96
Ə
li
İld
ırı
m
oğ
lu
bağlamalar qoyunlara
bir neçə gün bəs eləyər, hələlik
bunu aparım, qalanlarını da sonra daşıyaram” – dü
şündü və kahadan çıxıb qəzil çatıdan tutatuta yuxarı
qalxdı. Arxa tərəfdən hərlənib ot bağlamalarını çatı
nın arasına yığdı. Ancaq bu, bir dəfənin işi deyildi.
Yerdəki otu azı üçdəfəyə aparmaq olardı. Nəcəf canı
na cəfa basıb həmin gecə üç dəfə kəndlə Dar Dərənin
boğazındakı Çopur qaya arasında ayaq döydü. Artıq
onun son nəfəsi idi. Qəzil çatı Nəcinin çiyinlərini sür
tüb qabar eləmişdi. Axırıncı dəfə ayaqlarını güclə atır
dı. Yeriməyə taqəti qalmamışdı. O, ikiüç yerdə dalı
şələli oturub dincini aldı. Və vargücünü cəmləşdirərək
“Ya Əli!” – deyib ayağa qalxdı. Özünü kəndə yetirəndə
dan yeri hələ ağarmamışdı. Nəci ulduzların getdikcə
sönməsindən və xoruzların səssəsə verib banlama
sından bilirdi ki, səhərə az qalır. O, teztələsik ot bağ
lamalarının bir hissəsini tövlədən xeyli aralıdakı
mərəyin qaranlıq küncünə yığıb, qalanını da qoyun
damına daşıdı. Tövlənin yuxarı başından, arakəsmə
lərin arasından gələn nöqtə kimi işıltılardan hiss olu
nurdu ki, qoyunquzu yetim Nəcəfə baxıb ondan qa
rın dolusu yem istəyir. Nəcəf dincini almadan gətirdiyi
otu teztələsik qoyunquzuya payladı. Yaz otunun qu
rumuş çiçəkləri bir andaca tövlənin kəsif havasını
dəyişdi. Nəcəf özündə xeyli yüngüllük hiss edib qo
yun damının ağzında, civirdən hörüb düzəltdiyi
yöndəmsiz çarpayısına uzandı. Gözlərinin acısını bir
balaca alıb ayağa qalxdı. Təzə doğulan quzuları, zahı
qoyunları yerbəyer elədi. Əldən düşmüş arıq qoyun
ların arakəsməsini təzələdi. Bacaları açıb tövlənin ha
vasını təzələdi. Orta dirəkdən asılmış çırağı götürüb
qoyunquzuya verdiyi yemi yoxladı. Heyvanlar otu
acgözlüklə necə yemişdisə, qabaqlarında bir çəngə