142
Ə
li
İld
ırı
m
oğ
lu
düşmürsünüz, bu, sizin öz işinizdir. Gəzdirdiyiniz
xaça and olsun ki, burda bircə kəlmə də olsun artırıb
əskiltmirəm. Əsl həqiqəti deyirəm.
Andranik gördü ki, kupe yoldaşı tamam başqa
əqidəli adamdır. Bildiyini dədəsinə də verən deyil.
Onu fikrindən döndərmək olmaz. Odur ki, düz Edu
ardın gözlərinin içinə baxaraq rişxəndlə:
– Nə bilirsən, de gəlsin, siz kəndini yandırdığımız
müsəlmanlar kimi yaman qərəzli danışırsınız. Buyu
run, eşidirəm, – dedi. – Ancaq rica edirəm, əndazəni
aşıb təhqirə keçməyəsiniz. Bəri başdan onu da deyim
ki, bu cür uydurma sözlərlə məni yolumdan döndərə
biləcəyinizi ağlınıza belə gətirməyin və açığını deyim
ki, gürcü olmağınıza, ermənilərlə qohumluğunuza,
müqəddəs xaça etiqad etməyinizə qəti şübhəm var.
Tam əminəm ki, damarlarınızdan türk qanı axır. Xaç
pərəstlikdən uzaq bir adamsınız. Yoxsa şərəfli adını
daşıdığım, yüzlərlə Azərbaycan kəndini altüst eləyən
əfsanəvi qəhrəman barədə bu cür zəhlətökən ibarələr
uydurmazdınız.
– Hörmətli Andranik! Mənim yol yoldaşım, din
qar daşım, siz tarixi həqiqəti, təkzibolunmaz obyektiv
gerçəkliyi təhqirlə qarışdırırsınız. Mən isə sizin xoşunu
za gəlibgəlməməsindən asılı olmayaraq, tarixi fakt
lara əsaslanıb olanı deyirəm. Və xahiş edirəm, mə nim
xaçpərəstliyimə şəkkşübhəniz olmasın. Sizin başa
düş düyünüz kimi dinimi, vicdanımı dansaydım, şan
şöhrətim yerəgöyə sığmazdı. Elə xaça, dinimə, insan
lığıma sadiq olduğum üçün bu günə qalmışam. Əslin
də din elə vicdan deməkdir. Ancaq haqqədalətin tə
rə fində dayandığıma görə bu dəqiqələrdə çörək kəs
diyim kupe yoldaşımın da məndən zəhləsi gedir və
onun əlində əlac olsaydı, müsəlmanlara atdığı gül lə
143
Daş y
ağan gün
nin birini də buradaca mənim başıma çaxardı. – Edu
ard Çeburdanidze bunları deyib daha da hiddətləndi:
– Sizin qəhrəman hesab etdiyiniz Andranik əvvəl
“Qnçaq”, sonra daşnaksutyun partiyasına daxil olub.
Bir dəstə erməni fanatikini başına yığıb türklərə arxa
dan zərbə endirib. Bilirsinizmi, türklərdən daha çox
kürdlər onun silahlı dəstəsinə divan tutub. Sərrast ni
şan almaq məharətinə malik olan kürd qadınları er
mə ni xəyanətinə qarşı fədakarlıqla vuruşublar. Belə
liklə, Andranik Türkiyədə erməniləri qırğına verib və
rüsvayçı hərəkətini hiss edən kimi tez sivişib aradan
çıxıb. Bir çox ölkələri gəzibdolaşandan sonra Bolqa
rıstanda peyda olub. Türkiyəyə qarşı Balkan müha
ribəsi vaxtı bolqar ordusu tərkibində erməni könüllü
lərindən ibarət dəstə yaradıb. Türklərə qarşı mühari
bədə canfəşanlıq göstərdiyi üçün Bolqarıstanın Ali
Dövlət mükafatları ilə təltif olunub. Və həm də Bolqar
vətəndaşlığını qəbul edib. Birinci Dünya müharibəsi
dövründə rustürk müharibəsində doğulduğu öz ana
vətəninin insanlarına qarşı amansız xəyanət yolu tu
tub. Və buna görə rus hökuməti onun sinəsindən
neçəneçə orden və medallar asıb. Hansı xidmətlərinə
görə?! Türklərə qənim kəsildiyinə, türk qanına susa
dığına görə. Bütün bunların müqabilində yazıq, məz
lum qiyafəsinə bürünüb, utanıb həya eləmədən aləmə
car çəkirsiniz ki, türklər bizi genosid edib.
Eduard Çeburdanidze müsahibinə sərt nəzər sala
raq:
– Adını daşıdığınız Andranik Ozanyanın Türk dün
yasına qarşı məkrli xain hərəkətləri məgər birdir, beş
dir?! Hansını deyim. Axırda da, daha doğrusu, 1917ci
ildə rus ordusunda fərarilik, hərcmərclik başlayan
kimi, orada da duruş gətirməyib və fürsəti fövtə
144
Ə
li
İld
ırı
m
oğ
lu
vermədən Ermənistana üz tutub. Minlərlə ermənini
tovlayıb ordu düzəldib. Sonra azərbaycanlılara qarşı
hücuma başlayıb, yüzlərlə Azərbaycan kəndini məhv
eləyib. Mənim elmi işim Qafqaz xalqlarının tarixi ilə
əlaqəli olduğu üçün bir çox dəhşətli faktlar tapıb üzə
çıxarmışam. Bayaq dediyimi bir də təkrar edirəm.
Zəngəzur qəza rəisinin 1918ci il 11 dekabr tarixli 185
nömrəli teleqramında göstərilir ki, Andranikin qonşu
müsəlman kəndlərinə hücumu başlayıb. Onlar qadına,
kişiyə, qocaya, cavana baxmır, hamısını vəhşicəsinə
qətlə yetirir, meyitlərini eybəcər hala salırlar...
Eduard Çeburdanidze həyəcanlandığından bir qur
tum su içib ikrahla başını buladı:
– Andranikin qoşunu növbəti hücumda belə bir
plan cızır ki, Azərbaycanın Qarabağ camaatına divan
tutsun, – sözünə davam etdi. – Ancaq Laçının Zabux
dərəsində Sultan bəyin müdafiə dəstəsinin müha sirə
sinə düşüb, ordusunu görünməmiş qırğına verib.
Andranik sağ qalan bir neçə silahlı ilə suyu süzülmüş
halda geri çəkilməyə məcbur olub.
Andranik Laçının, Zabuxun, Sultan bəyin adlarını
eşidəndə hirsindən qədəhini konyakla doldurub heç
bir sağlıq demədən başına çəkdi və doluxsunub xırıl
tılı bir səslə:
– Laçın döyüşü mənim ən ağrılı yerimdir, – deyib
Eduardın sözünü kəsdi: – Bizim kəndin adamları ən
çox orda qırılıb, – əlavə etdi. – Mıkırtıç, Sergey adlı iki
qardaşım həmin döyüşdə həlak olub. Ermənistandan
Qarabağa gedən yeganə magistral yol Zabux kəndinin
yanından keçir. Hər dəfə o yerləri görəndə qəlbim
qan ağlayır...
Eduard Çeburdanidze Laçın, Zabux, Sultan bəy
məsə ləsində Andranik Vazgenoviçi təbdən çıxartdı.
145
Daş y
ağan gün
Onu yüzlərlə erməninin və ya müsəlmanın qanına
qəltan olması yox, qardaşlarının ölümü kövrəltdi. Ona
görə də Eduard müsahibinə üzrxahlıq etmək istədi:
– Bilsəydim, bu Zabux, Laçın, Sultan bəy söhbətini
dilə gətirməzdim. İndi siz təsəvvür edin, milli qəhrə
ma nınız minlərlə mıkırtıçları, sergeyləri tovlayıb gü
daza verib. Arvadları ərsiz, uşaqları yetim qoyub. Si
zin qəhrəmanın axıtdığı göz yaşlarını bir məcraya
yığ maq mümkün olsaydı, Kürdən dərin çay əmələ
gələrdi. Qan tökmək! Göz yaşı axıtmaq! Kəndləri
məzarlığa çevirmək... Bu cür insan qatillərini milli
qəh rəman kimi mədh etmək, şəxsən mənə olduqca
miskin təsir bağışlayır. Bütün bunları bilən bir şəxsi
onun şərəfinə badə qaldırmağa sövq edirsiniz!! Açığı,
sizin yerinizə xəcalət çəkirəm. Barı eybinizə kor olun.
Bu cür rəzalətləri açıb ağartmayın!
Andranik dillənmək istəyəndə Eduard əlinin hərə
kəti ilə onu saxladı:
– İmkan verin sözümü tamamlayım, – dedi. – Sizin
bilmədiyiniz hələ çox şey var. O vaxtlar Andranikin
törətdiyi fitnəfəsada görə türk ordusunun hücuma
keçəcəyindən ehtiyat edən erməni hökuməti 31 avqust
1918ci ildə Moskvaya, İstanbula, Berlinə söz verir ki,
Andranik öz dəstəsi ilə Ermənistana ayaq bassa, elə
həmin andaca həbs olunub hərbi tribunala veriləcək.
Eduard Çeburdanidze bunları danışıb yerində yır
ğalanaraq:
– Bax, beləbelə işlər, mənim din qardaşım, – dedi.
– Andranikin axıraqibəti də o oldu ki, qorxusundan
başını götürüb Amerikaya qaçdı. Çünki nə Qafqazda,
nə də ki, türk dünyasında üz yeri qoymamışdı.
Onların qabaqqənşər oturduğu yumşaq kupeyə
ağır sükut çökdü. YerevanMoskva qatarı isə heç
Dostları ilə paylaş: |