154
Ə
li
İld
ırı
m
oğ
lu
Andranik dillənmədi, hesabı içəri verdi. O, alnına
qonan milçəyi qovub, dərin fikrə getdi. Eduard Çe
burdanidze gözlərini qıyıb müsahibindən soruşdu:
– Deyəsən, sizi yordum, yəqin yatmaq istəyirsiniz?
Andranik müsahibinin dediklərindən bezikmiş
kimi narazı halda:
– Xeyr! Yorulmamışam! Sizin erməni xalqı barədə
dedikləriniz yuxumu da qaçırtdı, – cavab verdi.
– Xahiş edirəm, sözlərimi təhrif etməyəsiniz, mə
nim erməni xalqına hörmətim var. Burada söhbət
murdar hərəkətləri ilə öz xalqına qarşı xoşagəlməz fi
kir yaradan qatı millətçilərdən, nanəciblərdən gedir.
Ona görə də rica edirəm, millətlə millətçiləri qarışdır
mayın. Mən milliyyətindən asılı olmayaraq bədxah,
riyakar, hiyləgər, əməlləri insanlığa sığmayan hər
kəsə, hətta doğma qardaşım olsa belə nifrət edirəm.
Etiraz etməsəydiniz, bu barədə başqa bir maraqlı ha
disə də danışardım.
– O nə hadisədir?! – Andranik hövsələdən çıxdı.
Görürəm, sinəniz doludur. – Əsəbi halda dilləndi. –
Yəqin yenə də bizim əleyhimizə nə isə uydurmaq
istəyirsiniz. Açığını deyim ki, qonşu kupelərin birində
yer olsaydı, buradan rədd olub gedərdim. Cəfəng
sözləriniz məni lap təngə gətirdi. Qınayan olmasaydı,
siz Eduard Çeburdanidzenin mənsub olduğu dindən
üz döndərib, gəzdirdiyim xaçdan imtina edərdim.
Eduard Çeburdanidze təmkinlə:
– Nahaq qəzəblənirsiniz, əzizim. Əsəbiləşməyin, –
dedi. – Sizi yaxşı başa düşürəm. Doğru söz həmişə acı
olur. Görürəm, dediklərimi cəfəng hesab edirsiniz.
Ancaq yanılırsınız. Bayaqdan bəri danışdıqlarımın
hamısı uydurma yox, təkzibolunmaz tarixi faktlardır.
Hərçənd ki, siz andraniklər iftira danışmağa, uydur
155
Daş y
ağan gün
ma fikirlər yürütməyə adət etmisiniz. Lakin bu cür
qeyriinsani keyfiyyətlər mənə yaddır. Bir halda ki,
vadar edirsiniz, bircə faktı da deyim, bununla da
söhbətimizi bitirək...
Eduard Çeburdanidze baxışlarına ciddi ifadə ve
rib müsahibindən soruşdu:
– Yəqin Üzeyir Hacıbəyov barədə eşitməmiş deyil
siniz. Azərbaycanın dahi bəstəkarını deyirəm. Onu
bütün dünya tanıyır.
– Eşitmişəm! Eləbelə. Ancaq onun barəsində dərin
məlumatım yoxdur. Bir də ki türk olandan sonra Üze
yir Hacıbəyov nəyimə lazımdır? Bəstəkar olmasın,
lap Allahın bacısı oğlu olsun. – Andranik Poqosyan
dodağını əyib ikrahla cavab verdi. – Türkün yaxşısına
da lənət, pisinə də, – əlavə etdi.
Eduard Çeburdanidze kinayə ilə:
– Yanlış yoldasınız, dostum. Üzeyir Hacıbəyov
sizə lazım olmasa da, mağalyanlara, manukyanlara
lazımdır. Heç bilirsənmi ki, Mağalyan onun hesabına
Amerikada məşhur incəsənət xadimi kimi adsan qa
zanıb, vardövlət sahibi olub?!
– Mağalyan kimdir? Onun bura nə dəxli var?! –
Andranik sifətini turşutdu. Və onun şübhəli baxışları
Eduard Çeburdanidzeyə zilləndi: – Onda diqqətlə qu
laq as, o barədə ətraflı danışım. Mağalyanın kim oldu
ğunu bil. – Eduard Çeburdanidze sözünə davam etdi.
– Üzeyir Hacıbəyov Azərbaycan musiqisinin banisi
dir. Təkcə Azərbaycanda deyil, bütün müsəlman
Şərqində ilk operanı Üzeyir Hacıbəyov yaradıb. “Ley
li və Məcnun”, “Koroğlu” operaları, “Arşın mal alan”,
“O olmasın, bu olmasın” komediyaları dünya miqya
sında məşhur olan neçəneçə musiqi əsəri Üzeyir
Hacıbəyovun adı ilə bağlıdır. Dəfələrlə Stalin dövlət
156
Ə
li
İld
ırı
m
oğ
lu
mükafatlarına layiq görülüb. Vaxtilə Mağalyan ona
yol tapmışdı. Üzeyir Hacıbəyovun qılığına girib bir
musiqiçi kimi onunla əlaqə yaratmışdı... Ancaq sonra
dan Üzeyir Hacıbəyova xəyanət etdi. Mağalyan yaşa
dığımız on doqquzuncu yüz illiyin birinci yarısında
Amerikaya mühacirət etdikdən sonra orada Üzeyir
Hacıbəyovun “Arşın mal alan” operettasını öz adına
çıxıb. Əsəri erməni operasının şah əsəri kimi təqdim
edib və onun müəllifi şəxsən Mağalyanın özü olduğu
barədə Amerikaya car çəkib. Utanıbqızarmadan
ermə ni artistlərindən ibarət truppa yaradıb. Üzeyir
Hacıbəyovun “Arşın mal alan” operası Mağalyanın
adı ilə Amerikanın bir çox səhnələrində tamaşaya qo
yulub. Həmin illərdə erməni incəsənətinin incisi kimi
NyuYorkda “Arşın mal alan”ın not kitabı nəşr edilib.
Kitabın üz qabığında Üzeyir Hacıbəyov yox, Mağal
yanın adı yazılıb. Bəli, bu, danılmaz bir həqiqətdir.
Onda az qala bütün Amerika əl çalırdı ki, ermənilərin
Mağalyan kimi dahi, əlçatmaz musiqiçisi zühur olub.
Əhsən belə musiqi xadiminə!! Bu minvalla Mağalyan
“Arşın mal alan” operettasından əldə etdiyi gəlir he
sabına külli vardövlət sahibi olur. Özünə təmtəraqlı
ev alır. Binanın fasadında “Arşın mal alan” yazdırır.
Mağalyan bu cür əyri yolla varlandıqdan sonra kome
diyanı ekranlaşdırmaq hüququnu kinorejissor Ruben
Manukyan adlı başqa bir erməniyə satır. Beləliklə,
erməniləşmiş “Arşın mal alan” filmi Manukyanın adı
ilə ekranlara buraxılır. Amerika və İran şəhərlərinin
divarlarını bəzəyən afişalarda musiqi müəllifi Kuşne
rev, ssenari müəllifi Manukyan, rejissor Tiqranov ya
zılır. Qısası, Üzeyir Hacıbəyovun “Arşın mal alan”ı
bir qrup erməni fırıldaqçısının girovuna çevrilir.
157
Daş y
ağan gün
Eduard Çeburdanidze sərt baxışları ilə Andranik
Poqosyanı təqib edərək:
– Axırı da, bilirsən də necə qurtardı?! – Müsahibinə
yoxlayıcı sual verdi.
Andranik Poqosyan dillənmədi. Eduard Çeburda
nidze söhbətinə davam etdi:
– Axırda da vaxtilə Üzeyir Hacıbəyovun orkes
trində violonçel çalan Okorkov Amerikaya köçəndə,
bütün bu həngamələrdən xəbər tutur və məktub vasi
təsilə əhvalatı olduğu kimi Üzeyir Hacıbəyova çatdı
rır. Belə bir ağlasığmaz xəbər operettanın əsl müəllifi
olan Üzeyir Hacıbəyovu bərk sarsıdır. O, məsələni
Azərbaycan hökumətinin başçılarına bildirir. Və SSRİ
xarici işlər naziri Molotova ərizə ilə müraciət edir.
Molotovun köməkçisindən cavab gəlir ki, Sovet İttifa
qı müəlliflik hüquqlarının müdafiəsi üzrə beynəlxalq
sazişi imzalamamışdır. Üzeyir Hacıbəyovun müəllif
lik hüququ barədəki tələbinin həlli imkanımız xaricin
dədir. Nəhayət, Üzeyir Hacıbəyovun “Arşın mal alan”
operettasının xaricdə bir qrup fırıldaqçı tərəfindən
erməniləşdirilməsi əhvalatı Stalinə çatdırılır. Sən de
mə, Stalin hələ 1938ci ildə Azərbaycan incəsənəti
ongünlüyündə “Arşın mal alan” tamaşasına baxıb və
bu əsərə heyran olub. Hətta Stalin deyib ki, “Arşın mal
alan”a inqilabdan əvvəl də baxmışam. Yaxşı xatirim
dədir, onda operettanın ürəyəyatan mahnıları Gür
cüstanda dildəndilə düşmüşdü. Stalin düşünür ki,
okeanın o tayında fəaliyyət göstərən şirkətlərə nəyi
isə qadağan etmək bir qədər müşkül məsələdir. Odur
ki, öz əsərimizi özümüz kinolaşdırıb dünya ekranları
na buraxaq. Qoy bütün kürreyiərzə əyan olsun ki,
“Arşın mal alan”ın əsl yaradıcısı kimdir? Belə də edi
lir. Böyük Vətən müharibəsinin qanlıqadalı illərində
Dostları ilə paylaş: |