Əli̇salam Bağirov
SƏNSİZ YAŞAYA
BİLMƏRƏM
Kitab kapitalizm cəmiyyətinin eybəcərlikləri, mənəviyyat
sızlıq, pula hərislik, insan azadlığının boğulduğu, psixi və
mənəvi zorakılıq, insanın kölə hala salındığı – içərisində öz
mənəvi saflığını saxlayan Senti adlı bir gəncin Seara adlı kü
bar qıza bəslədiyi ülvi məhəbbətdən, bu məhəbbətin onların
hər ikisini xoşbəxt etməsindən, Frida adlı bir (azərbaycanlı)
qızın Sentinin xoşbəxt olması üçün öz sevgisini gizli saxlama
sından, onun necə yüksək mənəviyyat sahibi olmasından söz
açır.
Kitabın əsas süjet xəttindən qırmızı zolaqla keçən hadisələr
o qədər ustalıqla, o qədər bədiifəlsəfi boyalarla işlənib ki,
əsəri hissizhəyəcansız, həyatın enişyoxuşları haqqında dü
şün mədən oxuya bilmirsən. Sevmək, sevilmək təkcə eh ti
rasların coşması, cilovlanması deyil, həm də istənilən cəmiy
yətdə yaşamaq, ölmək vasitəsidir. İstənilən yaradılışın sonu
ölümdür. Ancaq necə? Bax bu suala cavab tapmaq üçün Əlisa
lam müəllimin kitabını oxumağa dəyər. Oxuyun, zövq alın…
Oxuyun, düşünün…
Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Redaktor:
Fəxrəddin Ağazadə,
fəlsəfə elmləri doktoru
Əlisalam Məmi oğlu Bağırov
SƏnSiz yaşaya BilMƏrƏM (roman)
Bakı: QAnun nəşriyyatı, 2017, 184 səh., 300 nüsxə.
Çapa imzalanmışdır: 11.04.2017
QAnun nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing
www.instagram.com/Qanunpublishing
ISBn 978-9952-36-346-3
© Bağırov Əlisalam, 2017
© QAnun nəşriyyatı, 2017
5
P
aris şəhəri. Həyat sönməzliyini öz qaynarlığı ilə bura
da da qorumağa çalışır. Günəşin qürub şəfəqlərini öz
üzərində əks etdirən Paris şəhəri göz oxşayan görünüşü ilə elə
bil ki, dünya şəhərlərinin içərisində ən yaxşılardan biri oldu
ğunu sübut etmək istəyir. Möhtəşəm kilsələr, ağ sütunlu bö
yük teatr binası, qraflar və qrafinyalar üçün ən gözəl əyləncə
məskəninə çevrilmiş parklar şəhəri daha da təravətləndirir.
Paris gözəldir. Bəli, Paris onu seyr etməyə gələn hər hansı
bir səyyahı zahiri təmtərağı ilə valeh edə bilər. Doğrudan da,
Parisin bu zahiri gözəlliyi tərifəlayiqdir. Lakin bu gözəllik,
bayaq dediyimiz kimi, şəhərin zahirini əks etdirir. Şəhərin
daxilindəki – cəmiyyətdəki eybəcərliyi isə, sözlə ifadə etmək
çətindir. Bu eybəcərliyi təsəvvür etmək üçün bircə onu demək
kifayətdir ki, Paris şəhəri zahirən nə qədər gözəl görünürsə,
Paris cəmiyyəti də daxilən o qədər çirkindir. Birdə onu qeyd
etmək lazımdır ki, bu şəhərin daxili eybəcərliyini yaradan
bünövrə dünyanın bir çox xalqlarını da öz cəngində saxla
yır. Lakin cəmiyyətdə nə qədər çirkinlik, eybəcərlik hələ ya
şasa da namus, vəfa, vicdan kimi sözlər yalnız bir məfhum
kimi işlənmir. İstismarçı cəmiyyətin çirkinliyini bir ovuc
şəxsiyyətlər öz əməlləri ilə dünyaya bəlli etsələr də haqq, ədalət
tərəfdarlarının da olduğunu etiraf etməyə məcburdurlar.
Ümu miyyətlə, burada – Paris cəmiyyətində kapitalizmin feo
dalizm üzərində yeniyeni hökm etdiyi bir şəraitdə baş verən
hadisələr təsvir olunur.
6
Paris şəhərində H… mehmanxanası. Mehmanxana şəhərin
diqqəti o qədər də cəlb edən hissəsində yerləşmir. Ona görə də
mehmanxana qonaqlarının çoxu heç də Parisə ilk dəfə düşən
kəslər deyillər. Düzdür, bura bəzən ilk dəfə Parisə gələnlər
də təsadüfən düşür. Lakin bu həmişə belə olmur. Mehmanxa
na sahibləri onlardan asılı olmayaraq yaranan situasiya
üzündən yalnız öz sevimli qonaqlarını qəbul edirlər. Nə isə…
bu diqqəti o qədər də cəlb etməyən sakit mehmanxanada iki
nəfər şirinşirin söhbət edir. Kənardan onların söhbətinə qu
laq asan, görünüşünə baxan hər bir diqqətli şəxs asanlıqla
təyin edə bilər ki, səlis fransız dilində danışan və təxminən
əlli yaşları olan bu iki şəxsdən yalnız biri qərblidir. Bunu
onun aydın ləhcəsindən, gördüklərinə o birinə nisbətən bir az
biganəliyindən və nəhayət, qərblilərə məxsus tikilmiş, əyninə
kip oturan kostyumundan, dümağ köynəyinə yaraşan bant
kimi bağlanmış qalstukundan və dərisinin o birinə nisbətən
ağlığından təyin etmək olar. O biri qırmızı saqqal, pırpız qaş
lı, şirin ləhcədə danışan, uzun ətəkli əbasının üstündən qur
şaq bağlayan və qurşağına tənbəki kisəsi bağlamış kişi isə
sırf şərqli idi. Həmən bu şərqlilərə məxsus zahiri əlamətləri
özündə əks etdirən kişi trubkasına tənbəki dolduradoldura
sözə başladı:
– Qardaş, indi ki, bu gecəni bir yerdə keçirəcəyik, gəlin
ətraflı tanış olaq. Mən azərbaycanlıyam. Təbriz şəhərində ya
şayıram. Sizin dildə danışmağıma təəccüblənməyin. Tərbi
yəçilərim lap uşaq ikən mənə bu dili öyrətməyə başlamışlar.
Adım Hüseyndir. Tacir olduğumdan hamı məni tacir Hüseyn
deyə çağırır.
O, bu sözləri elə ləyaqətlə, elə şirinliklə səsləndirdi və elə
mehribanlıqla gülümsədi ki, onun qərbli müsahibi də ona
neçə illərin dostu kimi baxaraq gülümsədi və dedi:
7
– Sizin kimi xoş xasiyyət bir cənabla tanış olmaq mənim
üçün də xoşdur. Adım Sarcidir. Parisdən xeyli kənarda
yerləşən Q… dustaq koloniyasında sıravi xidmətçiyəm. Tale
yim mənə bu vəzifəni icra etməyi rəva görmüşdür. Allahım
dan da çox razıyam ki, hələ indiyədək bir parça çörək puluna
möhtac olmamışam. Qismətim həmişə məni axtarıb tapıb.
– Demək, siz dustaq koloniyasında xidmətçisiniz – deyə
Hüseyn dilləndi. – Sizin vəzifəniz elədir ki, daha çox həyatda
olmuş və maraqlı hadisələrin şahidi olursunuz.
Sarci astaasta siqarını alışdırıb fransızların özlərinə məxsus
tərzdə bir qullab vurdu və cavab verdi:
– Bəli, elədir. Biz həyatda olmuş o qədər hadisələrlə rastla
şırıq ki, onların hər birisi bir canlı həyatın bir ömür daxilində
baş verən aqibətidir.
Hüseyn ondan bir dost kimi xahiş etdi:
– Elə isə bunu nəzərə alıb sizə müraciət edirəm, vaxtı
öldürmək üçün maraqlı və həyatda olmuş bir hadisə danışın.
FƏSİL 1
Sarci bu xahişi gözləyirmiş kimi siqarına bir qullab da vu
rub dilləndi:
– Mən heç vaxt bacara bildiyim işdən ötrü edilən xahişdən
boyun qaçırmamışam. Dinləyin, sizin üçün həyatda baş ver
miş elə bir hadisə danışım ki, müxtəlif xarakterli insanların
bir neçə illik həyat fəaliyyətini gözlərinizin qarşısında güzgü
kimi canlansın. Əminəm ki, haqqında danışacağım insanların
həyatında baş verən hadisələr sizi maraqlandıracaqdır. Onu
da deyim ki, indi sizə danışacağım hadisəni mənə bir dustaq
Dostları ilə paylaş: |