ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə29/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   25   26   27   28   29   30   31   32   ...   79

100
Ə
li 
İld
ırı
m

lu
lıdır, yanını kəsdirib cəsədini qurddan­quşdan qoruya­
caq. Sonra Həsənli camaatı duyuq düşüb, səni el adə­
tiynən torpağa basdıracaq. O dünyada ata­anana, bacı­
qardaşlarına qovuşacaqsan. Bununla da həyatın bitə­
cək. Canın bu dünyanın əzab­əziyyətindən qurtaracaq. 
Daha nə andraniklər yadına düşəcək, nə də ki, erməni 
daşnakları. Köhnə Həsənlinin kalafalıqları da unudu­
lacaq. Bircə ruhun bu yerlərdə – qoyun­quzu otardığın 
dağlarda, daşlarda, qayalarda, çöllərdə, dərə­təpələrdə 
dolaşacaq”.
Nəcəf qarmaqarışıq fikirlərin əyri­üyrü cığırların­
da ilişib qalmışdı. Ha çalışırdı, bir yana çıxa bilmirdi. 
Bircə bəxti onda gətirmişdi ki, böyük çillənin soyuqla­
rı kəsərdən düşmüşdü. Kiçik çillənin – boz ayın da ki 
ömrünə az qalmışdı. Yazın ilıq, isti nəfəsi duyulurdu. 
Gün  döyən  yerlərdə  torpaqdan  buğ  qalxırdı.  Yer­
yurdu danaqıran çiçəkləri bürümüşdü. Qız­gəlin sinə 
yerlərdə  bitən  xincilovuzu  qazıb  ətək­ətək  evlərinə 
daşıyırdılar. Dərələr­təpələr günbəgün bozumtul gör­
kə mini  dəyişib,  yaşıl  dona  bürünürdü.  Qoyunların 
ağzı göy ota çatmışdı. İndi heyvanların nə Həsən qu­
lunun  kahalara  doldurduğu  otuna,  nə  də  ki,  quru 
küləşə  ehtiyacı  vardı.  Nəcəfin  də  kefi  durulmuşdu. 
Qoyun­quzu göy otdan yeyib oynaşırdı.
Mikayıl bir gün şeytanın qıçını qırıb, çuxasını çiy­
ninə salıb ağıllara tərəf yönəldi. Sürüyə baxanda göz­
ləri işıqlandı. İndiyəcən ona elə gəlirdi ki, bu qış hey­
vanların biri də yaza salamat çıxmaz. Ona görə acığını 
Nəcinin üstünə töküb ona olmazın sözünü demişdi. 
Bu gün sürüyə baxanda qaş­qabağı açıldı. Qardaşı oğ­
lunu yanına çağırıb:
– Ə, Nəci, səni belə bilməzdim, – dedi. – Qoyun­
quzunu bu cür gümrah görəndə gözlərimə inanma­


101
Daş y
ağan gün
dım. Boynuma alım ki, hamısı sən Nəcinin hesabına­
dır. Quş qanadıynan uçar. Mənimkilər zay çıxdı. Dör­
dü bir köpüyə dəyməz. Səfeh gədələrdir. Ver yeyim, 
ört  yatım,  gözlə  canım  çıxmasın.  Oğlanlarım  günün 
qulağı batanda yatır, səhər namazından sonra yorğan­
döşəkdən  qalxırlar.  Dəftər­kitablarına  yaxşı  baxmır­
lar. Elə quru­quru məktəbə gedib­gəlmələridir. Müəl­
limlərinin də yanında başım aşağıdır. Direktorları bir­
iki dəfə sifariş göndərib ki, Mikayıla deyin, uşaqları 
dərsə fikir vermir. Belə getsə, məktəbdən qovulacaq­
lar.  İndi  vur  məni  öldür!  Deyən  gərək,  ay  qancığın 
qar nından  çıxanlar,  korsunuz,  şilsiniz?!  Hamıdan 
yaxşı geyinirsiniz. Plov qazanımız da ocağın üstündən 
əskik olmur. Əslində günahların çoxu mən köpəy oğ­
lundadır. Hamısını ərköyün böyütmüşəm. Onlar da 
qudurub,  yollarından  çıxıblar,  sənin  kimi  səhərdən­
axşamacan  dağda­daşda  qoyun  otarıb,  gecələr  tövlə 
təmizləsələr,  ağılları  başlarına  gələr.  Məndən  sonra 
başlarını  girləyə  bilsələr  it  olub  uluyaram.  Gedib 
onun­bunun qapısında nökərçilik eləyib, başımı yerə 
soxmasalar  yaxşıdır.  Hamısı  it  südü  əmib.  Düzünə 
qalsa, onları da qudurdan elə analarıdır. Birinə əl qal­
dıranda tez özünü atır ortalığa. Deyir, uşaqların xət­
rinə dəymə! Uşaqların xətrinə dəymə!.. – Arvadı Qön­
çəni  yamsıladı.  –  Mən  də  dəymirəm.  Getsin  canları 
çıxsın.  Məktəbdən  bayıra  atanda  ağılları  başlarına 
gələr. Onda Qönçə bilər ki, uşağın xətrinə dəyməyib, 
başlı­başına buraxanda axırı nə olur? 
Mikayıl öz­özünə o ki var deyinib, sonda üzünü 
Nəcəfə tutdu:
– Hamısı sənin atılan dırnağına dəyməz, – dedi. – 
Yenə  az­çox  əlimdən  tutan  sənsən.  Qadan  düşsün 
mənimkilərin  ürəyinə.  İndiyəcən  bildirmək  istəmir­


102
Ə
li 
İld
ırı
m

lu
dim, indi deyirəm. Fikrim var ki, səni bu yaxınlarda 
evləndirim.  Nə  gizlədim,  Cümşüdlə  danışıb  razılaş­
mışdım. Aradan nə keçdisə, gerilədi, sözünün üstündə 
durmadı. Yalan­gerçək dedi ki, qızın əmiləri, dayıları, 
heç anası da razı deyil. Qız özü də deyirmiş ki, yetim­
yesir  maa  qalıb?!  Mikayıl  əminin  qardaşı  oğlu  ilə 
mənimki tutmaz. Savadı, sənəti, ayrıca ev­eşiyi olma­
yan oğlan nəyimə gərəkdir?! Eləsiynən bir yastığa baş 
qoya bilmərəm.
Mikayıl gülümsündü:
– İndi, qardaşoğlu, o Cümşüd məsələsindən adda­
yıb. Atalar  demişkən,  yalvarana  yalvar.  Gördüm  ki, 
Cümşüd ayağını yuxarı qoyur, mən də sifariş göndər­
dim ki, səninki səndə, mənimki məndə. İş ki belə oldu, 
innən sonra bizimki tutmaz. Odu­budu, Cümşüddən 
səs­səmir çıxmır. Mən də təzədən durub onun qapısı­
na  elçi  göndərən  deyiləm.  Ürəyini  də  qısıb  eləmə. 
Fikir ləşib ondan yaxşısını tapmışıq. Səndən nə gizlə­
dim, o da özgəsi deyil. Bizim arvadın ögey bacısının 
Zəriş adlı bir qızı var. Kimə isə vermək istəyirdilər, 
hardan arğac keçibsə, baş tutmayıb. Deyəsən, oğlan 
tərəfi geri çəkilib. Bu yaxınlarda bir iş üçün Cəbrayıla 
getmişdim. Yolüstü qayınatama da baş çəkdim. Qızı 
onlarda görmüşəm. Anaları uşaq üstə cavanəzən dün­
yasını dəyişib. Atası da gedib bir başqası ilə evlənib. 
Zərişi  xalası  saxlayır.  Göz  qoydum,  boylu­buxunlu 
uşaqdır. Bir az dəli­doludur. Yönlü bir istəyəni olma­
dığından qalıb. Evin bütün biş­düşü ona baxır. Yaxşı 
da inək sağır. Həyət­bacaya baxdım, gül kimidir. Ha­
mısı da o Zərişin hesabınadır. Bizim Qönçənin bacısı 
ondan yerdən göyəcən razılıq eləyir. Deyir ki, qız de­
yil, qızıldır. Yıxılı evin dirəyidir. Baldızım arada zara­


103
Daş y
ağan gün
fata salıb dedi ki, gərək elə əvvəldən bu qızın adını 
Zəriş yox, Qızıl qoyaydım. 
Nəcəf çoban olsa da, dünyanın altını da bilirdi, üs­
tünü də. Mikayıl Zərişi tərifləyəndə bir balaca qımı­
şıb,  “yəqin  əmim  indi  də  Zəriş  məsələsində  başıma 
cəvərən hörmək istəyir” – daxilən düşündü.
Mikayıl Zərişə o ki var, tərif vurandan sonra:
– Zərişi elə o vaxtdan pəsənd eləmişəm. Qoyunları 
sağ­salamat yaylağa apar, yay sovuşandan sonra, pa­
yız ağzı nişan taxarıq. Görək bu əsgərlik məsələsi necə 
olur. Maa qalırsa, bəri başdan ad eləyərik, toy qalar 
əsgərlikdən  qayıdana.  Onacan  da  qoyunlardan  beş­
onunu satıb, ayrıca bir koma qaraldaram. Evlənəndə 
yığışarsınız ora. Elə əvvəlki qaydada sən qoyun­qu­
zunu hərləyərsən, Zəriş də sil­süpür işinə baxar. Süd 
sağar, pendir vurar, xalasıynan köməkləşib motal tu­
tar, baş­başa verib dolanarsınız. Gözüm də üstünüzdə 
olar. Belə ki, görürəm, gədələrdən mənə haray yox­
dur.  Hamısı  tənbəl­tünbəl  şeydir.  Nə  ölüyə  hay 
verəndilər, nə diriyə pay. Onlarınkı bir Allaha qalıb. 
Hamısını da xarab eləyib, o günə salan analarıdır. İş o 
yerə çatıb ki, çarığı bəyənmirlər. Anaları başımı dəlir 
ki,  tay­tuşlarından  əskikdirlər?  Xalxınkilər  çəkmə 
geysin, mənimkilər çarıq?! Mən də deyirəm, ay gorba­
gorun qızı, mənim çəkmə fabrikim var?! Qanıb başa 
düşürsən ki, dükanda çəkməni od qiymətinə satırlar! 
Çox  adam  çarıq  da  tapmır.  Qonşuların  uşağını 
görürəm  də,  ayaqyalın  gəzməkdən  dabanları  cadar 
olub. İndi mənim sürüm var deyən, oğlanlarım çəkmə 
geyməlidir?! Durduğum yerdə məni dilə­dişə salmaq 
istəyirsən? Arvad olanda nə olar?! Oraları da fikirləş. 
Kənardan baxanlar deməsinlər ki, Mikayılı mal­dövlət 
qudurdub, oğlanları çarığı bəyənmir, gündə bir çəkmə 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə