97
Daş y
ağan gün
yem qalmamışdı. Xoşbəxtlikdən bu gecə qoyunqu
zudan ölən olmamışdı. Nəcəf xeyli sevindi və düşün
dü ki, yəqin Köhnə Həsənlinin xarabalıqlarına üz tu
tub ataanamı imdada çağıranda, onların ruhu
köməyimə
yetişib ki, əmimin qəzəbinə gəlməyim.
Nəcəf tövlədən çıxanda ordaburda domuşan itlər
sahibini görən kimi gərnəşib ayağa qalxdılar. “İtlər
acdı” – Nəcəf düşündü. Və mərəyin qabağındakı dal
da yerdə ocaq qalayıb qazan asdı. Çuvaldakı arpa
unundan biriki ovuc götürüb murdar qazanda qarış
dırdı və yal bişirib itlərin qabağına tökdü. İtlər yalaq
da buğlanan isti yaldan yedikcə quyruqlarını bulayıb,
Nəcəfə razılıqlarını hiss etdirirdilər.
Mikayılın ağlına gəlməzdi ki, qış bu cür sərt keç
sin. Ona görə vaxtında lazım olan qədər yem topla
mamışdı. Odur ki, böyük çilənin ortalarında heyvan
ların qabağına atmağa bir çəngə ot qalmamışdı. Sürü
taxıl yerindən toplanmış quru küləşin ümidinə qal
mışdı. Küləş də ki, o qədər kar görmürdü. Quzular
küləşi dilinə də vurmurdu. Belə getsəydi, yaza bir
quzu da salamat çıxmazdı. Bütün sürü qırılıb qurta
rardı. Həsənqulunun Çopur qayanın kahasına yığdığı
ot kimin ağlına gələrdi? Kahada ot bağlamaları oldu
ğunu Nəcəfin Allahı onun yadına salmışdı. Hər ax
şam camaat yatandan sonra Nəcəf kahadan otu min
bir əzabəziyyətlə daşıyıb qoyunquzunu birtəhər yola
verirdi. Başqa cür də mümkün deyildi. Əgər camaat
bilsəydi ki, Nəcəf başqasının otunu gizlincə daşıyıb
aparır, hamı onu daşqalaq eləyər, Nəcəfə oğruəyri
kimi baxardı. Heç əmisi Mikayıl da bu işdə ona “sağ
ol” deməzdi, Nəcəf əmisinin gözündən daha da dü
şərdi. Deyərdi ki, mənim ocağıma haram qatma. Qo
yun mənimdir, qoy qırılsın. Amma başqasının malına