ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə28/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   24   25   26   27   28   29   30   31   ...   79

97
Daş y
ağan gün
yem  qalmamışdı.  Xoşbəxtlikdən  bu  gecə  qoyun­qu­
zudan ölən olmamışdı. Nəcəf xeyli sevindi və düşün­
dü ki, yəqin Köhnə Həsənlinin xarabalıqlarına üz tu­
tub  ata­anamı  imdada  çağıranda,  onların  ruhu 
köməyimə yetişib ki, əmimin qəzəbinə gəlməyim.
Nəcəf tövlədən çıxanda orda­burda domuşan itlər 
sahibini  görən  kimi  gərnəşib  ayağa  qalxdılar.  “İtlər 
acdı” – Nəcəf düşündü. Və mərəyin qabağındakı dal­
da  yerdə  ocaq  qalayıb  qazan  asdı.  Çuvaldakı  arpa 
unundan bir­iki ovuc götürüb murdar qazanda qarış­
dırdı və yal bişirib itlərin qabağına tökdü. İtlər yalaq­
da buğlanan isti yaldan yedikcə quyruqlarını bulayıb, 
Nəcəfə razılıqlarını hiss etdirirdilər.
Mikayılın ağlına gəlməzdi ki, qış bu cür sərt keç­
sin. Ona görə vaxtında lazım olan qədər yem topla­
mamışdı. Odur ki, böyük çilənin ortalarında heyvan­
ların qabağına atmağa bir çəngə ot qalmamışdı. Sürü 
taxıl  yerindən  toplanmış  quru  küləşin  ümidinə  qal­
mışdı.  Küləş  də  ki,  o  qədər  kar  görmürdü.  Quzular 
küləşi  dilinə  də  vurmurdu.  Belə  getsəydi,  yaza  bir 
quzu da salamat çıxmazdı. Bütün sürü qırılıb qurta­
rardı. Həsənqulunun Çopur qayanın kahasına yığdığı 
ot kimin ağlına gələrdi? Kahada ot bağlamaları oldu­
ğunu  Nəcəfin Allahı  onun  yadına  salmışdı.  Hər  ax­
şam camaat yatandan sonra Nəcəf kahadan otu min 
bir əzab­əziyyətlə daşıyıb qoyun­quzunu birtəhər yola 
verirdi. Başqa cür də mümkün deyildi. Əgər camaat 
bilsəydi  ki,  Nəcəf  başqasının  otunu  gizlincə  daşıyıb 
aparır, hamı onu daş­qalaq eləyər, Nəcəfə oğru­əyri 
kimi baxardı. Heç əmisi Mikayıl da bu işdə ona “sağ 
ol” deməzdi, Nəcəf əmisinin gözündən daha da dü­
şərdi. Deyərdi ki, mənim ocağıma haram qatma. Qo­
yun mənimdir, qoy qırılsın. Amma başqasının malına 


98
Ə
li 
İld
ırı
m

lu
xəyanət etmərəm. Çünki Allah göydən baxır. Ömrü­
mün  axırına  qədər,  etdiyim  günahın  altından  çıxa 
bilmərəm. O dünyada da yerim olmaz... Nəcəf bütün 
bunları  bildiyi  üçün  gecə­gündüz  Allaha  yalvarırdı 
ki, onun bu təqsirindən keçsin.
Mikayıl qoyunlardan əlini üzmüşdü. Həm də de­
yirdi ki, iti görüm, qurdu görüm, Nəcəfin pis üzünü 
görməyim.  Bu  qış  qoyun­quzu  arasında  tələfat  baş 
verməsinin təqsirini Nəcəfdə görürdü. Deyirdi ki, qo­
yunlar yazda­yayda yaxşı otarılsaydı, özlərini əməlli­
başlı tutardılar. Qışın acısı­soyuğu heyvanlara o qədər 
də kar eləməzdi. Yığdığım otu əvvəlcədən heyvanlara 
cirəynən versəydim, mərəklər bu tezlikdə boşalmaz­
dı.  Bütün  günahlar  bu  boyuna  ip  tutduğum  yetim­
dədir. 
Mikayıl Nəcəfin üzünü görməmək üçün qoyunla­
ra tərəf üzükmürdü. Qoyun­quzudan əlini üzmüşdü. 
Nəcəfə  də  biryolluq  tüpürmüşdü.  Nəcəf  isə  altdan­
altdan  əmisindən  bixəbər  öz  işini  görürdü.  Gecə­
gündüz  özünü  oda­közə  vurub  heyvanları  ac  qoy­
murdu. Həsənqulunun yumşaq otu onun qanının ara­
sına girmişdi. Ölmək nədi, bala salmaq nədi?! Qoyun­
quzu  çiçəkli  otdan  yeyib,  əməlli­başlı  ətə­qana  dol­
muşdu. Quzular quyruq bağlamışdı.
Nəcəf əmisinin boz sifətini, ona dediyi tikanlı sözləri 
yada  saldıqca  içəridən  odlanır,  öz­özünə  deyinirdi: 
“Öl, canın çıxsın, Nəcəf! Sənə bu da azdır! Əməlisaleh 
bəndə  olsaydın,  elə  o  vaxt  ata­anan,  bacı­qardaşların 
kimi sən də ermənilərin əlində gəbərərdin. Canın bir­
yolluq qurtarardı. Bu cür it əzabı çəkməzdin. Sən demə, 
əmi çörəyi ilan qılçığından betərmiş. Belə gün­güzəran 
keçirməkdənsə, urvatlı ölüm yaxşıdır. Qorxma, ölməz­
sən, Nəcəf! Üzün bərkdir! Yoxsa ermənilər sənin də ba­


99
Daş y
ağan gün
şını  bədənindən  üzmüşdü.  Cəmdəyini  qarğa­quzğun 
yemişdi.  Odun­alovun  içindən  qurtardın,  elə  bildin 
cənnətə düşəcəksən?! Ac toyuq yuxusunda darı görən 
kimi. Əmin uşaqları ilə məktəbə gedəcəksən, oxuyub 
adam  cərgəsinə  qoşulacaqsan.  Bu  fani  dünyada  kef 
çəkəcəksən. Ay­hay! Tay demədin ki, cəhənnəmin əza­
bını görəcəksən. Gecələr peyin iyi gələn üfunətli töv lə­
nin ayağında, civirdən hörüb düzəltdiyin çarpayı yan­
caqlarını əzib döyənək eləyəcək. Gündüzlərin yal­ya­
mac da  keçəcək.  Daşlar  yastığın  olacaq.  Saxladığın 
köpəklərə  vaxtlı­vaxtında  isti  yal  verirsən. Ancaq,  ay 
yazıq, özün isti xörəyə həsrətsən. Yediyin quru çörək, 
duzsuz şordu. Bircə qoyunlar doğanda kefə baxırsan. 
Suluqdan, kətəməzdən, süddən­qatıqdan yavanlıq elə­
yəndə ağzın dada­tama gəlir. Əmin barədə də çox da 
pis fikrə düşmə. Dili acı olsa da, əmindir. Ətini yesə də, 
sümüyünü atmaz. Səni sevəndə yaxşıdı, söyəndə pis?! 
O  olmasaydı,  neynəyərdin?  İndi  ermənilər  səni  qun­
daq qarışıq nizənin ucuna keçirmişdilər. Sən hələ And­
ranikin əlinin duzunu görməmisən. Ağlın Həsənlinin 
itlərinə getməsin. Arvad­uşağa dəyib­toxunmur. Ermə­
ni daşnakları nə arvada baxır, nə də ki, südəmər uşağa. 
Öldürdüklərinin cəsədlərindən də əl çəkmirlər. Meyit­
lə rin gözlərini oyur, qol­qıçını kəsib eybəcər hala salır­
lar. Allaha min kərə şükür elə ki, o cür işgəncəli ölüm­
dən  xilas  olmusan.  Buna  görə  əmin  Mikayıla  ömrün 
boyu minnətdar olmalısan. Hərdən səni söyüb­danla­
masına baxma. Necə olsa əmindir. Bir də ki, Allah heç 
bir  kafir  bəndəsinə  qismət  eləməsin.  Sənin  yaran 
erməni yarasıdır. Qiyamətə qədər o yara sağalan deyil. 
Onun  sızıltısına  ömrün  boyu  dözməlisən.  Əcəlin  ça­
tanda da Əzrayıl canını elə dağda­daşda, qoyun­quzu 
otardığın yerdə alacaq. Onda da qorxma, itlərin etibar­


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə