ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə21/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   17   18   19   20   21   22   23   24   ...   79

74
Ə
li 
İld
ırı
m

lu
yi insanların qəbirdaşları da başqa cür olurmuş. Bura­
dan ötüb­keçənlərə ağır dərd, acı göz yaşları olurmuş.
Yönümü başqa səmtə tutub, gündoğan tərəfə boy­
landım. Mənə elə gəlirdi ki, üfüqə dirənən uca dağlar 
göyün dirəyidir. O dirəklər olmasa, intəhasız göylərdə 
nə  var,  hamısı  uçub  başımıza  tökülər.  Təzə  Həsənli 
ermənilərin  divan  tutduğu  Köhnə  Həsənlidən  də 
betər günlərə qalar. Mənim xəlvət bir yerdə saldığım 
balaca kəndim də yox olar. 
Dağın quzey tərəfində gözümə qoyun­quzu sürü­
sü dəydi: “Yəqin Nəci ordadır”, – öz­özümə düşün­
düm. Vaxtı itirmədən həmin tərəfə üz tutdum. Yuxa­
rılara şiddətli yağış yağdığından dərələrin suyu bu­
lanmışdı və həm də artmışdı. Ona görə çarıq­patava­
mı  soyunub,  şalvarımı  dizəcən  çırmadım.  Çamır  iyi 
gələn  bulanıq  sulardan  keçib  Nəcinin  qoyunlarına 
tərəf  dolaylandım.  Sürüyə  yaxınlaşanda  bir  neçə 
köpək həmişəki kimi hənirtimi alıb hürə­hürə üstümə 
cumdu.  Lakin  itlər  mənə  yaxınlaşan  kimi  səslərini 
kəsib mülayimləşdilər. Qulaqlarını yapıdıb quyruqla­
rını  buladılar.  Təhlükə  sovuşduğundan  rahat  nəfəs 
alıb  itlərin  müşayiətilə  yoluma  davam  etdim...  Nəci 
sürünün qabağını  qaytarmaq üçün təpənin o üzünə 
aşdığından məni görmürdü. Yalın belinə qalxanda qa­
raltımı aldı və “gəlirəm” demək mənasında uzaqdan 
papaq elədi. Addımlarını yeyinlədib, tövşüyə­tövşüyə 
yaralı ov kimi özünü mənə yetirdi. Əlimdən yapışıb 
özünə  tərəf  çəkdi  və  qollarının  arasına  alıb  sinəsinə 
sıxanda quzu dərisindən olan çalpapağı yerə düşdü. 
O, çomağın əyri ucu ilə papağını götürüb başına qoy­
du  və  geri  çəkilib  riqqətlə  üzümə  baxanda  elə  bil 
çiçəyi çırtladı. – Harda itib­batmısan, etibarsız? – dedi. 
– Neçə gündür səndən ötəri gözüm yol çəkir.


75
Daş y
ağan gün
Nəcini də qınamalı deyil. Bəzən aylarla adam üzü 
görmür.  Alaqaranlıq  yerindən  qalxıb  sürünü  örüşə 
aparır, qaş qaralanda kəndin qırağındakı ağıla qayı­
dır.  Havalar  mülayim  keçəndə  qoyunlarla  birlikdə 
dağda­daşda,  kahalarda  gecələyirdi.  Ona  elə  gəlirdi 
ki, dünya dediyin elə Köhnə Həsənlinin kalafalıqları, 
Təzə  Həsənlinin  on  bir  evi,  qoyun  otardığı  dərə­
təpələr, bir də ki, əmisinin qoyun sürüsündən ibarət­
dir.  Ürəyinə  yatan  həmdərdi,  həmsöhbəti  yox  idi. 
Bircə məni görəndə gözləri işıqlanırdı. Kenquru barə­
də  şeiri,  Qurbanəli  bəy  əhvalatlarını  danışanda  ona 
elə gəlirdi ki, uşaq olsam da, çox şey bilirəm. Dünya­
nın ən ağıllı, dərrakəli adamıyam və əlimdən hər şey 
gəlir, qəsd qoysam, gedib Nəcini yetim qoyub, gecə­
gündüz bu çöllərə salan o əclaf erməniləri məhv edə­
rəm. Ona görə də Nəci mənə güvənirdi. Ürəyini bo­
şaltmaq üçün heç kimə demədiyi dərdini mənə danı­
şırdı.  Mən  də  Nəcini  ümidsizləşdirib  onun  qəlbini 
qırmamaq üçün dostumun yanında özümü uşaq kimi 
aparmırdım.  Saqqallı­bığlı  kişilər  kimi  hərəkət  edir­
dim. Bu dəfə Nəci gözümə kefsiz kimi göründü. Elə 
bil  dəryada  gəmisi  batmışdı.  Həmişəki  kimi  deyib­
gülmürdü. Heç ala­bəzək tütəyi də dillənmirdi. On­
dan buynuzlu qoçu soruşanda elə bil yaralı yerinə to­
xundum. Nəcinin günəşdən qaralmış dolu sifəti ava­
zıdı, qəhərlənən kimi oldu. Nəyi isə axtarırmış kimi 
dolmuş gözləri uzaqlara zilləndi. Buynuzlu qara qoç 
barəsində  sualıma  cavab  vermək  əvəzinə  ala­bəzək 
tütəyini çıxartdı. Sanki mənimlə tütəyin dili ilə danış­
maq istəyirdi. Ala­bəzək tütəyin səsi bu dəfə ayrı cür 
çıxırdı... Nəci tütəyin səsini kəsib dərdli­dərdli:
– Eh, mənim balaca dostum, eşit, agah ol ki, yetimə 
can­can  deyən  çox  olar,  çörək  verən  yox.  Qonşu 


76
Ə
li 
İld
ırı
m

lu
kənddə Əlqəmə adlı dostum var. Elə mən yaşda olar. 
Hərdən örüşdə rastlaşıb dərdləşirik. O da mənim kimi 
yetimdir. İntəhası, o, anadan yetimdir. Mən isə həm 
atadan, həm anadan yetiməm. Bacı­qardaşım da yox­
dur. Əlqəmənin anası Allahın məsləhəti ilə, öz əcəli 
ilə  ölüb,  ağlayanı  olub,  el  yığışıb  yasını  tutub.  Karlı 
atası, beş bacı­qardaşı var. Mənim ata­anam, bacı­qar­
daşım öləndə, nə ağlayanları olub, nə də yas tutanları. 
Çünki onlar öz əcəlləri ilə yox, namərd ermənilərin əli 
ilə, urvatsız ölüblər. Qəbirlərinin yeri də bilinmir ki, 
hərdən onların dəfn olunduğu torpağı ziyarət edim. 
Əmi kölgəsi də ata kölgəsinin yerini vermir. Öz öv­
ladları  yağ  yeyib  yaxada  gəzirlər,  məni  isə  adam 
yerinə qoyan yoxdur. Gecələrim ağılların qırağında, 
gündüzlərim yal­yamacda keçir. Paltarımın cındırın­
dan  cin  hürkür,  şalvarımı  özüm  yamayıram.  Tale 
mənə  ata­ana  nəvazişi  əvəzinə  əmi  danlağı  qismət 
eləyib. Onun yolunda özümü nə qədər oda­közə vur­
sam  da,  xeyri  yoxdur.  Dilindən  bircə  dəfə  “sağ  ol” 
kəlməsi çıxmır, məyus oluram. Ağlım artdıqca dərdim 
də artır... 
Nəci bu sözləri çox vaxt ala­bəzək tütəyin dili ilə 
deyirdi. Mən onu aydınca başa düşürdüm. Nəci ala­
bəzək  tütəyini  yenə  dilə  gətirdi.  Çalıb­çalıb  ürəyini 
boşaltdıqdan  sonra  susdu.  Bir  qədər  xəyala  daldı. 
Sonra qırıq kəlmələrlə, dili dolaşa­dolaşa:
– İnsafsızlar buynuzlu qoçumu kəsdilər, – dedi. – 
Bu dəfə nə qədər yalvardım­yaxardım, əmim qulaqar­
dına vurdu. Erməni kəndindən Mıkırtıç adlı nalbənd 
gəlmişdi. Kəndin öküzlərini, atını, qatırını nallayırdı. 
Gecə  də  əmimgildə  qonaq  qaldı.  Mıkırtıç  buynuzlu 
qoçumun ətini yeyib, üstündən su içib, iri lopa bığla­
rını burandan sonra, ona yuxarı başda, taxtın üstündə 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə