104
Ə
li
İld
ırı
m
oğ
lu
geyirlər. Bir də ki, ay oğul, biz kənd adamıyıq. Hər
gün dağdadaşdayıq, dərətəpəyə çəkmə dözər?! O
cəhət dən saa halal olsun. Elə olur ki, ayda bir dəfə
məndən gön istəmirsən. Həmişə yamaqlı çarıq
geyirsən. Dağılan yerini də özün yamayıb düzəldirsən.
Düzünü də sən eləyirsən. Gərək adam yorğanına görə
ayağını uzatsın. Dədəbabadan çarıq geyinirik. Yəni
çarıq geyənlər səndənməndən əskik adamlardır?
Beşon qoyunumuz var deyə, mənimkilər yerəgöyə
sığmır. Özlərini elə aparırlar ki, guya göydən zənbillə
düşüblər.
Mikayıl gündə bir təbə düşürdü. Onu nə güləndə
üzünü gör, nə də ki qanı qaralanda. İndi də qoyun
quzunu gümrah görüb kefi durulmuşdu. Dünənəcən
adam yerinə qoyub, kəlmə kəsmək istəmədiyi qardaşı
oğlu ilə indi taytuş kimi danışırdı. Sabah iki qotur ke
çinin qıçı qırılsa,
Allah bilir, Mikayıl hansı havanı ça
lacaq?! Gözünü yumub, ağzını açıb Nəcəfə itin sözü
nü deyəcək. Yenə cin atına minib deyəcək ki, dava
vaxtı başqaları doğma balasını qoyub qaçanda, səni
gavurun əlindən qurtaran mən olmuşam.
Nəcəf əmisinin xasiyyətinə öyrəşmişdi. Bilirdi ki,
onun qardaşı oğluna qarşı canıyananlığı da var, heç
nəyin üstündə elədiyini başına qaxıb, yediyini bur
nundan gətirib, üzünə itin sözünü deməyi də. Ona
görə də əmisinin bir kəlməsini iki eləmirdi. Başını aşa
ğı salıb, qabağında qolubağlı qul kimi dayanmaqdan
başqa çarəsi yox idi. O ki qaldı Zəriş məsələsinə,
əmisinin məsləhətləri ağlına batmırdı. O barədə əmisi
uşaqları Nəcəfə ucundanqulağından danışmışdılar.
Zərişin hansı yuvanın quşu olduğundan xəbərdar idi.
Zəriş əmisinin dediyi kimi, əməlisaleh qız olsaydı,
əvvəlcə közü öz qabağına çəkərdi. Oğlanları duradu