108
Ə
li
İld
ırı
m
oğ
lu
dəfə xeyirdəşərdə uzaqdanuzağa görmüşdü. Qönçə
xala üzünü oğlanlarına tutub:
– Cəddinə qurban olum! Seyiddi, – dedi, – nəfəsi
ağırdı. O gedən yerdə qan bağlanır. Bütün bu elobada
ağanı tanımayan yoxdur. Hamı da yolunu saxlayır.
Taxıl zəmilərinin, hələ kərənti dəyməmiş biçənək
lərin arasınca uzanıb gedən köç yolunda it sahibini
tanımırdı. Çobançoluq çalışırdı ki, malheyvan qarı
şığa düşməsin. Hərə öz köçünün dalqabağını kəsmiş
di ki, qoyunquzu başqalarının naxırına qoşulub
getməsin və yoldan çıxıb, sünbülü təzə dən tutan göy
zəmilərə, biçənəklərə ziyan vurmasın. Ac itlər də bir
tərəfdən boğuşub çobanların başını qatırdılar. Nəcəfin
qurdbasan köpəyi bütün itlərə dov gəlirdi. İtlərin bo
ğuşub, birbirini əldən salması bəzən sahibləri arasın
da sözsöhbətə səbəb olurdu.
...Yaşıl düzlər arxada qalmışdı. Gün batarbatmaz
köç qum, çınqıl döşənmiş maşın yoluna çıxdı. Arxa
dan və qarşıdan gələn yük və minik maşınları köç
adamlarının işini çətinləşdirirdi.
Çobanlar əllərindəki
çubuqla malheyvanı döyəcləyədöyəcləyə aralayıb
avtomaşınlara birtəhər yol verirdilər. Mənzilbaşına
tələsən sürücülər deyinədeyinə maşının sürətini
azaldıb, köç sahiblərinin ünvanına latayır sözlər işlə
dirdilər. Çobanlar da saymazlıq edib, maşını ilə hey
vanı zədələyən sürücüləri söyübyamanlayırdılar.
Köç adamları çətinliklə maşın yolunu keçib, axırı
ki, genişliyə çıxdılar. Nəcəf əmisi uşaqları ilə məs
ləhətləşib, öz köçlərini irəlidəki dərədən axan suyun
kənarındakı sakitliyə döndərdi. Onlar bu axşam bura
da dincəlib, yeyibiçib, gecələyib sübh tezdən yolları
na davam etməli idilər. Qönçə xala yaxınlıqdakı bula
ğın başında palaz açıb, yüngülvarı süfrə dü zəltdi. Da