Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə30/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   26   27   28   29   30   31   32   33   ...   53

100
yü bir quruluşda yaşamaq bizə müyəssər olmuşdur. Belə bir 
şəraitdə isə  mənim üçün  ən  maraqlı  və  lazımlı  hal  Senti  ilə 
birlikdə  öz  ürək  dünyamda  birgə  və  bir  şəhərdə  ayrı  yaşa­
maqdır. 
Fridanın bu dediklərinə bütün ciddiliyi ilə qulaq asan Şey­
da duruxmuşdu. Sanki həyatın bütün incəliklərinə dərindən 
bələd  olmaq,  xanımına  onun  ürəyini  sakitləşdirə  biləcək, 
qüssəsini dağıda biləcək bir söz demək ona həvalə edilmişdir 
və bunun üçün də ona bir qədər sükut lazım idi. Bu sükut isə 
artıq hazır idi. Onlar hər ikisi susmuşdular. Belə bir imkan­
dan istifadə edən Şeyda bir qədər dalğın və pərişan görkəmlə 
dilləndi: 
– Mənim xanımım, siz bir şeydən təəssüflənməyə bilərsiniz 
ki,  heç  olmasa  Senti  ilə  birlikdə  yaşamağınızı  öz  ürək  dün­
yanızda  gözlərinizin  qarşısında  canlandıra  bilirsiniz.  Bəzən 
də o qədər hissə qapılırsınız ki, ani də olsa bütün bu xəyalən 
keçirdiyiniz  hisslərin  bir  həqiqət  olduğunu  etiraf  edirsiniz. 
Dediklərinizdən belə bəlli olur ki, cəmiyyətimizdə sizin üçün 
ən  maraqlı  hadisə  də  elə  budur  və  buna  görə  də  yaşamaq 
istəyirsiniz. 
***
Payızdır. Soyuq şimal küləyi əsir. Sanki təbiət, payızın bu 
soyuq küləkli, hərdən də çiskinli havasının gəlişindən qorxa­
raq saralmışdır. Artıq bağlarda və bağçalarda yaz və yayda 
olduğu  kimi  bülbüllərin  cəh­cəhi  eşidilmir.  Güllər­çiçəklər 
də sanki öz gözəl varlıqlarını və ətrini payızın bu qədər so­
yuq gəlişi ilə bir qədər azaltmışdır. Elə bil ki, tək­tək yarpaq­
ları qalmış ağaclar da çılpaqlaşdıqlarından üşüyərək təbiətin 
şıltaqlıqlarına  qarşı  dözməyə  hazırlaşırdılar.  Lakin  bütün 
bunlara  baxmayaraq,  payızın  da  öz  qəribə  gözəllikləri  var 


101
və  onu  duyan  hər  bir  diqqətli  şəxsi  özünə  valeh  edə  bilər. 
Payız  fəsli  öz  qızılı  rəngiylə  köçəri  quşları  dəstələşdirib  isti 
ölkələrə uçurtmasıyla, güllərin, çiçəklərin soyuğa ən davam­
lılarını seçməsiylə öyünüb fəxr edə bilər. Doğurdan da, payız 
fəslində durnaların qatarlanıb uçmasının qəribə gözəlliyi var. 
Sanki onlar öz nizamlı uçuşlarıyla, dünyanı böyük bir saata 
bənzətsək, burada fəsillərin dəyişdiyini göstərən saatın böyük 
dövrə vuran əqrəbidirlər. Hələ payız fəslində çəmənlərin, otla­
rın üzərinə düşən qırovu demirəm. Onlar səhər­səhər günəşin 
həlim rəftarından öz formalarını dəyişib insanın ruhunu ox­
şayan inci şeh mirvarilərinə dönəndə və şəfəqlər altında bərq 
vuranda payız nə qədər də gözəl olur. Belə insanı özünə cəlb 
etməyə məcbur edən payız günlərinin birində Frida da kiçik 
bağçalarını seyr edə­edə düşünürdü: 
– Aman Allah, mən nə çıxılmaz vəziyyətdə qalmışam. Mən 
necə insanı öz şirin­şərbəti ilə məst edən və isti ağuşunda xu­
marlandıran bir hissə mübtəla olmuşam. Doğurdan da, həyat 
mənim taleyimi öz əlində oyuncağa çevirmişdir və körpə bir 
uşaq sayağı istədiyi kimi oynadır. Mən Sentini sevirəm. Ağ­
zımdan son nəfəsim çıxana qədər ağlım, hissim, şüurum bir­
birinə tabe olana qədər mən Sentini sevəcəyəm… sevəcəyəm… 
Heç kəs məni bu yoldan döndərə bilməz, heç bir şey mənim 
bu  hisslərim  üzərində  hökmranlıq  eləyə  bilməz.  Məhəbbət 
hissi nə gözəlmiş, məhəbbət nə şirinmiş, İlahi… Bəzən tale­
yin mənə qarşı amansızlığından şikayətlənirəm. Lakin bütün 
bunları,  bu  şikayətləri  etməyə  mənim  haqqım  yoxdur.  Tale 
mənə məhəbbət bəxş etmişdir. Həyat mənə sevə bilmək baca­
rığı vermişdir. Artıq mənim üçün heç bir şeyin fərqi yoxdur. 
Sevdiyimin mənimlə maraqlanmadığı mənə aydın olmuşdur. 
Lakin  mən  bütün  bunlara  baxmayaraq,  Sentini  sevmişəm, 
sevirəm, sevəcəyəm də. 


102
Xanımını fikirli halda bağçada gəzinən görən Şeyda ona ya­
naşır. O, bir qədər həyəcanlıdır. Görünür, Fridanın keçirdiyi 
psixi vəziyyət onun da nəzərindən yayınmamışdır. Şeydanın 
davranışından onun xanımına qarşı həmişə sədaqətli olduğu­
nu aydınlaşdırmaq mümkündür. Şeyda qəlbən xanımı üçün 
əsir və onu xoşbəxt görmək istəyir. Bəli, bu doğrudan da, belə 
idi. Odur ki, öz həyəcanını gizlətməyə çalışmadan belə müla­
yim və incə bir səslə dilləndi: 
– Ax,  mənim  gözəl  xanımım,  siz  yenədəmi  narahatsınız? 
Ax, özü də belə soyuq havada yun örpəyinizi də heç olma­
sa  öz  çiyninizə  atmamısınız.  Şeyda  öz  yun  örpəyini  Frida­
nın  çiyninə  atır,  sonra  sözünə  davam  edir:  –  Sizə  bu  qədər 
həyəcanlanmaq olmaz. Özünüzə həddindən artıq korluq ve­
rirsiniz. Axı, sizə öz hisslərinizə bu qədər sərbəstlik vermək 
yaramaz. Xanımım, artıq siz bir neçə gündür ki, öz naharınızı 
da vaxtlı­vaxtında etmirsiniz. Bu sizə cismən həddindən ar­
tıq ziyandır. Bəzən insanın özünə tabe olmayan hissələrinin 
üzərində qalib gəlməsi üçün cismən də qüvvətli olması lazım­
dır. Siz bütün bunlara fikir verməlisiniz, bütün bunları unut­
mamalısınız, xanımım. 
Şeydanın bütün dedikləri, əllərini qoynunda çarpazlaşmış 
və xəyalı sevgilisinin yanında olan Fridaya, xarici aləmdə seyr 
etdiyi, qavradığı yalnız yeni görünüş və duyğu kimi təsir edir­
di və bunu demək olar ki, keçirdiyi hisslərdən uzaqlaşdırmaq 
gücünə  malik  deyildi.  Elə  buna  görə  də  Frida  özü  Şeydaya 
yalnız nəzakət xatirinə cavab verməyə məcbur oldu və dedi: 
– Keçirdiyim bütün bu hisslər məni heç də narahat etmir, 
Şeyda.  Əksinə,  mən  özüm  öz  hisslərimə  sərbəstlik  verməyə 
çalışıram. Çalışıram ki, sevgi qarışıq olan bu hisslərim məni öz 
ağuşuna alsın və məst etsin. Çalışıram ki, mən qismən də olsa 
öz  məhəbbət  hisslərimin  əsiri  olum.  Mən  öz  məhəbbətimin 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə