Nizami GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ qadin təRBİYƏSİ



Yüklə 16,78 Kb.
tarix11.05.2022
ölçüsü16,78 Kb.
#86473
NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ QADIN TƏRBİYƏSİ


NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ QADIN TƏRBİYƏSİ

Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Nizami Gəncəvi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən böyük sərvətlərdən biridir. Dahi şair xalqımızın milli iftixarıdır.O dünya miqyaslı şair və mütəfəkkirdir.Ümumbəşəri ideyalar tərənnümçüsü Nizami Gəncəvinin əsərlərində təlim-tərbiyə məsələləri böyük yer tutur.Nizami öz şəxsiyyəti və yaratdığı heyrətamiz qəhrəmanların nümunəsi ilə bir tərbiyə məktəbidir ki, oxucularını əxlaqi cəhətdən saflaşmağa, mənəvi baxımdan kamilləşməyə sövq edir.O, insanı dünyanın əşrəfi kimi ucaldaraq onun kamiləşməsini,hərtərəfli yetişməsini, nəcib və ən gözəl keyfiyyətləri özündə cəmləşdirməsini, onun mədəni davranış vərdişlərinə, dünyagörüşə yiyələnməsini arzulayırdı.Nizami pedaqoq olmasa da, öz dərin mənalı və hikmətli əxlaqi nəsihətləri, tərbiyəedici fikirləri ilə valideynlərə, gənclərə, ailə-övlad münasibətlərinə dair fikirlər söyləmişdir.Nizami oğlanlarla yanaşı qızların da tərbiyəsinə üstünlük vermişdir.Nizami əsərlərində ailə,sevgi məsələrindən bəhs edərkən nikaha münasibətini bildirmiş.təmiz,namuslu,səmimi ailəyə yüksək qiymət vermişdir. Bu baxımdan “Xosrov və Şirin” əsərindəki Şirin obrazı səciyyəvidir.Şirin təmiz,namuslu,ülvi əxlaqi, sədaqəti,mərdliyi,cəsurluğu, ismətli olması və dözümlülüyü ilə seçilir.Bu keyfiyyətlər Şirinə bibisi Məhin banudan sirayət etmişdir.Məhin Banu Şirinə bir ana kimi qayğı göstərib ona öz adını yüksək tutmağı tapşırır və ilk növbədə onun əxlaqi şüuruna təsir etməyə çalışır.Bu zaman Şirinin diqqətini mənəvi gözəllik ölçülərinə yönəldir və deyir



Banu həm ismətli, həm də kübardı,

Xosrovdan, Şirindən xəbəri vardı.

İki qəlbin fikri almışdı onu,

Necə yola versin odla odunu.

Şirinə söylədi: - "Qızım, bilginən,

Bütün gözəllərin sultanısan sən.

Yüz şahlığa dəyər bir nazın sənin,

Dünyalara dəyər avazın sənin.

Arxanca kölgətək gəzir səadət,

Sənin bəzəyindir ismət,nəzakət.

Camalın dünyaya daim nur saçır,

Hüsnün ismətinin pənahındadır.

Qapısı möhürlü xəzinəsən sən,

Bu sözlərlə Şirini düşünülməmiş addımlardan çəkindirir.Xosrovu nə qədər dərin məhəbbətlə sevsə belə, Şirin onunla məsafə saxlamağa çalışır.Nizami Məhin Banunun dili ilə Şirinə etdiyi bu nəsihətlə Azərbaycan millətinə xas olan müsbət qadın obrazı yaratmışdır.Nizami qadınla kişinin bir-birinə olan məhəbbətini nikahla təsdiq edildikdən sonra fəzilət hesab etmiş, nikaha əsaslanmayan münasibətləri qəbahət saymışdır.Şirin öz yüksək mənəviyyatı, sədaqəti, dostluğu ilə Azərbaycan qadınına məxsus olan bu keyfiyyətləri özündə təcəssüm etdirir. Məhin Banunun yerinə taxta çıxan Şirin də onun kimi vətənpərvərliyi ilə fərqlənir. O, Xosrovu ata yurdunu qorumağa, “xilas etməyə” çağırır: Cavansan, şir kimi cəsarətin var, Tacidar olmağa ləyaqətin var. Ölkəni fitnədən xilas edərək, Qüdrətini göstər bir dəfə görək. Xosrova: “Qılınc al, meydanda özünü göstər”, – deyən Şirin öyrədir ki, düşməni güclə, qüdrətlə məğlub edib doğma yurdu azad etmək olar. Şirini böyük məhəbbətlə sevən Xosrov öz doğma vətənini Bəhramdan azad etmək üçün ona qarşı müharibəyə başlayır və qalib gəlir, ölkəsini əsarətdən xilas edir. Şirin həm də elm və biliyə rəğbət bəsləyən,ilk məhəbbətinə son nəfəsinə qədər sadiq olan fədakar bir sevgili kimi təsvir edilir.Şirinin yaradıcılığı bu ideal qadın obrazında vətən qızlarına cəsarət, qürur, ismət mənəvi yüksəklik,mərdlik kimi gözəl sifətlər səciyyələndirir.Məhəmmədəmin Rəsulzadə “Azərbaycan şairi Nizami” adlı kitabında yazırdı ki, Nizami poemalarında bəhs olunan müsbət qadın surətlərinin hamısı Qafqaz ya da türk möhürünü daşıyırlar.Nizami Gəncəvinin qadın surətlərində bir analıq əzəməti,qadın mərhəməti,insanlıq sevgisi təzahür edir. Onun əsərlərində yer alan qadın surətləri Məhin Banu,ŞirinLeyli,Bərdə hökmdarı Nüşabə və başqaları qadına məxsus keyfiyyətləri özündə birləşdirmişlər. Nizami İsgəndərnamə poemasında qadına məxsus olan yüksək keyfiyyətləri özündə birləşdirən Nüşabə sürəti yaratmışdır. N.Gəncəvinin ağıllı, cəsarətli bir qadın hökmdar kimi tərənnüm etdiyi Bərdə hakimi Nüşabə həm də “doğma ölkəsinə qol-qanad” verən alovlu vətənpərvərdir. O, öz ölkəsinin müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamağa çalışır, dünyanı fəth edən Isgəndər kimi qüdrətli hökmdarı öz ağlı, fərasəti və cəsarəti ilə “ram” edir, beləliklə, vətənin azadlığını təmin etməyə nail olur.Nüşabə gənc olmasına baxmayaraq bacarıqlı və istedadlı bir şah, həm də ağıllı bir sərkərdə kimi onu qələmə vermişdir. Nizami Nüşabənin simasında işində təmkinli,hissə qapılmayan, ağıllı,ədalətli, geniş dünyagörüşə malik və s. müsbət keyfiyyətləri özündə birləşdirən bir qadın surəti yaradaraq qadını yüksəltmişdir. Nizami poemalarındakı qadınlar heç də kişidən geri qalmır, öz ağlı,kamalı, biliciliyi, mərdliyi ilə kişilərə bir dərs verirlər.İsgəndərnamədə Nüşabənin adından Nizami belə deyir:



Erkək tinətliyəm Olsam da qadın,

Hər işi bəllidir mənə dünyanın.

Mən də bir aslanam,düşünsən bir az,

Aslanın dişisi erkəyi olmaz.



Nizami öz şəxsiyyəti və yaratdığı heyrətamiz qəhrəmanlarının nümunəsi ilə bir tərbiyə məktəbidir ki, oxucularını əxlaqi cəhətdən saflaşmağa, mənəvi baxımdan kamilləşməyə sövq edir. O, insanı dünyanın əşrəfi kimi ucaldaraq onun kamilləşməsini, hərtərəfli yetişməsini, nəcib və ən gözəl keyfiyyətləri özündə cəmləşdirməsini, onun mədəni davranış vərdişlərinə, rəftar tərzinə, dünyagörüşə yiyələnməsini arzulayırdı.
Yüklə 16,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə