61
Daş y
ağan gün
qız Nəcəfindir. Ancaq indidən məsələni açıbağartmaq
tezdir. Uşaqları dilədişə salmayaq, yaxşı düşməz.
Hələlik bu söhbət öz aramızda qalsın, vaxtı gələndə, nə
deyirəm, qismətdən qaçmaq olmaz. Əvvəlaxır bir qız
bir oğlanındır.
Nəci üzümə baxmadan:
– Əmimdən bu sözləri eşidəndə elə utandım ki! –
dedi. – Başımı yuxarı qaldıra bilmədim, – əlavə etdi.
– Evlənmək məsələsi yatsam yuxuma girməz. Bir də,
arvad harama yaraşır! Heç özümə şalvar ala bilmirəm.
Buynuzlu qoçdan başqa nəyim var?
Nəcinin oynaq gözlərinə sanki qara bulud çökdü
və üzünü Köhnə Həsənliyə tərəf tutdu. Tutqun baxış
ları Köhnə Həsənlinin xarabalıqlarına keşik çəkən
dağların əzəmətində donub qaldı. Və özüözü ilə da
nışırmış kimi:
– Erməniləri görüm Allahın qəzəbinə gəlsin! Ata
anamı görsəydim, o qədər də dərd çəkməzdim. Bacı
qardaşlarımdan bircəciyi sağ qalsaydı, mənə həyan olar
dı. Ermənilərin tifağı dağılsın. Ataanamın günahı nə idi,
ilahi! Evlərində sakitcə oturduqları yerdə hamısını qırıb
məni yetim qoydular. Günüm qara, üzüm danlaqlı, öm
rüm də bu çöllərdə,
dağlarda, daşlarda keçir.
Nəcinin gözləri yaşla doldu. O, alabəzək tütəyi çı
xartdı. Deyə bilmədiklərini alabəzək tütəyin dili ilə
yalyamaca car çəkməyə başladı. Sanki erməni qan
içən lərinə lənət yağdırır, dağlardandaşlardan imdad
diləyirdi.
Hər dəfə Nəci ilə görüşəndə keçirdiyi iztirabların
şahidi olurdum və əlimdən gələni edirdim ki, Nəcinin
fikrini dağıdım, könlünü alıb şənləndirim və erməni
zülmündən əzab çəkən sınıq qəlbini sağalmaz yara
lardan xilas edim. Nəciyə əzbərlədiyim şeirləri oxu
yurdum, öyrəndiyim hekayələri danışırdım.