ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə26/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   22   23   24   25   26   27   28   29   ...   79

91
Daş y
ağan gün
aşırı  başıma  vurmazdı,  yediyimi  burnumdan  gətir­
məzdi. Bir də ki, axı, qış bəd gəlib, qoyun­quzu qırılıb, 
burda mənim günahım nədir?!”
Qaş qaralırdı. Soyuq­sazaq adamın iliyinə işləyirdi. 
Nəcəf əmisinin “itil gözümün qabağından” demə sin­
dən sonra dinməz­söyləməz çomağını arxasınca sürüyə­
sürüyə qoyun damlarına tərəf yönəldi. İçəri girib so­
yuq gələn yırtıq deşikləri bəlimlə tutdu. Arakəsmələri 
bir­bir yoxladı. Sağmal­subay qoyunları ayırıb yerini 
dəyişdi. Mərəyin künc­bucağında qalan ot qırıntıları­
nı birtəhər toplayıb çəngə­çəngə heydən düşmüş hey­
vanların  qabağına  atdı.  Tövlənin  girəcəyindəki, 
gecələr üstündə yatdığı otu, küləşi, on yerdən yamağı 
olan xarala təpib təzə doğan və boğaz qoyunlara pay­
ladı.  Qoyun­quzunu  yerbəyer  eləyəndən  sonra 
nəfəsini  dərib  şəhadət  barmağı  ilə  sir­sifətində  pur­
çumlanan soyuq təri sivirib tökdü. Orta dirəkdən asıl­
mış  çırağın  yanıb  qurtarmaqda  olan  piltəsini  yuxarı 
çəkib,  tövləyə  düşən  sarımtıl  işığı  bir  qədər  artırdı. 
Tövlənin  qaranlıq  künclərində  brilyant  kimi  işılda­
yan, yüzlərlə göz ona zillənmişdi. Nəcəf arakəsmənin 
toxunma çubuğuna söykənib xeyli fikrə getdi. O, əmi­
sinin töhmət­tənəsindən yaxa qurtarmaq üçün cürbə­
cür fikirlərə düşdü, çıxış yolu axtardı. Birdən kəndin 
ayağında evi olan Həsənqulunun, həmin il başqa yerə 
köçməsi yadına düşdü. 
Həsənqulunun var­yox bir qızı vardı. O da Qara­
bağ tərəfə varlı­hallı bir kişiyə ərə getmişdi. Qız aya­
ğını  dirəmişdi  ki,  ata­anası  kəndi  atıb,  onun  yanına 
köçsün.  Qocalanda  kimdi  onlara  baxan?  Həsənqulu 
əvvəl­əvvəl bu işə qol qoymurdu. Deyirdi ki, iki dün­
ya bir olsa, el­obamı, qurulu ev­eşiyimi atıb yad yerə 
getmərəm. Daş düşdüyü yerdə ağır olar. Bir də ki, qız 


92
Ə
li 
İld
ırı
m

lu
nədi ki, onun kölgəsi də nə olsun?! Ancaq qızla anası 
birləşib Həsənqulunu başdan çıxartdılar. Arvad kişi­
nin beynini o qədər yedi ki, axırda Həsənqulu qapı­
sındakı  dana­dunasını  satıb,  qapı­bacanı  bağlayıb, 
biryolluq qızının yanına köçdü. Nəcinin ağlına gəldi 
ki,  Həsənqulunun  Dar  dərənin  boğazındakı,  Çopur 
qayanın kahasında xeyli otu var. Otun yerini Nəcəfdən 
başqa heç kəs bilmirdi. Ötən yaz Həsənqulu otu çalıb, 
bağlayıb  qayanın  arxasından  kahaya  yığanda  onu 
bircə yetim Nəcəf görmüşdü. Nəcəf hətta bu işdə ona 
xeyli kömək eləmişdi. Ot bağlamalarını örkənin doğa­
nağına  keçirib  yuxarı  qaldıranda,  Həsənqulu  yetim 
Nəcəfə dönə­dönə razılıq edib demişdi ki, Allah ata­
anana rəhmət eləsin, yaxşı karıma gəldin. Yoxsa bu, 
tək işi deyil. Otu kahaya doldurandan sonra da qaya­
nın kölgəsində oturub bir yerdə çörək yemişdilər. Er­
məni daşnaklarının namərdliyindən, onların Həsənli 
camaatına necə divan tutmasından danışıb xeyli dərd­
ləş mişdilər.  Həsənqulu  sözarası  Nəcəfə  onu  da  de­
mişdi  ki,  əmin  mərdimazar  adam  deyil.  Sağ  olsun, 
səni qundaq vaxtı ermənilərin əlindən alıb indiyəcən 
qanadı altında saxlayır. Dava vaxtı o, olmasaydı, indi 
heç sən də yox idin. Atan, anan, bacı­qardaşların kimi 
ermənilər səni də evqarışıq yandırıb kül eləmişdilər. 
İndi, görürəm, sən də onun işinə­gücünə əməlli­başlı 
yarayırsan.  Mal­heyvanına  can  yandırırsan.  Harda 
yaxşı örüş var, qoyun­quzunu orda otarırsan. Bir belə 
sürü nün öhdəsindən gəlmək məgər asan məsələdir?! 
Yaxşı eləyirsən, elə də lazımdır. Ancaq acığına gəlsə 
də, gəlməsə də deməliyəm. Əmin olsa da, bir az əli­
bərk adamdır. Dünya malını canından çox istəyir. Al­
lah  ta  artıq  eləsin.  Bir  heylə  qoyun­quzunun,  mal­
dövlətin qabağında, dindirəndə elə danışır ki, az qa­


93
Daş y
ağan gün
lırsan,  cibindəki  qəpik­quruşu  çıxarıb  ona  verəsən. 
Bəlkə də özünü elə göstərir ki, gözə­nəzərə gəlməsin. 
Ancaq nahaq yerə. Adamın ki qapısını qonaq­qara ta­
nımadı, kasıb­kusuba əl tutmadı, xeyir tapmaz. Hey­
lə sinin dirəyi qızıldan olsa da, qəpiyə dəyməz. Yəqin 
Allah­taala onu da heylə yaradıb. Xasiyyəti dəyişmək 
çətindir. Ancaq kasıb mərd olar. Sən yekələndə əminə 
oxşama.
Həsənqulu bunları deyib ot yığdığı kahaya baxa­
baxa:
– Elə bilirsən, kefimdən otu bura yığıram?! O vaxt 
Allah ağlımı aldı, mərək tikə bilmədim. İndi ot­saman 
yığmağa yer tapa bilmirəm. Düzdür, mərək tikərdim, 
münasib  yer  olmadı.  Çünki  həyətim  çox  darısqaldır. 
Mərək tiksəydim, gərək qapıdakı yüzillik ağacların bir­
ikisini doğrayıb tökəydim. Ona da əlim gəlmədi. Yaxşı 
da  meyvəsi  olur.  “Ağacları  kəsirəm”  deyəndə,  arvad 
daş atıb başını tutur. Deyir, dünya dağılsa da qoyma­
ram.  Qolumu  kəsərəm,  ancaq  ağaca  qıymaram.  Ona 
görə  çaldığım  otu  yal­yamacdakı  kahalara  yığıram. 
Kəndlə buranın arası beş addımlıq yoldur. Haçan la­
zım oldu, aparıb mal­heyvana verərəm. Bir də ki, bu 
daş kahalar otu, küləşi mərəkdən yaxşı saxlayır. Kaha­
ya vurulan ot rəngini də dəyişmir, gömgöy soğan kimi 
qalır.
Bu ot məsələsi Nəciyə göydəndüşmə oldu. Nəcəf 
fikirləşdi ki, ya qismət, Həsənqulu bir də buralara qa­
yıda­qayıtmaya. Qayıtsa da, ot nəyinə gərəkdir?! Qa­
pısında  dördayaqlıdan  bir  pişiyi  də  qalmayıb.  Düz­
dür, başqasının malına əyri gözlə baxmaq kişilikdən 
deyil. Ancaq əlac nədir?! Kahadakı ota mən də dəy­
məsəm, ya qalıb çürüyəcək, ya da azıb təzənin biri gö­
rüb əkişdirəcək. Ondansa elə özüm daşıyıb gətirərəm, 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə