ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə35/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   31   32   33   34   35   36   37   38   ...   79

121
Daş y
ağan gün
Nəcəf bütün bunları daxilən götür­qoy eləyəndən 
sonra özünü ələ alıb, Akopun sözünün qabağında:
– Düzü, Andranik danışanda fikrim ayrı yerdəydi, 
– dedi. – Onun nə barədə danışdığını başa düşə bilmə­
dim. Bir də ki, öyrənmiş canam. Qoy nə deyir­desin. 
Həm  də  onun  dedikləri  zarafata  oxşayırdı.  Zarafat­
dan niyə inciyim!
Nəcəfin sözləri Armenakla Akopu nigarançılıqdan 
xilas etdi. Çoban yoldaşları xeyli yüngülləşdilər. On­
larda  inam  yarandı  ki, Andranikin  köntöy  sözlərini 
Nəcəf zarafat kimi başa düşürmüş.
Armenak:
– Bundan əvvəlki dağbəyi fağırın biriydi, – dedi. 
– Sergeyi deyirəm. Heç kəsin qəlbinə dəymirdi. Mər­
dimazarlıqla  da  arası  yox  idi.  Andranikə  baxanda, 
Sergey toya getməlidi. Bu əclaf nə yollasa onun yerinə 
su caladı. Kiminsə vasitəsilə qurdu­qoşdu, Sergeyi çı­
xardıb bunu onun yerinə qoydular. Gələndən bəri də 
bizə  gün­dirrik  vermir.  İstəyirsən  başın  salamat  ol­
sun, gərək qoyun­quzudan, yağ­pendirdən verib ağ­
zını  yumasan.  Başdan­ayağa  qan  çanağıdır.  Dinsiz­
mənsəbsiz oğraş! Keçmişdə nə olub olub, onu təzədən 
közərdib aranı qızışdırmaq çal saqqalına yaraşır? Di 
gəl ki, bu adıbatmış Andranik oturub­durub erməni­
müsəlman davasındakı şücaətindən dəm vurur. Nədi­
nədi,  o  vaxt Andranikin  ordusunda  komandir  olub. 
Onu da Allah bilir, komandir olub, yoxsa adi əsgər. 
Hər yerdə də fəxrlə özünü öyür ki, Andraniklə çiyin­
çiyinə vuruşmuşam. Müsəlman kəndlərini belə yan­
dırdıq,  belə  qarət  elədik,  arvad­uşağı  belə  qırdıq... 
Guya ki, yaxşı iş görüb?! Mən savadsız çoban olsam 
da, ona qulaq asanda ölüb yerə girirəm. O Andranikin 
törətdikləri  yadıma  düşəndə,  xəcalətimdən  başımı 


122
Ə
li 
İld
ırı
m

lu
qaldırıb  azərbaycanlı  dostlarımın  üzünə  baxa  bil­
mirəm. Allah lənət eləsin dağbəyiyə. Hər dəfə gələndə 
axmaq­axmaq çərənləyib adamın baş­beynini aparır.
Akop Armenakın sözünü kəsdi:
–  Səfeh  söz­söhbətləri  yığışdır  getsin,  –  dedi.  – 
Andranikə baş qoşan da elə onun tayıdır. Qoy rədd 
olsun  cəhənnəmə,  qoca  həpəndi.  Gəlin  öz  işimizlə 
məşğul olaq. Qoyunların qabağını qaytarın, endirək 
dərəyə. Bu gün heyvanları suvarmamışıq. Biz də Dəvə 
daşın  altındakı  bulağın  üstündə  bir  loğma  çörək 
kəsək. Yəqin Nəcəf də acdır. Sizi bilmirəm, mən bu 
gün  vaxt  tapıb  səhər  çörəyimi  yeyə  bilməmişəm. 
Acından ürəyim bulanır.
Yurd  yerindən  xeyli  yuxarıda,  günbatan  tərəfdə 
dikələn  boz  qayalar  dağların  qarına,  sazağına  tab 
gətir mirmiş  kimi  baş­başa  verib  bir­birinə  qısılıb. 
Nəcəf hər dəfə bu boz qayaları görəndə əmisi Mikayı­
lın dedikləri yadına düşür: “Oğul, Tağ yurd, Qanlıca, 
Üçtəpə... yaylaqları adından bəlli olduğu kimi, qədim­
dən azərbaycanlıların olub. Bunlar Zəngəzur torpaq­
larıdır.  Bu  həndəvərdə  yüzlərcə  Azərbaycan  kəndi 
var  idi.  Di  gəl  ki,  erməni  daşnakları  müsəlmanların 
başısoyuqluğundan istifadə edib elə bir hiylə işlədiblər 
ki, qədimdən bizim olan Zəngəzur ermənilərin cayna­
ğına keçib. Elə həmin gün göydən daş yağıb. Bu dərdə 
dağ da dözməz. Ancaq biz dözürük. Çünki üzümüz 
bərkdir. Amma Allah bu haqsızlığı götürmədi. Göy­
dən daş yağdırdı. Bax, bizim alaçıqlardan yuxarıda, 
günbatan tərəfdə görünən həmin daşlardır. Gərək o 
daşlar  bizim  başımıza  düşəydi. Allahın  bəndələrinə 
yazığı gəldiyindən, daşları bu dağlara töküb”. 
Bütün  dağları  başdan­başa  gəzəsən,  o  rəngdə,  o 
gör kəmdə daş tapılmaz. Nəcəf kənddə də bir adamın 


123
Daş y
ağan gün
ağzından eşitmişdi ki: – Ə, adam insafsız danışmaz. Al­
lah göydən daş yağdırar. Zəngəzur el­obasının er mə­
nilərin əlinə keçdiyi gün, bax, o cür daş­qaya yağıb.
Həmin  qayaların  arasından  süzülüb  gələn  gur  su 
baldırğan, əvəlik, zəyərək kollarının arasından keçib, 
özünü  göydən  yağan  daşlara  çırpır,  coşur,  çiliklənir, 
sabun kimi köpüklənir və dərə aşağı axıb düzənlikdəki 
gölməçələrə qovuşur. Günün duran vaxtı çamıra batan 
camışlar  tənbəl­tənbəl  kövşək  vurur  və  gölmə çə lərin 
qırağındakı bataqlıqlardan çıxmaq bilmirlər. Boz ala­
çıqlar  cərgələnən  yaxın­uzaq  yurdların  mal­hey vanı, 
qoyun­quzu sürüləri bu gölməçələrdə suvarılır. Çoban­
çoluq  günorta  fasiləsi  gölməçələri  əhatə  edən  güllü­
çiçəkli  çəmənliklərdə  dincəlib,  gün  əyiləndə  sü rü ləri 
döşlərə qaldırırdılar.
Armenakın  sözündən  sonra  onların  üçü  də  bir­
birinə  qoşulub  sürülərin  ağzını  həmin  dərəyə  tərəf 
döndərdilər. Qoyunları gölməçələrdə suvarıb, özləri 
də günorta çörəyini yeyib doyduqdan sonra qoyunla­
rın arxasınca yuxarıdakı qayalardan axıb gələn Şır­Şır 
bulağa  tərəf  dikəldilər.  Kənardan  baxanda  qızmış 
dəvəni xatırladan qayanın dibindən sısqa su çıxır. Bu­
ranı qar, yağış tutmur. Daş dəvənin qarnının altından 
çıxan suyun həzin pıçıltısı adamı heyrətə gətirir. Bu 
çeşmənin xəfif, bir qədər də nisgilli səsində torpağın 
dərin­dərin  qatlarındanmı,  başımızın  üstündəki 
intəhasız göylərdənmi, yer üzünün bir­birinə qənim 
kəsilən  məxluqatındanmı,  incə  bir  giley­güzar  hiss 
olunur.  Bəlkə  bulaq  da  dil  açıb  dünyanın  miskin, 
bədbəxt  bəndəsi  Nəcəfin  acı  taleyini  car  çəkmək 
istəyir. Armenakla Akop Andranikin  boşboğazlığın­
dan danışıb məzələnsələr də, Nəcəfin eyni açılmırdı. 
Onun fikri­zikri ermənilərin alt­üst etdiyi, ata­anasını, 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə