Qlobal iQTİsadi BÖhran



Yüklə 19,85 Kb.
tarix23.11.2017
ölçüsü19,85 Kb.
#12152

QLOBAL İQTİSADİ BÖHRAN
A.B.Ş bazarlarında baş verən iqtisadi böhran bütün dünyada öz təsirini göstərdi . Vaxt irəlilədikdə böhranın dərinliyi ortaya çıxdı və yeni xüsusiyyətlər qazandı. A.B.Ş bazarlarında böhran yaranmasına baxmayaraq qısa müddət ərzində dünya bazarlarında təsir etməyə başladı. Bu vəziyyət dünya bazarlarının hansı səviyyədə bir-birilə əlaqəli olduğunu ortaya çıxardı. Beləliklə böhran yerli bir hadisədən ortaya çıxıb qlobal bir hala gəldi. Böhrandan təsirlənən ölkələr tədbirlər görməyə başladılar, lakin qısa müddət ərzində bütün dünya ölkələrinin birlikdə tədbir görmələrinin vacibliyi ortaya çıxdı.
BÖHRANDAN ƏVVƏLKİ VƏZİYYƏT
Böhrandan əvvəl bazarlarda nikbin bir hava hakim idi. Əmlak bazarlarında qiymətlər artdı. Neft qiymətləri yüksələn tələb gözləntiləri istiqamətində daimi bir artım araya qoydu. İyul ayında neft qiymətləri 147 dollar/barrelə yüksəldi. Neft qiymətlərindəki artım və quraqlıq səbəbilə qida maddələrinin qiymətləri yüksəldi və bir böhrana çevrildi. A.B.Ş-da tikinti qiymətləri yüksək səviyyədə davam etdiyi üçün, banklar həmin sahədə kredit verərək yüksək qazanc əldə etməyi planlayırdı. Ödəmə gücü az olan müştərilər belə bu kreditlərdən istifadə edə bilərdi. Kredit yardımı ilə ev satın alanlar, tikinti qiymətlərinin yüksəlməsi nəticəsində, tikintinin əlavə olunan qiymətini təminat kimi göstərərək yeni kredit aldı. Misal üçün 10 min dollarlıq bir ev tamamilə kredit ilə alınıbsa, tikintinin qiymətindəki 50 faizlik bir artım, evin qiymətini 15 min dollara yüksəltdi, beləliklə müştəri əlavə 5 min dollar təminat göstərib yeni kredit satın alma imkanına malik oldu. Kredit verən banklar, kreditlərin geri qaytarılmasını gözləmədən, təminat daxilindəki tikintilərin qiymətini qarşılıq göstərərək bazara istiqraz vərəqəsi ixrac edib bazardan yeni mənbələr əldə etdi və yeni kreditlər verdi. Satın alınan bu istiqraz vərəqələri isə təsərrüf yiyələrinə fond olaraq satıldı.
BÖHRANIN ORTAYA ÇIXMASI
A.B.Ş-da tikinti qiymətləri düşməyə başladığı vaxt, ödəmə gücü az olanlar bu mövzuda çətinliklə üzləşdilər və kreditləri geri ödənməyən tikintilər banklar tərəfindən müsadirə edildi. Müsadirə edilən tikintilər, banklara nağd olaraq geri qaytarılması üçün satışa təqdim edildilər. Beləliklə ərz sahəsindəki artım nəticəsində qiymətlər daha çox ucuzladı. Tikinti qiymətlərinin düşməsi tikintiyə əsaslanan istiqraz vərəqələrinin qiymətlərinin də ucuzlamasına amil oldu. Bu vəziyyət həmin istiqraz vərəqələrini satın alan maliyyə quruluşlarını çətinliklə üzləşdirdi. Pul sahiblərinə qarşı ödəmə məsuliyyətləri əvəz olmadı, lakin Bankların varlıqlarının qiyməti azaldığı üçün sərmayə sahəsində böhran baş verdi. Banklarda nağd sahəsindəki problem, digər maliyyə quruluşlarından borc alınaraq həll yoluna qoyulmadı idi, lakin şərtlər namüyyən və riskli olduğu üçün borclanma daha bahalıya başa gəldi . Bu şərtlərdə banklar yeni kreditlər verməyə elə müsbət yanaşmadılar və maliyyə sistemində bir daralma müşahidə olundu. Bu vəziyyət maliyyə bazarında etimadsızlıq şərtləri yaratdı və problemli banklar müflis olmağa başladı. İqtisadi böhran iş sahəsində də öz təsirini bağışladı.
BÖHRANIN TƏSİRLƏRİ
Dünya bazarlarında daralma olduğu üçün tələbin azalması yaxud azalması barədəki gözləntilər, sərmayədarları nigaran etdi. Maliyyə sahəsindəki böhranın səviyyəsi yüksək olduğundan dünya bazarlarında dərin təsir bağışladı. Qızıl qiymətlərinin çox yüksək səviyyələrə çıxması etimadsız mühitin bir göstəricisidir. Bu böhran 1929-cu ildə A.B.Ş-da başlayan böyük böhran ilə müqayisə edilir. O dövrdə A.B.Ş çox böyük zərərlərə məruz qalmış, işsizlik həddi ötmüşdür. A.B.Ş həmin dövrdə illərlə bu böhrandan təsirlənmişdir. Kreditlərin azalması sərmayə və istehlak qərarlarında bir məhdudiyyətə amil olacağından, işsizlik və durğunluq artabilər. Həmin səbəblə bu mövzuda mühüm müdaxilələr həyata keçirilir. A.B.Ş liberal iqtisadiyyatın mərkəzi kimi tanınır və bazarda dövlət müdaxiləsi ən aşağı səviyyədə qalır. Lakin iqtisadi böhran o qədər dəhşətli və təhlükəli hala gəldi ki bəzi banklar dövlətləşdirildi. Bəzi çevrelərdə isə bu vəziyyət sosialist yaxınlaşma ilə irtibatlandırılır.
NEFT QİYMƏTLƏRİ
Qlobal iqtisadi böhrandan əvvəl neft qiymətləri artaraq tarixində ən yüksək səviyyəyə çıxdı. İyul ayında neftin qiyməti 147 dollar/barrel oldu. Neft xirac edən ölkələr qiymət artımından məmnuniyyət duydular, lakin istehlakçılar yüksələn qiymətlərlə üzləşdilər. Bu yüksək qiymətləri daimi olaraq vəsifləndirən ölkələr büdcələrini ona görə planlamış, xərclərini də eləcə. Lakin iqtisadi böhranın başverməsilə tələbin azalacağı barədəki intizar bazarlara hakim oldu və bu vəziyyət qiymətlərin sürətlə düşməsinə gətirib çıxardı. Oktiyabr ayının ortalarında xam neft qiymətləri bir neçə ay əvvəlinə görə 50 faiz düşərək 70 dolların aşağısına endi. Neft ixrac edən ölkələr təşkilatı OPEK təcili yığıncaq keçirmə qərarına gəldi. Həmin ölkələr o qədər panika içindəydilər ki, Təşkilatın dekabrın 17-sindəki yığıncağını irəli çəkərək Oktiyabrın 24-u tarixində bir araya gəldilər. Bəzi üzv ölkələr sürətlə düşən neft qiymətlərinin qarşısını almaq üçün istehsalatın azalmasını istədilər. OPEK dünya neft ixracatının 40 faizinə yaxın bir istehsalat miqdarına sahib olduğu üçün bir başa qiymətlərin dəyişməsində təsirli olmayabilər və neft qiymətləri düşməyə davam edəbilər.
GÖRÜLƏN TƏDBİRLƏR
A.B.Ş-da başlayan böhran bütün dünyada təsir bağışladı. Böhrandan təsirlənən ölkələr onun zərərlərini ən aşağı səviyyədə tutmaq məqsədilə bir sıra tədbirlər gördü. A.B.Ş bəzi bankları müsadirə edərkən İrlandiya banklardakı əmanətlərə dövlət təminatı verdi. Bəzi ölkələr tədbir planlarını həyata keçirdi və çətin vəziyyətdə olan banklara sərmayə nəql etdi. Maliyyə sisteminin daraldığı dövrdə banklarda pulu olanlar bunu almağı fikirləşəbilərlər. Banklardan çıxan pullar qızıl kimi bəzi malların satın alınmasında yaxud nağ pul olaraq saxlandığı vaxt, bankların nağd pul problemi də dərinləşəbilər və adi vəziyyətdə olan bankların da müflis olmasına aparıb çıxarabilər. Həmin səbəblə bəzi ölkələr əmanətlərdəki pullara təminat verməyə yaxud təminat altında olan pulun miqdarını artırmağa üz tutdular. Digər tərəfdən iqtisadi böhrandan təsirlənib çətinliklə üzbə üz olan, lakin yeni sərmayə nəql edilməsilə xilas olabilən banklar, müflis olduqda iqtisadiyyatda etimadsızlıq mühidi yaradar və böhran daha da dərinləşəbilər. Yenə bankların müflis olması ilə işsiz qalanlar, işsizlik siğortasından istifadə edib, sosial təminat qurumlarına təsir edəbilər vəya gəliratın azalmasından asılı cəmi tələbin azalması ilə üz üzə gələbilər. Bu vəziyyət isə əslində tələbin azalmasından mənbələnən iqtisadi durğunluğu təhrik edəbilər. Beləliklə bəzi bankların dövlətləşdirilməsi yaxud onlara sərmayə verilməsi daha ucuz bir iş kimi görünəbilər. Maliyyə quruluşlarının vasitəsiz yaxud vasitəli olaraq birbirindən asılı olduğu və böhran mühitində etimad şərtlərinin təmin edilməsinin ən təsirli siyasət olduğu fikirləşildiği üçün bankların müflis olmalarının qarşısını almaq böyük əhəmiyyət daşıyır. Lakin banklara nəql edilən pullar vergi ilə maliyyələşdirildiği üçün diqqətli rəftar edilməlidir. Adi səviyyədə sərmayə verilməsilə xilas ediləbilməyən bankları yüksək miqdarda pul verərək varlıqlarını davam etdirmə cəhdləri, vergi yükünün artımı münasibətilə tələbin azalmasına amil olacaqdır ki bu da vəziyyəti daha mənfi hala gətirəbilər. Həmin səbəblə çox çətin vəziyyətdə olan bankların müflis olmasına göz yummaq çox da səhv bir siyasət kimi görünmür.
DÜNYA SƏTHİNDƏ BÖHRANIN TƏSİRLƏRİ
Böhranın araya çıxdığı tarixə görə panika halında qoyulan addımlar azalıb və yavaş yavaş müvazinə yaranmağa başlayıb, birjadakı fəallıq və qiymətlərin düşməsi bir qədər azalmışdır. Dolların qiyməti Avro’ya qarşı artıb, bəzi bankların zərərləri araya çıxmasına baxmayaraq artıq maliyyə bazarlarında panika yaratmır. Bəzi mütəxəssislər böhranın iki il ərzində başa çatacağına işarə edirlər. Bəzi ölkələrdə banklara sərmayə nəql edildiği üçün böhrandan sonra onların daha da güclü olacağı nəzərdə tutulur. Bəzi böyük şirkətlərin qazanclarında azalma olduğunu elan etmələri mənfi şərtlərdə olan bazarlarda daha da mənfi təsir bağışladı. Xilaskarlıq üçün hazırlanan tədbir planları əvvəl sadəcə çətin vəziyyətdə olan banklar üçün fikirləşilsə də böhran səbəbilə kredit almaq üçün çətinlik çəkən sektorları da ehatə etməyə başladı. Misal üçün Yaponiya işqollarına dayaq olmaq məqsədilə bir tədbir planını işə daxil etdi. Böhran səbəbilə dünya səviyyəsində yeni bir nizamlamaya ehtiyac duyulduğu araya çıxdı. Bir çox ölkənin dalba dal tədbir planı elan etməsilə az belə olsa bazarlarda etimad mühiti yaranmağa başladı. Beynəlxalq Pul Fondu və Dünya Bankı kimi bəzi beynəlxalq quruluşlar vasitəçi olaraq iqtisadi böhranın əhatə dairəsinin böyüməsinin qarşısını almaq üçün cəhd göstərdilər. İqtisadi böhranın baş verdiği ölkə olan A.B.Ş mərkəzi bankı bazarların intizarlarına müsbət cavab verdi və sələm miqdarını düşürdü. Elə görünür, böhran səbəbilə bir çox ölkə problemləri həll etmək üçün birgə hərəkət etməyin vacib olduğunu başa düşmüşdür.
Yüklə 19,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə