127
gücü ilə uzaqlaşa bilər. Əkstəqdirdə, həmin şəxs öz iradəsini
kiminsə ixtiyarına verməli və başqalarından gectez asılı
vəziyyətə düşməlidir. Bəli, bu hökmən belə olmalıdır. Həyatın
enişliyoxuşlu yollarında öz hisslərinə, düşüncənə, zəkana is
tinad edib müvazinətini saxlaya bilməyəcəksənsə, demək sən
gectez məhvə yuvarlanmalısan, məhv olmalısan.
Nə isə belə bir cəmiyyətdə öz həyatının xeyli hissəsini ke
çirmiş və artıq iki yetişmiş qız atası olan qraf A… öz otağında
əyləşib nə barədə isə çox ciddi düşünürdü. Bunu onun xarici
aləmin qıcıqlarına mexaniki olaraq cavab verən hiss üzvlərinin
vəziyyətindən başa düşmək olardı.
Bəli qraf A…nı, doğurdan da, çox ciddi məsələ düşün
dürürdü. O, ərə getmək vaxtı, onun fikrincə, çoxdan çatmış
qızlarını gələn elçilərdən hansına vermək barədə düşünürdü.
Belə bir vəziyyət isə qayğıkeş ata üçün ən böyük xoşbəxtlik
və şərəfdir. Lakin qraf A… bu məsələni yalnız özü həll etməli
idi. Bu barədə ona məsləhət verə biləcək nə o qədər yaxın qo
humu, həmdərdi, nə də ki, həyat yoldaşı var idi. Bəli qraf A…
bu cəhətdən həddindən artıq təklənmiş bir adam idi. Lakin
o, heç də özünün və qızlarının gələcək aqibətini taleyin ix
tiyarına buraxmaq fikrində deyildi. Onun fikrincə, bu günü
yaşayayaşaya sabahı da düşünməyə vaxt tapmaq lazım idi.
Lakin bütün bu xüsusiyyətləri ilə yanaşı, qraf A… kapitalizm
cəmiyyətinin yetişdirməsi idi. Elə buna görə də, bəlkə də, ona
parça istehsal edən böyük bir zavodun sahibkarı olmaq kimi
bir qismət nəsib olmuşdur. Bu qismət isə nə onun üçün, nə
də onunla qohum olmaq istəyənlər üçün heç də pis göstərici
deyildi.
Qraf A… öz taleyindən razı idi. Ona görə ki, tale ona bö
yük bir müəssisənin sahibi olmaq imkanı vermişdi. Qraf A…
ilə qohum olmaq istəyənlər onunla ona görə qohum olmaq
128
istəyirdilər ki, bəlkə özləri üçün bir arxa, bir dayaq nöqtəsi ya
rada bilsinlər və yaxud da, əgər belə bir dayaqları varsa, onu
bir qədər də möhkəmləndirsinlər. Nə isə, hər iki halda qraf A…
nı da, ona qohum olmaq istəyənləri də yaşadıqları cəmiyyətin
canı, qanı olan sərvət səltənəti maraqlandırırdı. Səhrada öz su
payının hər qətrəsindən belə sərfəli istifadə etməyə çalışan
hər bir şəxs kimi, kapitalizm cəmiyyətində də kapitalist dün
yagörüşlü insanlar öz aralarındakı hər cürə münasibətlərin
qoyuluşundan da şəxsi mənafe naminə sərfəli istifadə etməyə
çalışırdılar. Elə buna görə də qraf A… öz düşüncələrinə dal
mışdı. Onu düşündürən heç də qızlarının ərə gedəcəkləri
kəsi sevibsevməyəcəkləri deyildi. Onu düşündürən qızları
nın ərə gedəcəkləri kəsin cəmiyyətdəki mövqeyi və gələcək
perspektivləri idi. Bəli qraf A…nı düşündürən məsələ bunlar
idi. O, kapitalizm cəmiyyətinin oğlu kimi də belə düşünməli
idi. Bu, bir həqiqətdir.
Nə isə qraf A… xəyallar aləminə düşmüşdü. Onun xəya
lından keçirdi: – Doğurdan da, həyat nə qədər sürətlə inkişaf
edir. On doqquz, iyirmi il bundan qabaq qızlarımın hər iki
si körpə uşaq idilər. O zaman onları bir vaxt ərə verəcəyimi
düşünmək belə mənə gülünc görünürdü. Lakin bir gör vaxt
nə sürətlə ötüb keçir. Qızlarım artıq böyümüş, mən də otu
rub onları kimə ərə vermək barədə düşünürəm. Doğurdan
da, həyatın inkişafı nəticəsində insanı bir vaxt düşündürən
hadisənin bir vaxt da həyata keçməsi labüddür. Əkstəqdirdə,
fantastika ilə yanaşı, çox şeyi itirmiş olardıq. Bütün bu xəyallar
aləmində çırpınan qraf A… üçün həyat xoşqılıq, nəşəli və
gözəl görünürdü. Bu, təbii idi. Axı, o, baba olmağa hazırlaşır
dı. İnsan daxili aləmində elə hisslər var ki, o hisslərin inkişafı
hər hansı bir cəmiyyətdə yaşamağından asılı olmayaraq insan
üçün əzizdir və insanı qürurlandırır. İndi halhazırkı şəraitdə
129
qraf A…nın da keçirdiyi hisslər belə hisslərdən idi. Qarşıda
yeganə bir məsələ dururdu. O da gələcək kürəkəni seçmək
idi. Qraf A… qızları üçün elə kürəkən seçməlidi ki, həm on
lar üçün, həm də özü üçün sərfəli olsun. Birinci növbədə,
kürəkənlər varlı olmalı idilər. Axı, qraf A… çox yaxşı bilirdi
ki, yoxsulluq girdabında çırpınanlarla kapitalizm cəmiyyəti
çox amansız və sərt rəftar edir. Axı, qraf A… çox yaxşı bilirdi
ki, kapitalizm cəmiyyətində yoxsul kürəkənlərin varlı qayına
tası olmaq, borc verib sonra borc verdiyinlə qumar oynamağa
bərabərdir. Bəli, qraf A… bütün bunları çox yaxşı anlayırdı
və ona görə də onun kürəkənləri hökmən varlı olmalı idilər.
Bəlkə də onun özündən də varlı. Bir də onu qeyd etməmək
təəssüf doğurar ki, qraf A… öz qızlarını həddindən çox se
virdi. Bunun, bu sevginin də bir qismi ondan irəli gəlirdi ki,
qızlar hələ körpə ikən öz analarını itirmişdilər. Qraf A… isə
onları dayələrin ixtiyarında qoysa da qızları üçün həm ata,
həm də ana rolunu bacardığı qədər oynamışdı. Düzdür, ar
vadı öləndən sonra qraf A… heç də qadınsız yaşamamışdır,
lakin bunların hamısı qeyrirəsmi, qızlarının gözündən uzaq
şəraitdə olmuşdur. Halhazırda isə qraf A… və onun qızları
bir yerdə yaşayırlar. Bu üç nəfərlik ailə daxilində hələ indiyə
qədər diqqəti cəlb edəcək bir narazılıq baş verməmişdir.
Həmişə bir övlad kimi qızlar atalarının, bir ata kimi isə qraf
A… qızlarının hörmətini saxlamışdır. Daxili abhavasın
da meşşan təbiətliliyin hökm sürdüyü bu kiçik ailə müxtəlif
əyləncələrlə günlərini keçirməklə indiki vəziyyətə qədər gəlib
çatmışdı. İndi isə qızlar atalarından ayrılmalı idilər, ataları on
ları ərə verməyə hazırlaşırdı.
Nə isə, axır ki, qraf A… öz qızlarını ərə vermək üçün öz
ürəyinin istəyincə layiqli kürəkənlər tapa bildi. Böyük qızını
Fransa ticarət kompaniyalarından birinin sahibkarı qraf Şoka,
Dostları ilə paylaş: |