77
Daş y
ağan gün
tərtəmiz yorğandöşək saldılar. Onda elə bil ürəyimin
başına dağ çəkdilər. Səhərisi də arpadan, pərincdən,
darıdan yükünü tutub, Mıkırtıçı hörmətlə yola saldı
lar. Buynuzlu qoçumu yerə yıxanda nə qədər yalvar
dım ki, kəsməyin, sözümü saya salan olmadı. Dedim,
qoçumu heç olmasa erməniyə kəsməyin. Axı onlar
məni ataanasız, bacıqardaşsız qoyub. Əmim üstümə
çəmkirdi. Dedi ki, başından yekə qələt eləmə. Mıkırtıç
kirvənin burada nə günahı var?! Dəmirçi adamdı,
onunbunun ateşşəyini nallayıb, qəpikquruş qaza
nır. Mıkırtıç toptüfəng götürəndir? Mıkırtıçdan olsa,
bir adamın burnu qanamaz. Ona qalsa, erməni ilə
müsəlman arasında ədavət düşməz. İnsafüçünə, Mı
kırtıç kirvənin özü də Andraniki söyür. Deyir ki, And
ranik kimi əclafların ucbatından müsəlmanların ya
nında dilimiz gödək, başımız aşağı olub. Əmim onu
da dedi ki, mən Mıkırtıç kirvəynən Nuh əyyamından
dostluq eləyirəm, qudurub cızığından çıxan beşon
erməni dığasından ötəri onnan haqqsalamı kəsə bil
mə rəm. Kəndçimiz İsfəndiyar əmi də o tərəfdən dil
lənib dedi ki, Mikayıl düz deyir. Erməninin nal bəndi
onların oxumuşlarından min dəfə ağıllıdır... Belələrini
də qızışdırıb gehriyə qoşan o əclaf Andranik, Nijdeh,
Hamazas kimi haramzadalardı. Onları lənətə gəlsin!
İsfəndiyar əmidən bir də onu eşitdim ki, qapıya gələn
qonağı qovmazlar. Qonaq Allahındır. Onun üzünə
pis baxsan, Allaha xoş getməz. İstədim deyəm ki, bəs,
Köhnə Həsənli kimi böyük kəndi oda qalayan, heç bir
günahı olmayan atamı, anamı, bacıqardaşlarımı dur
duğu yerdə qətlə yetirib məni yetim qoyan ermənilərə
niyə Allahın qəzəbi tutmur?! Ancaq özümü güclə sax
ladım. Dillənsəydim, kim idi ağzıma qurut verən?!
Deyərdilər, yetim qızsan, qıvrıl yat yerində, bilmədiyin
78
Ə
li
İld
ırı
m
oğ
lu
işə başını soxma... Həmin gecə sübhə kimi yata bil
mədim. Gözlərimin yaşı qurumurdu. Əmim hıçqırığı
mı eşidib mənə təpindi. Dedi ki, ə, qoduq, bir qoçdan
ötəri gözünün xorasını tökmə! İtil başımdan, gözüm
səni görməsin! Haçan qoyun üçəm doğsa, buynuzlu
qoçun əvəzinə biri sənindir.
Nəci xeyli dillənmədi. Fikrə getdi. Sonra başını
qaldırıb yazıqyazıq üzümə baxdı:
– Əmimin dedikləri baş aldatmaqdır. Pir mənimdir,
kəramətinə bələdəm. Əmim istəməz ki, mənim çox
qoyunum olsun, kişi olub ortalığa çıxım. Çalışdığı
odur ki, ömrüm boyu ona möhtac qalım, ikiəlli ətə
yin dən yapışım. O da bir qarın çörək verib müftə
müftəlləzinə qoyununu otartsın. Qoyuna getmək
üçün yad adam tutsa, aylıq haqq verməlidir. Sən hələ
əmimi yaxşı tanımırsan. Elə bic kişidir ki! Qarnının al
tından fələk də baş açmaz. Mən də, əlac nədir, dözü
rəm. Dözməsəm, əlimdən nə gəlir?! At mıxı çıxardan
da beş yerə dəyirsə, beşi də özünə dəyir. Ona görə də
hələlik əmimin çaldığı ilə oynayıram. Yeri deyəndə
yüyürürəm. Mənimki bircə göydəki gözə görün məzə
qalıb.
Söhbətin bu yerində üzbəüz dayandığımız qaya
dan uçqun səsi gəldi. Nəcəf sözünə fasilə verib təşvişlə
həmin tərəfə baxdı. Qoyunlar hürküşüb quyruqlarını
şappıldadaşappıldada yamac yuxarı qaçırdılar. –
Yəqin sürüyə canavar təpib. – Nəcinin dodaqları pıçıl
dadı. – Yox, canavar olsa, itlər çoxdan üstünü almışdı.
– Fikrini dəyişdi və əlini alnına qoyub uçqun tərəfə
boylandı. Beşon keçi hündür qayanın burnunda bitən
yemişan, dovşanalması, qaragilə kollarının ucundakı
tərtəzə yarpaqları qırpırdı. Keçilərin ayaqlarının al
tından qopan iri daşlar toz qaldıraqaldıra üzüaşağı
79
Daş y
ağan gün
diyirlənib, dərədən axan çayın bulanıq suyunu göyə
sovururdu. Nəci baş barmağı ilə şəhadət barmağını
cütləyib dodağının arasına qoydu və var gücü ilə fit
verib qayanın kəlləsinə dırmaşan keçiləri harayladı.
Sonra sapandını çıxarıb sürüdən təklənən təkələrə
biriki daş atdı. Daş keçilərə çatmasa da, təkələr sa
pandın şaqqıltısını eşidib təkəbbürlü addımlarla aşa
ğı endilər. Nəci təbdən çıxıb başını buladı:
– Ağlı olan kəs də keçi saxlayar? – Özözünə
deyinməyə başladı. – Qəzili beləbelə olmuş örüşlərin
güllüçiçəkli otunu qoyub dağadaşa dırmanırlar.
Əmimə kefinin kök vaxtı biriki dəfə eşitdirmişəm ki,
bu damazlığı kəsilmişləri sat getsin. Əmimdən olsa,
keçi kökünü çoxdan kəsərdi. Onu da arvadı qoymur.
“Keçini sat” deyəndə Qönçə xalanı od götürür. Əmim
arvadı deyir ki, birini bilirsiniz, birini yox. Keçinin də
öz yeri var. Barmaqlarını birbir qatlayıb deyir ki,
dərisini aşa qoyub dağar, cılğı düzəldirəm. Dağara yı
ğılan yuxa çörək pilə kimi yumşaq qalır. Həm də həf
tələrlə qalsın, nə quruyur, nə də ki kif atır. Dəyirmana
ağnağazlıq eləyəndə içinə dən yığıram. Tuluq düzəl
dib nehrə yerinə işlədirəm. Dağaarana gedəndə çılğı
sına ağartı yığıram, qəzilindən çul, palaz toxuyuram,
sicim hörürəm. Ətini demirəm, pendirinə gələndə qo
yununku onun yanında yalandı. Əmim də Qönçə xa
lanın sözünün başına ip salmaq istəmir. Mən özüm də
keçinin əleyhinə deyiləm. Bircə orası pisdir ki, nadinc
heyvandır. Bir yerdə qərar tutmur. Özləri cəhənnəm,
qoyunları da sakit otlamağa qoymurlar. Orabura da
zıyıb sürünü də dallarınca aparırlar. Məcburam ki,
teztez qabağını qaytarım... Di gəl görüm, buna can
dözər?! Hələ mənəm ki, tab gətirirəm. Gözdən qoyan
da da gedib itbata düşür. Onda da olursan pis kişi.
Dostları ilə paylaş: |