ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə20/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   16   17   18   19   20   21   22   23   ...   79

70
Ə
li 
İld
ırı
m

lu
çə kilərdi... İndi sivilizasiyanın “fontan” vurduğu bəzi­
bəzi  dəbdəbəli  şəhərlərdə,  günün­günortaçağı  intim 
hisslərin  əsirinə  çevrilən  açıq­saçıq  geyimli  nazlı­
qəm zəli  qızların,  elə  dulların  da,  kişi  qiyafəli  gədə­
güdələrin, ədəb normalarına sığmayan və ikrah hissi 
doğuran  davranışlarının  şahidi  olduqca,  on  bir  evli 
Təzə Həsənlidə gördüklərimi xatırlayıb təəssüf hissi 
keçirirəm. Təzə Həsənlidəki belə­belə adət­ənənələr, 
eyni cinsdən olanların nikahına xeyir­dua verənlərin 
və bunu insan azadlığının təntənəsi kimi mənalandıran 
bəzi­bəzi avropalıların çətin ki, xoşuna gəlsin. Və Qərb 
sivilizasiyasının eybəcərliklərini mədəniyyət kimi əxz 
etməyə  həvəs  göstərən  özümüzünkülərin  də  Təzə 
Həsənlinin adət­ənənələrinə ağız büzəcəklərinə şübhə 
etmirəm. Bir də ki, Nəcinin çaldığı tütəyin səsini anıb­
anlamayanların təfəkkür tərzi başqa cür də ola bilməz.
* * *
Artıq məktəb yaşına çatmışdım. Heç bir təhsil oca­
ğı olmayan ana kəndimi tərk edəcəyim günə az qalır­
dı.  Yavaş­yavaş  dəftər­kitabımı  yır­yığış  eləyib  orta 
məktəbi olan ata kəndimə getməyə hazırlaşırdım. İn­
şaatçı  səriştəsi  ilə,  tifağı  dağılmış  Köhnə  Həsənliyə 
oxşatdığım balaca kəndimə axırıncı dəfə baş çəkmək 
üçün Qarğı bulağına yollandım. Qənşər bir yerdə da­
yanıb  cərgə  ilə  tikdiyim  balaca­balaca  evlərə,  novu, 
pəri,  dənliyi  olan  dəyirmana,  səliqə  ilə  suvadığım 
ibadətgaha, səngərlərdə ayıq­sayıq dayanan yaraqlı­
yasaqlı  əsgərlərimə,  bənd­bərələri  kəsən  zəncirli 
köpək lərimə  riqqətlə  nəzər  saldım.  Üzümü  göylərə 
tutub  Allahıma  yalvardım  ki,  mənim  bu  balaca 
kəndim yağı düşmənin top­tüfənginə tuş gəlməsin. 


71
Daş y
ağan gün


72
Ə
li 
İld
ırı
m

lu
Bu heyndə dəyirmanın novundan zəhərli quyru­
ğunu  dik  tutan  bir  əqrəb  çıxıb  ikimərtəbəli  evin 
dəhlizinə  girdi.  Qoyun  damında  ilana  zəhər  verən 
göy  kərtənkələ  peyda  oldu.  İnsafüçünə,  qorxunc 
həşəratlar  kəndimə  heç  bir  xəsarət  yetirməmişdilər. 
Tanrımın dərgahına şükür etdim. Çünki Andranikin, 
Nijdehin,  Hamazasın  silahlıları  olsaydı,  kənddə 
kəndlik qalmazdı, əzab­əziyyətlə tikib yaratdığım bi­
nalar alt­üst olardı. Ancaq əqrəb də, ilana zəhər verən 
kərtənkələ də kəndimdə daldalanmışdılar. Allah heç 
bir kafir bəndəsinə göstərməsin. Köhnə Həsənlini od­
lara qalayan ermənilər olsaydı... indi kəndimin izi­to­
zu  da  qalmamışdı.  İlana  zəhər  verən  kərtənkələyə, 
əqrəbə də şükür eləyirdim. Beləcə balaca kəndimi Al­
laha  tapşırıb  Qarğı  bulağından  ayrıldım.  –  İlahi,  bu 
balaca  kəndim  erməni  zavalına  gəlməsin,  –  Yarada­
nımdan imdad dilədim.
Məktəb vaxtına üç gün qalmışdı. Başım başqa­baş­
qa  işlərə  qarışdığından  xeyli  vaxt  idi  ki,  Nəcidən 
xəbərsiz idim. Ona görə də bu axşam tez yatdım ki, 
səhər erkən yerimdən qalxıb Nəcini tapım və dostum­
la  görüşüb  sağollaşım.  Həmin  gecə  rahat  yata  bil­
mədim. Köhnə Həsənlinin xarabalıqları, Qarğı bula­
ğın yanında qurub yaratdığım kiçik kəndim, Nəcinin 
keçirdiyi iztirablar başımdan çıxmırdı. Gözlərimi yu­
man kimi dərə­təpədən aşıb üstümüzə hücum çəkən 
erməni  cəlladlarını  görürdüm.  Yuxum  ərşə  çəkil­
mişdi... Axır ki, yatdığım otağın pəncərəsi şəfəqləndi. 
Naxırçıların hay­harayını eşitdim. Gözlərimi ovuşdu­
ra­ovuşdura  paltarımı  əynimə  alıb  həyətə  çıxdım. 
Qoca  nənəm  qulplu  sərnici  dizlərinin  arasına  alıb 
həzin bir səslə zümzümə eləyə­eləyə inək sağırdı. Süd 
sərnicin dodağına çatanda: – Bəsdir, qalanını da bala­


73
Daş y
ağan gün
sı əmsin, – deyib inəyin altından qalxdı. Tələsmədən 
südü mis qazana əndərib, altında ocaq yanan sacaya­
ğının  üstünə  qoydu.  Üzünü  mənə  çevirib:  –  Gözün 
üstündə olsun, gördün daşır, məni çağır, – deyib ota­
ğa keçdi. Gözlərimi qırpmadan qazana baxırdım. Sü­
dün üzünə donmaqda olan gölməçələr kimi əvvəlcə 
nazik  qırışlar  düşdü.  Sonra  qaynayıb  köpükləndi. 
Daşmaq  istəyəndə  tez  qoca  nənəmi  çağırdım.  Qoca 
nənəmin baxışlarında özümə qarşı məmnunluq hiss 
etdim. O, mənə “sağ ol, bala” dedi və süd dolu qazanı 
ətəyinin ucu ilə sacayağının üstündən götürüb dəh­
lizin küncünə qoydu. 
Qoca nənəm bir neçə gün bundan qabaq yer hana­
sı qurmuşdu. Qara qoyunun yunundan babama çuxa­
lıq toxuyurdu. İçəri keçib hananın əriş­arğacını sah­
mana salanda fürsət tapıb yenə də xəlvət aradan çıx­
dım. Evin arxasında qəlbi bir yerə qalxıb ətraf dağları, 
dərələri vərəvurd elədim. Hava mülayim və sakit idi. 
Kövşən  ətirli  meh  əsirdi.  Həyət­bacalardan  qalxan 
gərmə  tüstüsü  Köhnə  Həsənliyə  tərəf  burulurdu  və 
mənə elə gəlirdi ki, külü sönmüş qədim ocaqlarını ax­
tarır. Quruca adı qalan dağılmış kənddə nə çörəyi ətir 
saçan təndir alovlanır, nə sac asılır, nə də ki, qaralmış 
ocaq  daşları  görünürdü.  Hamısı  itib­batmışdı.  Ona 
görə də Təzə Həsənlidən qalxan qara tüstü çözələnə­
çözələnə Köhnə Həsənlini əhatə edən təpələrə yaxın­
laşanda peşman­peşman gah geri dönür, gah da əriyib 
təmiz səmada yox olurdu. Kənd çoxdan ölmüşdü. Sən 
demə, ermənilərin öldürdüyü insanların nə qəbri, nə 
də  qəbirdaşı  olur.  Hər  bir  kalafa,  onu  həvəslə  tikən 
sahibinin qəbridir. Hüznlü görünən tağbəndlər, uçuq 
divarlar  ermənilərin  öldürdüyü  günahsız  insanların 
başdaşıdır. Düşünürdüm ki, ermənilərin qətlə yetirdi­


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə