Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə28/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

94
gizli saxladım. Ona görə də biz Parisdə yaşamaq üçün yeni 
otaqlar tutmalıyıq ki, Senti bizim də onunla bir şəhərdə yaşa­
mağımızdan xəbərsiz olsun. Əlbəttə ki, yaşadığımız otaqların 
o qədər də dəbdəbəli olub­olmamasının fərqi yoxdur. Hər nə 
cür olsa da yəqin ki, onlar yaşadığımız monastır şəraitindən 
yaxşı olacaqdır. Təki, biz Sentinin də yaşadığı Paris şəhərində 
yaşayaq. Ax bilsən, Şeyda, Senti üçün necə qəribsəmişəm, onu 
necə görmək istəyirəm? Bu dəqiqə öz ömür payımın hamısını 
onunla  bir  sevgili  kimi  qarşılaşacağım  bir  anlıq  görüş  üçün 
verərdim. 
Şeyda  onun  daxilində  baş  qaldıran  həyəcanları  bir  qədər 
sakitləşdirmək üçün dedi: 
– Özünüzü o qədər də darıxdırmayın, xanımım. Yenidən 
Parisə köçməyiniz artıq qərara alınmışdır. Parisdə isə yəqin 
ki, Sentini görə biləcəyinizə ümid bəsləyə bilərsiniz. 
Şeydanın dediyi bu sözlərdən sonra Frida öz daxili nara­
hatlığının bir qədər azaldığını hiss etdi. Doğrudan da, insa­
na  ümid  verə  biləcək  bir  söz  demək,  onu  son  ümiddən  də 
məhrum  edəcək  qədər  əks­təsirə  malikdir.  Bu  Frida  üçün 
artıq  izaha  ehtiyacı  olmayan  bir  mövcudluq  kimi  aydın  idi. 
Odur ki, o, daxilən öz gələcəyinə bir qədər inam hissi yaran­
mış vəziyyətdə, əvvəlkindən xeyli gümrah səslə dedi: 
– Elə isə artıq bizi dəhşətə gətirən bu monastır şəraitindən 
getmək  lazımdır.  Onsuz  da  özümüzlə  heç  nə  gətirməmişik. 
Yalnız  buradan  çıxmaq  üçün  imkan  gözləmək  lazımdır  ki, 
monaxlar xəbər tutmasınlar. Çətini bərk qaçan atları olan bir 
kareta tapmaqdır. Bütün bu işləri gördükdən sonra Paris bizi 
yenidən öz qoynuna alacaqdır. 
Parisə  gedəcəklərindən  ruhlanmış  Şeyda:  –  Baş  üstə,  xa­
nımım,  bizim  üçün  lazım  olan  heç  bir  imkanı  əldən  burax­
marıq – deyə dilləndi. Öz qara örpəyinə bürünmüş qaranlıq 


95
payız gecəsində qotazlı sinəbəndləri olan qoşa atlı bir kare­
ta  irəliləyirdi.  Sanki  onlar  hansı  bir  vahiməli  məkandansa 
sürətlə uzaqlaşmağa çalışırdılar. Kareta iki nəfər qara çarşab­
lı qadını və qabarlı əlində tutduğu qamçı ilə atları vurmağa 
heyfsilənən sürücünün müşayiəti ilə hərəkət edirdi. Getdikləri 
istiqamətdən təyin etmək olardı ki, onların yolu Parisədir. 
FƏSİL 9
Paris  şəhəri.  Səhərdir.  Günəşin  odlu  nəfəsindən  hava  ya­
vaş­yavaş  ilıqlaşmağa  və  öz  hərarətini  artırmağa  başlayır. 
Bütün canlılar daha bir gündüzün ilk gəlişini duymaqdadır­
lar. Arabir ağacların budaqlarında atılıb­düşərək cikkildəşən 
sərçələr  də  sanki  səhərin  açılmasına  olan  öz  sevinclərini  bu 
vasitə ilə bildirməyə çalışırdılar. Hərdənbir ağacların budaq­
larından qopub düşən onsuz da azalmış yarpaqlar öz ixtiyar­
sız  hərəkətləriylə  insanı  özünə  cəlb  edərək  elə  bil  ki,  payız 
fəsli də qurtarmaq üzrədir ha deyirdilər. Təbiətdə baş verən 
dəyişikliklər payızın anbaan qışla əvəz olunmasına zəmin ya­
radırdı. Günəşin hərarətindən bir balaca üz qabığı ilıqlaşmış 
torpağın vəziyyətindən istifadə edən qarışqalar da öz lazımi 
işlərini görməkdəydilər. Onlar cərgə ilə tələsə­tələsə hərəkət 
edərək,  nəyi  isə  öz  xeyli  təhlükəsiz  yuvalarına  daşıyırdılar, 
nəyi isə özləri üçün qış ehtiyatı etməyə çalışırdılar. 
Fridayla  Şeyda  da  təbiətin  belə  bir  vəziyyətini  kirayə 
etdikləri  öz  yeni  mənzillərində  qarşılayırdılar.  Onların  üç 
otaqdan ibarət olan mənzillərini kiçik, lakin qəşəng bir bağça 
əhatə edirdi. Ümumiyyətlə, mətbəxdən, yataq və qonaq ota­
ğından ibarət olan mənzillərini onlar çox da çətinlik çəkmədən 
həmişə səhmanlı saxlaya bilərdilər. Bu mənzil Fridagilin sadə 


96
yaşayışını  asanlıqla  təmin  edə  bilərdi.  Şəhərin  o  qədər  də 
diqqəti cəlb edən hissəsində yerləşməyən bu mənzil onların 
ürəyincə və daha əlverişli bir mövqedə idi. Frida yalnız özü 
istəsəydi şəhəri gəzməyə gedərdi. Əgər o bunu istəməsəydi 
belə bir yaşayış üçün, şərait üçün onun imkanı var idi. Çün­
ki  onlara  lazım  olan  hər  cürə  bazarlığı  Şeyda  edirdi,  bütün 
ev  işlərini  də  o  görürdü.  Xanımıyla  onun  arasında  rəfiqəlik 
münasibəti olsa da, hər halda o bu evdə xidmətçi rolunu oy­
nayırdı və ona görə də öz vəzifəsini dəqiq və dürüst yerinə 
yetirirdi. Nə isə Frida ilə Şeyda belə bir vəziyyətdə yaşayırdı­
lar. Deyəsən belə bir şəraitdən onlar heç də narahat deyildilər. 
Səhər  naharını  etdikdən  sonra  Frida  ilə  Şeyda  bağçaya 
düşdülər. Səhərin təmiz havası onlara yeni ruh verirdi. Paris 
şəhəri Frida üçün daha cəlbedici və gözəl idi. Çünki onun yo­
lunda canını qurban verməyə hazır olduğu, həsrətini çəkdiyi 
Senti bu şəhərdə yaşayırdı. O bunu bütün varlığı ilə duyurdu 
və Paris ona öz doğma anası qədər şirin görünürdü. Nə isə… 
Öz  daxili  həyəcanlarını  bu  bağçanı  seyr  etməklə  bir  qədər 
sakitləşdirən Frida Şeydanı səslədi: 
– Şeyda, bu da bizim həsrətindən alışıb­yandığımız Paris 
şəhəri. Elə bil bu şəhərə gəlişimlə bir daha tapa bilməyəcəyimə 
ümid bəslədiyim nəyi isə tapmışam. Elə bil ki, köksümə sığma­
yan, daimi narahat hisslərlə döyünən ürəyim bir qədər rahat­
lanmış, bir qədər sakitləşmişdir. İnsanın öz daxili hisslərinin 
ağlını çaşdıra biləcəyindən acınacaqlı vəziyyət yoxdur. Belə bir 
vəziyyətə mən də monastır şəraitində yaxınlaşmışdım. Artıq 
bura gələndən vəziyyət bir xeyli yaxşılığa doğru dəyişmişdir. 
Bu, pak bir vücud kimi, mənim üçün də xoşdur. Təbiət məni 
zərif bir çiçək kimi yaratmış, cəmiyyət isə pak bir məxluq kimi 
yetişdirmişdir. Əvvəllər həyatın bu qədər enişli­yoxuşlu yol­
larının  olacağını  xəyalıma  belə  gətirməzdim.  Bilməzdim  ki, 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə