166
Ə
li
İld
ırı
m
oğ
lu
– Pərman kirvə, – dedi. – Bir məsələ yadımdan çıx
dı. Ona görə yolunuzdan elədim. İndi həftənin beşin
ci günüdür. Sabah yox, birisi gün, üzümüzə gələn ba
zar, düz saat bir tamamda sizi burda, qəstinisənin
girəcəyində gözləyirəm. Qızımı da gətirməliyəm. Siz
də Mədinə xanımı, uşaqlarla birlikdə gətirərsiniz. Gü
norta yeməyinə qonağımsınız. Ki, sözümü sındırası
nız, inciyərəm.
Fərman əvvəlcə tərəddüd etdi. Andranikin təkidli
təklifindən sonra:
– Yaxşı, gələrik, – dedi.
Fərman qonaqla şərtləşib qapıdan çıxmaq istə
yəndə, Andranik eyni təkidlə:
– Pərman kirvə, – dedi, – Bazar günü sizi səbir
sizliklə gözləyirəm, ha! Mütləq gəlin! Məssəb haqqı ki
gəlməsəniz, sizdən küsərəm.
– Suren kirvə, xatircəm olun, söz danışıqdan keçər.
Ürəyinizi buz kimi saxlayın. Dediyiniz vaxt ailəlikcə
burdayıq. – Fərman onu arxayın saldı.
Onlar razılıq mənasında birbirinə əl etdilər.
Andranik sadə, səmimi davranışı, xoş sözləri ilə
Fərmanla Mədinəni necə ovsunlamışdısa, onların
dilindən düşmürdü. Şam yeməyindən sonra Fərmanla
Mədinə yenə də Surendən söhbət saldılar. Valideyn
lərini diqqətlə dinləyən Namiqlə Sevilin də qəlbində
Suren kirvəyə qarşı rəğbət hissi yaranmışdı. Və
Surenlə görüşü, ataanalarından betər, balacalar
səbirsizliklə gözləyirdilər.
Fərman:
– Taksi meydançasında çoxlu maşın dayanmışdı,
– dedi. – Sən bir qismətə bax, Suren bir heylə taksini
qoyub düz mənim üstümə tərəf gəldi.
167
Daş y
ağan gün
– Yəqin torpaq həsrəti onu sənə ürcah eləyib. –
Mədinə dilləndi. – Erməni olsa da, hamımız bir bula
ğın gözündən su içmişik. Yəqin elə o bulağın suyu sizi
birbirinizə tuş gətirib.
– Surenlə görüşüb tanış olanda bütün Şurnuxu
meşələri, Məzrə düzləri, Gorus şəhəri, Şahverdi kəndi,
Üçtəpə yaylaqları gəlib durdu gözümün qabağında.
– Bunu da Fərman dedi.
– Ata, kəndə gedəndə Suren kirvəni qonaq çağırar
san, yaxşı?! – Balaca Namiq titrək bir səslə dilləndi.
– Əlbəttə, əlbəttə, elə o da bizim yolumuzu gözləyir.
Kəndə ayağımız düşəndə bizi qonaq çağıracaq. Özü
də dedi ki, Fərman, bizim Kərəvincə gəlsən, səni
ailəlikcə bir həftə buraxan deyiləm. Gündə qabağında
bir qoyun kəsəcəyəm, – Fərman oğluna cavab verdi.
Mədinə bu söhbətdən vəcdə gələrək:
– Fərman, – dedi. – Bazar günü Surenin yanına
əliboş getməyək. Yaxşı olar, qızına qızıl sepdənzad
dan bir şey alaq. Gedəndə də özün aparıb vağzaldan
yola salarsan. Arvaduşağına da adımıza layiq hədiy
yə düzəldərik.
Namiq həvəslə:
– Ana, – dedi, – mənə pul ver, bazar günü Suren
əminin yanına gedəndə burada oxuyan qızı üçün bir
dəstə gül alım aparım.
* * *
...Axır ki, gözlənilən vaxt gəlib çatdı. Bazar günü
səhərin gözü açılmamış onlar yuxudan sevinclə qal
xıb əlüzlərini yudular, nahar yeməyindən sonra toya
hazırlaşırmış kimi, səliqə ilə geyinibkecinib həyətə
endilər. Fərman, Mədinə xanım, onların hələ məktəb
yaşına çatmamış iki övladı maşına əyləşib qızıl bo
168
Ə
li
İld
ırı
m
oğ
lu
yunbağı almaq üçün dükanbazarı birbirinə vurdu
lar. Axır ki, son dəbdə olan bir qızıl boyunbağı tapıb
aldılar. Və Surenin dediyi vaxtdan bir neçə dəqiqə qa
baq “Moskva” mehmanxanasında oldular. Andranik
gözə dəymirdi. Fərman saatına baxaraq:
– Hələ vaxta var, – dedi. – Suren harda olsa, indi
lərdə gələr.
Ataana uşaqların əlindən tutub foyedə sakitsakit
gəzməyə başladılar. Namiq teztez əlindəki gül dəstə
sinə baxırdı. Vaxt keçsin deyə Fərmanla Mədinə xa
nım gəzinəgəzinə divarlardan asılmış müxtəlif şəkil
ləri, rəssamların əsərlərini maraqla seyr edirdilər. Fər
man yenə saatına baxdı. Artıq Andraniklə vədələşdiyi
vaxtdan bir saat keçmişdi. Fərman: “Yəqin xəstələnib
eləyib. Bəlkə də qızının arxasınca gedib, qayıtmayıb.
Yoxsa Suren bu hövsələnin sahibi deyildi” – daxilən
düşündü.
Mədinə isə ilk dəfə gördüyü foyenin səliqəsahma
nına baxırdı. Namiqlə Sevil isə teztez soruşurdular:
– Ata, bəs Suren əmi hardadır?
Uşaqların verdiyi suallar Fərmanın əhvalını korla
dı. İstədi yuxarı mərtəbəyə qalxıb, Surenin hansı otaq
da qaldığını öyrənsin. Sonra fikrini dəyişdi. Küncdəki
divanı Mədinə xanıma işarə edərək:
– Beş dəqiqəliyə orada əyləşin, bu saat gəlirəm, –
deyib administratorun kabinetinə tərəf döndü. Qapı
nı şəstlə açıb içəri daxil oldu. Administratorla görü
şüb, halxoş eləyəndən sonra soruşdu:
– O üç gün bundan qabaq yer üçün sizdən xahiş et
diyim yoldaşla görüşməliyəm. Ulubabyan Suren Ara
mais oğlu. Səhv etmirəmsə, adını hara isə yazmısınız.
Zəhmət olmasa, yoxlayın görüm, o, hansı otaqda qalır?
Mən bilən ona ikinci mərtəbədə yer verməli idiniz.
169
Daş y
ağan gün
– Hə, hə, yadımdadır. Ancaq o adamdan baş açma
dım. – Administrator başını yana əyib dodağını büzdü.
– Necə bəyəm? – Fərman təəccüblə soruşdu.
– Necəsi odur ki, düzdür, mənə tapşırdığınız Ulu
babyan Suren Aramais oğlunun adını burada qeyd
etmişəm. – Administrator qarşısındakı qeydiyyat dəf
tər çəsini göstərdi. – Siz gedəndən cəmi beşon dəqiqə
sonra anket doldurmaq üçün onun pasportunu alıb
nəzərdən keçirəndə çaş qaldım. Düzü, gözlərimə
inanmadım. Sizin mənə dediyinizlə, şəxsiyyət sənə
dində göstərilən adfamiliya uyğun gərmirdi. Pas
portda ayrı adfamiliyadır – Poqosyan Andranik Vaz
gen oğlu. Təəccüb məni götürdü. Soruşdum ki, vətən
daş, sizi tapşıran adamın dediyi adfamiliya, pasport
la düz gəlmir. Bu, nə hoqqadır?! Açığını deyim ki, bir
qədər əsəbiləşdim də. O, suçlu adamlar kimi özünü
itirdi. Burnunun ucuna qədər qızardı. Tez pasportunu
əlimdən qapdı. – Administrator güləgülə: – Bəli, al
madı, qapıb, üstəlik məndən üzr istədi. Dedi ki, siz
haqlısınız. Bu, mənim yox, xalam oğlunun pasportu
dur. Səhvən dəyişik düşüb. Mənə bir saat möhlət ve
rin, öz pasportumu götürüb gəlim. Mən də razılaş
dım. Bir saat oldu on saat, gəlmədi. Sizə görə gecənin
yarısına qədər ikinci mərtəbədə biradamlıq nömrəni
ona saxladıq. Gördüm gəlmədi, verdik başqasına. Nə
məsələdirsə, o adam daha buralara üzükmür. Siz
onunla rastlaşmamısınız?
– Xeyr, – Fərman könülsüz cavab verdi.
– Axı, siz özünüz onu mənə tərifləyirdiniz ki, bağ
belə, bostan belə. Yaxşı adamdır, bir yerliyik, qonşu
kəndliyik, yaxın dostumdur... – Administrator bunla
rı deyib baxışlarına təmkinli ifadə verdi və soruşdu:
– O adamı hardan tanıyırsınız?
Dostları ilə paylaş: |