70
Ə
li
İld
ırı
m
oğ
lu
çə kilərdi... İndi sivilizasiyanın “fontan” vurduğu bəzi
bəzi dəbdəbəli şəhərlərdə, gününgünortaçağı intim
hisslərin əsirinə çevrilən açıqsaçıq geyimli nazlı
qəm zəli qızların, elə dulların da, kişi qiyafəli gədə
güdələrin, ədəb normalarına sığmayan və ikrah hissi
doğuran davranışlarının şahidi olduqca, on bir evli
Təzə Həsənlidə gördüklərimi xatırlayıb təəssüf hissi
keçirirəm. Təzə Həsənlidəki beləbelə adətənənələr,
eyni cinsdən olanların nikahına xeyirdua verənlərin
və bunu insan azadlığının təntənəsi kimi mənalandıran
bəzibəzi avropalıların çətin ki, xoşuna gəlsin. Və Qərb
sivilizasiyasının eybəcərliklərini mədəniyyət kimi əxz
etməyə həvəs göstərən özümüzünkülərin də Təzə
Həsənlinin adətənənələrinə ağız büzəcəklərinə şübhə
etmirəm. Bir də ki, Nəcinin çaldığı tütəyin səsini anıb
anlamayanların təfəkkür tərzi başqa cür də ola bilməz.
* * *
Artıq məktəb yaşına çatmışdım. Heç bir təhsil oca
ğı olmayan ana kəndimi tərk edəcəyim günə az qalır
dı. Yavaşyavaş dəftərkitabımı yıryığış eləyib orta
məktəbi olan ata kəndimə getməyə hazırlaşırdım. İn
şaatçı səriştəsi ilə, tifağı dağılmış Köhnə Həsənliyə
oxşatdığım balaca kəndimə axırıncı dəfə baş çəkmək
üçün Qarğı bulağına yollandım. Qənşər bir yerdə da
yanıb cərgə ilə tikdiyim balacabalaca evlərə, novu,
pəri, dənliyi olan dəyirmana, səliqə ilə suvadığım
ibadətgaha, səngərlərdə ayıqsayıq dayanan yaraqlı
yasaqlı əsgərlərimə, bəndbərələri kəsən zəncirli
köpək lərimə riqqətlə nəzər saldım. Üzümü göylərə
tutub Allahıma yalvardım ki, mənim bu balaca
kəndim yağı düşmənin toptüfənginə tuş gəlməsin.
71
Daş y
ağan gün
72
Ə
li
İld
ırı
m
oğ
lu
Bu heyndə dəyirmanın novundan zəhərli quyru
ğunu dik tutan bir əqrəb çıxıb ikimərtəbəli evin
dəhlizinə girdi. Qoyun damında ilana zəhər verən
göy kərtənkələ peyda oldu. İnsafüçünə, qorxunc
həşəratlar kəndimə heç bir xəsarət yetirməmişdilər.
Tanrımın dərgahına şükür etdim. Çünki Andranikin,
Nijdehin, Hamazasın silahlıları olsaydı, kənddə
kəndlik qalmazdı, əzabəziyyətlə tikib yaratdığım bi
nalar altüst olardı. Ancaq əqrəb də, ilana zəhər verən
kərtənkələ də kəndimdə daldalanmışdılar. Allah heç
bir kafir bəndəsinə göstərməsin. Köhnə Həsənlini od
lara qalayan ermənilər olsaydı... indi kəndimin izito
zu da qalmamışdı. İlana zəhər verən kərtənkələyə,
əqrəbə də şükür eləyirdim. Beləcə balaca kəndimi Al
laha tapşırıb Qarğı bulağından ayrıldım. – İlahi, bu
balaca kəndim erməni zavalına gəlməsin, – Yarada
nımdan imdad dilədim.
Məktəb vaxtına üç gün qalmışdı. Başım başqabaş
qa işlərə qarışdığından xeyli vaxt idi ki, Nəcidən
xəbərsiz idim. Ona görə də bu axşam tez yatdım ki,
səhər erkən yerimdən qalxıb Nəcini tapım və dostum
la görüşüb sağollaşım. Həmin gecə rahat yata bil
mədim. Köhnə Həsənlinin xarabalıqları, Qarğı bula
ğın yanında qurub yaratdığım kiçik kəndim, Nəcinin
keçirdiyi iztirablar başımdan çıxmırdı. Gözlərimi yu
man kimi dərətəpədən aşıb üstümüzə hücum çəkən
erməni cəlladlarını görürdüm. Yuxum ərşə çəkil
mişdi... Axır ki, yatdığım otağın pəncərəsi şəfəqləndi.
Naxırçıların hayharayını eşitdim. Gözlərimi ovuşdu
raovuşdura paltarımı əynimə alıb həyətə çıxdım.
Qoca nənəm qulplu sərnici dizlərinin arasına alıb
həzin bir səslə zümzümə eləyəeləyə inək sağırdı. Süd
sərnicin dodağına çatanda: – Bəsdir, qalanını da bala
73
Daş y
ağan gün
sı əmsin, – deyib inəyin altından qalxdı. Tələsmədən
südü mis qazana əndərib, altında ocaq yanan sacaya
ğının üstünə qoydu. Üzünü mənə çevirib: – Gözün
üstündə olsun, gördün daşır, məni çağır, – deyib ota
ğa keçdi. Gözlərimi qırpmadan qazana baxırdım. Sü
dün üzünə donmaqda olan gölməçələr kimi əvvəlcə
nazik qırışlar düşdü. Sonra qaynayıb köpükləndi.
Daşmaq istəyəndə tez qoca nənəmi çağırdım. Qoca
nənəmin baxışlarında özümə qarşı məmnunluq hiss
etdim. O, mənə “sağ ol, bala” dedi və süd dolu qazanı
ətəyinin ucu ilə sacayağının üstündən götürüb dəh
lizin küncünə qoydu.
Qoca nənəm bir neçə gün bundan qabaq yer hana
sı qurmuşdu. Qara qoyunun yunundan babama çuxa
lıq toxuyurdu. İçəri keçib hananın ərişarğacını sah
mana salanda fürsət tapıb yenə də xəlvət aradan çıx
dım. Evin arxasında qəlbi bir yerə qalxıb ətraf dağları,
dərələri vərəvurd elədim. Hava mülayim və sakit idi.
Kövşən ətirli meh əsirdi. Həyətbacalardan qalxan
gərmə tüstüsü Köhnə Həsənliyə tərəf burulurdu və
mənə elə gəlirdi ki, külü sönmüş qədim ocaqlarını ax
tarır. Quruca adı qalan dağılmış kənddə nə çörəyi ətir
saçan təndir alovlanır, nə sac asılır, nə də ki, qaralmış
ocaq daşları görünürdü. Hamısı itibbatmışdı. Ona
görə də Təzə Həsənlidən qalxan qara tüstü çözələnə
çözələnə Köhnə Həsənlini əhatə edən təpələrə yaxın
laşanda peşmanpeşman gah geri dönür, gah da əriyib
təmiz səmada yox olurdu. Kənd çoxdan ölmüşdü. Sən
demə, ermənilərin öldürdüyü insanların nə qəbri, nə
də qəbirdaşı olur. Hər bir kalafa, onu həvəslə tikən
sahibinin qəbridir. Hüznlü görünən tağbəndlər, uçuq
divarlar ermənilərin öldürdüyü günahsız insanların
başdaşıdır. Düşünürdüm ki, ermənilərin qətlə yetirdi
Dostları ilə paylaş: |