Köhnə  Həsənlinin  xarabalıqları  yadıma  düşəndə 
əhvalım korlanırdı.
Bir yay səhəri naxır örüşə çıxanda, dayım ala cön­
gəni ağıldan buraxmadı. Günortaya yaxın ala cöngəni 
alaçıqlardan bir qədər aralıda kəsib ətini qonum­qon­
şular  arasında  paylaşdırdılar.  Ala  cöngə  ilə  buzov 
vaxtı  dostluq  eləyərdim.  Həmişə  onun  nazını  çəkib, 
qaşqa  alnına,  yumşaq  boyun­boğazına  tumar  çəkib 
par­par parıldadırdım. Ancaq yekələndə məni o qədər 
də saymırdı. Dana vaxtı bir dəfə xata eləyib yatdığı 
yerdə  onun  belinə  minmək  istədim.  Dostluğumuza 
baxmayaraq, soncuqlayıb məni yerə vurdu. Qıçımın 
ağrıması  bir  yana,  əynimdəki  təzə  məxmər  pencək 
yaş  təzəyə  bulaşdı.  Bir  müddət  ala  dana  ilə  bir­
birimizə  yovuşmadıq.  O  mənim  yanımda  suçlu  idi. 
Mən də ala danadan bərk incimişdim. Ancaq ala dana 
ilə yenidən mehribanlaşdıq və başa düşdüm ki, dana 
ilə buzov vaxtındakı kimi davranmaq olmaz. Bir dəfə 
də südəmər vaxtı aramızda inciklik olmuşdu. Başım 
nəyəsə qarışmışdısa, arxa tərəfdən köynəyimin ətəyini 
çeynəyib  zay  eləmişdi.  Onda  günahından  keçdim. 


49
Daş y
ağan gün
Fikirləşdim ki, hələ buzovdur, ağlı kəsmir. Elə bilib 
köynəyin də inək südü kimi dadı­tamı var. İndi həmin 
buzov yekəlib cütə­kotana qoşulmalı olmuşdu. Bəzən 
yaxınlaşanda mənə buynuz göstərirdi. Mən də hesa­
bımı  aparıb  daha  ona  səmtimirdim.  Buna  baxmaya­
raq, ala cöngəni kəsəndə o günlərimi yada salıb, elə 
bikef oldum ki, hətta kövrəldim də. Ala cöngənin ba­
şına  bıçaq  çəkiləndə  üzümü  dağlara  tərəf  çevirib, 
gözlərimi yumdum. Az qalmışdı ki, ağlayam, özümü 
güclə saxladım. Qoca nənəm sacayağın üstünə qazan 
asıb, ala cöngənin ətindən yaxşı bir bozartma bişirdi. 
Hamı bu ləzzətli xörəyi iştahla yeyirdi. Lakin bozart­
manın tikələri nə qədər dadlı, yumşaq olsa da, mənim 
boğazımdan  keçmirdi.  Elə  bil  daş­qaya  yeyirdim. 
Səbəbini qoca nənəmə deyəndə məni o ki var danladı. 
Başıma ağıl qoyub dedi ki, gözəgörünməzin qoyduğu 
qanunun əksinə getmə. Allahın sənə acığı tutar. Ma­
lın, qoyunun əti, südü yeyilmək üçün yaranıb. Qoca 
nənəmin sözləri məni xeyli yüngülləşdirdi. Ala cön­
gənin kəsilməsinə o qədər də heyfsilənmədim. Fikir­
ləşdim  ki,  bunu  özümə  dərd  eləsəm,  Allahın  mənə 
acığı tutar. 
Həmin axşam naxır örüşdən qayıdanda südəmər 
buzovların, quzuların, çəpişlərin mələşib acgözlüklə 
analarının altına təpilmələrinə, anaların da öz balala­
rını  duz  kimi  yalamalarına  riqqətlə  tamaşa  edib, 
mütəəssir hisslər keçirirdim. Fikrim uzaqlara gedirdi. 
Analı günlərimi xatırlayırdım. 
Qulağıma gələn vəhşi bağırtılar məni diksindirib 
bu  nisgilli  hisslərdən  ayırdı.  Dönüb  arxaya  baxdım. 
Və  qəlbi  bir  daşın  üstünə  çıxıb  həmin  səmtə  boylan­
dım. Bir sürü qaramal ala cöngənin kəsildiyi yeri döv­
rəyə almışdı və qurumamış qanı qoxuluya­qoxuluya 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə