Dünya ölkələrinin böhran xəritəsi



Yüklə 11,31 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü11,31 Kb.
#42470


Dünya ölkələrinin böhran xəritəsi 

 

Avropa Birliyi (AB) dövlətlərinin vahid valyutası olan avronun son bir ayda kəskin şəkildə 

ucuzlaşması avro zonasının bank və qiymətli kağızlar bazarına da mənfi təsirlərini göstərib. Qeyd 

edək ki, beynəlxalq valyuta birjalarında avronun dəyəri son 5 ayda 12%-dən çox ucuzlaşıb. AB 

dövlətlərinin əksəriyyətində müşahidə olunan böhran meyilləri avronun kursunun aşağı düşməsini 

sürətləndirib və bu valyutaya etibar zəifləməkdə davam edir. Nəticədə Yunanıstandan başlayaraq 

Almaniya kimi Avropa iqtisadiyyyatının nəhəngini bürüyən borc böhranı arzuolunmaz hadisələrə 

gətirib çıxarıb, ümumilikdə Avropa qitəsinin maliyyə-investisiya və valyuta-bank bazarında ciddi 

problemlərin yaranmasına səbəb olub. Son bir ildə Avropa iqtisadiyyatında iqtisadi fəallıq 6% aşağı 

düşüb. Böhran avro zonasının maliyyə-bank sektoru ilə yanaşı, qiymətli kağızlar, sığorta 

bazarlarına da təsir göstərib, iri şirkətlərin buraxdığı səhmlərin və istiqrazların qiyməti xeyli 

ucuzlaşıb. Son bir ayda Avropanın aparıcı fond birjalarında keçirilən hərraclarda əksər ölkələrin 

indeksləri 5%-dən çox ucuzlaşıb, səhmlərin qiyməti isə kəskin şəkildə aşağı düşüb. Dünyanın 

nüfuzlu birja agentliklərinin hesablamlarına görə, qiymətli kağızların indekslərinin qiymətinin aşağı 

düşməsi bir gündə Avropa iqtisadiyyatına 10 milyard dollardan artıq ziyan vurur. 

Qiymətləndirmələrə görə, avro zonasının təkcə bank sisteminin bərpası üçün ən azı 259 milyard 

avro lazımdır. Avropanın nüfuzlu bank qurumlarından olan «Societe Generale»nin 

mütəxəssislərinin qiymətləndirmələrinə əsasən, bank və qiymətli kağızlar bazarı son aylarda daha 

çox itkilərlə üzləşib və hazırda bu sahələrin bərpası üçün 360 milyard avro tələb olunur.  

Yunanıstan və İspaniyanın Avropa Birliyi üçün problem mənbəyi olaraq qalması və hər iki 

ölkənin borc böhranının ağır fəsadlarını dəf etmək üçün vaxtaşırı maliyyə yardımları istəməsi 

regionda əlavə problemlərə səbəb olub. Proqnozlara görə, İspaniya iqtisadiyyatının bərpası üçün 

150-160 milyard avro maliyyə yardımı lazımdır. Baş nazir Mariano Raxoy banklara sərmayələrin 

mərkəzləşdirilmiş sistem üzrə göstərilməsi ideyasını dəstəklədiyini bildirib. Yunanlara isə 

ispanlardan təxminən 2 dəfə çox maliyyə yardımı tələb olunur. Avropa Birliyi artıq Yunanıstana 

maliyyə ayırmalarından təngə gəldiyini gizlətmir, qurum bu ölkənin avro zonasından 

uzaqlaşdırılması ilə bağlı hələ də tərəddüd keçirir. 

Bir müddət əvvəl Avropa Stabilləşmə Fondunun dəstəyi ilə Yunanıstana kredit tranşı ayırmağa 

razılıq verən Beynəlxalq Valyuta Fondu isə ölkədəki siyasi qeyri-müəyyənlikdən narazı olduğunu 

bəyan edib. Qeyd edək ki, Yunanıstanda keçirilən parlament seçkilərindən sonra iki həftə ərzində 

yeni hökumətin qurula bilməməsi AB-nin də narahatlığına səbəb olub. AB və Valyuta Fondu 

sosialistləri və yeni demokratları koalisyon hökumətin yaradılmasına dəvət edib, əks halda 

kreditlərin davamının gəlməyəcəyi bəyan edilib. 

Avropadakı borc böhranı, ümumilikdə, dünya iqtisadiyyatında mənfi tendensiyaların artmasına 

səbəb olub. Son 3 ayda Avropa Birliyi ölkələri ilə yanaşı, dünyanın bir çox dövlətlərində həm 

işsizliyin və inflyasiyanın səviyyəsi yüksəlib, həm də kredit reytinqləri aşağı salınıb. Almaniya, 

Böyük Britaniya, Kanada və Braziliyada işsizliyin səviyyəsi ilin əvvəlləri ilə müqayisədə sabit qalsa 

da digər ölkələrdə, xüsusilə də İspaniya, Yunanıstan, Fransa, Portuqaliya, İtaliyada bu göstərici 

xeyli yüksəlib. Ümumiyyətlə, son aylarda avrozona da daxil olmaqla, dünyanın inkişaf etmiş 

ölkələrinin əksəriyyətinin kredit reytinqləri aşağı düşüb. «Moody’s», «Standard & Poor’s» və «Fitch 

Rayting» agentliklərinin hər birinin ayrı-ayrılıqda hazırladığı reytinq şkalasında qeyd olunan 

dövlətlərin investisiya və maliyyə-kredit indikatorları üzrə reytinqləri aşağı salınıb.  

Avropa ölkələrinin liderləri avro zonasında borc böhranını aradan qaldırmaq üçün növbəti dəfə 

bir araya gələrək, yeni strateji plan hazırlamağa qərar veriblər. «Böyük İyirmiliyin» (G-20) iyunun 

18-19-da Meksikada keçirilən sammitinin gündəliyində duran əsas müzakirə mövzuları Avropa 

maliyə-bank sisteminin möhkəmləndirilməsi, qlobal bazar şəraitində qarşılıqlı əlaqələrin 

gücləndirilməsi ilə bağlıdır.  

 

Elbrus CƏFƏRLİ 



Yüklə 11,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə