88
Ə
li
İld
ırı
m
oğ
lu
min babama, babam da bu dağlara necə də yaraşır?
Qəmər madyan da bunu duyurmuş kimi şövqlə yeri
yir və altımızda yorğa yerişə qalxıb gəmi kimi yırğa
lanırdı. Və indi anlayıb başa düşürdüm ki, dağlar nə
üçün əbədidir, əyilməzdir, vüqarlıdır. Və səmanın
əngin liklərində sakitsakit qanad çalan qartallar da,
dağların əzəmətinə həyan olurmuş kimi, yorulmaq
bilmədən ucalıqlarda dövrə vururdu.
Mənzilbaşına çatdıq. Kəndimiz görünəndə xəyali
dünyamdan ayrıldım. İndi məni yeni bir dünya
gözləyirdi. Məktəbli dünyası.
* * *
Həmin il qış tez gəldi. Payız başa çatmamış alaçal
po qar yağdı. Bir gecənin içində evlərin üstü, ətraf
dağlar, yeryurd ağ dona büründü. Lakin günün axı
rına kimi qardan əsərəlamət qalmadı. Vaxtsız yağan
qar əriyib yox olmuşdu. Əkinbiçin adamları bunu
yaxşı əlamət saymırdılar. Deyirdilər ki, qış qulun sal
dı. İndən sonra çətin ki, qar yağsın. Əkinçilər həmişə
deyər ki, qarlı qışım ola, dumanlı yazım. Bu qış nəhs
gəldi. Qışın bu cür gəlməsi kənddə narahatlıq yarat
mışdı. Çünki qar xeyirbərəkətdir. Qış ki quraq keçdi,
heç. Torpaq qış boyu canına o ki var, doyunca nəm
çəkməsə, yazda ondan xeyirbərəkət gözləmə. Nə
əkilən yönlü barbəhrə verər, nə də ki, yalyamacın
otu malqaranın qarnını doyurar. Mənsə hey Nəcini
düşünürdüm. Məktəbimizdə, Təzə Həsənlidən də
oxu yanlar vardı. Yataqxana olmadığından hər gün
gedibgəlməyə məcbur idilər. Nəci barədə onlardan
teztez xəbər tuturdum.
Qışın bəd gəlməsinin ağrıacısını ən çox Nəci
çəkirdi. Böyük çillənin sərt, quru soyuqları qoyunqu
89
Daş y
ağan gün
zunu örüşə çıxartmağa imkan vermirdi. Mərəyin də
otu qurtarmaqdaydı. Qoyunun da ki, dişi göy ota
dəy mədi, çətindir. Boğaz heyvanların çoxusu bala sal
mışdı. Doğulanları da anası süddən yarıtmırdı. Qo
yunları da qınamalı deyil. Güc boğazdan keçər. Ana
doyunca yem yeməyəndən sonra südü hardan olsun?!
Quzuların qıçıqıçına dolaşırdı. Anbarda beşon kəviz
arpa vardı, onu da qaynadıb arıqlığından qabırğaları
sananan, əldən düşmüş heyvanlara verirdilər ki,
ölmə sin, birtəhər yaza çıxsın. Yerindən qalxan da
Nəcini danlayırdı. İl pis gəlmişdi. Burada Nəcinin nə
günahı?! Hamısı o gözəgörünməzin işidir. Nəci qar
ğamışdı ki, qış qulun salsın?! Qışda qar yağmasın?!
Böyük çilə, kiçik çilə quraq keçsin?! Göydən yerə bir
damcı düşməsin?! Nəcidən olsa, bir metr qar yağardı.
Havalar quru keç məzdi. Qoyunlar burunları ilə qarı
eşib, payızın islanıb yumşalan otundan doyunca ye
yib quyruq bağlayardılar. Nəcinin də əmisinin yanın
da üzüağ, dili uzun olardı. Di gəl ki, Mikayıl Allah
deyəndən demirdi. Nəcini gözümçıxdıya salmışdı,
dişinin dibindən qopanı deyirdi:
– Qardaşım oğlu olsan da, yaxşılıq qanan deyilsən!
Yal itirənsən. Ermənilər başımıza güllə yağdıranda,
çiynimdəki təzə hanadan çıxan sumağı xalçanı kənara
tolazlayıb iki daşın arasında, səni bələkli qucağıma
alıb nə müsibətlə aradan çıxardım. Dedim ki, qarda
şım arvadlıuşaqlı qırıldı getdi, heç olmasa, bu tifili
qoruyub saxlayım, Cəbrayılın yurdunda bir başıpa
paqlı qalsın. Gələcəkdə atasının yerini tutar, maa da
dayaq olar. Bu da yaxşılığımın əvəzi.
Mikayıl bu sözləri deyib qoyun damlarının qaba
ğında murdar olmuş cəmdəkləri göstərdi.
Nəci başını aşağı dikib çomağının ucu ilə yeri qur
dalayırdı. Bilmirdi ki, əmisinə necə cavab versin?!
90
Ə
li
İld
ırı
m
oğ
lu
Fikirləşirdi ki, kaş o vaxtı ermənilər məni də öldürəydi,
canım bu cür danlaqdansaqdan qurtaraydı. Minnətli
çörək yeməkdənsə, ölüm yaxşıdır. Bir də onu düşü
nürdü ki, əlim quzudan çıxdı. İnnən sonra ha gözlə ki,
sürü özünə gəlsin, qoyunlar əkiz və üçəm doğsun,
əmim də insafa gəlib buynuzlu qoçun əvəzinə Nəciyə
bir quzu bağışlasın. Bir də onu düşünürdü ki, əsgərlik
vaxtı gəlib çatsaydı, üzü buralardan olardı. Gedib
Urusetin düzlərində səhərdənaxşamacan təpik dö
yər dim. Əsgərliyimi qurtarandan sonra buralara üz
çevirməzdim, elə o yerlərdə ilişib qalardım. Harda
olsa bir qarın çörək taparam. Yəni iki əl bir başı saxla
ya bilməz?! Urus kəndlərinin birində çobanlıq elə
yərəm. İndi oralarda çobanı ələl axtarırlar.
– Hə!! Niyə dillənmirsən?! – Mikayılın qəzəbli səsi
Nəcəfi daxili düşüncələrdən ayırdı. – Bir də ki, axı, nə
üznən dillənəsən?! Dilin var ki, dillənəsən? Özün yax
şı bilirsən ki, hamısını düz deyirəm! Qoyunquzunun
bu hala düşməsinin birinci baiskarı sənsən! Sən Nəcəf!
Gör malımı kimə etibar eləmişəm ey!! – Mikayıl acı
bir istehza ilə töhməttənəsinə davam etdi. – Qarda
şım oğlu bildim, dedim ermənilərin əlindən almışam.
Bələkdən çıxıb əlimdən tutar, karıma gələr. Amma
sən nankor çıxdın. Maa dayaq yox, sinəmə çalınçar
paz dağ oldun. İtil gözümün qabağından! Qırdığını
qırdın, heç olmasa qalanları yaza çıxsın. Elədiklərim
burnundan gəlsin!
Yetimin qəlbi yuxa olar. Nəcinin gözlərində yaş
gilələndi. Lakin kövrəldiyini hiss etdirmədi. Ürəyində
ermənilərə qarğadı. “Atamı, anamı öldürməsəydilər,
başıma bu müsibətlər gəlməzdi. Mənim də isti oca
ğım, söykənəcək yerim olardı. Anam qayğımı çəkərdi,
başıma fırlanardı. Əmim kimi elədiyini gündəgün
Dostları ilə paylaş: |