150
Ə
li
İld
ırı
m
oğ
lu
Andranik:
– Onda uydurma danışırsınız, – dedi. – On bir əsr
hara, ermənilər hara?!
Eduard Çeburdanidze:
– Əzizim, xahiş edirəm, gəl bu söhbətə nöqtə qo
yaq. İstəyirsinizsə, aramızda qanqaraçılıq olmasın, bu
“Qabusnamə” məsələsini açıbağartmayaq. Ayrı söh
bətə keçək.
– Yox! Mən bunu bilmək istəyirəm. – Andranik
əlini kupenin balaca stoluna vurub Eduardı təbdən
çıxartdı:
– Bir halda ki, təkid edirsən, qoy deyim. – Eduard
sözünə davam etdi. – “Qabusnamə”də yazılıb ki, er mə
nilər vəfasız, riyakar, ürəyi xıltlı, yersiz hayküy sa
lan, gözü götürməyən, oğru məxluqdur. Mən “Qabus
namə”də bunları oxuyanda, düzü, din qardaşlarımın
əvəzinə xəcalət çəkdim. Ancaq nə etməli?! Neçə əsr
bundan əvvəl barənizdə yazılan eyibləri nizdən hələ
də nəticə çıxartmamısınız. Bir az da üstü nə qoymusu
nuz. Ermənilərin qatı millətçiləri nə özlə rinə hörmət
qoyur, nə də ki, xalqına.
Eduard Çeburdanidze təəccüb və təəssüf məna
sında başını yırğalayaraq:
– Ütük ermənilər “Qabusnamə”də onların ünvanı
na deyilənləri örtbasdır eləmək üçün dəridəndır naq
dan çıxırlar. Cürbəcür yollar axtarırlar ki, əsərin tər cü
mələrində ermənilər haqqında deyilənlər əsas mətndən
çıxarılsın. Düzdür, buna müəyyən qədər nail olublar.
Böyük şərqşünas akademik Bertelsin rus dilinə tərcü
məsində həmin bədnam mətləb ixtisar olunub. Ancaq
cidanı çuvalda gizlətmək olmaz. Siz çalışın ki, bu qara
ləkə “Qabusnmə”dən və yaxud başqa əsərlərdən yox,
xəbis ermənilərin məkrli xislətindən silinsin.
151
Daş y
ağan gün
Eduard Çeburdanidze sözünə fasilə verib nəyi isə
deməyə tərəddüd edirmiş kimi fikrə getdi və bir siqa
ret yandırıb kinayə ilə:
– Qəribədir, – dedi, – siz də bədəməlləri ilə millətini
gözdən salanlara bəzəklidüzəkli vətən fədaisi donu
biçirsiniz. Azərbaycanda isə bəzən öz xeyriyyəçilərinə,
milli təəssübkeşlərinə şəbədə qoşurlar. Bakıda çox ol
muşam. Zeynalabdin Tağıyevin, bayaq adını çəkdiyim
laçınlı Sultan bəyin... adları qara siyahıdadır. Şaum
yanların, mikoyanların şəkillərini isə başlarının üstün
dən asırlar. Məni təəccübləndirən odur ki, mövzu qıt
lığından əzab çəkən bəzi qələm adamları da sanki
millətinə qənim kəsilib. Onların aynasında öz xalqı
nın bir çox təpərli adamları başayaq görünür.
Eduard Çeburdanidze təəssüflə başını buladı və
onun baxışlarında acı istehza dolaşdı. Andranikin tər
basmış sifətinə nəzər salaraq:
– O barədə bəxtiniz gətirib, – dedi. – Erməni hiy
ləgərliyi qonşu müsəlman ölkələrində yaxşıca karını
za gəlir. Məkrli niyyətinizi altdanaltdan həyata keçir
məkdə bir cansınız. Məzlum qiyafəsinə bürünüb föv
qəl dövlətlərin qoltuğuna qısılmaqda mahirsiniz. Güc
lülərin qucağında oturub, qonşulara dirsək göstərib
daş atmaq köhnə adətinizdir. Amma anlaya bilmirsi
niz ki, bu, sizə heç də əbədi uğur gətirə bilməz. Belə
bir yanlış yolun sonunda üzləşəcəkləriniz sizi çətin ki,
sevindirsin. Onda siz andraniklər, şaumyanlar, hama
zaslar... dəsmal götürüb ağlamalı olacaqsınız. Həmin
məqamda çətin ki, göz yaşlarınızı silən tapılsın. Çünki
heç harda üz yeri qoymamısınız. Onu da deyim ki,
sizin dənizdəndənizə xülyanız da mənə çox miskin
görünür. Çünki bu cəfəng yolda itirəcəklərinizin qa
zanacaqlarınızdan qatqat çox olacağına əsla şübhə
152
Ə
li
İld
ırı
m
oğ
lu
etmirəm. Bax belə, mənim kupe yoldaşım, xaç qarda
şım, Andranik Vazgenoviç!!
Eduard Çeburdanidze müsahibinin pərt olduğu
nu hiss edib çiyinlərini qaldıraraq:
– Əlbəttə, – dedi, – bu barədə münəccimlik etmək
fik rində deyiləm. Ona görə də danışdıqlarım sizin
üçün inandırıcı olmaya da bilər. Mən buna təbii baxı
ram. Lakin onu da nəzərə alın ki, bu sözləri sizə uzaq
keçmişlərə, yaxın gələcəyə ekskursiya edən və başı
daşdandaşa dəyən tarixçialim deyir. Düz danışdığına
görə aldığı ağır cəzaları qiymətli mükafat kimi qəbul
edən bir alim. Başqa bir misal. Elə götürək Yerevanı.
Orada neçə türk ailəsi yaşayır?! Lakin Türkiyədə, İran
da və başqa müsəlman ölkələrində məskunlaşan
minlərlə erməni kefə baxır. Bunu necə anlamaq olar?!
Cənab Andranik Vazgenoviç! O ki qaldı qurubqu
raşdırıb ortalığa atdığınız genosid nağılına, o vaxt
Türkiyədəki ermənilər milli mənsubiyyətlərinə görə
yox, milli xəyanətlərinə, satqın hərəkətlərinə görə qır
ğına məruz qalıblar. Daha doğrusu, qurduqları tələyə
özləri düşüblər. Bir də ki kənar dövlətlərin köməyi, ha
vadarlığı, fitvasıynan siz özünüz də az türk qırmamısı
nız. Tarixi gerçəkliyi nəzərə alıb, qəti bir inamla
deyərdim ki, an dra niklərin, hamazasların, şaumyanla
rın başçılığı ilə siz ermənilər tərəfindən müsəlmanlara
qarşı əsl genosid Azərbaycanda həyata keçirilib. Bütün
bunları ikimiz üçün deyirəm. Bu danışdıqlarım kupedə
də qalmalıdır. Dərinə getsək, alacaqlı yox, verəcəkli çı
xarsınız. Ona görə də gəl bu cür məsələləri çox da qur
dalamayaq. Bir də ki, siz elə hesab etməyin ki, nəyinsə
xatirinə türklərin və azərbaycanlıların tərəfini saxlayı
ram. Bunu ağlınıza belə gətirməyin. Anlamalısınız ki,
mən də sizin kimi xristianam və ibadət üçün məscidə
153
Daş y
ağan gün
yox, kilsəyə üz tuturam. Ona görə də din qardaşlarımı
başqalarının ayağına vermərəm. Ancaq dinindən,
dilin dən, kimliyindən asılı olmayaraq, hər bir məsələyə
vicdanımın qanunları ilə yanaşıb düz danışmalıyam.
Ağı ağ, qaranı qara. Düzü düz, əyrini əyri. Xəmirim
belə yoğrulub. Mən nə edim ki, həqiqəti danışmaq si
zin xeyrinizə deyil. Çünki sizin başbilənləriniz Tanrı
nın nəzərindən uzaq olan başqa bir yolu seçib. Özü də
qorxulu, xatalı, qanlıqadalı bir yol.
Eduard Çeburdanidzenin nəfəsi tıncıxdı. O, havası
nı dəyişmək üçün kupenin qapısını açıb koridor boyu
o başbu başa bir neçə dəfə vargəl etdikdən sonra geri
döndü. Və sakitcə yerində əyləşib çənəsini ovuşdura
ovuşdura Andranikə müəmmalı nəzər yetirdi:
– Xətrinizə dəyməsin, yaman fəndgirsiniz haa, –
dedi. – Mələk qiyafəsinə bürünüb, hər yerdə özünüzü
başıbəlalı, yazıq, həm də hər şeyə qadir xalqın nü ma
yəndəsi kimi göstərməkdə mahirsiniz. Ona görə də
yaxın, uzaq ölkələrin, xüsusilə Amerika və Fransanın
bir çox sözükeçən, nüfuzlu şəxslərini asanlıqla ovsun
layıb öz tərəfinizə çəkməyi, məkrli niyyətlərinizi hə
yata keçirmək üçün onlardan istifadə etməyi bacarır
sınız. Bu barədə ermənilərə qibtə etmək olar. Er məni
lobbisi Fransada, Amerikada senatorları, qubernator
ları, dövlət məmurlarını belə barmaqlarında oynadır
lar. Ermənilərdən ötəri canfəşanlıq edib, dəridən
dırnaqdan çıxan Amerika, Fransa, İngiltərə başbilən
ləri Azərbaycan kəndlərinin, şəhərlərinin xarabalıqla
rını gözləri ilə görə bilsəydilər, yəqin ki, hansı yuva
nın quşu olduğunuzu anlayıb başa düşərdilər. Və
sizdən ötəri etdikləri canfəşanlığa görə xəcalət çəkib,
vicdanları qarşısında özləriözlərinə nifrət edərdilər.
Dostları ilə paylaş: |