129
Daş y
ağan gün
onabuna sırımaq üçün dəridənqabıqdan çıxan sırtıq
satıcılarla alıcıların səsküyü uzaq səfərə çıxan yor
ğun yolçuları bezdirib onların yuxusuna haram qatır
dı. Bütün bunlar sakitsakit xoruldayan Andranikin
əsla vecinə deyildi. Onun yanında top da atılsaydı,
halına təfavüt eləməzdi.
Hava işıqlananda təzə sərnişin yerindən qalxıb ku
penin havasını dəyişmək üçün ağ pərdələri yana çəkib
pəncərəni açdı. Gün çıxmışdı. İçərisində yüzlərlə sə
rnişin olan qatar da sanki sübhün şəfəqlərindən vəcdə
gəlib, sürətini getdikcə artırırdı. Bələdçi qadın kupe
nin qapısını aralayıb başını içəri saldı, məzəmmətedici
baxışları ilə kupeyə göz gəzdirdi və:
– Nə çox yatırsınız? – dedi. – Sizə nə lazımdır, çay
gətirim? – soruşdu.
Andranik qurcalanıb, yorğanı üstündən atdı və
kupe yoldaşına diqqətlə nəzər salıb, kal səslə:
– Barus, ara, hayes, turkes? – soruşdu.
Onun kupe yoldaşı gülümsəyib:
– Mən nə hayam, nə də ki, türk. Gürcüyəm. Edu
ard Çeburdanidze, – laqeyd cavab verdi.
Çalğıbığ sərnişin də özünü ona təqdim etdi:
– Andranik Poqosyan, – dedi. – Bilmək istəyirəm
ki, bizlərdənsiniz, yoxsa türksünüz?
– Bəlkə, siz azərbaycanlı demək istəyirsiniz. Çünki
buralarda türk yaşamır. Olsa da təsadüfən...
– Ay astos, türk, Azərbaycan, fərqi nədir? Hamısı
bir toxumdur. Onların kökü kəsilsin.
– Məndən yaşlı olsanız da, söhbətimizin əvvəlində
birdənbirə mənimlə bu tonda danışmağınız xoşuma
gəlmədi.
– Ara, Eduard, axı, biz din qardaşıyıq. Bilirsən ki,
onlar ermənilərin qatı düşmənidir. Bizi genosid eləyib
pərənpərən salıblar.
130
Ə
li
İld
ırı
m
oğ
lu
Eduard Çeburdanidze:
– Mənim tarixdən azçox xəbərim var. Neçə illərdir
ki, arxivdə işləyirəm. Acığınıza gəlsə də, düzünü
deməliyəm. Biz dünyaya insan kimi gəlmişik. Şüurlu
məxluq kimi özünə hörmət edən hər bir kəs kiminsə
xoşuna gəlibgəlməməyindən asılı olmayaraq, gərək
həqiqəti danışsın. Yalançı Allahın düşmənidir, yalan
ayaq tutar, amma yeriyə bilməz, – deyiblər. Yalanın
başqa bir adı da əxlaqsızlıqdır. Bu, uydurma genosid
məsələsi köhnə söhbətdir. Əsl həqiqətə gəlincə, o vaxt
erməniləri qırmayıblar. Ermənilər özlərini qırdırıblar.
Daha doğrusu, nə qədər qırıblarsa, bir o qədər də qırı
lıblar. Bir də ki, atalar demişkən, həmişə günah öləndə
olar. Həmin qanın tökülməsinin birinci səbəbkarı da
elə ermənilərin özləri olub. İydə varsa, tağalaqda da
var. Sizin kimi yaşlılar ürəyində bu cür kinküdurət
saxlayandan sonra, gənclərə nə deyəsən?.. Ədavət heç
kimə xeyir gətirməyib. Sizə nəsihət verib, ağıl öyrət
mək fikrində deyiləm. Bu cür olubkeçmiş, köhnə
əhvalatları başınızdan çıxardın getsin...
Eduard Çeburdanidzenin bu cür sərt cavabları An
dra niki açmadı. Andranik də daxili etirazını büruzə
verməmək üçün zarafat edirmiş kimi irişib ayağa qalx
dı və əlüz dəsmalını götürüb, yuyunmağa getdi. Ku
peyə qayıdanda diqqəti bayaqkı söhbətdən yayındır
maq üçün özünü şən göstərməyə çalışaraq əllərini bir
birinə sürtdü:
– Bəlkə səhərsəhər boğazımızı yaşlayaq, – Eduar
da müraciət etdi.
Eduard razılıq mənasında tərəddüdlə çiyinlərini
qaldırdı və:
– Etiraz etmirəm. Ancaq elə burada nahar eləyək,
– dedi. – Səhərsəhər restoran tünlük olur. Çamada
nımda ev çörəyi, soyutma toyuq, pendir, kolbasa,
131
Daş y
ağan gün
konyak var, – əlavə etdi. – Çatmayanı da restorandan
gətirdərik.
Andranik Poqosyanın kefi duruldu. Onlar kupe
nin qapısını örtüb, özlərinə xudmani səhər süfrəsi
düzəlt dilər. Andranik konyak şüşəsini görəndə göz
ləri işıqlandı.
– Ara, Eduard, görürəm, kefi kök adama oxşayır
san, gərək yaxşıyaxşı vuraq, – deyib yol bələd çi lə rin
dən aldıqları qədəhlərinə konyak süzdü.
Andranik konyak dolu stəkanı öpüb gözünün
üstünə qoydu və:
– Birinci qədəhimizi tanışlığımızın şərəfinə! – dedi.
Eduard müsahibinin təklifi ilə razılaşdı...
Qədəhlər birbirinə toxunub cingildədi... Eduard
cib dəsmalını çıxarıb dodaqlarını sildi. Andranik əlin
dəki çörəyi əvvəlcə burnuna tutub dərindən qoxuladı
və sonra yeməyə başladı.
Növbəti qədəhlər qaldırılanda Andranik Poqos
yan:
– Mənim xüsusi bir sağlığım var, – dedi. – Etiraz
etməsəydiniz, bunu da erməni xalqının milli qəhrə
manı, fəxrimiz, başımızın tacı Andranik Torosoviç
Ozan yanın sağlığına içək. Qoy onun ruhu şad olsun.
Andranik Torosoviçin müqəddəs ruhu agah olsun ki,
o dünyada olsa da bu dünyada onun xidmətlərini
unutmuruq. Yeganə şəxsiyyətdir ki, tarixi düşmənimiz
olan türklərin burnunu ən çox o ovub. Yüzlərlə Azər
baycan kəndini yandırıb, adamlarını uşaqlıböyüklü
qılıncdan keçirib. Bu gün fəxr edirəm ki, elə bir föv
qəladə qəhrəmanın mənsub olduğu millətdənəm.
Eduard Çeburdanidze nə demək istəyirdisə, And
ranik ona imkan vermədi və nitqinə fəxrlə davam
etdi:
132
Əli İldırımoğlu
133
Daş y
ağan gün
– Qoy bir sirri də açım, atam onun adını mənə qo
yub, – dedi. – Atam Vazgen onun sağ əli olub, ordu
sunda namusla xidmət eləyib. Mənim əsl adım Xaça
turdur. Atam sonradan adımı dəyişib Andranik qo
yub. Cahıl oğlan olanda Andranikin çağırışı ilə onun
ordusuna yazılmışam. Bu şərəfli adı daşıdığıma görə
özümü dünyanın ən xoşbəxt adamı hesab edirəm.
Əgər Andranik olmasaydı, türklər çoxdan ermənilərin
axırına çıxmışdı.
Eduard Çeburdanidze onun sözünü kəsmək istədi.
Andranik isə içkinin təsirindən danışdıqca qızışırdı.
O, cavanlığından içkiyə aludə olduğundan, indi də
bir qədər yaşlandığından, son vaxtlar dilinə bir damcı
dəyən kimi ipinin ucunu itirib, özünüsözünü bilmir
di. Ona görə müsahibini eşitmirmiş kimi:
– Ara, Eduard, onun əlinə dönüm. 1918ci ildə An
dra nikin başçılığı ilə Zəngəzurda və ona yaxın olan
rayonlarda yüzlərlə Azərbaycan kəndini yandırıb,
külə döndərdik. Uşaq, böyük, cavan, qoca – hamısını
milçək kimi qırdıq.
Eduard əsəbiləşərək müsahibinin ətəyindən tutub
yerində oturtdu və təkidlə onun sözünü kəsdi:
– Qoca, sizin dediklərinizdən xəbərdaram. Bu ha
di səyə arxiv sənədlərində təsadüf etmişəm, – Eduard
Çeburdanidze Andranikin sözünü təsdiq etdi. – Dedi
yiniz faktlar tarixinə qədər dəqiq yadımdadır. Zən gə
zu run qəza rəisinin 1918ci il 11 dekabr tarixli, 185
nömrəli teleqramını diqqətlə oxumuşam. Orada rəs
mən qeyd olunur ki, ingilisfransız nümayən də li yinin
tələbi ilə müsəlman qoşunlarının geri çəkilmə sin dən
istifadə edən Andranik, qonşu Azərbaycan kəndlərinə
divan tutur. Onlar qadına, kişiyə, qocaya, cavana bax
madan, hamısını vəhşicəsinə qətlə yetirir, meyitlərini
Dostları ilə paylaş: |